Bazar günü günü, 08 noyabr 2026
     

Biləsuvarın bütün şəhidləri "44 gün - Tarixi zəfər" kitablarında yer alacaq... - FOTO

Image


Qəhrəmanlar yurdudur Biləsuvar. Neçə-neçə igid oğlu, cəsur, vətənsevər balası köksünü düşmənə qarşı gərib vətənizimizi müdafiə edib, canından keçib, qanını axıdıb, amma torpaqdan keçməyib. 

Milli Qəhrəman Mübariz İbrahimovu, qəhrəmanlığı dillərdə dastan, könüllərdə yaşayan igid oğulları yetişdirən Biləsuvar Vətən müharibəsində 69 şəhid verib,  antiterror tədbirlərindən sonra şəhidlərin sayı 77 olub. Təbii, Birinci Qarabağ müharibəsində də igid biləsuvarlılar düşmənə qarşı döyüşüb, şücaətlər göstəriblər, sonra onların yolunu oğulları, nəvələri davam etdirib, yarımçıq qalmış  mübarizələrini qələbə ilə tamamlayıblar.

Yağıdan öc aldılar

Torpaqdan güc aldılar.

Biləsuvar oğulları

Düşməndən bac aldılar.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyilə üzü Biləsuvara gedirik. Biləsuvar rayonunda Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildlərinin təqdimatına tələsirik. Redaksiya əməkdaşları Hikmət Məlikzadə, Vüqar Əsgərov, Sevinc Əsgərova, Kamilə Dilbazi, Nasir Rəsulov və Cəvahir xanım da səfər yoldaşımızdır. Xatirə Kitabı Redaksiyanın gördüyü işlər bənzəri olmayan işlərdir və onun dəyərini heç nə ilə müqayisə etmək olmaz. Nəzakən Məmmədovanın rəhbərliyi ilə bu cəfakeş kollektiv şəhidlərimizin xatirəsini əbədiləşdirmək yolunda işlər görür, hər şəhidə xüsusi yanaşır, hər biri haqda məlumatları həssaslıqla incələyirlər. Çünki bu redaksiya tarix yaradan oğulların tarixini yazıb sənədləşdirir ki, sabah o, təkzibolunmaz məlumat bankı kimi daim istinad yerinə çevirilsin. 

Biləsuvar şəhidlərinin valideynləri yolumuzu Heydər Əliyev Mərkəzində gözləyirdi.  Beləliklə, Tanrının xoş günlərindən birində, martın 15-də Heydər Əliyev Mərkəzində Xatirə Kitabı Redaksiyasının çap etdiyi "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildinin təqdimat mərasimi keçirildi. Gözünü həsrətlə yollara dikən şəhid analarının, şəhid atalarının üzündə eyni zamanda bir qürur da cizgilənirdi. Onların lal baxışlarından qulağımıza bir nida süzülürdü: " Qisasımız qiyamətə qalmadı, xalqımızın qisasını bizim oğullarımız aldı". Xalqımızın öcünü alıb torpaqlarımızı işğaldan azad edən oğulların ata-anaları da bir qəhrəmandır, çünki o cür cəngavər oğulları ancaq o cür valideynlər yetişdirə bilərdi. Üç rəngli bayrağımız, müqəddəs torpaqlarımız eşqinə canını fəda edən oğulların hamısı əbədi dirilərdir... 

Xatirə Kitabı Redaksiyasının təqim etdiyi "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildinin işığına Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətovun, başçının birinci müavini Azər Zülfəliyevin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsinin rəsi Rəfail Xəlilovun, rayon ictimaiyyətinin, şəhid ailələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində qeyd edildi ki, Xatirə Kitabı redaksiyasının nəşr etdiyi bu cildliklər şəhidlərimizin xatirəsinə həsr olunan kitab-abidədir.  

"Bu iki cilddə Biləsuvar şəhidlərinin 43 nəfəri barədə məlumatlar öz əksini tapır" 

Tədbiri Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Zülfəliyev açaraq təklif etdi ki, şəhidlərimizin xatrəsini  bir dəqiqəlik sükutla yad edək.  O, həmçinin qeyd etdi ki, bu, şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı növbəti bir tədbirdir. "Dəyərli şəhid valideynləri, mütəmadi olaraq şəhdilərimizin adının ədəbiləşdirilməsi ilə bağlı ölkəmizdə, o cümlədən də rayonumuzda müxtəlif tədbirlər keçirilir. Bu gün burada toplaşmağımızın səbəbi də bununla bağlıdır, biz Xatirə Kitabı Redaksiyasının çap ediyi  "44 gün – Tarixi zəfər" adlı ki­ta­bın I və II cildinin təqdimatına yığışmışıq. Burada Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova iştirak edir. Nəfis tərtib edilən bu cildlərdə 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımız barədə məlumatlar öz əksini tapıb. Bu nəşr ümumilikdə 4 cilddən ibarət olacaq və onun artıq iki cildi sizə təqdim edilir. Təqdim edilən bu iki cilddə Biləsuvar şəhidlərinin 43 nəfəri barədə məlumatlar öz əksini tapır. Digər şəhidlərimiz haqda məlumatlar da növbəti cildlərdə olacaq. Yəni Biləsuvar şəhidlərinin hamısı barədə bu cildlərdə məlumatlar olacaq. Məlum mərhələdə ölkə üzrə şəhid olan bütün əzizlərimiz barədə məlumatlar bu cildlərdə əks olunacaq. Siz heç narahat olmayın" - deyə icra başçısının birinci  müavini   bildirdi.    

A.Zülfəliyev sonra çıxış üçün sözü Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi.

"Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub" 

N.Məmmədova çıxışında "Tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Biləsuvar Rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Bugünkü tədbirimizi Azərbaycanın Milli Qəhrəmanı, yenilməz döyüşçü Mübariz İbrahimovun, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzyevin, Vətən Müharibəsi Qəhrəmanları Mahmudov Cavid Hilal oğlunun, Əkbərov Orxan Nadir oğlunun, Babayev Nihad Akif oğlunun, həmçinin, onlarla müxtəlif yüksək təltifli Biləsuvar oğullarının göz açdıqları qəhrəmanlıq yurdunda keçiririk" - deyə bildirdi.

N.Məmmədova məlumat üçün bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. "Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir. Kitabda, əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün

faydalı iş görülür. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir"-deyə bildirən baş redaktor məlumat verdi ki, Respublika Xatirə Kitabı redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. N.Məmmədova vurğuladı ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib və bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub.

"Şəhidlər bizim əbədiyyət ünvanımızdır"

"Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 GÜN – TARİXİ ZƏFƏR" adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Hazırda biz həmin kitabların təqdimatına toplaşmışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür. "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar. Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Bizə Qələbə sevinci yaşadan şəhid oğulları anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim üçün çox xoşdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə N.Məmmədova çıxışını yekunlaşdırdı.

"Şəhidlərimizin sayının çox olması da vətənpərvərlikdən irəli gəlir" 

SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin müdiri Rəfail Xəlilov da çıxış etdi. R.Xəlilov çıxışında vurğuladı ki, Biləsuvar qəhrəmanlar yurdudur, mübarizlik rəmzidir. "İlk qapımızı açan bizim Milli Qəhrəmanımızdır. Şəhidlərimizin sayının çox olması da vətənpərvərlikdən irəli gəlir.  Biz torpaqlarımızı həmin o igidlər sayəsində geri qaytarmışıq, namusumuzu xilas etmişik" - deyə R.Xəlilov qeyd etdi. 

Yeri gəlmişkən, R.Xəlilov bu məsul vəzifəyə yeni təyin edilib və şəhid ailələrinə də bu tədbir vasitəsilə təqdim edildi. 

"Biləsuvarın qəhrəmanlıqla, şəhidliklə bağlı böyük tarixcəsi var" 

Biləsuvar İcra Hakimiyyəti başçısı Faiq Qürbətov  həmin gün vətəndaş qəbulu keçirdiyi üçün təqdimat mərasiminə sonradan qatıldı, həm çıxış etdi, həm də "44 gün – Tarixi zəfər"in cildlərini şəhid ailələrinə təqdim etdi. F.Qürbətov "Biləsuvara xoş gəldiniz. Bilirəm ki, "44 gün – Tarixi zəfər" kitabı silsilə olacaq, bundan sonra da iki cildi çıxacaq. Növbəti cildlərdə digər şəhidlərimizlə bağlı da məlumatlar olacaq. Biləsuvarın qəhrəmanlıqla, şəhidliklə bağlı böyük tarixcəsi var. Keçən əsrin 90-cı illərindən bugünə kimi Vətən uğrunda canınlarından keçiblər, qəhrəmanlıq göstəriblər, hər zaman əllərində silah istənilən nöqtələrdə xidmətlərini layiqincə aparıblar" - deyə qeyd etdi. 

İcra başçısı bildirdi ki, möhtəşəm Qarabağ zəfəri ilə bağlı bütün   respublikada kitablar yazılır, filmlər çəkilir, xatirə-anım tədbirləri keçirilir, Biləsuvarda da bu cür tədbirlər keçirilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı gördükləri işlərə görə F.Qürbətov Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru N.Məmmədovaya və kollektivə təşəkkür etdi: "Çox sağ olun, zəhmətiniz var, əməyinizi halal edin. Bizim şəhid valideynlərinin özləri bir qəhrəmandır, çünki çoxları Birinci Qarabağ müharibəsində vuruşub, veteran olanlar da var. Onlar həm də ona görə qəhrəmandırlar ki, övladlarını vətənpərvərlik ruhunda tərbiyə ediblər, övladlarını Vətən yolunda qurban veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Sonda "44 gün - Tarixi zəfər"in birinci və ikinci cildləri Faiq Qürbətov, Azər Zülfəliyev, Nəzakət Məmmədova, Rəfail Xəlilov tərəfindən şəhid ailələrinə təqdim edildi. İcra başçısı kitabı Biləsuvar rayonu Əsgərabad kəndində anadan olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi İlkin Abıyevin atası İslam Abıyeva təqdim edərkən "Öz adı da İlkin idi. İlkin həm Biləsuvar rayonun, həm də doğulduğu Əsgərabad kəndinin ilk şəhidi  oldu. O, sentyabrın 27-də, müharibə başlayan gün şəhid olmuşdu. Biz şəhidimizin dəfn mərasimində iştirak etdik" - deyə bildirdi. 

Tədbir sonrası biz də bir neçə şəhid ailəsindən müsahibə götürdük və qəzetimizin növbəti saylarında sıra ilə o müsahibələri təqdim edəcəyik.  

Biləsuvardan ayrılıb, Nefçalanın Həsənabad qəsəbəsinə, Vətən Müharibəsi Qəhrəmanı Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılovanı  ziyarətə getdik. Filarə ana ilə görüşümüz başqa bir yazının mövzusu olduğu üçün bu barədə növbəti saylarımızdan birində söhbət açacağıq...

Bütün şəhidlərin ata-anaları bir-birinə oxşayır, gözləri ağlasa da, ürəkləri dağlansa da, yenə də qamətlərini şax tuturlar, yenə də əzəmətli görsənirlər. Ürəklərində oğul yarası, sinələrində oğul dağı yaşadan qəhrəman ata və analar cəsurluğun canlı simvollarıdır. Şəhid ailələri bütün görüşlərimizdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün gecələrini gündüzlərinə qatıb vətən oğullarının sorağı ilə kəndləri, şəhərləri qarış-qarış gəzən Respublika Xatirə Kitabının kollektivinə, bütün bu möhtəşəm işə rəhbərlik edən baş redaktor Nəzakət Məmmədovaya  xüsusi təşəkkür edirlər ki, bu kollektiv onların övladlarının əbədi yaşaması üçün bu qədər nəhəng işlər görür...

İradə SARIYEVA
Biləsuvar-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ