Bazar günü günü, 08 noyabr 2026
     

Ətraf mühitin mühafizəsi ekoloji siyasətimizin ən uğurlu nəticələri sırasındadır...

Image


Dünya boyu bir çox yerlərdə qeydə alınan mövcud ekoloji böhran bəşər sivilizasiyasının davamlı inkişafı imkanlarını təhdid edir. Təbii sistemlərin daha da deqradasiyası biosferin sabitliyinin pozulmasına, onun bütövlüyünün və həyat üçün zəruri olan ekoloji keyfiyyətləri saxlamaq qabiliyyətinin itirilməsinə səbəb olur.

Böhrandan çıxmaq yalnız təbii mühitin məhv edilməsi və tənəzzül ehtimalını istisna edən insan və təbiət arasında yeni tipli münasibətlərin formalaşması əsasında mümkündür. Buna görə də ekoloji təhlükəsizlik məsələləri hazırda bir çox elmi tədqiqatlarda, xüsusən konstitusiya, cinayət, inzibati və digər hüquq sahələri çərçivəsində həll olunur. 

Təbii sistemlərin qorunması və bərpası milli təhlükəsizliyin təmin edilməsi baxımından prioritet fəaliyyət sahələrindən biridir 

Qanunlar dövlətin ekoloji təhlükəsizliyi, vətəndaşların konstitusion ekoloji hüquqlarının müdafiəsi məsələlərini, ekologiya sahəsində cinayət təhlükəsinə qarşı mübarizə mexanizmini tam və vaxtında tənzimləməli, bütün normativ-hüquqi kompleks balanslaşdırılmış  olmalıdır. Hüquq ədəbiyyatı tamamilə haqlı olaraq qeyd edir ki, milli, o cümlədən ekoloji təhlükəsizlik problemi bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya birliyi üçün aktual olan qlobal problem statusu alıb.

Ətraf mühit məsələlərinə xüsusi önəm verən ölkə kimi Azərbaycan indi biosferin qlobal funksiyalarının saxlanmasında əsas rol oynayır, çünki onun müxtəlif təbii ekosistemləri dünyanın mövcudiyyətini davam etdirməsinin mühüm şərtidir. Eyni zamanda Azərbaycan belə hesab edir ki, ölkənin davamlı inkişafı, onun əhalisinin həyat və sağlamlığının yüksək keyfiyyəti, eləcə də milli təhlükəsizlik yalnız təbii sistemlər qorunub saxlanıldıqda və ətraf mühitin müvafiq keyfiyyəti təmin edildikdə uğurla reallaşa bilər. Bunun üçün ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlmiş ekologiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və ardıcıl həyata keçirilməsi diqqət mərkəzində yer alır. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik", "Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı" və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə addımlar atılır. Təbii sistemlərin qorunması və bərpası dövlətin və cəmiyyətin, o cümlədən milli təhlükəsizliyin təmin edilməsi baxımından prioritet fəaliyyət sahələrindən biridir. Azərbaycanın ekoloji təhlükəsizliyi tamamilə haqlı olaraq milli maraq kimi təsnif edilir. Ölkənin  suverenliyini və ərazi bütövlüyünü, onun sərhəd məkanının təhlükəsizliyini təmin etmək, elmi-texniki problemləri aradan qaldırmaqla yanaşı, milli təhlükəsizliyin təmin edilməsi sahəsində əsas vəzifə kimi ölkədə ekoloji vəziyyətin köklü yaxşılaşdırılması ön planda yer alır. Bu, xüsusən də işğaldan azad edilən ərazilər aiddir. Ekoloji sahədə dövlət fəaliyyətinin prioritet istiqamətlərinə aşağıdakılar daxildir: təbii ehtiyatlardan səmərəli istifadə, əhalinin ekoloji savadlılığının artırılması; ətraf mühitin çirklənməsinin qarşısının alınması; ətraf mühit və əhalinin sağlamlığı üçün kimyəvi maddələrin təhlükəsiz saxlanması və məhv edilməsi; təhlükəsiz istehsalın yaradılması və həyata keçirilməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadə. Son illərdə bu sahələrdə xeyli işlər görülüb. Qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq ölkədə müasir ekoloji monitorinq sistemi yaradılıb, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə müxtəlif bölgələrdə, o cümlədən ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilib. Bu prosesin davamlı xarakteri üçün zəruri addımlar atılır. 

Təbii mühit milli irsin ən qiymətli komponentlərindən biri kimi... 

Təbiətin mühafizəsi və ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məsələləri dövlətin və cəmiyyətin prioritet fəaliyyət istiqamətləri kimi ölkə üçün bu gün də aktualdır. Təbii mühit milli irsin ən qiymətli komponenti kimi sosial-iqtisadi münasibətlər sisteminə daxil edilib. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının və dövlət ekoloji siyasətinin formalaşdırılması və həyata keçirilməsi bir-biri ilə əlaqəli xarakter daşıyır. Çünki əhalinin sağlamlığı, sosial və ekoloji rifahı ayrılmaz şəkildə vəhdət təşkil edir. 

Beləliklə, dövlət ekoloji təhlükəsizlik məsələlərinin bütövlükdə Azərbaycanın milli təhlükəsizliyinin vəziyyətinə təsir edən son dərəcə vacib hal hesab edir. Azərbaycan bir çox başqa ölkələr kimi, davamlı inkişafa böyük səylər göstərir. Ölkənin davamlı inkişaf çərçivəsində tərəqqi nümayiş etdirdiyi əsas sahələrdən biri məhz ətraf mühitin mühafizəsidir. Azərbaycantəbiətin qorunmasına və bioloji müxtəlifliyə böyük əhəmiyyət verir. Ölkədə nadir ekosistemləri, mühüm bitki və heyvan növlərini qorumaq üçün nəzərdə tutulmuş çoxsaylı milli parklar, qoruqlar və digər təbiət əraziləri yaradılıb. Bundan başqa ölkəmiz su ehtiyatlarının mühafizəsi proqramlarını, o cümlədən su hövzələrinin təmizlənməsi və mühafizəsi, havanın çirklənməsi ilə mübarizə tədbirlərini fəal şəkildə həyata keçirir. Azərbaycan öz iqtisadiyyatının və cəmiyyətinin ekoloji cəhətdən daha davamlı və sosial cəhətdən məsuliyyətli inkişafına sadiqdir. Bu fonda Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı vasitəsilə istixana qazlarının emissiyasını azaltmağa çalışır. Ölkədə günəş və külək elektrik stansiyalarının yaradılması layihələri həyata keçirilir, digər bərpa olunan enerji mənbələri inkişaf etdirilir. Bilindiyi kimi, fevralın 14-də Milli Məclisdə baş tutmuş andiçmə mərasimindəki çıxışında prezident İlham Əliyev yeni dövr üzrə prioritetləri elan edib. Bura bərpaolunan enerji siyasətini inkişaf etdirmək də daxildir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də bunun təsdiqidir. Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Bütün bunlar dünya miqyasında da alqışanır, təqdir edilir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ