Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid(lər) haqqında ürək sözləri də fərqli olur... - Doqquzuncu yazı

Image


Əli və İslam Əhmədov qardaşları haqqında çox deyilib, bundan sonra daha çox deyiləcək. Çünki onlar tarixə qəh­rəman qardaşlar - müharibənin ilk şəhid qardaşları ki­mi dü­şüblər...

...Məqam elə gətirib ki, şəhid qardaşlar haqqında qo­hum-əqrəbaları da ürək yanğısı ilə söz deyiblər... 

Onları təqdim edirik:

Elnur, qrup yoldaşı:

- Əli ilə ilk tanışlığımız tələbəlik illərimizə təsadüf edir. İlk gündən Əli ilə dostluğumuz, tanışlığımız yaranmışdı. Əli öz tərbiyəsi və davranışı ilə həm qrupda, həm universi­tet­də, həm də müəllim kollektivi arasında hörmət qazanmışdı. Əli ilə bağlı çox xatirələrim var. 3-cü kursun yay ayında Mingəçevirə - öz evinə qonaq çağırmışdı. 10 gün Əli­gilin evində qonaq oldum. Ailəsini yaxından tanıdım. Əli ilə çox gözəl vaxt keçirtdik. Bu, mənim üçün ən yaddaqalan xatirə oldu... 

Hər bir gəncin qəlbində Vətən sevgisi olduğu kimi, Əli­də də var idi. Amma onda sanki hamıdan daha çox idi. Əli öz Vətəninə, torpağına bağlıydı. Onunla son yazışmamız ya­d­ıma düşür. Əhvalını soruşdum. Xeyli danışdıqdan sonra hiss etdim ki, Əlinin bir sıxıntısı var. Soruşdum, dedi ki,  yaxın vaxtlarda döyüş olacaq. Mən Vətən üçün döyüşməyə gedəcəm və  şəhid olacam. Sağollaşdıqdan sonra dedi ki, sağ qalsam danışarıq, şəhid olsam Vətən sağ olsun!. Əli, sanki bunu hiss etmişdi. O və qardaşı İslam bir-birlərindən xəbərsiz şəhidlik zirvəsinə ucaldılar. Başda anaları Sevinc xanım olmaqla Allahdan onların yaxınlarına səbr diləyirəm. Əli cismən yanımızda olmasa da, daim xatirələri ilə qəlbimizdə yaşayacaq. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kənan Bağırov, tələbə yoldaşı: 

- Mən şəhid Əli Əhmədovun qrup yoldaşı olmuşam. Bi­zim Əli ilə tanışlığımız Akademiyada oxuyarkən başladı. Əlini tanıdığım müddət ərzində onun sakit, hər kəs ilə yola ge­dən, hər kəs ilə dil tapa bilən, müəllimlərinə, bö­yük­lə­ri­nə hörmət edən bir insan olduğunu gördüm. Əlinin şə­hid­lik kimi uca bir məqama çatması onun bu məqama layiq olduğunu göstərir. Əlinin şəhid olması bizi - qrup yoldaşlarını, dostlarını, hər kəsi dərindən yaraladı. Bizim üçün ağır və gözlənilməz oldu. Əli həmişə bütün yoldaşlarına qarşı mərhəmətli olub. Vətənpərvərliyi və dinə bağlılığı ilə seçilirdi. Bu xarakteri onu Vətənə xidmət etmək üçün cəbhəyə doğru yola saldı. O, bu yolda öz şərəfi ilə şəhid oldu. Onun qardaşı Əhmədov İslam da Vətən uğrunda şəhid oldu. Analarına Allahdan səbr diləyirəm. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fətihi Həqiqət, Coğrafiya müəlimi:

- Əli mənim xatirəmdə əsl vətənpərvər şagird, əbə­diyaşar, hərbi simalı igid, mərd bir övlad kimi qalıb. Bir gün coğrafiya dərsində vətənpərvərlik mövzusunda söhbət düşdü. Əli dedi ki, müəllim mənim könlümdən şəhid ol­maq keçir. Mən ona yaxınlaşıb başını sığalladım. O isə dedi ki, yox, mən demişəm, şəhid olacam, qurtardı. Sözüm sözdür. Yerin cənnət olsun, əziz balam...!

İslam sakit, tərbiyəli, məsum baxışlı bir şagird idi. Mən bu şagirdlərlə qürur duyuram. Mənim üçün çox çətindir. Fi­kirlərimi sözlə ifadə edə bilmirəm... Allah hər ikisinin məkanını cənnət etsin!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Nahidə Heydərova, Fizika müəllimi (hər iki şəhid qardaşın) Sinif rəhbəri:

- Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Əli və İslamın qəhrəmancasına şəhid olmağı haqda yazacaq, Şəhidlər xiyabanında məzarlarını ziyarət edəcəm. Şəhid Əli və İslam qardaşlarının adı gələndə gözlərim dolacaq, qəhər məni boğacaq... 

Əli və İslamla ilk tanışlığımız 2005-ci ildə oldu. Həmin il mən onların sinif rəhbəri olduğum üçün uşaqları fənn müəllimlərindən fərqli olaraq daha yaxından tanıdım və axıra kimi də necə tanıdımsa, elə də yaddaşıma həkk olundular. Çünki heç dəyişmədilər. Əli 5-ci sinifdə necə sakit, təmkinli idisə, üzərində illərin yorğunluğu olmasına baxmayaraq, məktəbi bitirənə qədər elə də qaldı. Əli çox ağıllı, dərslərinə qarşı məsuliyyətli, böyük-kiçik yeri bilən bir şagird kimi yaddaşımdadır. 

İslam bir qədər çılğın təbiətli şagird idi. Hansısa bir hərəkəti edəndə gözü qalardı Əlinin üzündə ki, görsün o, necə reaksiya verəcək. Əlinin baxışı İslamın sonrakı hərəkəti demək idi. Heç yadımdan çıxmaz, Əli fizikadan "4"-nü özü alardı. İslam isə fizikanı mənimsəməkdə çətinlik çəkdiyindən ona deyərdim ki, sən hər dərs mənə 10 fərqli qayda danış, sənə "3" yazım. Elə oldu ki, İslam hər bəhsin qaydalarını əzbər bildi. Bir gün mənə yaxınlaşıb dedi ki, sualların hamısını bildiyimə görə, istərdim ki, mənə "4" yazasınız. Dedim, baş üstə. Həmin il ona "4" yazmışdım. Kaş ki, onları çox incitməyəydim... Bəlkə də, şəhid olacaqlarını bilsəydim onları daha çox əzizləyər, xoş sözlər deyərdim. Əli və İslam  haqqında keçmişdə danışmaq mənə əzab verir. 

Siz mənim qürur yerimsiniz, and yerimsiniz, tarix yazan igidlərimsiniz, Əli və İslam! Allah sizə rəhmət eləsin. Allah Sevinc anaya və bizə səbr versin!

Leysan müəllim, Tarix müəllimi:

- Əli və İslam haqqında ürək sözləri yazmaq həm qürurlu, həm də ağırdı. Mən Əli və İslama aşağı siniflərdə tarix dərsi demişəm. Çox yaxşı xatırlayıram onları. Hər iksi çox tərbiyəli və mehriban uşaqlar idi. Xüsusən, Əli həm dərslərini yaxşı oxuyurdu (tarixdən "5" alırdı), həm də çox sakit idi. İslam ona baxanda bir az hərəkətli idi. Birinci dəfə onların qardaş olduğunu biləndə sorşdum ki, siz doğrudan qardaşsınız? (Xasiyətləri baxımdan soruşdum). Əlidən qabaq İslam dilləndi: "Boyumuza görə deyirsiniz, müəllimə? Əli məndən hündürdü, ona görə?". Dedim ki, yox. Nə vaxt baxıram, sən gülümsəyirsən, Əli ciddi dayanıb. Həmişəki kimi boynunu sağa əyib gülümsədi. O duruş heç vaxt gözümün önündən getməz...

Biz sizinlə qürur duyuruq, Əli və İslam! 

Allah sizə rəhmət eləsin! 

Allah bütün şəhidlərimizə rəh­mət eləsin!

Sevda xanım, sinif müəllimi:

-  Əli Əhmədov - çox çalışqan, təmkinli, səmimi və mehriban şagird olub. Əli daim kitablar oxuyurdu. Bəzən çox qeyri-adi suallar verərdi. Müəllim və yoldaşlarının hörmətini qazanmışdı. Yadıma gəlmir ki, kimsə Əlidən şikayət etsin. Coğrafiya fənninə xüsusi maraq göstərirdi. Sinifdə ağsaqqal ləqəbi ilə müraciət edərdilər ona. 

İslam Əhmədov - sakit təbiətli idi sinifdə. Qızlarla o qədər ünsiyyət qurmazdı. Utancaq idi. Amma oğlanlarla zarafatlarından geri qalmazdılar. Tənəffüsdə ara-sıra güclərini yoxlayırdılar. İslam tərbiyəli, sakit, mehriban və səmimi şagird idi. Heç bir müəllim bu iki qardaşdan narazı olmadı. Bir-birlərinə qarşı çox hörmətlə yanaşırdılar...

Fuad Hacıyev, dostu: 

- İslam müharibəyə gedən gün mənimlə vidalaşdı, anasını mənə tapşırdı, xahiş etdi ki, ondan muğayat olum… Bu, o anlama gəlir ki, bəzən insanın ruhi zəmində dedikləri, əslində, onun öz dili ilə yox, ona diqtə edənin (mələyin) dili ilə təqdir olunur. Məsələn, bir insana ölümün yaxın olduğu diqtə edilir, o da dərhal ailə üzvlərini başına yığıb vəsiyyət edir. İslam da şübhəsiz, ruhi zəmində müharibəyə getdiyi gün mənimlə görüşüb, vidalaşdı və  dedi ki, müharibəyə gedirik, inşallah, şəhidlik zirvəsinə yüksələrik... Son xahişi də anası olub. Dedi, anamdan mu­ğayat olarsan... 

Öləcəyinin diqtə olunduğu şəxs Allahın seçdiyi, dəyər verdiyi şəxsdir. Bu, dini təsnifatda da bu cür yozulur. 

İslamın anasına dediyi sözlər də bu mahiyyəti açır: "Ana, mən şəhid olacağam". O, Allahın fərqli xüsusiyyətlər əta etdiyi şəxs olduğu üçün Allah onu yüksək məqama ucaltdı və bu, ona qabaqcadan diqtə edildi. 

Anar Aslan oğlu Mehdiyev, döyüş yoldaşı, qazi:

- İslamla tanışlığımız ilk dəfə xidmət etdiyimiz hərbi his­sədə olub. Daha sonra onunla eyni bölmədə xidmət et­dik. İs­lam döyüş maşınlarının sürücü-mexaniki idi. Və­tə­ni­ni sevən, ixtisasını daim öyrənən hərbi qulluqçu idi. Onun­la bağlı yadımda çox şey var: Bir gün xidmət etdiyimiz hərbi hissəyə yoxlama gəlmişdi. Həmin gün də bölmənin səx­si heyəti başqa bir xidməti yerinə yetirmək üçün get­miş­di. Bölmədə təkcə İslam qalmışdı. Bölmənin döyüş ma­şınlarını işə salmaq onun üzərinə düşürdü. İslam bu işin öhdəsindən çox məharətlə gəldi, döyüş texnikalarının işə salaraq yoxlamaya təqdim etdi. Onun bu hərəkəti yoxlama tərəfindən minnətdarlıq hissi ilə qarşılandı.

İslam öz xidmət yoldaşları ilə də mehriban, səmimi dav­ranırdı. Komandirlərin əmr və tapşırıqlarını dəqiq yerinə yetirən, bunu özünə şərəf bilən hərbi qulluqçu idi. 

Allah rəhmət eləsin!

Nazim Əsədov, gizir:

- İslam Əhmədovla müxtəlif hərbi hissələrdə bir yerdə xid­mət etmişik. Çox ağıllı, tərbiyəli, səbrli, dözümlü, qo­çaq, komandanlığın tapşırıqlarını vaxtında, lazımi şəkildə ye­­rinə yetirən, bir sözlə, Vətənə sadiq əsgər idi.  Həmişə öndə olmağı xoşlayırdı. Onunla axırıncı dəfə Ağdamda görüşdük. O zaman da onu çox çevik, istiqanlı və əzmkar gör­düm. Hayıf ki, onun kimi bir oğulu itirdik...

islam haqqında çox söz demək olar. Ancaq xatırladıqca, bir-bir yadıma saldıqca çox pis oluram. Yəqin onun ruhu məni bağışlayar...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bəhlul, dostu:

- Əli ilə həm dost, həm də rəqs yoldaşı idik. Hələ də inan­mağım gəlmir ki, Əli şəhid olub. Çox qanacaqlı, tərbiyəli, böyük-kiçik yeri bilən qardaş idi. Birgə olduğumuz müddət ərzində onu dönə-dönə kəşf etmişəm. Xasiyyəti və mədəni davranışı ilə qəlbimizə yol açmışdı. Nə deyim, belə bir dostun itkisi bizim üçün çox ağırdır. Amma şəhidlik zirvəsi də hər kəsə nəsib olmur. 

Hər iki qardaşın ruhu şad olsun!

Nərmin Cəbrayılzadə, sinif yoldaşı:

- Əli və İslamın qəlbimdə, yaddaşımda xüsusi yeri olub hə­mişə... Əli ilə daha yaxın olmuşam. Dinə, Allaha çox bağlı idi. Mənə İslamı, Həzrəti Əlini, peyğəmbəri sevdirib, dinlə bağlı ağlımda olan bir çox suallara aydınlıq gətirib, hadisələr, hekayələr danışıb. Çox səbrli, təmkinli, dü­şün­cəli idi. Hər şeyi onunla məsləhətləşərdik. Dün­ya­gö­rü­şünə, düşüncə tərzinə, intellektinə görə hamımızdan seçilirdi. Sinifdə hamı onu "ağsaqqal" deyərdi. 

Mən riyaziyyatdan zəif idim, o Azərbaycan dili fənnindən. Həmişə boş dərslərdə birlikdə oturub bir-birimizə an­la­madığımız, zəif bildiyimiz mövzularda köməklik edirdik. Gələcəkdə özümüzlə bağlı xəyallar qururduq. Ha­mı­nın dincəlib söhbət etdiyi vaxtlarda belə o, yalnız dərs oxu­yur, test işləyirdi. Qarşısına yalnız bir məqsəd qoymuşdu: oxumalı, anasına gözəl, rahat və xoşbəxt həyat bəxş etməli…

Əlinin incə, həssas qəlbi də vardı. Mənalı şeirlər yazırdı. Ancaq utancaq olduğu üçün hamı ilə bölüşmürdü bu istedadını.

İslam daha sakit, içinə qapanan, səssiz idi. Dərslərə bir o qədər maraq göstərməsə də, tərbiyəsi ilə seçilirdi. Ata­ları dünyasını dəyişəndən sonra Əli İslamı sanki körpə uşaq kimi daim gözləri ilə izləyir, nəzarətdə saxlayırdı. Onu kefsiz, üzgün görəndə Əlinin gözlərindən dərd, kədər yağırdı. İki qardaş bəzən heç danışmadan bir-birinə baxışları ilə nəsə deyirdilər. Bunu yalnız özləri anlayırdı...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:26
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ