Bazar günü günü, 08 noyabr 2026
     

Bakıda Azərbaycan-Fransa Universiteti nəyimizə lazımdır?!.

Image


Məhərrəm Zülfüqarlı: "Makronun yürütdüyü ziyanlı siyasətə görə, hesab edirəm ki, Azərbaycan-Fransız Universitetinin fəaliyyəti nəzərdən keçirilməlidir"

Fransanın Azərbaycana qarşı düşmənçiliyi hər addımda özünü büruzə verir. Diqqət çəkən odur ki, bizi özünə düşmən sayan Fransada Azərbaycan dəyərlərinə qarşı açıq hücumlar baş verir, amma fransız hökumətinin tükü də tərpənmir. 

Xurşidbanu Natəvanın Fransanın Evian-le Ba şəhərində qoyulan abidəsinin başına gətirilən oyunlar buna kiçik bir misaldır. Az qala hər gün təhqir olunan, vandalizmə məruz qoyulan abidə indi Parisə gətirilib. Fərqi nədir, məkan dəyişsə də, şovinizm, ksenofobiya, zorakılıq, vandalizm niyyətləri dəyişməyib ki…

Azərbaycan-Fransa əlaqələrini araşdırdıqda görürük ki, Makron hökumətindən əvvəl humanitar-mədəni sahədə əlaqələr olub. Hətta 2016-cı ildə Bakıda Azərbaycan-Fransız Universiteti (Azərbaycan-Fransa) açılıb. Hazırda bu ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir. Bir məsələ də var ki, bu universitet Azərbaycanın dövlət büdcəsindən maliyyələşir. Həm Azərbaycan-Fransız universiteti, həm də digər bu qəbildən olan ali məktəblər Azərbaycan dövlətinin büdcəsindən maliyyələşməməlidir, onlar özəl ali məktəb kimi öz maliyyəsini özü təmin etməlidir. Biz Azərbaycan-Fransız universitetinə maliyyə ayırırıq, Fransa da bizə qarşı açıq düşmənçilik siyasəti yeridir. Bunu necə anlamaq olar? Bu necə mədəni-humanitar münasibətdir ki, biz qarşılığında düşmənçilik, nifrət görürük, erməni separatizminə dəstək görürük, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd cəhdləri görürük? Azərbaycan öz ərazilərini işğaldan azad edib, amma Fransa hələ də separatizmi alovlandırmaq, Ermənistanı yeni işğala həvəsləndirmək sevdasındadır. Bu halda, Azərbaycan-Fransa Universitetinə nə ehtiyac var? 

"İctimaiyyət də hesab edir ki, Azərbaycan-Fransız Universitetinə ehtiyac yoxdur" 

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan-Fransız Universiteti  Azərbaycan Prezidenti İlham Əliyevin və Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılıb, bu ali məktəb yaradılanda Azərbaycanla Fransa arasında əlaqələr bu şəkildə deyildi. "O dövrdə Fransa Azərbaycana qarşı indiki kimi davranmırdı, münasdibətlər tamamilə başqa cür idi. Düzdür, onların həmişə ermənipərəstliyi olub, amma indiki şəkildə açıq büruzə verilmirdi. Demək istəyirəm ki, Azərbaycan-Fransız Universiteti Makrondan əvvəlki hökumətin dövründə yaradılıb. Məqsəd də qarşılıqlı humanitar əlaqələrin gücləndirilməsi olub. Fransada Natəvanın heykəli açıldı, İncəsənət muzeyində də Natəvanla Dümanın görüşünü əks etdirən heykəl var. Makrona qədər vəziyyət bir qədər fərqli idi. Amma indi Fransa Azərbaycana qarşı açıq düşmənçilik siyasəti aparır. Bu halda hesab edirəm ki, Fransa və Azərbaycan arasındakı mədəni, humanitar məsələlərə yenidən baxılmalıdır. Makronun apardığı siyasət təkcə siyasi istiqamətdə deyil, mədəni və humanitar sahədə də ziyanlıdır. Sual yaranır ki, Fransa bizə qarşı düşmənçilik, kin bəslədiyi halda bu ölkə ilə müştərək universitetin qalmasına nə ehtiyac var?  Makronun yürütdüyü ziyanlı siyasətə görə, hesab edirəm ki, Azərbaycan-Fransız Universitetinin fəaliyyəti nəzərdən keçirilməlidir. Çünki ictimaiyyət, ziyalılar arasında da xeyli sayda insanlar var ki, bu ali məktəbin qalmasının əleyhinədir. Fransa nə qədər ki, antiazərbaycan siyasətindən əl çəkməyib, bu universitetin fəaliyyətinə də ehtiyac yoxdur. Makron hökuməti bizə düşmənçilik edir, beynəlxalq qurumlarda əleyhimizə kampaniya aparır, qətnamə qəbul etdirir, biz də onlarla təhsil sahəsində əməkdaşlıq edirik, bu yolverilməzdir. İctimaiyyət də hesab edir ki, Azərbaycan-Fransız Universitetinə ehtiyac yoxdur. Bu universitetin dövlət büdcəsindən maliyyələşməsi də dayandırılsa yaxşı olar"-deyə qeyd edən M.Zülfüqarlı bu yaxınlarda Milli Məclisin Fransa ilə bağlı qəbul etdiyi sənədi xatıralatdı və bildirdi ki, Frsansa öz ziyanlı mövqeyindən əl çəkməyincə, təhsil sahəsində də əməkdaşlıq nəzərdən keçirilməlidir. 

M.Zülfüqarlı hesab edir ki, ümumiyyətlə, ölkəmizdəki xarici ölkə universitetlərinin filiallarının hər biri özəl ali məktəb kimi fəaliyyət göstərməlidir. O qeyd etdi ki, inkişaf etmiş Qərb ölkələrinin universitetlərinin Azərbaycanda filiallarının olmasına, xarici ali məktəblərlə təhsil sahəsində əməkdaşlığa müsbət yanaşmaq olar: "Amma bir şərtlə ki, bunlar özəl universitetlər olsun. Azərbaycan qanunlarına uyğun olaraq müəyyən qurum müraciət etsin və ona uyğun şəkildə də öz maliyyəsini təşkil etsin, ora tələbələr müraciət edib oxusunlar. 

Yenə də deyirəm, Azərbaycan-Fransız universiti o zaman açıldı ki, hələ onda Fransanın Azərbaycana qarşı mövqeyi düşmən mövqeyi deyildi. Azərbaycan-Fransa münasibətləri müsbət yöndə inkişaf edirdi. Azərbaycan tərəfi Fransada bir sıra abidələri bərpa edirdi, Azərbaycan rəsmilərinə Fransanın mükafatları verilirdi, təltiflər olunurdu. Amma bunlara baxmayaraq, universitetlərin yaradılması Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir. Xarici universitetlər özəl şəkildə fəaliyyət göstərməlidir. Bizdə Rusiyanın bir neçə universitetinin filialları var, bu da ya özəl olmalıdır, ya da Rusiyanın büdcəsi hesabına ola bilər. Xarici universitetlərin filiallarının yaranması müsbətdir, amma bir şərtlə ki, onlar Azərbaycanın dövlət büdcəsindən maliyələşməsinlər" - deyə M.Zülfüqarlı qeyd etdi. 

M.Zülfüqarlının fikrincə, bu ali məktəblərdən yalnız Türkiyə-Azərbaycan Universiteti dövlət büdcəsindən maliyyələşməlidir, çünki bu bizim üçün çox əhəmiyyətlidir: "İndi Türkiyə-Azərbaycan Universiteti yaradılacaq, bu artıq istisna təşkil edir. Çünki qardaş ölkədir, bu müştərək səylə, təşəbbüslə yaranıb". 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ