Bazar günü günü, 08 noyabr 2026
     

Ailədaxili qəddar qətllər - niyə bu qədər qəddarlaşırıq?..

Image


Son zamanlar Azərbaycanda sonu ölümlə nəticələnən ailə münaqişələrinin sayı günbəgün artmaqdadır. Dıqnaqarası qəhrəmanların öz həyat yoldaşlarını, övladlarını və eləcə də valideynlərini amansızlıqla qətlə yetirməsi cəmiyyətimizdə hələ də psixoloji problemlərin olduğundan xəbər verir.

Ötən həftə Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevayanı qətlə yetirib. 

Ötən gün baş verən faciə isə insanları dəhşətə gətirib. 25 yaşlı Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla və qəsdən qətlə yetirib. 

Maraqlıdır, ailə üzvlərini amansızlıqla öldürən Əhməd Əhmədovu qanunvericiliklə hansı cəzalar gözləyir? Şəxsin psixi problemləri olduğu təsdiqlənərsə, bu, mümkün hüquqi tədbirlərə hansı formada təsir edəcək? Ümumiyyətlə, ailədaxili qətllər niyə artır?

Şəmsəddin Əliyev: "Öz atasını, anasını, qardaşını, bacısını və onun körpəsini öldürən şəxs anlaqsız vəziyyətdə ola bilməz"

Kriminalist Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, şəxs cinayət əməlini törədərkən cinayət məsuliyyətinə cəlb olunur: "Məlumdur ki, ötən gün baş vermis ailədaxili qətllə bağlı araşdırma başlanılıb, istintaq aparılır. Məsələ aidiyyəti qurumların nəzarətindədir. Onu da deyim ki, ailə üzvlərini qətlə yetirən Əhməd haqqında belə bir versiya yayılıb ki, bu şəxs 15 il öncə də xüsusi amansızlıqla kimisə qətlə yetirib. Ancaq anlaqsız vəziyyətdə olması əsas gətirilərək məsuliyyətdən yayınıb. Bu şəxs müəyyən saxta sənədlərlə tibbi arayış alaraq sürücülük vəsiqəsi alıb və taksi kimi fəaliyyət göstərib. Bütün bu faktlar istintaq zamanı araşdırılacaq".

Ş.Əliyev hesab edir ki, öz atasını, anasını, qardaşını, bacısını və onun körpəsini öldürən şəxs anlaqsız vəziyyətdə ola bilməz: "O nə etdiyinin fərqində olub. Doğrudan da anlaqsız vəziyyətdə olsa idi valideynlərini və qardaşını öldürdükdən sonra bacısının evinə getməkdə çətinlik çəkərdi, o ünvanı tapa bilməzdi. Ancaq bu şəxsin sərbəst şəkildə bacısının ünvanına gəlib orda da çirkin niyyətinə nail olması onu göstərir ki, 25 yaşlı gənc anlaqlı vəziyyətdə olub. Psixoloji problemi olan şəxs bu cür planlı şəkildə cinayət törətmir".

Kriminalistin sözlərinə görə, bütün mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə vəzifələr qoyulmalıdır ki, belə ağır cinayətlər olmasın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən problemli ailələr öyrənilməli, doğuran səbəblər araşdırılmalıdır.

Əliməmməd Nuriyev: "Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir" 

Hüquqşünas Əliməmməd Nuriyev bizimlə söhbətində bildirdi ki,  Əhməd Əhmədov 14-20 il müddətinə və ya ömürlük həbs edilə bilər: "Ötən gün baş verən hadisə faciədir. Amansızlıqla törədilib. Cinayət Məcəlləsinin 122.2.4 maddəsinə görə, xüsusi amansızlıqla qəsdən adamöldürmədir. CM-in 122.2.7 maddəsi də nəzərə alınacaq. İki və daha çox şəxsi öldürüb. Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir. Əhməd Əhmədov törətdiyi hadisəni başa düşüb. Çünki fərqli vaxtlarda olub. Məqsədlərindən biri də elə amansızlıq olub. Vahid qəsddir. Bütün ailə üzvlərini qətlə yetirib. Xüsusi amansızlıqla adamöldürməyə görə qanunvericiliklə 14-20 il və ömürlük həbs edilə bilər. Hadisə ilə bağlı istintaq tədbirləri davam edir. Son qərar məhkəmə tərəfindən müəyyən ediləcək. Bu qədər şəxsin qətlə yetirilməsi dəhşətdir. Psixoloji durumu, şəxslərlə əvvəlki münasibətləri də nəzərə alınacaq. Bütün dəlillər toplanacaq".

Könül İsmayılova: "Qəddar, empatiya qura bilməyənlər başqalarını öldürməyə qadirdir" 

Psixoloq Könül İsmayılova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ailə üzvlərinə qarşı cinayət törətmək ağır bir haldır: "İnsan necə ağır vəziyyətə salınmalıdır ki, cinayət törətsin. Qısqanclıq nəticəsində, ailədə olan söz-söhbətə görə, namus üstündə kişilər arvadlarını öldürür. Adətən ailədaxili cinayətlər edən şəxslər paranoik olurlar. Etdiyi cinayətin nə dərəcədə ağır olduğunu dərk etmir, özlərində olmurlar. Azərbaycanda belə bir deyim var, "hirsli başda ağıl olmaz". İnsan özünü idarə edə bilmədikdə də cinayət törədir. Qəddar, empatiya qura bilməyənlər başqalarını öldürməyə qadirdir. Normal psixoloji durumu olan insanlar övladına, valideyninə, ailə üzvlərinə və körpə uşağa  qıya bilməz. Məlumat üçün deyim ki, əsasən 4 tipdə olan insanlar ailədaxili cinayətlərə meylli olur. Ailə həyatının alınmadığını düşünən, həyatdan küsən insanlar. Belə qatillər hesab edir ki, ailə üzvləri onun arzuladığı ailə həyatını dağıtmaq üçün hər şey ediblər. Övladlar ataların göstərdiyi yol ilə getmir. Onun düzgün saydığı dini inanclara, dini görüşlərə əməl etmir, onun nümunəvi saydığı həyat tərzini sürmür, onun adətlərini alt-üst edirlər. İkinci tip özündən razı qatillərdir. Onlar həyatlarında baş verən bədbəxtlikdə başqa ailə üzvünü günahlandırırlar. Məsələn, həyatı uğursuz alınıb, istədiklərini həyata keçirə bilməyib və həyat yoldaşını öldürməklə uşaqlarının gözündə onu günahkar çıxarmaq istəyir. Boşandıqları üçün günahı arvadında görərək də onu qətlə yetirə bilərlər. Digər tip qatillərin şüuraltısında ailədəki maddi vəziyyətin yaxşı olması məhz onların ailəsi ilə bağlıdır. Əgər onun pulları qurtarırsa, bunda şüuraltı olaraq ailəsini günahlandırır. Paranoik şəxslər də ailə üzvlərini öldürməyə qadirdir. Belə insanlarda müəyyən qorxular olur. Onlar hər şeydən şübhələnir". 

Psixoloq son olaraq bildirdi ki, ailə üzvlərinizin problemlərini vaxtında, gec olmadan həll etməyə çalışın: "Belə olmadıqda, həmin şəxslərdə aqressiya çoxalır. Nəticədə, ailə daxilində baş verən cinayət hadisələri artır".

Fatimə Hacıbəyli: "Bu cür aqressiv qətllərin kökündə ciddi sarsıntılar, uşaqlıq travmaları və çox az qisim də olsa, maddi problemlər dayanır" 

"Vəfa" Sosial İctimai Birliyinin sədri, sosioloq Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu cür aqressiv qətllərin kökündə ciddi sarsıntılar, uşaqlıq travmaları və çox az qisim də olsa, maddi problemlər dayanır: "Gənclərin şiddətə meyllənməsinin qarşısı alınmalıdır. Qanunlar burada güclü olmalıdır. Əks təqdirdə insanın şiddət törətmək həvəsi, bəhanələri artacaq. Problemli şəxs vaxtında müalicə olunmalıdır, valideynlər bunu gizlətməməlidir. Əgər Əhmədin valideyinləri vaxtında övladını dispanserə yatırdıb, onun müalicəsi ilə məşğul olsa idilər, bu gün həyatda olacaqdılar. Ancaq gizlətmək, düzələr deyib boş vermək böyük faciələrə səbəb olur".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ