Bazar günü günü, 08 noyabr 2026
     

BAKI şəhidləri - Atıcı əsgər Murad Əliyev...

Image


2001-ci il 13 martda Binə qəsəbəsində dünyaya gələn Murad Əliyev 5 uşaqlı ailənin üçüncü övladı idi. Binə qəsəbəsindəki 136 №li tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 101 nömrəli peşə-ixtisas məktəbində tam orta təhsilini bitirmiş, sürücülük ixtisasına da yiyələnmişdi. 

Zəhmətsevər idi Murad. İşləmək, ailəsinə dayaq olmaq, öz qazancı ilə yaşamaq istəyirdi. Həm də həqiqətsevər idi.  Kiminsə xoşuna gəlmək üçün yalandan gülümsəməzdi. Olduğu kimi, göründüyü kimi idi Murad. Heç vaxt haqqı nahaqqa verməyən Murad xalqımıza qarşı, vətəninə qarşı haqsızlıqla da barışa bilmirdi.

"Görürsən kimsə yalan danışır, nəsə düz hərəkət etmir, susuruq çox zaman. O susmazdı. Fikrini bildirərdi. Yalandan kimisə, nəyisə tərifləməzdi. Mənə onunla bölüşmək, söhbətləşmək rahat idi. Dost idik. Onunçün darıxsam da, bilirəm ki, qəhrəmandı, ən uca zirvədədi qardaşım". Bunları söylədi bacısı Dilbər.

2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılır. Əvvəl Ağcabədidə, sonra Beyləqanda xidmət edir. Hələ Beyləqanda 702 nömrəli hərbi hissədə xidmət zamanı həmlə taboruna keçir. Həmlə taborunda olmaq həmişə öndə olmaq deməkdir. 

Həmişə öndə olan atıcı əsgər idi Murad. Döyüş tapşırıqlarını yerinə yetirəndə də, hücumda da birincilərin sırasındaydı. 

Atası Hüseyn Əliyev: 5 övladım olsa da o bir başqaydı mənim üçün. Bilmirəm hansı sözlərlə onu təqdim edim. Çox şən, hazırcavab, bacarıqlı idi. Mən kəmhövsələyəm bir az. Baxışımdan, adını bircə dəfə çəkməyimdən nə istədiyimi bilirdi. Ona hirslənə bilmirdim.  Çox həssas idi. Ümumiyyətlə, hamıyla dil tapırdı. Hərbi xidmətdə də az zamanda hamıyla dostlaşmışdı. Döyüş yoldaşları da ondan ürəkdolusu danışırlar. Onlara qulaq asanda oğlumla daha çox qürur duyuram. Hər gün ona "çox sağ ol, oğul" deyirəm...

Hazırcavab, məğlub olmağı sevməyən, cəldliyi, bacarığı ilə seçilən Murad Əliyev əsgəri xidmətdə də belə idi. "Çətinliyindən asılı olmadan, güllə altında olsa da verilən tapşırığı yerinə yetirməli idi. Qorxusu yox idi elə bil"-deyir döyüş dostları.

Anası Reyhanə xanım oğlunun həqiqi hərbi xidmətdən qayıtmasına hazırlaşırdı: Bir həftəyə gəlməli idi.  Xidmət zamanı daha tez-tez zəng edirdi. Müharibə başlayan dönəmlərdə  azaldı zəngləri. Müharibə başlayanda xəbər vermədi. Döyüşdə olduğunu demədi. Demə lap ilk hücumda olanların sırasında olub. Çox narahat idik. Bir də oktyabrın 7-də danışdıq. Gülə-gülə danışırdı. Özümdən asılı olmadan ağladım. Yenə zarafatyana dedi:"Ana, niyə ağlayırsan? Bax o azad olunan yerlər var ha, onların hamısını mən azad eləmişəm. Mən torpaqları ermənilərdən alıram, sən ağlayırsan". Oktyabrın 31-də danışdıq son dəfə...  Bilirsiz, Murad hələ sağ idi, mən hər şəhidə ağlayırdım. Şəhidlik ən uca məqam olsa da, övlad acısıdı. Mənim oğlum ləyaqətli övlad idi. Başımızı əyəcək bir hərəkəti olmadı. Ölümü də ləyaqətli oldu. Bir arzum var ki, xalqımız bundan sonra müharibə görməsin. 

Hamının yaddaşında gülə-gülə qalıb: gülərüzlü Murad kimi. Həyatın aləlvan göründüyü yaşda idi. Həyatın üzünə gülən vaxtı idi. Bir arzusu da vardı Muradın : Şuşaya getmək. Elə Şuşa uğrunda döyüşlərdə də "Daha ölsəm də olar" deyirmiş həyatsevər Murad. Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə noyabrın 5-də şəhid olur Murad Hüseyn oğlu Əliyev. Üzündə təbəssüm, gözlərində sevinc.

Azərbaycanın ərazi bütövlüyü uğruna savaşan, noyabrın beşinə kimi qələbə dolu günləri yaşayan Murad Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda"," İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

"Döyüş yoldaşlarının söhbətlərindən bildik ki, xidmət zamanı da sevilib Murad. Öz cəsurluğu ilə seçilib. Ölümdən  heç kəs qaça bilməz. Hamı ölür. Necə yaşamaq önəmlidi. Murad insan kimi yaşadı, qəhrəman kimi öldü. Seçilmişlərdən oldu. Şəhidlər ruhən ölmürlər. Onlar həmişə bizimlədir. Onlar həmişə bizim inam, güvən yerimiz olacaq". Bunları söyləyən Rəna Əliyeva Muradın bibisi qızıdır.

Böyük qardaşı Valehin sözlərinə görə Murad savaş zamanı tez-tez zəng etmirdi. Döyüşlər haqqında valideynlərinə heç nə demirdi. "Həmişə şən idi, zarafat edirdi. Arada mənimlə bölüşürdü. Şikayətlənməyi sevmirdi Murad. Ürəkli oğul idi. Mən təkcə qardaşımla deyil, bütün döyüşçülərlə, qazilərlə, şəhidlərlə fəxr edirəm. Müqəddəs amal uğrunda döyüşdülər, qalib oldular – dedi Valeh Əliyev.
 Şəhidlərin şəkilləri paylaşılır sosial şəbəkədə: hamısının üzündə təbəssüm var. Hamısı gülümsəyir. Hərdən düşünürəm ki,onların hər biri Muradın anası Reyhanə xanıma dediyi sözləri deyir biz ağlayanda: " Ağlamayın, biz torpaqları azad etmişik ki, siz ağlayasız"?

Ailənin sönbeşiyi Məhəmməddir: qardaşım elə bil həm atam, həm qardaşım, həm dostum idi. Mən onunla fəxr edirəm. Böyüyəndə onun kimi qorxmaz əsgər olacam.Torpaqlarımızı bütün düşmənlərdən qoruyacam. 

Məhəmməd danışır. Mən gözlərindən işıq yağan Məhəmmədin səsindəki inamı görürəm. Müharibələrə qarşıyam, yer üzünə sülh arzulayıram. Amma bu arzunun gerçəkləşməsindən əmin deyiləm.  Vətəni düşmənlərindən qoruyacaq oğulların varlığına əminlik isə çox əvəzsiz duyğudur. 

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:26
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ