Bazar günü günü, 08 noyabr 2026
     

İqlim dəyişmələri ilə mübarizəyə səbəbsiz başlamadıq ki - Azərbaycanda su probleminə baxırsız?..

Image


Sadıq Qarayev: "Qlobal iqlim dəyişikliyi bizim ölkədə də içməli su ehtiyatlarının tükənməsinə, azalmasına səbəb olmaqdadır"

"...Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik..."

Bu sözləri Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibəsində bildirib.

İqlim dəyişmələri su ehtiyatlarının timsalında Azərbaycanda özünü necə büruzə verir? İqlim dəyişiklikləri problemlərinin ziyanlı təsirləri Azərbaycanın su ehtiyatlarının vəziyyətində özünü necə göstərir? 

"Bu səbəbdən ölkəmizdə iqim dəyişikliyi ilə mübarizə tədbirlərinin görülməsi tamamilə qanunauyğundur"

Elm və Təhsil Nazirliyi, Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev "Bakı-Xəbər"ə bildirdi ki, iqlim dəyişikliyi Azərbaycana da təsirsiz ötüşmür. "Dünyanı təhdid edən bu qlobal problem Azərbaycanda da özünü göstərməkdədir. Bu səbəbdən ölkəmizdə iqim dəyişikliyi ilə mübarizə tədbirlərinin görülməsi tamamilə qanunauyğundur. Azərbaycan dövləti iqlim dəyişikliyinin daha çox fəsadlar törətməməsi üçün qabaqlayıcı tədbirlər görür. "Yaşıl enerji" məsələsi məhz bundan qaynaqlanır.

Bütün sahələrdə olduğu kimi, ekologiya və iqlim dəyişiklikləri ilə bağlı cənab Prezidentin fikirləri və iqlim dəyişikliklərinin içməli su qıtlığına səbəb olacağını proqnozlaşdırması da tamamilə elmi əsasları olan bir məsələdir. Xəzər dənizi beynəlxalq bir dənizdir, o təkcə Azərbaycanla əlaqəli deyil. Bu bir neçə ölkənin ərazisini əhatə edir. Rusiya, İran, Türkmənistan, Qazaxıstan kimi Xəzəryanı ölkələrin iqlimlərinin də Xəzərin su səviyyəsinin azalması ilə əlaqəsi var. Xəzərin suyunun azalmasında onların da rolu az deyil. Bu Xəzəryanı ölkələrdə baş verən iqlim dəyişiklikləri, çayları qidalandıran mənbələrin- bulaqlarının suyunun, eyni zamanda yağıntıların azalması kimi amillər də Xəzərə təsirsiz ötüşmür. Xəzərlə bağlı məsələ qlobal bir məsələdir. Burda həm də antropogen amillərin təsiri var. Yəni çayların qarşısı kəsilir, onlardan suvarma üçün istifadə edilir. Bir sözlə, Xəzəri qidalandıran bütün çay sistemlərində azalma müşahidə olunur. Azərbaycandan Arazla Kür qovuşub Xəzərə tökülür. Arazla Kür də təkcə Azərbaycanla bağlı deyil. Bu çayların hər biri mənbələrini Türkiyə ərazindən götürür, həm Türkiyə, həm İran, həm Gürcüstan, həm Ermənistan, həm də Azərbaycan ərazilərindən keçir. Son dövrlər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar çay sularının, yağıntıların azalması müşahidə olunur və bu da  həm içməli su qıtlığının yaranmasına, həm də əkinlərin suvarmasına ciddi problemlər yaradır" - deyən S.Qarayev qeyd etdi ki, iqlim dəyişikliyi təkcə Xəzərin səviyyəsinin aşağı düşməsinə səbəb olmur, həm də çaylara, bulaqlara, su mənbələrinə öz təsirini göstərir. O qeyd etdi ki, çayların su səviyyəsinin aşağı düşməsi həm iqlim dəyişikliyi, həm də antropogen amillərlə bağlı oranın flora və faunasına çox mənfi təsir göstərir. "Cənab Prezident çox doğru deyib ki, şirin su hövzələrinin, çayların səviyyəsinin aşağı olması qlobal bir təhlükədir. Çünki təbiət təkcə bir respublikaya aid olmur, bu bütün Qafqazın, Xəzəryanı ölkələrin təbiətidir. Dəniz səviyyəsinin artıb-azalmasının fiziki məsələlərlə də əlaqəsi var. Ola bilsin, dəniz altında qabarma, tektonik dəyişikliklər və sair də suyun azalmasında rol oynaya bilər, amma əsas çox təsir edən amil, təbii ki, yağıntıların, dənizi qidalandıran  çayların suyunun azalmasıdır.

O ki qaldı iqlim dəyişikliklərinin içməli su ehtiyatlarının azalmasında oynadığı ziyanlı rola,  bəli, bu gerçəkdən özünü büruzə verir. Qlobal iqlim dəyişikliyi bizim ölkədə də içməli su ehtiyatlarının tükənməsinə, azalmasına səbəb olmaqdadır. Təkcə bizim ölkədə deyil, bütövülkdə Xəzəryanı ölkələrin hamısında yağıntıların azalması müşahidə olunur, son on ildə əvvəlki kimi qışda qar yağmır, yağıntılar düşmür və sair. 

Bizim respublikada konkret olaraq son dövrlər iqlim dəyişikliyi ilə bağlı yağıntılar da, çayların su səviyyəsi də azalır. Qlobal iqlim dəyişikliyinə səbəb olan amillər təkcə təbiət deyil, burada bir sıra amillər var. Şəhərlərin sayının artması, torpağın üst qatının betonlanması, meşələrin qırılması, zavod və fabriklərin torpaq sahələrinin üzərində salınması və sair ümumi ekoloji sistemi pozur. Bunun nəticəsində buxarlanma, yağıntı sistemi pozulur. Bu da şirin su ehtiyatlarının və əkin sularının azalmasına səbəb olur. Antropogen təsirlər son zamanlar daha da çoxalıb. Günəşdə olan partlayışlarla və sairlə əlaqədar olaraq təbii iqlim dəyişiklikləri də var. 

Biz bu problemin səbəblərini blirik, əsas məsələ gələcəkdə problemdən çıxış yolunu axtarıb tapmaqdır. Bilməliyik ki, gələcəkdə bu mənfi tendensiya artan xətlə olacaq. Biz bunun qarşısını almaq üçün daha ciddi səylər göstərməliyik. Ölkəmizdəki aidiyyəti təşkilatlar, qurumlar, bir sözlə, hər birimiz düşünməliyik ki, gələcəkdə Azərbaycanda şirin su ehtiyatlarının azalmasının qarşısını necə ala bilərik. Bizi təhdid edən bu problemdən necə xilas ola bilərik. Məsələn, əkinlər üçün damcı suvarma sisteminə keçə bilərik və sair. Bəndlərin sayını artıra bilərik, beynəlxalq təcrübədən yağış, sel sularının tutulub saxlanılma mexanizmini öyrənə bilərik. Bu çox vacib məsələdir.   

Şirin su ehtiyatlarının təmin olunması ilə bağlı yeni göllər yaradılmalıdır. Proqnoz kimi demək istəyirəm ki, çox yaxın gələcəkdə iqtisadi və siyasi müstəvilərdə dünyada şirin su ilə bağlı mübarizə neftlə bağlı mübarizdədən  çox önə çəkiləcək. Demək olar ki, şirin su amili ölkələrin iqtisadi, siyasi mövqelərinə təsir edəcək. Ona görə də biz bu işlərə sistemli şəkildə yanaşmalıyıq. Ayrıca bir dövlət proqramı işlənib hazırlanmalıdır. Bu dövlət proqramı elmi əsaslarla hazırlanmalı və yaxın 10-20 ili əhatə etməlidir. Bunu da belə qəbul etmək lazımdır ki, bu problem, bu proses, bu dinamika getdikcə yuxarı qalxacaq. Yən i hər şeyə hazır olmalıyıq. Müxtəlif elmi təşkilatların, qurumların iştirakı ilə tədbirlər planı hazırlamalıyıq. Eyni zamanda biz Xəzəryanı ölkələrlə də bir işçi komissiya yaratmalıyıq ki, bu sahədəki problemin azaldılmasına təsir göstərmək mümkün olsun. Çünki bir ölkədə tədbir görülsə, o biri ölkədə tədbir görülməsə görülən işlərin   faydası olmayacaq. Çünki problem də, coğrafiya da, ekologiya da eynidir, hamının ortaq çayı, dənizi var, ona görə də hər kəsin rolu olmalıdır.

Bu təşəbbüs yenə də cənab Prezidentdən gələcək. Necə ki, indiyə qədər bir sıra qlobal və regional problemlərin həlli ilə bağlı təşəbbüs irəli sürüb, ortaya siyasi iradə qoyub. Bölgəni hədələyən qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səyləri, təşəbbüsləri region ölkələrinə də təsir edəcək. İqlim dəyişikliklərinin mənfi təsirləri ilə mübarizədə cənab Prezident ortaya konkret iradə qoyur və bu həm bizim ölkəmiz, həm də region ölkələri üçün çox faydalı olacaq. Biz çalışmalıyıq ki, bu problemin yan təsirlərindən mümkün qədər uzaq olaq" - deyə S.Qarayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ