Bazar günü günü, 30 avqust 2026
     

Ermənilər 300 illik türkmən şairi Məhtumkuluda nə axtarır?..

Image


Almaz Ülvi: "Məhtumkulunun 300 illiyi münasibətilə sərginin ermənilərin diqtəsində, erməni alimlərinin əhatəsində keçirilməsi heç Məhtumkulunun adına yaraşmır"

İrəvanda türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Məhtumkulu (Məhtimqulu) Fəraqinin 300 illik yubileyi ona  həsr olunmuş sərgi ilə qeyd olunub. 

Ermənilərin türkmən şairi Məhtumkulu Fəraqinin 300 illiyini qeyd etməsi doğrudan da təəccüblüdür. Bir tərəfdən türk dünyasına müharibə elan edən Ermənistan, erməni lobbisi başqa bir tərəfdən böyük türk şairinə yubiley keçirir. 

Məhtumkulu   hara, ermənilər hara? 

Ermənistanın ona yubiley keçirməsinə heç bir anlam vermək olmur. Görünür, Ermənistan özünü "tolerant" göstərmək üçün türkmənlərə yarınır. Təbii ki, burada onların məkrli niyyətləri var. Türkmən ədəbiyyatından söz düşmüşkən, hələ bir neçə il bundan əvvəl ermənilər  İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsini Türkmənistan rəsmilərinə "türkmən abidəsi" olaraq təqdim edib. Belə rəy yaratmaq istəyirdilər ki, guya bu abidə Türkmənistanla, türkmənlərlə bağlıdır. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın yazdığına görə, onlar bu abidəni "Türkmən məqbərəsi" adlandırırlar.

Qayıdaq Məhtumkulunun 300 illik yubileyinə ermənilərin maraq göstərməsinə. 

"Şəxsən mən bu məsələni narazılıqla qarşılayıram" 

Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri Almaz Ülvi mövzu ilə bağlı "Bakı-Xəbər"ə şərhində çox maraqlı detallara toxundu. "Sizin göndərdiyiniz informasiyanı oxudum, amma sizdən fərqli olaraq mən təəccüblənmədim. Çünki 10 il bundan əvvəl Məhtumkulunun 290 illiyi münasibətilə Aşqabadda keçirilən beynəlxalq konfransda iştirak edirdim. Bu beynəlxalq konfransa Azərbaycandan professor Ramiz Əsgər, akademik Rəfail Hüseynov və mən qatılmışdıq. Plenar iclasdan sonra şöbə yığıncaqları, iclasları oldu. Şöbə iclasının moderatoru, institutun direktoru Annaqurban Aşırov müraciət etdi ki, biz dəvatnamələr üzrə çıxışçılara söz verək, yoxsa kim istəyir o danışsın. Dedilər ki, yox, çıxışlar dəvətnamələr üzə olsun. Dəvətnamə də A hərfi ilə başladığı üçün birinci mənim adımı çəkdilər, hazırlaşıb tribunaya gələnə qədər məndən əvvəl bir nəfər çıxdı və danımağa başladı. Ağzını açan kimi gördüm ki, danışan ermənidir. Biz ermənilərin ləhcəsini bilirik. Qurbanaşırov ondan adını və soyadını soruşdu, o da bir erməni adı dedi. Adı yadımda qalmayıb. Annaqurban Aşırov ona dedi ki, axı dəvətnamə üzrə danışılmalı idi, siz niyə danışırsınız? Annaqurban Aşırov da bizim institutun yaxın dostudur, Azərbaycana xüsusi hüsnü-rəğbəti var. Annaqurban Aşırov onu yerində oturtu, mən məruzəmi etdim, o da öz vaxtı çatanda məruzə etdi. Yerdən kimə replika atdı ki, bunlar həmişə növbəsiz və özlərinə aid olmayan yerə daxil olmağa cəhd edirlər. Sonra tənəffüs oldu, o erməni bizə yaxınlaşdı və təmiz Azərbaycan dilində danışmağa başladı ki, sizi gördüm sevindim, şad oldum, sədrə yaxın oturmuşdum deyə danışmaq istədim. Guya ki, üzrhaxlıq edir. Bizim nümayəndələr də ona dedilər ki, biz sizin davranışınızdan heç də təəccüblənmədik, bu sizin xarakterinizdir, sizə aid olmayan yerdə həmişə görünməyə cəhd edirsiz və yerinizdə oturdulursunuz.

Mən orada çox təəccüb etdim ki, erməni bu konfransda nə gəzir? Elə orada da maraqlandım və öyrəndim  ki, Türkmənistanda Ermənistan səfirliyi də var. Məhtumkulunun 290 illiyinə həsr olunan beynəlxalq konfransda 6 nəfər erməni iştirak edirdi və hamısı da məruzə etdi. 6-sı da tənəffüsdə bizimlə təmiz Azərbaycan ləhcəsində danışmağa cəhd etdi, hətta ikisi dedi ki, Bakıdan getmişik. Təbii ki, biz onlarla danışmaq istəmədik. Ona görə ki, onlara qarşı kəskin nifrətimiz vardı. Öz payıma deyim ki, mən onlarla heç danışmaq istəmədim. Yəni hələ 10 il əvvəl erməniləri Məhtumkulunun 290 illiyində görməyimdən çox məyus olmuşdum, əhvalım tamamilə dəyişmişdi. O da Türkmənistan Əlyazmalar İnstitutunun direktorunun nəzərindən qaçmadı. Azərbaycan nümayəndə heyətinə axşam ayrıca bir ziyafət verildi və orada da o öz fikrini bildirdi. Bu əhvalatı nə üçün uzun-uzadı danışdım? Mən Aşqabadda erməniləri gördüm. Onlar Məhtumkuludan nə danışa bilərdilər? İndi də sərgi açıblar, konfrans keçiriblər. Bunların əməkdaşlıqları var. Guya Türkmənistan da neytral bir ölkədir, amma hər kəs dostunu, düşməni tanısa yaxşı olar. Şəxsən mən bu məsələni narazılqla qarşılayıram. Bu, türkmənlərin özlərinin onlarla münasibətidir, belə uyğun görüblər. Amma Məhtumkulunun 300 illiyi münasibətilə sərginin ermənilərin diqtəsində, erməni alimlərinin əhatəsində keçirilməsi heç Məhtumkulunun adına yaraşmır. Ediblər özləri bilər. Amma Məhtumkulu Fəraqi böyük türk şairlərindən, ortaq türk ədəbiyyatımızın görkəmli nümayəndələrindən biridir" - deyə A.Ülvi bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ