Bazar günü günü, 08 noyabr 2026
     

BAKI ŞƏHİDLƏRİ – Heybətov Ağa Əmi Elçin oğlu

Image


Bakı paytaxtdı. Bəlkə ona görə havası da, suyu da, küçəsi də, səhəri, gecəsi də fərqlidi hamı üçün. Mənim üçün də fərqlidi Bakı. Bakı kəndlərinin də ayrı özəlliyi var. Əhalisinin də. Ağa Əmi də fərqli idi. Şirindil, diqqətli, savadlı, qayğıkeş, ədəb-ərkanlı.

1993 – cü il   iyunun 6-da  Bakıda  dünyaya göz açan Ağa Əmi Heybətovlar ailəsinin sonbeşiyi, həm də Kamalə və Həliməxanımın yeganə qardaşı idi. 2000-2011-ci illərdə Buzovnadakı  Birinci Qarabağ Savaşının şəhidi Əfqan Əliyevin adına olan 125 nömrəli tam orta məktəbdə oxuyub. Şagird kimi fərqlənib, birincilərdən olub. Öndə olub həmişə. Dərs əlaçısı kimi Şərəf lövhəsində yer alıb .

Məktəb yoldaşları onun haqqında elə danışdılar ki, Ağa Əminin gülər üzünü gördüm. Onu gah lövhə önündə, gah futbol oynayanda, gah sinif yoldaşları ilə deyib-güləndə gördüm elə bil.

O, idmanı sevib, müxtəlif idman növləri ilə məşğul olub. Ən çox da futbola maraq göstərib. Hələ məktəbli ikən qatıldığı futbol yarışlarında da fərqlənib və fəxri-fərmanlar alıb.

Bu dərs əlaçısı olan, iştirak etdiyi bütün bilik yarışmalarında fərqlənən, diplomlara, fəxri-fərmanlara layiq görülən  idmançı oğlanın musiqiyə bir başqa vurğunluğu olub. Buzovnadakı 4 nömrəli  Uşaq İncəsənət məktəbində qarmon ixtisasına yiyələnib. Müəllimləri onun istedadından söhbət açdılar, "gözəl qarmon ifaçısı idi"- dedilər. 

Orta təhsilini 2011-ci ildə əla qiymətlərlə başa vuran Ağa Əmi həmin il Azərbaycan Dövlət  İqtisad Unuversitetininin tələbəsi olur, "Türk Dünyası işlətmə" fakultəsində   "Turizm və otelçilik" ixtisasına yiyələnir.  Tələbə ikən istehsalat təcrübəsi keçdiyi Qafqaz Resort Otel tərəfindən xüsusi sertifikat alır. Məsuliyyəti, mədəniyyəti, savadı ilə müəllim və tələbə dostlarının sevimlisi idi Ağa Əmi.

Tələbəlik  illərinin dostu Cənnətov Xanbala: İlk gündən aramızda səmimi münasibət yarandı və bu dostluğa çevrildi. Onunla hər mövzuda söhbət edə, istənilən problemini bölüşə bilirdin. İti zəkalı idi. Ən çətin anda belə sevinc yaşada bilirdi. Söz tapmıram onun kimliyini ifadə edim. Nöqsansızdı.  Əsil dost idi.

Kərimli Kamransa bunları dedi: Ağa Əmi kimi adamlara "şəxsiyyət" deyirik. Bu da azdı onu anlatmaq üçün. Həmişə səliqəli geyimi ilə, ölçülü-biçili hərəkətləri, sözü-söhbəti ilə gözümün qarşısındadı. Çox məntiqli və istedadlı idi. Birlikdə keçib tələbəlik illərimiz və dostluğumuz sonra da davam edib. Hər yay Buzovnaya gedərdik, Ağanın qonağı olardıq.
 

2015-ci ildə Ağa universiteti bitirib həqiqi hərbi xidmətə yollanır.  Həqiqi hərbi xidmətini Gəncədə atıcı kimi başa vurur. Komandiri və dostları böyük hörmət qazanan  Ağaya "əmi" deyirlər.  

Ağa Əmi Heybətov həmişə ailəsinə sevinc yaşadıb. Atası Elçin bəyin dediklərindən: Atamın adını qoymuşdum. Atam deyirdim. Babasının adını ləyaqətlə daşıyırdı. Həmişə ancaq tərif eşidirdim. Harda olsa seçilirdi. Amma torpağını da çox sevirdi. Oğlum elə bil torpaq üçün yaranmışdı.  Özü istədiyi kimi torpağına da qovuşdu. Aprel döyüşləri zamanı da döyüşlərə qatılmaq istəyib.  İkinci savaşa da könüllü yazılıb. Mən elə bildim ki, səfərbərlikdi. Özüm yola saldım onu. Hərbi Komissarlıqda da şəkil çəkdirdik. Son şəklimiz oldu oğlumla...

Ata ilə oğulun son şəklinə baxıram. Son şəkil də olur. Kiminləsə sonralar görüşməyə bilərsən. Səndə son şəkli qalar.  Amma bir də Vətən torpağında, vətən tarixində qalan şəkil olar son şəklin.

Gülümsər gözlü, nurlu simalı, heç vaxt qocalmayacaq igidin son şəkli. "Torpaqları azad etdik" təbəssümü ilə Azərbaycanımızın hər qarışından bizə baxacaq qəhrəmanımız.

Ağa Əmi 2018-2019-cu illərdə Veysəloğlu MMC-də, 2019-cu ildən isə Müdafiə Sənaye Nazirliyinin "Şərq" İstehsalat birliyi "İqlim elmi-istehsalat müəssisəsi"ndə işləyib. İş yoldaşları onu sevinc, sevgidolu biri kimi xatırlayır: Çox işıqlı idi. Gülərüzlü idi. Kimsəni incitməzdi. Hamının qayğısına qalardı. İnsanları sevərdi. Bir də vətəni.

"Dadlı yeməkləri də sevərdi" – dedi qardaşından danışan Həliməxanım. - Bacı deyəndə bilirdim ki, nəsə bir istəyi var. Onun hər arzusunu yerinə yetirərdik. Əziz-xələfimiz idi. Çox sevimli idi. Qeyrətliydi qardaşım. Torpağına çox bağlıydı. İyul hadisələrində çox sarsıldı. O gülümsər gözlərinin dərinliyində bir kədər vardı. Torpaqlarımızın işğalda olması ilə barışa bilmirdi. Tarix yazılmışdı-qara tarixlər, işğal günləri. Tarixi yenidən yazdılar oğullarımız. İnanıram ki, tək qardaşım deyil, bu zəfər tarixini yazanlar unudulmayacaq. Özü də çox şirindil, mehriban idi Ağaəmi. Yaşına görə çox hörmətli idi. Ona  "Ağa" deyərdilər. 

O, həmişə bu qara tarixləri siləcəyimizə-qələbəyə inanıb. 2020-ci il iyul hadisələri zamanı   rahatlıq tapmayan ərənimiz yaxınlarına "Biz torpaqlarımızı azad edəcəyik, qalib olacağıq" deyib. 21 sentyabrda   status yazıb: "Biz döyüşə hazırıq". Torpaqlarımızın işğalda olması ilə barışmayan Ağa Əmi Heybətov savaş başlayan kimi uşaqlıq dostu, sinif yoldaşı Vüsal Salamovla birlikdə könüllü olaraq döyüşlərə yollanır. 

Döyüş yoldaşı Asəf Məmmədli: İgidlik nümunəsi sorsaz, Ağa Əmi deyərəm. Qorxmaz bir döyüşçü nümunə göstərmək lazım gəlsə, Ağa Əmi deyərəm. Müharibədi, elə anlar olurdu, sağ qalmağa gümanımız qalmırdı, ölümü gözə alırdıq, geri çəkilmirdik. Belə anlarda səsi belə ruh yüksəkliyi yaradırdı. "Bu silahları biz istehsal edirik. Biz bu silahlarla ancaq qalib olmalıyıq" deyirdi. Səsində o qədər inam vardı. Sərrast atıcı idi. Nə qədər çətin vəziyyətdə bizi xilas edib. Neçə yaralıya kömək olub. Əvəzsiz biri idi.
 Mehrab İsgəndərlinin söylədikləri: Bəzən çoxu çantasını yüngülləşdirir. O heç vaxt belə etməzdi. Ehtiyatlı idi.  Yemək ehtiyatı belə olardı. Çox qayğıkeş idi Ağa. Hamıdan öndə gedirdi döyüşlərə. Bir zərrə qorxusu yoxdu. Qorxmazlığın, cəsurluğun özü idi.  Oktyabrın 5-də çətin döyüşə başlamalıydıq. Paltarlarını, çəkmələrini təmizlədiyini gördüm. "Neynirsən" –deyə soruşdum. "Qaqam, ürəyimə damıb ki, tezliklə evə gedəcəm" . "Ağa, başına dönüm, döyüş gedir"-dedim. "Mən oktyabrın 18-nə kimi evə gedəcəm. Biz də qalib gələcəyik". Türk bayrağı da vardı yanında, onu da mənə verdi, "sizdən əvvəl gedəcəm evə, şəhid olsam, bayrağı bizimkilərə verərsən"- deyib gülümsədi. O təbəssüm gözlərimdə qalıb...
 Ağa Əmi yalan danışmazdı heç zaman.   Mehraba da həqiqəti söyləmişdi. Oktyabrın 16-da Goranboy-Tərtər istiqamətində gedən çətin döyüşdə şəhid olur. Bu döyüşdə də Mehraba" özümü gözəl yerdə, xoşbəxt görürəm. Kişi kimi torpaq azadlığı üçün ölmək hamıya nəsib olmur"-deyib...

25 oktyabr Buzovna qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respulikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Azərbaycan İqtisad Universitetində  şəhid məzunların xatirəsinə ucalan Memorial Xatirə kompleksindən  bizə gülümsəyir Ağaəmi Heybətov. İşlədiyi Müdafiə Sənaye Nazirliyinin "Şərq" İB-nin "İqlim Elmi- İstehsalat Müəssisəsi"ndə xatirə guşəsi yaradılıb. Məktəblərdə onun adını daşıyan siniflər var...

Qəhrəmanımızın 4 yaşlı bacısı qızı Mələk deyir ki, dayım Qarabağı mənə verib getdi. İtgilər nə qədər acı olsa da, bu həqiqətin şirinliyi danılmazdır.  Bizim də, böyüyən nəslin də qürurudur. Əslində Heybətovun işdən geriçağırışı vardı. Savaşa heç getməyə də bilərdi.  Amma torpaqlarımızın işğaldan azad olması onun yaşamı, ali arzusu idi. Ağa Əmi deyirdi "azadlıq uğruna öldü var, döndü yoxdu". Nə qədər haqlıdı. Azadlığı işğaldan qurtarmaqdan böyük xoşbəxtlik varmı?!

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ