Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid sevgi və mərhəmətdə Vətən və torpaqla bir bədəndir - Birinci yazı

Image


Necə ki, yaradılışın hikmət və səbəbi Allaha ibadətdir, şəhidlik də Vətən uğrunda təmənnasız mübarizə hissidir.

Ta­rix şəhidi yaddaş salnaməsi hesab edir, ona insanların qəl­bində əbədi yer tutmaq səadəti verir. 

Şəhidlik ən böyük əx­laqi dəyərdir. Bu proses əsl vətəndaş ola bilmək zərurətidir. Xeyirxah iş, əməl insanı mənən ucaldırsa, şəhidlik onu yaşadığı cəmiyyətin ən çox sevilən və unudulmayan üzvünə çevirir. 

Vətən oğlu yolunu azmaz, xəyanət etməz. Şəhid ona görə ali məqamlı insandır ki, xalq, dövlət, Vətən və torpaq üçün hamıdan əvvəl addım atır. Şəhid, sevgi və mərhəmətdə Vətən və torpaqla bir bədəndir. Onun ehsanı özünü fəda etməsidir. İ.Əhmədin qənaətində "Ani ölüm, möminə rəhmət, günahkara peşmanlıqdır". Yəni Vətən uğrunda mü­­­barizəyə atılan şəxsi haqlayan ani ölüm ona şərəf gə­tirir, torpaq uğrunda ölümdən qorxana - fərariyə alçaqlıq.  

Mənbələrdə deyildiyi kimi, hər kəs insanlığa xidmət et­mə­yin ən şərəfli vəzifə olduğunu və bunun üçün çalışdığını söyləyir. Əslində isə belə deyil. Məsələn, qeyrətli insan Vətən uğrunda öz kefi, zövqü üçün can fəda etmir, o, özlərini xidmət maskası ilə örtənlərdən tamamilə fərqlidir. Bu, o anlama gəlir ki, zərurət və ya ehtiyac hasil olmadıqca ki­min kim olduğu bilinməz. 

Allah-Təala şəhidin gözlərində ilişib qalan sevincdən başqaları üçün bir lütf yaradar. Su çirki təmizlədiyi kimi, o lütf də qəlblərdəki kini yox edər. 

...Bu, bir aksiomadır: insan vəfat edəndən sonra yaddaşlarda unudulmaq acısı yaşanır. Ancaq torpaq uğrunda hə­lak olanları unutmaq zənnimizcə, Vətənə xəyanətdir. İn­san bilməlidir ki, dünya fanidir, o, insansevərlik meyli aşılayan hər şeyə minnətdar olmalıdır. 

Şəhidlərə isə xüsusilə minnətdar olmalıyıq. Onların, uğ­­run­da can fəda etdikləri torpaq Vətən adlanır; biz o Və­tə­nin arxa-dayaqları olmalıyıq. Necə ki, qəhrəman oğullar heç kimə heç nə demədən Vətənin sadiq keşikçiləri oldular... 

Onlar indi hamımızdan ucadırlar. Onlar indi hamımızdan ucadadırlar – Vətən göylərində pərvaz edirlər Simurq quşları kimi. 

Bəli, şəhidlər əbədiyyət işıqlarıdır... 

***

Bilirik ki, 44 günlük Vətən müharibəsi yaxın tariximizin qiymətli, dəyərli səhifələrini özündə inamla əks etdirdi. O anlar sarsıntı keçirtdik, ağrı-acılarla üz-üzə qaldıq. Bir daha ermənilərin insanlığa sığmayan hərəkətlərinə şa­hid olduq...  

Müharibələr, dünya xalqları kimi, Azərbaycan xalqına da misilsiz fəlakətlər gətirib, mənəvi, maddi və fiziki zə­rər­lər vurub. Ümumiyyətlə, bəşər övladı yaranandan mü­ha­ribələr onu həmişə qara kabus kimi izləyib. Əsas etibarilə, erməni faşizmi zaman-zaman Azərbaycan torpağında gö­rünməmiş vəhşiliklər törədib... 

...Sevindirici haldır ki, cəmi 44 gün çəkən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əli­yev əldə olunan möhtəşəm qələbə münasibətilə xalqa müraciət etdi, Şuşa azad edilən gün ümummilli lider Hey­dər Əliyevin məzarı üstündə böyük fəxarət hissi ilə dedi: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad et­dik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Ön­də­rin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gö­zü­nüz aydın olsun dünya azərbay­can­lıları!"

Biz də "Gözün aydın, Azərbaycan!" dedik, nə qədər çə­­­­tin olsa da, gözlərimizdə qəm "yağışı" ilə yanaşı,   se­vinc yaşlarına da yer etdik. Sevinməyə haqqımız var idi, çün­ki 30 il sonra torpaqlarımız erməni işğalından qurtulmuşdu. Yanaqlarımızda çırpınan, ürəyimizdə qış küləyi ki­mi təlatümə gələn şəhid yanğıları Vətən üçün sevinmək haq­qımızı əlimizdən almadı. 

Bütövlükdə üç min şəhid verdi Vətən. Onların isti qanı ilə vəcdə gəldi əsarət, işğal acısı dadmış torpaqlar. Hər dam­la qanda bir cəsarət, bir əzm tumurcuq açdı; xalq bu tə­pərdəki fəhmi görüb ordu ilə birləşdi, o gün rahat nəfəs aldı 30 illik itki acıları ilə lal-dinməz ah çəkən odlu diyar. Biz 8 noyabrda ordumuzun nə qədər güclü, müasir olduğunu anladıq. Bir daha başa düşdük ki, güclü ordunu qeyrətli, mübariz, cəsur, vətənpərvər oğullar təkmilləşdirir. O oğullar ki, hərəsi bir tarix, hərəsi bir Vətən ucalığıdır. İndi on­lar ən uca mərtəbələrdən canları bahasına al­dıq­ları torpaqları seyr edir, başımızın üstündə bərq vururlar.

Mingəçevir şəhərinin qəhrəman övladları Əli və İslam Əh­mədov qardaşları da Vətən uğrunda şəhadət şərbəti iç­di­lər. Müharibənin başladığı ilk gün - 27 sentyabrda qəh­rə­­mancasına həlak olan bu qardaşlar ilk şəhid qardaşlar ki­mi tarixə düşdülər. Onların Vətən andı, torpaq sevgisi gə­lə­cək nəsillər üçün bir görk, bir nümunədir. 

Biz də bu ki­tabda eyni missiyanı təqdir edir, şəhid qardaşlara insanlıq, vətəndaşlıq borcumuzu və ehtiramımızı bildiririk. Əminik ki, onların hünər məktəbi gələcək nəsilləri daha vətənpərvər, daha əzmli edəcək. 

***

Şəhidlər haqqında yazılan kitablar tarixin həyat səhifələridir. Çünki bu kitablarda daşlaşmış tarix, salnaməyə çev­rilmiş həyat çalarları var; burada vəhşətlərə məruz qalmış insan əzablarının son çığırtıları əks-səda verir. Bu ki­tablar bugünkü və gələcək nəsillərə göstərir ki, erməni fa­şistdir, ondan həmişə ehtiyat etmək lazımdır. 

Bu gün Azərbaycan xalqının Qələbə rəmzi "Qarabağ Azər­­­baycandır!" şüarıdır. Bu gün hər birimizin Vətən ama­­lı "Eyni düşüncə, eyni hədəf"dir. Bu, bizi tariximizin dərin kökləri, əsl həqiqətlərlə üz-üzə qoyur. Bu, bizi həm də milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irə­liləyişin Azərbaycan modeli ilə tanış edir.

...İnsan ömrü xatirələrlə zəngindir. Ömürdən ötən hər il öz duyğu selində təmtəraq qurur. İllər qoşun çəkdikcə xa­ti­rələr azalır, həyat darıxdırıcı olur. Bu mənada, indi hər şə­hid bizim üçün bir xatirə kimi məna tapır. İnsan müdrik, yetkin çağında yaşadığı ömürdən çox az xatirə dada bilir, lakin Vətən uğrunda şəhid olan insanı nəsillər şirin-acı xa­ti­rə kimi çözür, təqdir edir. 

Şəhid adı yaddaşa möhür vurur. Bəzən biz o adı şirin duy­ğu kimi anırıq. Çünki ömrümüzün ən vacib çağları o adın fəhmi ilə bərqərardır. 

Dünyaya gəldiyi gün hər insanın taleyində bir səhifə açı­lır, lakin o kəs ki, Vətən, xalq, torpaq, el-oba uğrunda can fəda edir, onun həyatı bir salnaməyə dönür. 

Ömür insana vəfa etmir. Yaşayanda, baxışlar bir cür, ölən­­də, çöhrələr bir cür naxış tutur. Bizi düşündürən də elə budur. Deməli, həyat insanın əllərindən nəyi də alsa, su­rəti ala bilmir. Bu zərurət şəhid surətində daha fövqəldir - o, doğulanda eyni, yaşa dolduqca eyni, vəfat edəndə də eyni çöhrədə olur... 

Bu gün Mingəçevirdə, Əli və İslam qardaşlarının (onların timsalında digər şəhid oğulların) uyuduğu qəbiristanlıqda da şəhid çöhrəsi eyni timsaldadır. Qəbir daşlarından boy­lanan yaraşıqlı surətlər eyni vücudun, eyni çöhrənin tə­cəl­lası kimi diqqət çəkir. O surətlərdə insanı rahat edən, ömrünün sonunadək dü­şündürən arxayınlıq var. Əli və İs­la­mın çöhrəsindəki qorxmazlıq, hünər, şücaət... bizə ayaq bas­dığımız torpağın üzərində qürurla gəzmək haqqı verir. Qə­biristanlığı dolaşdıqca harada üzərində üçrəngli Azər­bay­can bayrağı sancılmış məzar görürüksə, içimizdə titrək səslə pıçıldayırıq: Sizə minnətdarıq, əziz şəhidlər! 

...Bəlli ki, Vətən sər­həd deyil, tövbə yeridir. Vətən oğlu ölmüş anadır...

***

...Deyilən ünvana çatdıq. Sevinc xanımın qapısı ağzında acı duyğular bərq vururdu. Sarsıntı keçirən ürək kimi çırpınan bu duy­ğu­lar iki oğlunu, hər iki gözünün qarasını Və­tə­nə qurban vermiş əzəmətli ananın susqun ahı-naləsi idi sanki. Nə əlimizi qapının dəstəyinə uzada, nə də içimizi sa­ran hislərdən yaxa qurtara bilirdik. Bu an seyrək yağışın ilıq nəfəsi ilə islanan on yaşlı bir qız külək sürəti ilə Se­vinc xanımın həyətinə daxil oldu, heç beş dəqiqə keçməmiş geri qayıtdı və alnına tökülmüş islaq saçlarını bir-bi­rin­dən aralaya-aralaya bizə baxdı. Qıyıq gözlərindəki sol­ğun baxış bizi bir az da qorxunc duyğuların içinə atdı. Bir anlıq sandıq ki, bu balaca qızcığaz ya ruhdur, ya Simurq quşu, Sevinc xanıma dözüm, tab vermək üçün gəlib. Xəyal bizi necə çulğadısa, qızın nə vaxt getdiyindən xəbərimiz ol­madı. Gözlərimizi səmti bəlli küçələrin hamısında var-gəl etdirdik, fəqət kimsəni görmədik. Əmin olmaq istədik ki, o qız bir ruh imiş... 

Belə bir hadisə kəndimizdə də olmuşdu; atası şəhid olan balaca qız sarsıntıdan bir anda vəfat etmiş, iki gündən sonra demək olar ki, çox adamın gözünə görünmüşdü... On­da da görənlər düşünmüşdü ki, bu qız ruhdur... 

Bu hadisə, o ruh qız bizə "Vətən ana kimidi" adlı şeiri də həmin gün sovqat gətirmişdi...  

Bu şeiri cəmiyyət işində nə vaxtsa fərqli cəhətləri ilə se­çiləcək, bacarığına, ictimai fəallığına şahid olacağımız bü­tün şəhid övladlarına həsr etdik (şeirin ədəbi mahiyyə­tində qay­nar Vətən sevgisi əsas şərtdir):

Vətən ana kimidi; həyası sudan duru,

Sevib-oxşayanı çox, dayağı isə birdi...

Uğrunda can verənlər əbədi ölməz oldu...

...Qarşıdakı küçədə şivən qopdu qəfildən,

Gözlərini açanda qız gördü atasının

Ayaqqabısı iki, ayağı isə birdi.

Ağlamaq istəmədi, göz yaşı dondu sanki,

Balaca əllərilə dua etdi Allaha.

...O qız şəhid qızıtək düşdü dilə-ağıza,

"Vətən" yazdı hər dəfə bir parça ağ kağıza...

Sanki uca Allah nə vaxtsa Vətən üçün böyük fəda­kar­lıq­lar göstərəcək şəxsləri körpəlikdən fərqləndirir və on­lar böyüdükcə cəmiyyəti düşündürən məsələləri özlərinin vətəndaşlıq missiyası hesab edir, gələcəkdə daha yetkin in­san olacaqlarına inanır, ətraflarına qarşı həssas və doğma olurlar. Şeirdəki şəhid qızı kimi...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ