Bazar ertəsi günü, 08 iyun 2026
     

Taksilərə dair tələblər müəyyənləşdi

Image


Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.

"Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər" müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri (bundan sonra – müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.

Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) bu Tələblərin 1 nömrəli əlavə-sində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir. Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir. Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşıma-larında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonları marşrutun (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla) və çağrı mərkəzinin əlaqə nömrələri, ilk tibbi yardım qutusu və odsöndürənin yerini, marşrut sxemini, gediş haqqının məbləğini, ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı, giriş, çıxış və qəza çıxışlarının yerini, olduğu halda uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq yerlərini və tütün çəkməyin qadağan olunması barədə məlumatlar əks olunmalıdır. Avtonəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulduğu halda, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə marşrutun sxeminin bütün dayanacaq məntəqələri, o cümlədən növbəti dayanacaq məntəqəsini göstərməyə imkan verən elektron informasiya lövhəsi olmalıdır. Elektron informasiya lövhələrinin fonu və məlumat yazıları, habelə simvolik təsvirlər (piktoqramlar) sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır.

Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra - taksi minik avtomobilləri) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər.

Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında" Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. Taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi "taksi" fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.

Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir. Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır. Gediş haqqı taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunduqda taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır. Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı və xoşagəlməz qoxular olmamalıdır. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri 4 nömrəli əlavədə göstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir. Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

ZÜMRÜD



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar... Təhsil məmurları isə...

SON XƏBƏRLƏR

08.06.2026 / 18:59
Asimmetrik dron müharibəsi fenomeni dünyanın ən böyük ordularını çökdürür - ABŞ, Rusiya, İsrail...

08.06.2026 / 18:24
“Tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağı planlaşdırırıq” - Paşinyan

08.06.2026 / 18:08
Novxanıda əməliyyat - gizli narkobunker aşkarlandı - VİDEO

08.06.2026 / 17:55
Paşinyan Azərbaycanı və Türkiyəni öz xarici siyasətində əsas faktorlar saydı...

08.06.2026 / 17:46
İran savaşında on milyonlarla insan aclıqdan ölə bilər...

08.06.2026 / 17:36
XİN başçılarının görüşündə İstanbul bəyannaməsi qəbul edildi - TAM MƏTN

08.06.2026 / 17:30
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi

08.06.2026 / 17:25
Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

08.06.2026 / 17:23
Rusiyanın Ermənistanla "qapalı qapı" danışıqlarının bəziləri açılır...

08.06.2026 / 17:09
Azərbaycanda 34 min uşağın hər birinə 600 manat ödənib - bəs pis olan nədir?..

08.06.2026 / 16:54
ATMU da “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda təlim təşkil olunub

08.06.2026 / 16:52
Uşaqlarımız sosial şəbəkələrin "əsarətindən" daha güclü qorunacaq... Yeni dönəm gəldi...

08.06.2026 / 16:47
Avropa təşkilatları da Ermənistanda "demokratiya sınağı" keçirdilər...

08.06.2026 / 16:24
İsrailin casus şəbəkəsi ABŞ-la münasibətləri gərginləşdirəcək...

08.06.2026 / 16:07
ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

08.06.2026 / 15:55
Vəli Baxşəliyev: “Bu yazını məndən qabaq tapıb oxuyublar, biz sadəcə onun itirilmiş yerini tapmışıq” - MÜSAHİBƏ

08.06.2026 / 15:51
Paşinyan TRIPP dəhlizinin mənfəətçiləri sırasından Rusiyanı çıxartdı...

08.06.2026 / 15:33
Ermənistan Bakı-Tbilisi-Qars dəmiryoluna necə qoşula bilər?...

08.06.2026 / 15:15
Tramp İsrail və İrana çağırış etdi - hərbi əməliyyatları dərhal dayandırın...

08.06.2026 / 15:09
20 bala görə sürücülük hüququnun itirilməsi niyə düzgün deyil?...

08.06.2026 / 15:00
İran qazını Oman qazı kimi satan Türkiyə vətəndaşı problem yaratdı...

08.06.2026 / 14:51
Şanxay Təşkilatında Azərbaycanı bloklayan kimdir?...

08.06.2026 / 14:34
Aşuranın vaxtı açıqlandı

08.06.2026 / 14:15
Kremldən Ermənistandakı seçkilərə ilk reaksiya - nəticələri qiymətləndirməkdən çəkinirik...

08.06.2026 / 13:43
Ukrayna Rusiyanın ən böyük neft anbarlarından birini vurdu...

08.06.2026 / 13:23
İran İsrailin hücumlarına görə ABŞ-ı günahlandırdı – onlardan xəbərsiz heç bir addım atmazlar...

08.06.2026 / 13:11
Nərimanovda qadın və kişi 6 kq narkotiklə saxlandı

08.06.2026 / 12:55
"Sosial şəbəkələrə məhdudiyyətin alternativi təqdim olunmalıdır" - MEDİA rəsmisi

08.06.2026 / 12:30
Azərbaycanda məktəblərdə TikTok-a çıxış bloklandı

08.06.2026 / 12:14
Moldova ərazisinə naməlum PUA düşdü...

08.06.2026 / 11:47
Azərbaycanda texnoloji şirkətlər qarşısında ciddi tələb qoyulur - "...ixtiyarınız yoxdur"...

08.06.2026 / 11:30
Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr gəlir - 50 min manat ...

08.06.2026 / 11:14
Paşinyan hökuməti təkbaşına quracağını elan etdi…

08.06.2026 / 11:09
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək

08.06.2026 / 10:41
İran İsrailə qarşı hava hücumuna başladı – iki bölgədə hava bazalar hədəfdə…

08.06.2026 / 10:28
Ermənistanda bülletenlərin sayılması başa çatdı - Paşinyanın partiyası 49,81% səslə qalib gəldi…

08.06.2026 / 10:07
Paşinyandan Azərbaycanla bağlı ilk mesajlar - bölgəmiz bir yol ayrıcına gəlir…

08.06.2026 / 09:36
İsrail İranın bir neçə şəhərinə zərbə endirdi –Xuzistanda neft-kimya zavodu da vuruldu…

08.06.2026 / 09:19
Filippində güclü zəlzələ - ölənlər var... sunami xəbərdarlığı edildi...

08.06.2026 / 08:50
Ceyhun Bayramov Türkiyəyə səfər edib

08.06.2026 / 03:20
"Höküməti təkbaşına quracam" - Paşinyan qələbəsini ELAN ETDİ!

08.06.2026 / 00:40
Kobaxidze Paşinyanı təbrik etdi...

08.06.2026 / 00:32
Elektron səsvermənin nəticələri açıqlandı - 537 nəfərin 330-u Paşinyanın partiyasını seçdi…

08.06.2026 / 00:27
Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı - Paşinyanın partiyası liderlik edir…

07.06.2026 / 23:43
İran qisas hücumuna başladı - İsrailə raket zərbələri endirildi…

07.06.2026 / 22:50
Yaxın Şərqdə gərginlik yenidən yüksəldi – İran İsraili vuracaq, Qətər hava məkanını bağladı…

07.06.2026 / 22:39
Parataekvondoçularımız Prezident Kubokunda 1 qızıl və 2 bürünc medal qazanıblar

07.06.2026 / 21:31
"Exit-poll"un nəticələri açıqlandı - Paşinyanın partiyası liderlik edir...

07.06.2026 / 21:11
İranın ABŞ-dan dərhal qaytarılmasını tələb etdiyi 24 milyard dolları təhlükədə - ABŞ mediasından ŞOK İDDİA...

07.06.2026 / 20:24
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

07.06.2026 / 20:06
Ermənistanda parlament seçkilərində səsvermə başa çatdı...

07.06.2026 / 19:17
Tramp dondurulmuş aktivlərlə bağlı İrana açıq mesaj verdi - özlərini yaxşı aparsalar...

07.06.2026 / 18:36
Moskva bağlı qapılar arxasında Aİ İlə bağlı İrəvana hansı mesajı verib? – Overçuk açıqladı...

07.06.2026 / 18:12
Tehrandan Hörmüzün açılması ilə bağlı 30 günlük müddət təklifi – tək bir şərt irəli sürdülər...

07.06.2026 / 17:55
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb, elmi konfrans keçirilib

07.06.2026 / 17:29
“Aşqabad” Kinoteatrında daha bir filmimiz - “Doğma torpaq” tammetrajlı bədii ekran əsəri nümayiş olunub

07.06.2026 / 17:17
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

07.06.2026 / 16:57
İctimai nəzarət: güclü cəmiyyətin və sağlam idarəçiliyin vacib şərti

07.06.2026 / 15:40
Ermənistanda seçki məntəqələrində kütləvi bomba təhdidləri – bütün şübhələr Kremlə yönəldi...

07.06.2026 / 15:24
Azovda vurulan yük gəmilərində xəsarət alan azərbaycanlıların vəziyyəti açıqlandı

07.06.2026 / 15:12
ABŞ Hörmüz boğazında İrana aid iki dronu vurdu...

07.06.2026 / 14:59
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

07.06.2026 / 14:34
Paşinyan:TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

07.06.2026 / 14:26
Ararat Mirzoyan: Rusiya Ermənistanın suverenliyinə və müstəqil qərarlar qəbul etmək hüququna hörmətlə yanaşmalıdır

07.06.2026 / 14:24
I və IV qruplar üzrə qəbul imtahanı keçirildi, 10 nəfərdə telefon aşkarlandı

07.06.2026 / 14:15
Mirzoyan Ermənistanda çevriliş həvəsinə düşənləri hədələdi - həbsxanada çürüyəcəklər...

07.06.2026 / 14:06
Paşinyan seçkilərin regiona mümkün təsirindən danışdı - Azərbaycanla sülhümüz var...

07.06.2026 / 13:54
Gürcüstan və Avropa Komissiyası arasında viza dialoqunun ilk görüşü keçiriləcək

07.06.2026 / 13:52
Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

07.06.2026 / 13:50
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

07.06.2026 / 11:07
Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

07.06.2026 / 11:05
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

07.06.2026 / 11:03
Ermənistanda parlament seçkiləri keçirilir

07.06.2026 / 07:46
İsrail ABŞ-a qarşı casusluğu gücləndirməkdə həddini aşdı - New York Times

07.06.2026 / 07:18
Kim Çen Inin anası haqqında danışmamasının “niyə”si bilindi - İlginc…

06.06.2026 / 21:14
Rusiya Qərbə məğlub olacaq... ölkə müstəmləkəyə çevriləcək, Avropa Birliyi dağılacaq... Kremlin ideoloqundan ŞOK HESABAT...

06.06.2026 / 20:37
Suraxanıda kütləvi dava - polis hərəkətə keçdi...

06.06.2026 / 19:20
Azovda dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların dəqiq sayı açıqlandı...

06.06.2026 / 18:35
Macarıstanın yeni hökuməti erməni miqrantların ölkəyə girişini qadağan etdi...

06.06.2026 / 16:51
Krım sahillərində Türkiyəyə aid balıqçı gəmisi batırıldı – ölən və yaralananlar var...

06.06.2026 / 16:36
Azovda vurulan gəmilərdən xilas edilən azərbaycanlılardan yeni xəbər var...

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

XƏBƏR ARXİVİ