Bazar günü günü, 08 noyabr 2026
     

Qohumların evlənməsini qadağan etmək mümkün olacaqmı? - Min illərlik adət…

Image


El arasındakı məsələ görə, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib. Tibb nə qədər bunun əksini söyləsə də, Azərbaycanda bu atalar məsəlini qanun qəbul edən  bir çox ailələr mövcuddur. Belə ki, qohum evliliklərinin sayı digərləri ilə müqayisədə üstünlük təşkil edir. 

Adətən valideynlər deyirlər ki, yad qızını alınca, qızımızı özgəyə verincə el-obamızdan olan, əsil-nəslinə bələd olduğumuz qardaşımız, bacımız övladlarını öz ocağımıza gətirək, ya da gəlin köçürək. Ancaq qohum nikahlardan dünyaya gələn uşaqların sağlam olmadığı danılmaz faktdır. Bu səbəbdən də ölkəmizdə qohum nikahların qadağan olunması müzakirə olunur.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsinin müzakirə olunduğunu bildirib: "Qohum evlilikləri strateji məsələ olaraq bizim genofondumuza təsir edir. Cəmiyyət baxımından isə öz gələcəyimizə təsir edir. Bu evliliklər nəticəsində doğulmuş xəstə, əlil uşaqlar iztirab çəkirlər. Bu, nəinki dövlətin, hər birimizin problemidir. Məsələnin kökü ona dayanır ki, problemin qarşısını almaq üçün nə edə bilərik. İkinci və üçüncü dərəcəli qohum evliliklərinə qadağa qoyulması məsələsi gündəmə gətirilir. Bu, kifayət qədər yayılmış məsələdir".

Qohum evliliklərlə bağlı məsələ uzun illərdir müzakirə olunur, bununla bağlı maarifləndirmə işi aparılır. Ancaq bu sahədə vəziyyət olduğu kimi qalıb. 

Maraqlıdır, qohum evliliklər qadağan oluna bilərmi? 

Əhməd Qəşəmoğlu: "Belə evlənən adamlara sərt münasibət olmalıdır, dini idarələr də bu cür evliliyi haram elan etməlidir" 

Sosioloq Əhməd Qəşəmoğlu "Bakı-Xəbər"ə bildirdi ki, qohum evliliklərindən söz açarkən biz daha çox əmiqızı, xalaqızı, dayıqızı, dayıoğlu, xalaoğlu kimi yaxın insanların evliliklərindən danışmalıyıq: "Hansı ki, xristianlarda belə bu qohumlara ikinci bacı-qardaş deyirlər. Axı, biz görürük ki, bu cür evliliklərdən fəsadlı və əlil uşaqlar doğulur. Hətta dəhşətli bir məqam var ki, bəzən belə nikahdan uşaqlar tam sağlam dünyaya gəlir. Lakin illər keçəndən sonra onlarda xəstəlik üzə çıxa bilər. Mənə məlum olan fakt var ki, əmisi qızı ilə evlənən şəxsin bir oğlu doğuldu. O da 28-29 yaşında ailə həyatı qurdu və bir övladı oldu. Lakin 30 yaşından sonra onun böyrəyində çürümə prosesinin başladığı məlum oldu. Ailə övladını hətta başqa ölkələrə də apararaq müayinələr etdirdi. Sonradan bu fəsadın kökündə qohum evliliyi  məsələsinin olduğu üzə çıxdı. Başqa belə bir hadisə isə sevərək evlənən əmioğlu və əmiqızının başına gəlib. Belə ki, onların üç övladı dünyaya gəlib. Lakin onların hər biri əqli cəhətdən zəif doğulub. Bu ailənin bütün qazandığı vəsaitlər də uşaqların müalicəsi üçün sərf olunur. Bir sözlə, onlar öz həyatlarını puç ediblər. Bəs burada uşaqların nə günahı var?! Belə evliliklərdə ana bətninə düşən ilk gündən uşağın xəstə doğula biləcəyi ilə bağlı ana, ata, qohumlar 9 ay boyu gərginlik içərisində yaşayırlar. Bu müddət ərzində gərginlik uşağa belə sirayət edir. Bu da uşaqda yeni fəsadların yaranmasına səbəb ola bilir. Ona görə də yaxın qan qohumu olan adamların evlənməyi ağlamalı, utanmalı bir hadisədir. Hətta bütün xristian aləmi belə bu məsələdə bizə ironiya ilə gülür. Bütün bunları nəzərə alaraq qanunvericilikdə yaxın qohum evliliyi qadağan edilməlidir. Belə evlənən adamlara sərt münasibət olmalıdır. Dini idarələr də bu cür evliliyi haram elan etməlidir. Haram sözünün ilk növbədə fəlsəfəsini anlamaq lazımdır. İslamda o şeylər haram buyurulub ki, onlardan insanın bədəninə, həyatına xəta, bəla gəlir. Bundan böyük təhlükə ola bilərmi?! Bəzən fəsadlar uşağın özündə yox, onun övladında olur. Ona görə də bu məsələyə ciddi şəkildə həm qanunvericiliklə, həm də dinlə qadağa qoymalı olduğumuzu düşünürəm. Bizim xalqımızda bu ənənə olmamalıdır. Çox yaxşı olar ki, müsəlman, İslam aləmində biz bu sahədə qabağa düşək. Bunun özü də çox maraqlı bir tarixi hadisə ola bilər".

Səmayə Bayramova: "Qohum evlilik genetik xəstəliklərin geniş yayılmasına təsir edən önəmli amillərdən biridir" 

Ginekoloq Səmayə Bayramova "Bakı-Xəbər"ə şərhində bildirdi ki, qohum evlilik genetik xəstəliklərin geniş yayılmasına təsir edən önəmli amillərdən biridir: "Belə evlilikdən qüsurlu və xəstə uşaq doğulma risqi də artmaqdadır. Bəzi ailələri yanıldan isə ətrafındakı qohum evlilikdən sağlam uşağın olmasıdır. Halbuki, qohum evlilik hər hamiləlikdə xəstə uşaq doğulacağı mənasını vermir. Ailənin əvvəlki uşaqlarının sağlam doğulması, sonrakı hamiləlikdə risq olmadığını göstərmədiyi kimi, əvvəllər xəstə uşağın doğulması da sağlam uşağın doğulmayacağını göstərməz. Bəzi xəstəliklərin ortaya çıxmasında sadəcə anadan, yaxud atadan problemli gen keçsə də, bəzi xəstəliklərdə hər iki valideyndə problemli genlər rol oynayır. Belə bir vəziyyətdə ana və ata sağlam ola bilərlər, ancaq problemli gen daşımaqdadırlar. Yəni tibbi dildə desək, heteroziqot vəziyyətindədirlər. Xəstəliyin aşkarlandığı uşaq isə homoziqotdur, yəni hər iki problemli geni də aldığı üçün xəstədir".

Ginekoloqun fikrincə, qohum evlilikdən uşaqların qüsurlu doğulması başqa tip əlilliyə də səbəb olur. Bunların bir qrupu xaricdən görünən, uşağın səhhətinə təsir edən daxili orqanlarındakı problemlərdi ki, buraya ürəkdə deşik, böyrəklərin fəaliyyətinin pozğunluğu və s. daxildir: "Yaxud, ağılın zəifliyini göstərmək olar. Bu gün faktdır ki, irsi xəstəlik olan talassemiyanın başlıca səbəbi qanda xəstə genlərin olmasıdır. Gələcəyimizin məhv olmaması üçün qohum evliliklər qadağan olunmalıdır". 

Mehriban Zeynalova: "Yaxın qohumlar arasında nikah yolverilməzdir, anlamaq lazımdır ki, bu, uşaqların sağlamlığında ciddi problemlərə yol açır" 

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Bakı-Xəbər"ə açıqlamasında dedi ki, yaxın qohumlar arasında nikah yolverilməzdir. Anlamaq lazımdır ki, bu, uşaqların sağlamlığında ciddi problemlərə yol açır: "Qohumların nikahı həmin ailələrdə xəstə uşaqların doğulmasına yol açır. Anemiya, autizm kimi xəstəliklər çoxalıb. Bu gün uşaqlar arasında ən müxtəlif xəstəliklər yayılmaqdadır. Bu, əhalinin və genofondun gələcəyi üçün çox təhlükəlidir". 

M.Zeynalova hesab edir ki,  bu sahədə maariflənmə işi daha çox aparılmalıdır: "Əhalinin çoxu qohum nikahları pisləyir, ancaq yenə öz bildiklərini edirlər. Bu səbəbdən də məlum qanun yerinə düşəcək. Əsas odur ki, bu prosesi gizlin həyata keçirməsinlər. Bunlar sıradan bir  məsələ deyil, hamısı elmi əsaslandırılıb".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ