Bazar günü günü, 08 noyabr 2026
     

Onların qan rəngi hopmuş gənclik çağları bir kitaba sığmaz - Onbirinci yazı

Image


Mingəçevir Şəhidlər xiyabanı

Mənbədən:

Mingəçevir Şəhidlər xiyabanında (ümumilikdə) 258 nə­fər Vətən fədaisi uyuyur. Onlardan 205 nəfəri Birinci Qa­ra­bağ müharibəsində, 4 nəfəri Aprel döyüşlərində, 49 nə­fəri Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı na­minə sinələrini düşmənə sipər edib. Xiyabanda yerləşən "İtkinlər" kompleksində 106 nəfər Vətən oğlunun xatirə lövhəsi var. 

Həmçinin, Mingəçevirin Şəhidlər xiyabanında uyuyanların 4-ü Milli Qəhrəman, 7-si "Azərbaycan Bayrağı" or­den­lidir. Onlarla döyüşçü isə müxtəlif medallarla təltif edilib. Əli və İslam Əhmədov qardaşları da bu xiyabanda əbədiyyət haqqı tapıb… 

Yetişən nəsillər zaman-zaman Mingəçevirin Şəhidlər xi­yabanını ziyarət edəcək, orada uyuyan Vətən oğullarını yad edəcək, onların qəhrəmanlıqlarını minnətdarlıq hissi ilə anacaq və ruhları qarşısında baş əyəcək... 

Həmin an Əli və İslam qardaşlarının - Vətən müharibəsinin ilk şəhid qar­daşlarının da gözlərində bir yurd sevgisi qay­nayacaq...

***

Qazanılması illər sürən, məhv edilməsi bir saniyədə müm­kün olan və qeyb olduqdan sonra bərpası üçün bir ömür tələb olunan güvənlik insanın ən ali dəyəridir. İn­sa­nın (bütün zamanlarda) yetişə biləcəyi ən yüksək mərtəbə də elə güvənc yeri olmasıdır. Nə xoş ki, xalqımızın güvənc ye­ri olan oğulları çox olub, bu gün də var. Mingəçevirin Gü­nəşli qəsəbəsinin girişindəki evdə böyümüş Əli və İs­lam qardaşları da güvənilən insan statusu qazandıqları üçün Vətən onlara etibar etdi. Onların müharibənin ilk gü­nü göstərdikləri şücaət də elə bu ucalığın nümunəvi sə­ciy­yəsidir... 

Əli və İslamın çox erkən qazandıqları güvənlik əlləri qoy­nunda, boynubükük bir ana, bir xalq, bir Vətən üçün köv­rək notlarla təcəssüm edir. Şəhid qardaşlar uşaqlıq və gənclik illərindən hazırkı zirvəyə qədər qısa, lakin çox bö­yük ucalıq yolu keçiblər. Bu gün onların üzərində Azər­bay­can boyda bir məmləkətin məsuliyyəti durur. Xoş­bəxt­dirlər ki, şəhid adını torpaq qoxulu medal kimi yaxalarından asmağı bacardılar; bu şərəf onlara əbədiyyət ruhu ver­di...

Vətən uğrunda həlak olan şəxslərin hamısı, elə Əli və İslam qardaşları da gördükləri işlərdən zövq alan insanlar idilər. Ona görə bu gün dərin hörmətə, xüsusi alqışa layiqdirlər. Onların qan rəngi hopmuş gənclik çağları bir kitaba sığmaz. 

Əslində, hər bir insanın həyatı mübarizədir. Doğulduğu mühit, onu əhatə edən cəmiyyətdən asılı olaraq hər bir in­san mübarizə aparır. Kimi yaşamaq, kimi yaşatmaq, kimi təh­sil almaq, kimi təhsil vermək, kimi sevmək, kimi də se­vil­mək üçün çalışır. Bu dünyada belə "kimi"lər çoxdur və hər birinin də fərqli həyat hekayəsi var. Sevincləri, gülüşləri, göz yaşları, qazandıqları və itirdikləri bu hekayənin sü­jet xəttidir... İndi Əli və İslam qardaşları da hekayə kimi oxu­nan, hər oxunduqca dastanlaşan xatirələr toplusudur. İndi onlar üçün hər an bir ömür zərrəsi, hər ötən gün gələcəkdir. Allaha etdiyimiz şükranlıqda o qardaşlar da işıqlı gö­rünürlər. İndi zülmət onların çöhrələrindəki aydınlığa qa­ra nöqtələr qoymaq gücündə deyil. İndi onların insan qü­ruru, vətəndaş marağı qabarıq cizgilərlə diqqət çəkir. Nə­hayət, indi Əli və İslam qardaşları vaxtdan da, zamandan da ucada dayanırlar. 

Cismani dəyişilmə həyatın struktur cəhətidir. Çox hallarda möhtəşəm ucalıqlar bu dəyişilmədə xüsusi önəm kəsb edir və bu zərrəvi hal insanlıq fövqünün yüksək mə­qamı kimi diqqət çəkir. İndi torpağın köksündə əzəmət hey­kəli kimi duruş tapan Əli və İslam qardaşları əlləri qa­bar­lı bir ananın, bir zəhmət adamının qarşısında baş əyir, onun varlığı üçün ucaldıqları şəhadət zirvəsində möhkəm da­yanırlar...

Əli və İslam qardaşları sinələrində qor, yanğı görünən, Və­tənə, elə-obaya, düşmən tapdağında inildəyən doğma torpaqlarımıza bağlı oğullar idi. Onlar doğma yurdun varlıq kodeksini özlərinin insanlıq orbitində axtardılar. Və tap­dılar... Çünki hər ikisinin düşüncəsində bir ünvan var idi – Vətən! 

Əli və İslam qardaşları dar gündə Vətənə gen­dən baxmağı qorxaqlıq hesab edirdilər. Onlar ağır təlatümləri torpağın üstündən götürməyə müvəffəq oldular. İndi hər iki qardaş Vətən, torpaq üçün bir yaddaş tarixidir. 

Sevinc xanım da - Vətənin qeyrətli uca qadını Əli və İslamı böyütmək üçün həyatın çətinlikləri ilə mübarizə apardı, ancaq övladlarını pis vərdişlərdən qorudu, onlara ha­lallıq dərsi keçdi. O, tapdığı bir tikə çörəyin üzərinə yağ-bal deyil, əllərinin qabarından axan sızıltıları, zəhmətin acı-şirin qüssəsini yaxdı, bu, Əli və İslamın uşaq kimi yox, kişi kimi böyümələrinə zəmin yaratdı... 

Sevinc xanım mə­nəvi-maddi ehtiyacların yolunu-rizini övladlarına hələ körpə ikən göstərdi, göstərməyə məcbur oldu. O, (övladları ilə birlikdə məcburən) kasıb həyata alu­də idi, ağır həyat yaşadı (yaşatdı), ancaq Vətən üçün iki qey­rətli oğul böyütdü. 

Əli də, İslam da hər söhbət əsnasında analarına minnətdarlıq etdi ki, onlara halal çörək yedirdib. Adətən, övladlar valideynlərinə, miras qoyduqları var-dövlətə görə minnətdarlıq edirlər. Ancaq Əli və İslam analarına halallıq üçün təşəkkür edirdilər. Bunun nə demək olduğunu qursağı ac­lıq­dan ikiyə bölünənlər yaxşı bilir...

Əli və İslam Vətən müharibəsinə halallıq məktəbindən qatıldılar və nəsillər üçün bu məktəbi miras qoydular. 

Üzünüz daim ağ, başınız daim uca olsun, şəhid qardaşlar! 

***

Haqq sözdür: yaxşı yaxşını izləyər, pis pisi. İslamın Vətən sevgisi, torpaq məhəbbəti necə qaynar, necə isti idisə, qardaşı Əli də hərbçi oldu...

Divarlarında halallıq əks olunan evdə əlbəttə ki, ər böyüyər. Sevinc xanım kasıb vücudu ilə hər iki oğluna əsl kişi cürəti, əsl ər qətiyyəti əta etdi. Buna görə hər iki qardaş Vətən üçün fədai ola bildi.

İndi Sevinc xanım içində iki oğul sızıltısı gəzdirir. O, adekvat baxışlar fövqündə bərq vuran qadındır. Bir vaxtlar çöhrəsində çırpınan gülüşü indi kədər əvəz edir. Ancaq çox mərdanədir; hər dəfə Əli və İslam haqqında nəsə so­ru­şanda vəziyyəti ələ alır, atmosferi dəyişir. Bir anlıq elə körkəm alır ki, sanırsan, heç bir dərdə mübtəla deyil...

Sevinc xanım indi Allahın dəyər verdiyi mətin surətdir...

***

Biz dəfələrlə demişik ki, ana, torpaq, nəhayətdə, Vətən sevgisinin sərhədi olmur, çünki bu ovqatlar insan xarakterinin bir əhatəsidir, Tanrının böyük, dözümlü ürək və qaynar ruh əta etdiyi insanlar (da) çox vaxt öz qarışıq dünyalarının istisində bərq vururlar... 

Yaddaşında həm duyğusal fəhm, həm də həyat-tale gerçəkləri işıq saçan, istiqanlı, vətənsevər qadın, torpağa iki qəhrəman oğul əmanət etmiş Sevinc xanım da duyğu çələngini öz könül aynasının işığına batırır, yaşadıqlarını həyatın, bütöv halda Allahın bir sınağı kimi qəbul edir. Ha­mı­dan xəlvət – içində çəkdiyi ahlar onun yorğun ruhunu isti-soyuq ilğımlara bükür və o, illərin qoynunda pərvaz edən xatirələri bir yaddaş kimi göstərir, fikirlərinə yanğı ilə rəng qatır. Nə xoş ki, onun bu acı həyat ləngərində cilvələnən ağrı-acılar şən-nikbin ovqatlara çevrilə bilir. Bu, onun öz dövlətinə sədaqəti, öz yurduna məhəbbəti, ən əsası da öz xalqına vətəndaş borcudur. Buna görə də eldə-obada xüsusi rəğbət hissi ilə qarşılanır. 

Sevinc xanımın, bütün ağrı-acıları öz köksünə sıxıb, son­ra da yurd aşiqi kimi onlara rəng qatması coşqun bir Vətən sevgisi anlamına gəlir. Bu mənada, onun vətənpərvər duyğuları bir xatirə çələngi kimi yaddaşlara hopur, öz qayəsini aydın ifadə edir. 

Sevinc xanım, yüksək mərtəbələrdə oturub yalnız öz ma­raqlarını güdənlərə sadəcə, acıyır; onun bu mədəni "etirazları" çox dəqiq və dürüst məna kəsb edir. Biz onun bütün hayqırtılarını bir ictimai zəmin, bir qabarıq-əhəmiy­yətli məğz kimi anlayırıq. Bu ali sevgi onun narahat könül dünyasının sakit pıçıltılarıdır və biz bu səssizlikdə çılğın bir haray görürük... Biz onun duyğu və hislərini, oradakı yan­ğını aşkar hiss edir, çevik, dərd-sər acısında parıldayan ovqatına şahid oluruq. 

Yurd, el-oba, Vətən, doğma ocaq motivləri Sevinc xanımın zamandan qoparda bildiyi bir an səciyyəsidir. O, bü­tün hislərində – ahında da, naləsində də duyğularını işığa büküb və o işığın hənirində bir Vətən salxarı tapıb. Ona ayaq üstə durmağa kömək edən də məhz budur...

Sevinc xanım şəhid anasıdır, Vətən uğrunda hər iki öv­ladını qurban verib. Onun ruhundakı qaynarlıq bir Vətən-İnsan ovqatıdır. Buradakı həyat həqiqətləri bir insanın ömür təlatümüdür. O insanın ki, qürurludur, məğrurdur, bu­na haqqı da var. 

Sevinc xanım əvvəl də mətin qadın idi, indi də öz inamının, iman və təqvasının fəhmini bir hökm hesab edir, bu hökmün altında cilalanan insanlıq məziyyətlərini xoş missiyalı ovqat kimi xarakterizə edir. O, dözümü tale boyası kimi indi də illərin qoynunda gərilən baxışlarına və bir də saçlarına ələnən ağlığa elə tərzdə çəkir ki, biz onun yaşadığı həyatın gerçək mənada nümunəvi və örnək olması qənaətinə gəlirik. Biz bu israrda həm də gerçək bir məna oxuyuruq: Vətən sevgisi bütün sevgilərdən fövqəldir... 

Sevinc xanımın insan surətində, vətəndaş obrazında üs­yankarlıq, məğrurluq, kövrəklik, ağayanalıq, xeyirxahlıq di­namik səciyyələr kimi bir-biri ilə vəhdətdədir. Bir sözlə, biz hər dəfə həmsöhbət olanda onun əsl insan sifətini, şəxsiyyət ucalığını, insanlara verdiyi dəyəri, Vətən sevgisini işıqlı cəhətlər kimi sezə bildik. Bu isə sadə bir ehtimal de­yil, əsl gerçəkdir. 

Necə minnətdar olmayaq ki, Sevinc xanımın ağzından çıxan hər söz, hətta (bizə) etdiyi minnətdarlıq belə milli duyğularla rənglənib. Bu, milli heysiyyətə ünvan verən cü­rət, mübarizə cəhdi və Vətən təəssübüdür. 

***

İndi biz əbəs yerə demirik, dünya, yaranışdan bir kitabdır - göyü, yeri, torpağı, suyu... nəhayət, Adəmi, Həvvası bəlli bir kitab. İnsan, ibtidaidən normal həddə çatana qədər bu kitabı ibadət daşı kimi xarakterizə edib, lakin təfəkkür, zə­ka qatı açıldıqca, o, bu kitabı bir həyat gerçəyi kimi anlayıb. Min illərdir bu kitab(lar) daş yaddaşlardan sıza-sıza yüksək təbəqələrdə ulduz kimi sayrışmaqdadır. Hər insan o təbəqəyə ucala, o kitaba adını yazdıra bilmir, lakin şəhid anaları o kitabların Baş Obrazlarına çevrilir... 

Heç şübhəsiz, ömrünün ən gözəl çağlarını yaşamaq əz­mində ikən hər iki oğlunu Vətən naminə fəda edən Sevinc xanımın da insan surətinə bu yüksək məqamdan (ən azı) bir ovuc həyat nəğməsi hopa biləcək...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ