Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid(lər) haqqında ürək sözləri də fərqli olur... - Yeddinci yazı

Image


Əli və İslam Əhmədov qardaşları haqqında çox deyilib, bundan sonra daha çox deyiləcək. Çünki onlar tarixə qəh­rəman qardaşlar - müharibənin ilk şəhid qardaşları ki­mi dü­şüblər...

...Məqam elə gətirib ki, şəhid qardaşlar haqqında qo­hum-əqrəbaları da ürək yanğısı ilə söz deyiblər... 

Onları təqdim edirik:

Jalə:

- Nənəm rəhmətə gedəndə Mingəçevirə getdik. Əliydi, Sevinc bibi idi, bir də mən idim. Sevinc bibi dedi ki, gedək bizim evə bax. Getdik... Təmir işləri aparılırdı. Əli evin bütün aboylarını bizə göstərdi. Dedi, bu, mənim otağımındı, bu İslamın, bu da mamanın. Sevinc bibi də zarafatla dedi ki, görürsən, ay Jalə, harda yaxşı aboy var, özlərinə seçiblər. Əli də dedi ki, bu ev bütövlükdə sənindi, ana, hansı otaqda istəsən qala bilərsən. Gülə-gülə, danışa-danışa aboyları yığdılar. Toyun vaxtını təyin etdilər. Toya ciddi hazırlaşırdılar. Ancaq... Amansız ölüm sevincimizi gözlərimizdə qoydu. Vətən müharibəsi Əlini də, İslamı da bizdən aldı... Onların yoxluğuna inanmaq çox çətindir. Ancaq acı bir həqiqət var ki, Əli və İslam aramüzda deyil, Cənnət quşları kimi uçub gediblər - əbədiyyətə, getməli olduqları yerə...

Ülviyyə:

- Bu yaxınlarda İslam uşaqlıq çağında yuxuma girmişdi. Ayağında bir krassofka vardı. Dedi, ay Ülviyyə, bilirsən biz necə böyümüşük? Ayaqqabısını çıxardı, corabını göstərdi. Gördüm, corabı cırıq-cırıqdı. Dedi, bax, biz belə böyümüşük. Dedi və öz dediyinə kövrəldi... 

Bax, kasıb balaları belə mərd olurlar. 

O gün də qonşu İslamı yuxuda görüb. Deyir ki, get ma­mama de ki, çox ağlamasın. Yerim su olur, narahat oluram. Göz yaşları ilə bizim çırağımızı söndürməsin, yandırsın. Ya­şatsın bizi. Balalarının xatirələrini yaşatsın. Deyir və son­ra buludlara doğru qalxır...

Əli və İslamın ildönümündə dostları, iş yoldaşları gəl­miş­di. Onlardan biri Sevinc bibi ilə söhbət edirdi. Elə bildim iş yoldaşıdı. Soruşdum, Sevinc bibi dedi ki, Əlini yu­yan oğlandı. Əli şəhid olanda onun meyitini o yuyub. Ma­raq­lıdır ki, 27 sentyabrda - şəhidlərin anım gününə o da gəlibmiş. Ancaq Sevinc bibini görüb yaxınlaşmayıb. Gecə Əli həmin oğlanın yuxusuna girib deyib ki, sən məni gör­mü­sən axı. Niyə məni gördüyünü anama demədin? 

Həmin oğlan dedi ki, mən Əlini yuyanda onun üzündə hüdudsuz təbəssüm gördüm... 

Bayram Məmmədov:

- Əli və İslam mənə xalaoğlu, yox, qardaş olublar. On­lar­la bağlı xatirələrimiz çoxdur. İslam ürəyi təmiz və şıltaq uşaq idi. Güləşməyi çox sevirdi. Hər bizə gələndə gü­lə­şərdik. Bir gün oturmuşduq. Müharibə barədə söhbət edir­dik. İslam dedi ki, xalaoğlu, mən BMP sürürəm. Mənim maşınımı heç kim vura bilməz! Eh, amansız müharibə... Təəssüflər ki, düşmən İslamın tankını vura bildi...

Bir gün Əli ilə nənəmgilin məhəlləsindəki alma ağacını altında oturmuşduq. Oxumaqdan söhbət düşdü. Dedi ki, ay Bayram, sən oxumamısan, neyniyəcəksən? Fəhlə işləyəcəksən? Mən də dedim ki, gedib bankda işləyəcəm. O da dedi ki, o zaman səni çağıracam, gələrsən bir yerdə çay içərik. Onsuz pulun olmayacaq çay almağa... 

Əli əsgərlikdən gələndən sonra ixtisası üzrə deyil, hərbidə işləməyə başladı. Bir gün yenə zəng etdi. Dedi ki, gəl Mingəçevirə, sənə qonaqlıq verim. Getdim, oturduq, yedik, içdik. Sonra da dedi ki, mən sənə demişdim axı, səndən çox maaş alacam... O anı xatırlayıb güldük. 

Nənəmiz rəhmətə getmişdi. Oturmuşduq. Müharibənin başlayacağı barədə söz-söhbətlər gedirdi. Dedim ki, Əli, həmlədən çıx, təhlükəlidir. Əli dedi ki, niyə? Həmlə yaxşıdır. Gör, indi qardaşın ya gedib Laçında oturacaq, ya da şəhid olacaq...

Dediyi kimi də oldu...

Ülviyyə Dərqani:

- Mənə - ölümü nə vaxt tanıdın? - desələr, cavabında - Əli və İslamın getdiyi gün, - deyərdim. O gün - 27 sentyabr   ha­mımızın həyatı dəyişdi. Üzümüzdə gülüş soldu. Öm­rü­müzün sonunadək qəlbimizdə əmanət dərin (bir) yara qal­dı. 

...O gün bibimin - səni jekdən axtarırlar, - sözünə qaçaraq getdim. Evə çatanda artıq polislər şəhid xəbərini gətirmişdilər. Sadəcə, möhkəmdən çığıra bildim. Kim olduğunu soruşa bilmədim: Əlidi, ya İslam? Əlini dəfn edib gə­lən­dən sonra hamının gözü qapıda idi, İslamı gözləyirdik. Amma İslam da bayrağa bükülüb gəldi, - tabutda... Buna inan­maq da, qəbul etmək də, bu dərdlə yaşamaq da çox çə­tindir...

Əli mənim tanıdığım ən məğrur insandı... Həyata qarşı dik duruşu var idi. O qədər sağlam xarakerə malik idi ki, mən onun nədəsə səhv edəcəyinə inanmırdım.

İslam kövrək, təmiz ürəyə sahib idi. Başqaları üçün nə­sə etməyi, onları sevindirməyi çox sevirdi. Əsas da uşaq­ları sevirdi...

Əli də, İslam da həyatın yükünü çiyinlərinə tez götürdülər. Onlar bir-birlərinə həm ata, həm qardaş, həm də dost oldular. Bir-birləri ilə keçirdikləri vaxtda güləşməyi sevirdilər. Elə onlardan qalan birlikdə çəkdirdikləri, güləşdikəri anı lentə aldıqları video oldu. Onlarla bağlı yadımda qa­lan ən xoş xatirəm Əlinin nişan günüdür. O gün İslam hər­bi geyimdə gəlmişdi. Biz onu uzaqdan görüb tanımamışdıq. Çox yaraşırdı bu geyim ona. Zarafata salıb - elə bil ge­ne­ral gəlir, - demişdik. ...Duruşu, qaməti mərd qardaşım mənim... O qədər oynadıq, dedik, güldük ki, nişanda...

İndi - yaxşı ki, o günü yaşadıq, - deyirəm... Hamı Əlinin nişanlısıyla oynamağından danışırdı. Orada bir epizod ol­du. Birdən "Qardaşlar" mahnısı çalındı. Əli İslam gəlməyənə qədər qol qaldırıb oynamadı. Oynayarkən bir-birlərinin gözünə o qədər sevgiylə baxdılar ki...

Hər işləri bir oldu onların. Oxumaqları, xidmətləri və sonda  ölümləri də... Həyata qarşı necə mərd mübarizə apar­dılarsa, ölümün də qarşısına elə mərd çıxdılar. Şərəflə yaşadılar, şərəfli öldülər. Vətən müharibəsinin ilk şəhid qar­daşları oldular..

Mənə görə, Əli və İslam nə qədər qəhrəmandırsa, anaları Sevinc xanım da o qədər qəhrəmandı. Çünki qəhrəman oğulları qəhrəman analar böyüdür. Və bu gün dağ boy­da dərdiylə ayaqda qalmağa, övladlarının xatirəsini ya­şat­mağa çalışan məğrur qadındı o!  Biz neynəsək də haq­qını ödəyə bilmərik onun və onun kimi anaların...

İndi Sevinc anaya sadəcə, bir söz deyə bilirəm: "Ağ­la­ma, məni yandıran qadın...".

Deyirlər, şəhidlər ölmür. Bəli, düzdü. Biz onları dünya durduqca yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində biz varıq. Bütün şəhid ailələrinə səbr diləyirəm. 

Jalə Məmmədova:

- Əli və İslam haqqında danışmaq mənim üçün nə qədər ağır olsa da, bir o qədər qürurvericidi. Onlar haqqında çox söz demək olar. Ancaq kəlmələr yetərsiz qalır. Əli çox sa­kit, ağıllı, mülayim, sözü belə kəlmə-kəlmə seçərək danışan insan idi. İslam isə çox qohumcul, qoçaq, bir az da şıltaq uşaq idi. Arada boş olanda zəng edər, bir-birimizlə da­nı­şardıq. 2-3 gündən bir "sms" yazar, halımı-xətrimi soruşardı. Sonuncu dəfə yayda Əli və İslam nənəmgilə gəlmişdilər. Ordan atamgilə gəlib mənə zəng vurmuşdu. Mənə de­di mamangildəyəm. Bacını da götür gəl, burda yığışaq,  bir az danışıb-gülək. Biz bacımla getdik. Əli, İslam, əmim oğlu Səlim də orda idi. İslam bir yerdə oturub danışıb-gülməyi çox sevərdi. Həmin gün çox gözəl oldu. Söhbət­ləş­dik, danışdıq, güldük. Səhəri onlar işə qayıtmalı oldular. O zaman təlimlər başlamışdı. İslam dedi ki, başqa vaxt bir də yığışarıq. Amma nə İslam, nə də Əli gələ bildilər. So­nun­cu dəfə nənəmizin yas mərasimində görüşmüşdük.

Sentyabrın 27-i səhər raket səsinə oyandıq. Dedilər, müharibə başlayıb. Həmin gün Əli və İslam üçün çox narahat idim. Heç ağlıma gəlməzdi ki, biz onları bir gündə itirərik. Onların şəhid xəbərini eşidəndə, sanki həyat da­yan­dı mənim üçün. Çox ağır gün idi... Fikirləşəndə ki, onlar ar­tıq yoxdular, bir də gəlməyəcəklər, ürəyim döz­mür. Qar­daş itkisi çox ağırdı. Mən onlarla hər zaman fəxr edəcəyəm. Mənim onlar kimi qəhrəman iki şəhid qardaşım var. Əli və İslam mənim fəxrimdir! 

Mən sizin və bütün şəhi dqardaşlaımızın qarşısında baş əyirəm. Ruhunuz şad olsun!

Nərgiz Məmmədova:

- Şəhid Əli və İslam. Sizinlə bağlı xatirələri dilə gətirmək yoxluğunuz qədər ağır və hüznlüdür. Əli və İslam - uşaq çağlarımızı bir yerdə yaşadığımız qardaşlaırm. Bizim hər anımız bir oldu... 

Əli çox sakit, İslam isə hərəkətli uşaq idi. Əli, canım qar­daşım, sən mənim xatirəmdə həmişə gülərüz, saf, tə­miz qəlbli olaraq qalacaqsan. Sakit gülüşün, utancaqlığın heç yadımdan çıxmaz... 

Balaca uşaqlar idik. Nənəmgilin məhləsində ev qurardıq. Əli papamız olardı. Onu işə yola salardıq. Oturub o tik­diyimiz evdə Əlinin işdən gəlməyini gözləyərdik. Qur­du­ğumuz o uşaq evdə hamımızın üzü gülərdi. Nə bilərdik ki, Əli böyüyəcək, öz əziyyətləri ilə qurduqları evdə onları göz yaşları ilə gözləyəcək anası və əzizləri. Biz bibi uşa­ğı yox, bir evin uşağı kimi, bacı-qardaş kimi böyüdük. On­lar sonradan getsələr də, yay tətillərində gələrdilər. Yenə körpəliyimizdən danışardıq, çox gülərdik elədiklərimizə. Ən çox da İslamın hərəkəti yaddaqalan idi. Əmimin arı ye­şik­ləri var idi. Bir gün İslam gedib yeşikləri qurdalayıb, arı­lar onun paltarına, saçına dolmuşdu. Arılar sancdıqca qış­qıraraq qaçırdı. Maması görmüşdü saçından çıxan arıları, çox ağlamışdı. Hələ də qulaqlarımızdadı ağlamağı. O vaxtlar çox ürəklə gülürdük. İndi ürək ağrısı ilə vərəqlərə yazırıq onlarla bağlı xatirələrimizi... 

Əli və İslam! Siz bizim xatirəmizdə həmişə saf, təmiz uşaq çağlarımızda olduğu kimi qalacaqsınız. Siz şəhidlik zir­vəsinə ucaldınız. Yeriniz böyükdür. Şəhidliyiniz kimi qo­yub getdiyiniz acı da böyükdür. Can, qardaşlarım, sizin haq­qınız ödənməz. ...Qayıdan torpaqlarımızın qayıtmayan oğulları, Vətən sizi öz ananız kimi qoynuna alıb. Torpaq sizi öz övladı kimi qucaqlayıb, ağı deyir.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Ailələrinə səbr versin!  

Nuranə Əliyeva:

- 27 sentyabr... O gün hər kəsin qanı qara idi. Hamı mü­ha­ribənin acısını yaşayırdı. Mən xəbər bilmək üçün qo­hum­larımıza zəng vu­rub Əli və İslamı soruşdum. Kimsə bir şey bilmirdi. Hamımız zəng gözləyirdik. Axşam zəng gəldi. Bacım dedi ki, Əlini vurublar. Əli şəhid olub dedilər. Qanım dondu. Eşitdiyimə necə inanım axı? Çox ağır gün idi o gün. Yer-göy inləyirdi sanki. Əlini gətirmişdilər. Gözüm qapıda idi. İnanırdım ki, İslam bu dəqiqə gələcək, ancaq Əlinin yoxluğunu necə qəbul edəcək?! İslam gözlədiyim kimi gəlmədi, o da Əli kimi gəldi, tabutda, qardaşını tək qoymadı. Çox acıdı mənim üçün onların yoxluğu. Sevinc xanımın - analarının onlarsız hər gün necə əridiyini görmək çox çətindi. Onlar bibi oğlu yox, qardaş idilər mə­nim üçün. Uşaqlığımız bir yerdə keçdi. Xatirələrimiz birdir. Bu gün o xatirələri onlarsız yaşayırıq. Əli və İs­la­m yoxluğunu qəbul edə bilmədiyim iki qəhrəmandı mənim üçün...

Qaratel Əhmədova:

- Biz üçümüz də bir böyümüşük. Həm uşaqlığımız, həm də yeniyetməliyimz bir keçib. Məktəbi bir sinifdə oxumuşuq. Bir oynayıb, bir gülüb, bir ağlamışıq. Məktəb vaxtları Əli ilə daha yaxın idik. Çünki dərslərimizi bir hazırlayardıq. İslam isə həmişə oyanmaqla məşğul olardı. Sonra isə Əlidən köçürərdi dərsləri. Biz məktəbi bitirənə qədər hər gü­nümüz bir keçdi. Məktəbi bitirdik. Həyatımızla bağlı qur­duğumuz xəyallar yolumuzu ayrı saldı. Əli Bakıya oxumağa getdi. Əlaqəmiz demək olar ki, kəsildi. Arada telefonla yazışar, hal-əhval tutardıq. Əlini bir də 2018-ci ildə gör­düm. Düzün desəm, tanımadım. Həm uzanmış, həm də kökəlmişdi. Onu tanımamağıma çox güldü. Bir az söhbət etdik. Yalnız xarici görkəmi deyil, xasiyyəti də dəyişmişdi. Məktəb vaxtındakı zarafatcıl oğlan getmiş, əvəzində təm­kinli, ağır bir oğlan gəlmişdi. Bir az söhbət etdik, sa­ğol­laşıb getdi. İslam isə tam fərqli idi. O, daha yanımcıl, qayğıkeş, zarafatcıl idi. Onun yanında vaxtın necə keçdiyini unudurdun. İkimiz də bir az tutumsuz idik. Hər şeyi qı­rar­dıq. Demək olar ki, hər gün telefonla danışardıq. Hər yer­də məni qoruyardı. Mənə əmioğludan çox qardaş olmuşdu. Hər dərdimi, sirrimi ona deyərdim, ondan məsləhətlər alardım. Onunla danışmadığım gün elə bilirdim ki, nəsə itirmişəm. Kiçik qızım xəstələnmişdi. İslam gündə bir neçə dəfə zəng edər, halını soruşardı. Hər zaman ya­nın­dayam deyərdi. Bizim bir-birmizdən başqa heç kimimiz yox idi. Mənə söz verdi ki, yanına gələcəm. İyul döyüşlərində zəng etdim, danışdıq. Yalvardım ki, məcbur qalmasan ön cəbhəyə getmə. Məndən incidi. - Şəhid olanlar mən­dən əskik deyil ki, - dedi. Son danışığımızda çox yalvardım. Dedim, getmə! İslam dedi: "Sənə də, üç balana da mən qurban olum. Gələcəm, söz verirəm. Amma ən böyük arzum şəhid olmaqdır". Şəhidlik ona qismət oldu...

Ömür bo­yu fəxr və qürur duyacam səninlə, qara gözlü qardaşım, sağalmaz yaram!..

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ