Bazar günü günü, 08 noyabr 2026
     

Xüsusi təyinatlı şəhid gizir Camal İsmayılovun anası: "Aprel döyüşlərində də iştirak etdi"...

Image


Filarə İsmayılova: "Camal doğum günümü öz şəhadəti ilə "təbrik etdi"... 

Beşik başında balasına qurban olan analar şəhid balalarının tabutu başında da onlara qurban olur. Neftçala rayonu Həsənabad qəsəbəsində bir ana var, şəhid balasına gündə min yol qurban olan, gözlərinin yaşı qurumayan bir ana.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri şəhid Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılovadan, o ağsaçlı qəhrəman anadan danışırıq. O anadan ki, Camal kimi qəhrəman övlad bəxş edib Azərbaycana...

Martın 15-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin Biləsuvarda Heydər Əliyev Mərkəzində təqdimat mərasimindən sonra yolumuzu Neftçala rayonu Həsənabad qəsəbəsindən saldıq. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə redaksiyanın çap etdiyi  "44 gün - Tarixi zəfər" kitabını Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun anası Filarə anaya təqdim etmək üçün İsmayılovlar ocağına baş çəkdik. 

Anası oğlunun qonaqlarını olduqca mehriban qarşıladı, otaqda hər şey Camalı xatırladırdı. Divardan Vətən Müharibəsi Qəhrəmanının fotoları boylanırdı. Ana min bir qayğı və sevgi ilə o şəkilləri nəinki divarlara, ürəyinə də hopdurub. 

Əvvəlcə Nəzakət Məmmədova Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" kitabını anaya təqdim etdi. Sonra çay süfrəsi arxasında ana ilə söhbət etdik. 

"Mən həmişəlik olaraq 59 yaşımda, Camal isə 36 yaşında qaldı..." 

"Camal haqqında danımaqdan doymaram, o qədər danışaram ki balamdan. Camalın cəmi 36 il 3 ay 16 gün ömrü olub. Ancaq o çalışıb ki, bu 36 ilə hər şeyi sığışdırsın. Onun həyatının hər dəqiqəsi gözümün qabağındadır. Camal haqqında düşünəndə onun gəncliyini, ailə qurmasını xatırlamıram, balam barədə fikirləşəndə ancaq onun uşaqlığını xatırlayıram. O qədər gözəl uşaq idi ki. Həkimlərə aparırdım, qucaqlarından yerə qoymurdular. Həmişə deyirdilər ki, adı da Camaldır, özü də Camaldır. Həmişə Allahıma təşəkkür edirdim ki, mənə belə gözəl, qüsursuz, səliqəli bir övlad bəxş edib. Camal o qədər səliqəli idi ki...Camal 1984-cü il iyulun 7-də anadan olub. Ailənin ikinci övladı idi, özündən böyük bir bacısı, 10 yaş kiçik də bir qardaşı var. Camalın iki yaşı olanda, 1986-cı ildə biz Rusiyaya köçdük, Krasnoyarsk vilayətinin Niqarka şəhərində yaşadıq. Camalın uşaqlığı Rusiyada keçdi. Camal orada bağçaya getdi və tez bir zamanda rus dilini öyrənməyə başladı. Həmişə müəllimləri ona qibtə ilə baxırdılar ki, iki yaşlı uşaq iki dil bilir, həm rusca, həm də Azərbaycanca danışır. Çalışırdım onunla öz dilimizdə danışım. Deyim ki, bağçada iyirmi dörd uşağın içində yeganə azərbaycanlı idi. Özünü o qədər əyilməz, məğrur aparırdı ki, tərbiyəçi-müəllim ona "Azərbaycanın fəxri" deyə müraciət edirdi. Zaman gəldi ki, Camal doğrudan da Azərbaycanın fəxri oldu, tək mənim deyil, Vətənin qəhrəmanına çevrildi...

Birinci sinfə də orada getdi. Çox hazırcavab idi. Yaxşı yadımdadır, bir dəfə onlarda açıq dərs idi və heç bir şagirdə imkan vermirdi ki, cavab versin, bütün suallara özü cavab verirdi. Hər kəs ona böyük maraqla baxırdı. İndiyə qədər onun müəllimləri ilə əlaqəmiz davam edir. Onlar zəng edirlər, ağlayırlar, heyfsilənirlər. Camalın ingilis dili müəlliməsi var - Larisa Lvovna, onun haqqında poema yazır. O deyir ki, Camal təkcə Azərbaycanın qəhrəmanı deyil, bizim də qəhrəmanımızdır" - deyə ana bildirdi.  

1992-ci ildə Vətənə qayıdan İsmayılovlar ailəsi burada yaşamlarını davam etdiriblər. C.İsmayılov da Neftçala rayon 1 nömrəli orta məktəbdə rus bölməsində təhsilini davam etdirib, təhsil aldığı müddətdə müəllimlərinin rəğbətini qazanıb. Filarə ana deyir ki, Camalın dostları çox olub, oğlu dostluğa çox yüksək qiymət verirdi. "5-ci, 6-cı sinifdən öz paltarlarını özü ütüləyirdi. Köhnə evimizdə onların öz otaqları vardı. Mən heç zaman uşaqların otağına girməzdim, otağı çox səliqəli saxlayırdılar. Pərdəni aralayıb baxırdım ki, otağı tər-təmiz yığışdırıblar. Səhərlər 7-yə 10 dəqiqə qalmış evdən çıxırdılar. Çünki biz kənddə yaşayırdıq, onlar rayon məktəbində oxuyurdular. Deyirdi ki, qaranlıqda evdən çıxdığımız üçün mahnı oxuya-oxuya gedirik ki, qorxmayaq. Bacı-qardaş əl-ələ tutub məktəbə gedirdilər. Demək, Camal öz paltarlarını ütüləyib çarpayının üstünə qoyurmuş ki, qırışmasın, özü də bacısı ilə yatırmış. O qədər təmizkar və səliqəli idi ki...Dərslərini yaxşı oxuyurdu, kimya-bilogiyanı, fizikanı çox sevirdi. Arzum Camalı həkim görmək idi. Sənədlərini Tibb Universitetinə verdi, amma qəbul ola bilmədi, sənədlərini Tibb Texnikumuna verdi, diş texniki ixtisasına qəbul olundu, amma orada oxumaq istəmədi. Sonralar mən onun Xatirə dəftərini oxudum. Camalın Xatirə dəftəri vardı. Əsgərlikdən gələndə dəftəri mənə verdi, amma oxumamışdım, götürüb kitablarımın yanına qoymuşdum. Camal şəhid olduqdan sonra Xatirə dəftərini başdan-ayağa oxudum. Yazıb ki, doğrudur, anam mənim həkim olmağımı istəyir, amma mən nə vaxt böyüyüb öz taleyimi özüm həll etsəm ən yaxşı zabit olacağam. 18 yaşında əsgər getdi. Səkkiz ay idi ki, müddətli həqiqi hərbi xidmətdə idi. Mənə məktub göndərdi. Yazmışdı ki, "məndən sarı narahat olmayın, kursa gedəcəyəm. Bu bir fürsətdir və bu fürsəti əldən verməyəcəyəm. Narahat olmayın, vaxt tapan kimi əlaqə saxlayacağam". Ondan bir müddət xəbərimiz olmadı. Sən demə, Camal xüsusi təyinatlı qüvvələrin təkmilləşdirmə kursunda təhsil alırmış. Kursu uğurla bitirəndən sonra XTQ hərbi hissələrinin birində xidmət etməyə başladı. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilmişdi. 18 il xüsusi təyinatlı qüvvələrin mənsubu kimi müxtəlif təlimlərdə, vacib hərbi əməliyyatlarda iştirak etdi. Rus, ingilis, erməni dillərini sərbəst bilirdi. Xizək sürməyi, dağçılığı, paraşütdən tullanmağı peşəkar şəkildə öyrənmişdi. Dağçılıq üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Aprel və Tovuz döyüşlərində də iştirak edib".

Ana deyir ki, oğlu 2002-ci ildən də orada qalıb işləyib. Filarə ana Camalın evlənmə tarixçəsindən də danışdı: "2007-ci ildə nişanlandı. Qız öz bacım qızı idi. Camal maşını çox sevirdi. Mən də həmişə ona deyirdim ki, kişi maşını al, özünə yaraşan maşın al. Ağır maşınlardan xoşum gəlirdi. Deyirdim "31" al, özü də alminum tozu rəngində olsun. Gördüm ki, maşın alıb gəlib. Həmin gün də bacımın qızı yatıb yuxusunda görüb ki, onlara ağ atlı oğlan gəlib. Səhər yuxudan durub anasına "ana, yuxuda görmüşəm ki, bizə ağ atlı oğlan gəlib" - deyib. O da qara qızdır. Anası deyib ki, hə, ağ atlı oğlan səndən, qara qızdan ötrü ölürdü. Bir də görüblər ki, qapının ağzında bir maşın dayanıb. Bacım da zaragatla qızına deyib ki, ağ atlı oğlan gəldi. Qapının ağzına çıxıblar ki, gələn Camaldır. Bacım qızı da məşğələyə gedirmiş. Camal ona həmişə "Qaraca" deyirdi. Soruşub ki, "Qaraca, hara gedirsən?" Qız da deyib məşğələyə gedirəm. Camal da "otur maşına gedək" deyib. Qız oturub Camalın yanında Camal da onu məşğələyə aparıb. Axşam evə gəlib deyib ki, ana, mən Camalın maşınında məşğələyə gedəndə elə hey mənə baxırdı.      

Camalın evlənməyini istəyirdim, neçə qızın adını çəkdim, razı olmadı. Axırda soruşdum ki, bəlkə sən Fatmanı istəyirsən? Gördüm dillənmədi, sonra "ana, onu mənə verərlər?" dedi. Getdik, aldıq. Yəni həm o deyən, həm də biz deyən oldu. 2007-ci ildə ad günündə nişanı oldu, 2008-ci ilin iyunun 30-da toyu oldu, gəlin gəldi. Toylarından 16 gün sonra Yaşmaya köçdülər, Camal orada qulluq edirdi, orada onlara yaşamaq üçün otaq vermişdilər, orada qalırdılar. Camalın üç uşağı var. Əvvəl iki qızı vardı, istəyirdim ki, üçüncü uşaqları da olsun. Allah üçüncü övladı da verdi. Həkim demişdi ki, oğlan olacaq. Camal özü oğlunun adını Alparslan qoymuşdu. Camal şəhid olduqdan beş ay sonra oğlu Alparslan doğuldu. Üç yaşı oldu uşağın. Camal oğlunun üzünü görmədi".     

Filarə ana deyir ki, oğlu sonuncu dəfə evə 2020-ci ilin 17 sentyabrında gəlib. "Demə, onları göndəriblər ki, gedin ailənizlə, validenylərinizlə halallaşın, vidalaşın. Evə gəldi, iki gün qalacağını demişdi, amma bir gün qaldı, zəng gəldi və getdi. Mən də pay-püş qoymuşdum ki, aparsın. Mən bilmirdim müharibə olacaq və bu müharibə balamı əlimdən alacaq. Müharibəni içimdə yaxına belə qoymurdum. Düzdür, Tovuz hadisələrində, ondan əvvəl Aprel döyüşlərində iştirak etmişdi. Aprel döyüşlərində çox böyük igidliklər göstərmişdi. Ümumikdə 14-dən çox medalı vardı. Sentyabrın 25-də eşitdim ki, camaat müharibədən danışır. Bundan başqa, gördüm ki, Camal statusa bir şəkil qoyub. Heydər Əliyev zirvəsində çəkdirdiyi bir şəkli vardı, arxasında Azərbaycan bayrağı üzü buludlara sarı. O şəkli qoyub, arxasınca da "Allahu Əkbər" yazıb. Zəng vurdum, cavab vermədi. Sonra gəlinə zəng vurdum, dedi ki, Camal təlimə getdi. Sentyabrın 27-də sübh namazəna durdum, namazdan sonra sosial şəbəkələrə baxdım, oxudum ki, müharibə başlayıb. Bircə onu dedim ki, evim yıxıldı. Çünki o, birinci taborda idi. Əvvəl beşinci taborda idi, sonra özü birinci tabora keçdi...Döyüşmək istəyirdi həmişə. Bu barədə söz düşəndə "inişallah müharibə olacaq və biz mütləq qalib gələcəyik" deyirdi. Çox vətənpərvər idi. 

Camalla son telefon danışığımız oktyabrın 18-də axşamüstü oldu. Əhvalı çox yaxşı idi. Bir-bir hamını soruşdu. Hər dəfə Camal zəng edəndə nəsə alıb bişirər, qonşulara paylayardım. Ona bu barədə deyəndə gülümsədi, dedi, narahat olma, az qalıb. O qədər sevindim ki... Sən demə, son sevincim imiş...

Oktyabrın 19-da zəng etmədi. Düşündüm ki, yəqin vacib tapşırıq icra etdiyindən zəng vurmağa imkanı olmayıb. Oktyabrın 20-də yenə zəng olmadı. Oktyabrın 21-i mənim doğum günümdür. Fikirləşdim ki, harada olsa bu gün mütləq zəng vurub məni təbrik edəcək. Vətən müharibəsində iştirak edən kiçik oğlum Ülvi səhər tezdən zəng edib məni təbrik etdi. Camalın zəng vurub-vurmadığını soruşdu. Üç gündür ondan xəbərsiz olduğumu dedim. Dedi darıxma, zəng edər. Həmin gün axşamadək gözlədim, zəng gəlmədi. Axşam namazından sonra qapımız döyüldü. Ən çox ehtiyat etdiyim dəhşətli və bəd xəbəri biz də aldıq... Camal doğum günümü öz şəhadəti ilə "təbrik etdi". Mən həmişəlik olaraq 59 yaşımda, Camal isə 36 yaşında qaldı..."

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılov Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin, Qırmızı Bazarın azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub. Oktyabrın 19-da Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Ana danışdı ki, Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstəriblər. Camal İsmayılov və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salıblar...

Qeyd edək ki, Camal İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 

Camal İsmayılovun anası Filarə ananın göz yaşından,  nisgil və həsrətdən cilalanmış ağrı-acı dolu müsahibəsində balasının igidliyi ilə qürur duyan qəhrəman ananın səsini duyduq. Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədovanın və kollektivin ananı ziyarət etməsi, Vətən Müharibəsi Qəhrəmanının ruhu, nəfəsi çökən evə, ocağa qonaq olması ananın ürəyinə bir təsəlli oldu. Ana ilə sağollaşıb Bakıya üz tutduq, arxamızda gözü yaşlı, amma qürurlu bir ana qoyub gəldik, o ana qəhrəman Camalın məğrur anasıdır...

İradə SARIYEVA
Neftaçala-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ