Bazar günü günü, 08 noyabr 2026
     

Göyçaylılar mesaj verdi - "Xatirə kitabları" övladlarımıza qoyulan abidədir...

Image


Yolumuz çinarlar şəhəri Göyçayadır. Uca-uca çinarları, sevgi saçan nar bağları, mərd-cəsur insanları, ədəbiyyatımızı şöhrətləndirən şairləri, bir də qanlı köynək şəhidləri ilə tanınır Göyçay. 

Vətən müharibəsinin bitməsindən üç il keçməsinə baxmayaraq, hələ də şəhidlərinin sağalmaz yaralarını can köynəyində saxlayır. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə Göyçaya üz tuturuq,  Azərbaycanın 7 rayonundan olan şəhidlərin ata-anaları, yaxınları ilə görüşə gedirik, Xatirə Kitabı Redaksiyasının min-bir zəhmətlə, böyük qayğı və fədakarlıqla ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildi onlara təqdim ediləcəkdi...

Nəzakət Məmmədova və rəhbərlik etdi redaksiyanın əməkdaşları, tanınmış şair Rəfail Tağızadə, sənətşünslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraət ustası Zülfiyyə Eldarqızı, ssenarist-rejissor Vüsal Nuru ilə yola çıxdıq, bizi gözləyən şəhid yadigarlarının görüşünə tələsdik. Onlara təsəlli olan, ürəklərinə su çiləyən kitabları tezliklə çatdırmaq istədik ki, balaların qoxusunu bu şəkillərdən, yazılardan alsınlar.

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimatı keçirildi. Göyçaydan, Ağdaşdan, Ucardan, Kürdəmirdən, Yevlaxdan, Mingəçevir və Zərdabdan gələn şəhid ailələri, ata və analar "44 gün-Tarixi zəfər" nəşrini sözün həqiqi mənasında övladları kimi bağırlarına basdılar... O qanayan ürəklərinə, ağlayan gözlərinə tutdular kitabları...Sinələrində şəhid oğullarının şəkillərini gəzdirən atalar-analar zala daxil olduqca onları bir-bir müşahidə etdik. Qaraya bürünsələr də, hamısını başı dik, qürurlu gördük. O da gözümüzdən qaçmadı ki, analar, atalar sinələrində təkcə oğullarının şəkillərini gəzdirmirlər, həm də oğullrına dəyən güllələrin yarasını gəzdirirlər, hər gün qanayan yaralarını oxşayıb ağlayırlar. Bir qeyd də edək ki, ayrı-ayrı rayonlardan olan şəhid ata-anaları ilə ayrıca müsahibələr də götürdük. Qarşıdakı günlərdə o müsahibəri də sizə təqdim edəcəyik...

Təqdimat mərasimi şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla anmaqla və  Azərbaycanın dövlət himni ilə başladı. Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalovanın, digər rayonların icra hakimiyyəti nümayəndələrinin və ictimaiyyətlərinin, şəhid ailələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Respublika Xatirə Kitabı barədə geniş məlumat verildi.    

Müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamə... 

Qeyd olundu ki, birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb. Müasir  Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. 

Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. 

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır. 

 Redaksiyanın nəşr etdiyi "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.       

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.  Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. 

 Layihənin rəhbəri Nəzakət Məmmədovadır.  Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

"Bu kitablarda əziz balalarımızın xatirəsi əziz tutulub" 

Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildini nəşr etdiyinə görə, Xatirə Kitabı Redaksiyasına təşəkkürünü bildirdi. Z. Zeynalova bildirdi ki, Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Vətən övladlarının xatirəsi bu nəşrlərdə əbədiləşdirilib: "Möhtəşəm Heydər Əliyev Mərkəzində sizləri salamlamaq böyük qürürdur, böyük bir fəxrdir. Burada bizə qələbə sevinci yaşadanların valideynləri, yaxınları toplaşıb. Bu gün Göyçayda keçirilən tədbirin ən əziz qonaqları sizsiniz. Bu günkü tədbirimizdə təqdimatı keçirilən "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildini Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası hazırlayıb, çap edib. Bu kitablarda əziz balalarımızın xatirəsi əziz tutulub

Bildiyimiz kimi, Xatirə Kitabı Redaksiyasının hazırladığı bu cildlərdə şəhid balalarımızın xatirəsi əbədiləşdirilib, onlar barədə müəyyən məlumatlar yer alıb". 

Z. Zeynalova əlavə etdi ki, Xatirə Kitabı Redaksiyası şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlərini davam etdirir, növbəti cild üzərində işləyir. İcra başçısının müavini qeyd etdi ki, Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə qayğı göstərilməsi yönündə çoxsaylı tədbirlər həyata keçirir. 

"Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib" 

Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova isə çıxışında "Çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Göyçay Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mərkəzinin rəsmilərinə öz təşəkkürümüzü bildiririk.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümum-milli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir. 

Kitabda, əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi za¬ma¬nı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. 

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. 

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril¬məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsu-liyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. 

Respublika Xatirə Kitabı redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. 

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub. 

Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 GÜN – TARİXİ ZƏFƏR" adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Hazırda biz həmin kitabların təqdi-matına toplaşmışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür. 

"Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. 

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğul¬lar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir. 

Yaşasın Azərbaycan xalqı!"-deyə bildirdi. 

Vətən müharibəsi şəhidi ağdaşlı Anar İsrafilovun atası İsrafil İsrafilov çıxışında bildirdi ki, şəhid oğulları ilə fəxr edirlər. "Anar 31 yaşında döyüşə gedib. Şəhid olandan sonra üçüncü övladı doğuldu, öz adını qoyduq. Oğlunun üç övladı yadigar qalıb. Onun şəhid olması bizi ağrıtsa da, fəxr edirik ki, o, torpaq, Vətən uğurunda şəhid olub. Camaatımız sağ olsunlar bizi heç tək qoymurlar, hər zaman yanımızda olurlar. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən işlər bizim üçün böyük təsəllidir. Ən böyük təsəllimizdən biri də Xatirə Kitabı Redaksiyasının hazırladığı bu kitabdır. Bu kitablar şəhid övladlarımızı əbədi yaşadacaq, bu onlara ucaldılmış abidədir"-deyə İ.İsrafilov bildirdi. 

Şair Rəfail Tağızadə isə çıxışında "Şəhid valideynlərinin, analarının, həyat yoldaşlarının qarşısında baş əyirəm. Ümumiyyətlə, bizim heç birimizin ucala bilmədiyimiz böyük bir zirvədir. Biz hamımız bu dünydan şəhidlik zirvəsinə ucalanları yad edərək köçəcəyik. Nə qədər Azərbaycan var hər zaman bu şəhidlər yad ediləcək. Mən Nəzakət xanıma və rəhbərlik etdiyi kollektivə çox böyük təşəkkürümü bildirirəm ki, bu kiçik bir kollektivlə, çox böyük əziyyətlərlə kitablar ərsəyə gətiriblər"-deyə bildirdi.         

Göyçay şəhidi Orxan Kərimlinin atası Akif Kərimli "Bu gün Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün-Tarixi zəfər" kitabının təqdimat tədbiri çox vacib bir tədbirdir. Bu şəhidlərimizə verilən yüksək dəyərin nümunəsidir"-deyə qeyd etdi. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı da çıxış edərək Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi möhtəşəm işlərə toxundu, bildirdi ki, təqdimatı keçirilən cildliklər şəhidlərimizin adının əbədiləşdirildiyi tarixi salnamədir. Sonra Z. Eldarqızı Rəfail Tağızadənin "Vətən şəhidləri", Nəzakət Məmmədovanın "Şəhid anası" və "Qarabağa bahar gəlir ilahi" şeirlərini təqdim etdi.  

Sonda "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi.

Qeyd edək ki,  "Vətən daşı... və ya 44 günün dastanı" layihəsinin rəhbəri Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur. 

Sinələrində oğul dağı gəzdirən anaların, ataların başı dik, köksü qürurdan qabarıqdır, oğullarının qəhrəmanlığı ilə fəxr edirlər. Xatirə Kitabının ərsəyə gətirdiyi kitabları isə öz balaları kimi bağırlarına basırlar...

İradə SARIYEVA
Göyçay-Bakı





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ