Bazar günü günü, 08 noyabr 2026
     

İşıq olan oğullar - Əliağa Məmmədov - FOTO

Image


Əliağa Eldəniz oğlu Məmmədov işıq operatoru idi. Tamaşalar zamanı səhnənin işıqlandırılması – qaranlığı yaran işıq onun üçün məftunedici sirr kimiydi. Əliağa özü də qaranlıqda işıq kimiydi. Olduğu yerə işıq səpirdi elə bil. Ona görə də 2008-2017-ci illərdə Sabunçu rayon Nazim İsmayılov adına 80 nömrəli  tam orta məktəbdə doqquzillik təhsilini bitirdikdən sonra  teatr səhnələrinin işıqlanmasına xüsusi marağı olan Əliağa sənədlərini Buzovnadakı 5 nömrəli Bakı peşə məktəbinə verir. İşıq operatoru ixtisasına yiyələnir. Çox yaxşı oxuduğundan təcrübə keçmək üçün Azərbaycan Dövlət Akademik Musiqili Dram teatrına göndərilir. Az müddətdə bütün kollektivin hörmətini qazandığından  təhsilini başa vurduqdan sonra Müsiqili Dram teatrının direktoru Əliqismət Lalayev onu teatrda işləməyə dəvət  edir."Beləcə kollektivimizin ən gənc üzvü oldu" – deyən Əliqismət müəllim Əliağadan böyük sevgiylə danışır:Çox məsuliyyətli idi, davranış mədəniyyəti, nizam-intizamı ilə seçilirdi. Bütün kollektiv onu sevirdi.  Çox saf uşaq idi. Bizdə təcrübədə olandan onu sevmişdim. Ağrılıdı. Amma qürurumuzdu. Kollektivimizin yeganə şəhididir. Xatirəsi əzizdi bizə.

Musiqili teatrın işıq sexinin rəisi   Nicat Həşimov: Ləyaqətli məsuliyyətli, qavramlı bir işçi idi. Az müddətdə böyük sevgi qazanmışdı iş yoldaşları arasında. İşindən çox razı idik. Bircə dəfə də olsun ona irad bildirməmişdik, yəni elə bir hərəkətə yol verməzdi. 

2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dünyaya gəlmişdi. 2019-cu il iyulun 26-da-doğum günündə həqiqi hərbi xidmətə yola düşmüşdü.

Anası Samirə xanım Məmmədova: Çox sakit, təmkinli idi oğlum. Heç bizi incitməti. Uşaqlıqdan dzü-do ilə məşğul olurdu. Müxtəlif yarışlarda da iştirak etmişdi, mükafatları da vardı. Amma  Musiqili teatrı çox sevirdi, səhnənin işıqlandırılması ilə maraqlanırdı. Ona görə bu sənəti seçdi.Teatrda işləməyə başlayanda o qədər sevinirdi ki! Hərdən gecə də qalırdı, səhnənin hazırlanmasına baxırdı, kömək edirdi. Daha təcrübəli işıqçılardan nəsə öyrənməyə çalışırdı. Teatrı evi bilirdi. Elə həvəslə söhbət edirdi ki, teatra getmək istəyirdin hər gün. Teatr onunçün başqa bir dünya idi. Hərbi xidmətdən sonra İncənət universitetində təhsil almaq istəyirdi. Arzuları vardı hamı kimi. Hərdən də deyərdi ki, " torpaqlar işğaldadı deyə, adam ürəklə işləyə, sevinə bilmir".  Elə bil sevincində də bir narahatlıq vardı. Xidmətə çağırışı da səbirsizliklə gözləyirdi. Elə öz doğum günündə yola saldıq hərbi xidmətə. Çox söhbətləşərdik. Məni bir az kefsiz görəndə narahat olurdu. İndi də yuxularıma gəlir "Ana, narahat olma,mən yaxşıyam" deyir. Ən yüksək amal, sevgi uğruna şəhid olan oğul necə ola bilər? 

Düşünürəm ki, mən ağlayanda, o narahat olur, çalışıram ağlamayım, axı oğlum deyir "yaxşıyam". Çox diqqətli, qayğıkeş idi oğlum...

Kövrəlir ana...Sən şəhid övladı yuxularına gələn ananın şəhid oğlunun  sevgisinə həsrətində çilik-çilik olursan...
 Əliağanı bir az da tanımaq istərsən, onu tanıyanlarla söhbətləşərsən.

Xalıqov Seyidəkbər Əliağanı həqiqi hərbi xidmətdə tanıyıb: Hərbi xidmətə eyni vaxtda başlamışıq demək olar ki. Birlikdə keçib günlərimiz. Dost idik. Müharibədə ayrı-ayrı postlarda olurduq. Hər dəfə ona "özündən muğayat ol" desəm də, olmadı. Bir-birimizə "özünü qoru" desək də, əslində hər birimiz vətəni qoruyurduq. İnsan nə üçün yaşayır? İlk növbədə vətənə gərək olmaq-onu qorumaq üçün. Əliağa da vətəni qorudu canı bahasına.

"Vətən uğrunda", "Cəsur döyüşçü", " Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb Əliağa Eldəniz oğlu Məmmədov.

Eldəniz Məmmədov yeganə oğlunun itkisini daşıyan ürəyinin ağrılarını gizlətməyə çalışır: göz yaşını ürəyinə axıdır: Mina səsini eşidən Əliağa Komandirini qurtarmaq üçün özünü onun üstünə atıb.   Komandiri sağ qalıb. Biz gəncliyimizdə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun igidliyini öyrənmişdik. Adam heyrət edirdi, qürur duyurdu. İndi bu heyrəti, bu qüruru oğlum yaşatdı mənə.

İsmayıl  Yaşar oğlu Süleymanlı da Əliağa ilə birlikdə həqiqi hərbi xidmətdə olub. İsmayıl okyabrın 1-də tərxis olunmalıydı. Müharibə başladığından döyüşlərə qatılıb. Döyüşdə yaralanıb, müalicə alsa da, tam sağalmamış bədənində 48 qəlpə olan İsmayıl könüllü olaraq yenidən xidmətə qayıdıb: Həyat boyu, eləcə də hərbi xidmətdə   çox insanlar tanıyırsan. Nə yalan deyim, hamısı yadında qalmır. Döyüşlərdə tanıdığım, unutmadığım adamlardan biri əslən Zaqataladan olan bölük komandirimiz gizir Mahir Babayev olub. Əsgərlərə çox həssaslıqla, diqqətlə, hörmətlə yanaşırdı. Nə yaxşı ki, belə hərbiçilərimiz var. Əliağanı da unutmuram. Hərbi xidmətə məndən 3 ay sonra gəlmişdi. 2020-ci ilin yanvarından bir yerdə olmuşuq. Dost, qardaş olduq. Çox mərd oğul idi.Çox gözəl ürəyi vardı. Sadiq, güvənli dost idi. Mina yaxınlığımıza düşdü. qəlpələrdən yaralandım, onun da yaralandığını düşünürdüm, şəhid olduğunu sonra öyrəndim. Əliağa tam fərqli idi mənim üçün. İnsan kimi, döyüşçü kimi fərqli idi...   

Əlbəttə, Əliağa, Əliağalar tam fərqlidi.  Nə yaxşı ki, belə oğullarımız var və olacaq. İndi Əzizənin dayısının adını daşıyan oğlu böyüyür. Samirə xanım deyir ki, elə Əliağaya oxşayır, Əliağamı yaşadır. Bilirəm ki, dayısı kimi mərd,igid olacaq. 

İllər ötəcək. Belə igid oğullar dünyaya gələcək, böyüyəcək, yaşayacaq. Gecələrə nur kimi səpiləcək. İşığımız olacaq. 

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ