Bazar günü günü, 08 noyabr 2026
     

İkiqat “Sonuncu əmr”

Image


(Tədqiqatçı qeydləri…) 

Əsər əfsanəvi kəşfiyyatçı haqqında ən gerçək romandır: Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş meydanına atdığı imzanın faktlara, sənədlərə əsaslanan bədii təsviri…

…Belə bir romanın işıq üzü görmək ərəfəsində olduğunu müəllifin özündən eşitmişdim. Tanınmış imza, təcrübəli mətbuat adamı, "Təzadlar" qəzetinin təsisçici və baş redaktoru, yazıçı-publisist Asif Mərzili ilə "Qanun" Nəşriyyatında rastlaşmışdıq. Söhbət əsnasında məlum olmuşdu ki, əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanı son tamamlama düzəlişləri üçün nəşriyyatdadır. Dedi ki, tezliklə uzun müddətin, gərgin fiziki (araşdırma, tədqiqat, səfərlər, görüşlər) və zehni əməyin nəticəsi olan əsər çapdan çıxacaq. Müəllifin ayaqüstü danışdığı bəzi epizodlara görə kitab hələ nəşr olunmamışdan məndə özünə maraq oyatdı və nəşrdən dərhal sonra, necə deyərlər, isti-isti nüsxəni əldə edib oxudum.

İlk növbədə onu deyim ki, müharibə gedən və ya təzəcə başa çatmış olduğu illərdə belə əsərlər yazmaq, hətta təcrübəli adamlar üçün də asan başa gəlmir. Əlbəttə ki, söhbət sadəcə faktları toplayıb ard-arda düzərək kitab yazmaqdan yox, ciddi əsər yaratmaqdan gedir. Çünki mövcud cəmiyyət müharibənin şahidi olur, onun barəsində ən azı gündəlik xəbərlərdən, reportajlardan, televiziyada gedən sənədli filmlərdən çox şey öyrənib bilir. Odur ki, belə cəmiyyətə müharibə haqda əsər təqdim etmək və onu həm maraqlandırmaq, həm də inandırmaq çox çətin olur. Bu şərtə yetərincə əməl etmədən ciddi nəticəyə nail olmaq mümkün deyil. Və deyim ki, Asif Mərzili öz əsərində bu işin öhdəsindən uğurla gəlib. 

Romandakı hadisələr, epizodlar, xüsusilə kəşviyyatçının iştirak etdiyi əməliyyatlar təkcə faktlar baxımından yox, həm də təqdimat ustalığı, ifadə tərzi, yanaşma bacarıqlarının çoxluğu baxımından o qədər mükəmməldir ki, əsəri oxuyarkən istər-istəməz peşəkar hərbçi Orxan Əkbərovun, uşaqlıqdan taleyinə müharibə və məhrumiyyətlər yazılmış Rəşadın yanında təcrübəli qələm sahibi Asif Mərzilini, döyüşçünün yanında yazıçını, qəhrəmanın yanında müəllifi də görməyə bilmirsən. 

Əsərdə müəllifin bədii təsvir imkanları ilə ilə yanaşı, "kameranı necə yerləşdirmək, haradan qoymaq, hansı rakursu seçmək ki, oxucu əməliyyatları daha rahat və aydın görə bilsin" ustalığı da dəfələrlə özünü büruzə verir. Bu baxımdan da "Sonuncu əmr" ustad qələm sahibinin işi kimi dəyərləndirilə bilər. 

***

Müharibə bütövlükdə bəşəriyyətin özünə ən rəzil, ən amansız şəkildə məğlub olduğu zaman kəsiyidir. İstər böyük dünya müharibələri olsun, istər regional, istərsə də kiçik məhəlli müharibələr. Hamısı qeyri-bəşəri aksiyadır və insanlığa qarşıdır. Amma bu qeyri-bəşəri aksiyanın içində, mərkəzində həm də dünyanı heyrətləndirən, insanlığı təəccübləndirən, ayrı-ayrı fərdləri deyil, bütöv bir cəmiyyəti, bəzən hətta dünyanı fədakarlığa həvəsləndirən, sövq edən, təhrik edən qəhrəmanlıq tablolarına da az rast gəlinmir. Azadlıq, haqq uğrunda aparılan savaşlarda isə bu qəhrəmanlıq tabloları daha parlaq, dayanıqlı, əbədi və ehtirama, təqdirə layiq olur. Bu baxımdan Asif Mərzilinin "Sonuncu əmr" romanı Azərbaycan savaş tarixinin həm sənədli, həm də bədii ədəbiyyat divarından asılacaq olan parlaq tablolarındandır. Və çox ümid edirəm ki, vaxt gələcək, bu taplo həm də Məmləkətin kino müstəvisinə işıq salacaq, bədii film yaradıcılığına öz töhfəsini verəcək. Çünki əsər sadə və məhz bədii film ssenarisi dilində yazılıb.          

 Dünyanın Ermənistanyönlü və ermənipərəst kəsimi Qarabağ münaqişəsinin ilkin və sonrakı dönəmlərində də çox yaxşı bilib ki, Azərbaycan bu müharibəyə zorla cəlb edilib. Dünya onu da bilməmiş deyil ki, Azərbaycan rəhbərliyi  Qarabağ müharibəsinin birinci mərhələsindən sonra – adı "atəşkəs", özü isə ölüm-itimlə dolu olan 30 illik bir dövrdə problemi sülh yolu ilə çözməyə, haqqa-ədalətə qansız-qadasız nail olmağa çalışıb. Rəsmi Bakı bütün imkanlarından istifadə edib ki, müharibənin ikinci mərhələsi olmasın. Ancaq beynəlxalq güclərin, Ermənistanın və onun havadarlarının "əməyi" sayəsində Qarabağ müharibəsinin ikinci mərhələsi qaçılmaz olub. Nəhayət, Azərbaycan adamı, əsgəri, ordusu Ali Baş komandan İlham Əliyevin iradəsi və mükəmməl sərkərdəlik qabiliyyəti ilə həm torpaqları işğaldan azad edib, həm düşməni ölkədən qovub, həm də saysız-hesabsız qəhrəmanlıq nümunələri ilə dolu döyüş əzmi nümayiş etdirərək Ermənistanın "bacı-qardaşına", ağalarına, himayədarlarına dərs verib. 

Düşmənə və dünyaya verilən bu dərsin tədrisində heç, şübhəsiz ki, şəhid kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərovun əməyi, fədakarlığı da danılmazdır. Ona görə, Asif Mərzilinin "Sonuncu əmr" romanını həm də bir dərs vəsaiti hesab etmək olar: bütün dövrlər üçün keçərli olan, bütün yeniliklərə qarşı dayanıb aktuallığını itirməyən dərs vəsaiti!

*** 

Əsər əsasən Qarabağ müharibəsinin ikinci mərhələsində – Vətən Müharibəsində kəşviyyatçının fəaliyyətindən bəhs etsə də, yalnız bu dövrü əhatə etmir. Ötən əsrin sonlarına, münaqişənin alovlandığı və müharibəyə çevrildiyi illərə ekskurs edir, erməni vəhşiliklərini, etnik təmizləmə və işğal faktorlarını sərgiləyərək, dünənin və bugünün Qarabağ savaşı, onun səbəb və nəticələri haqda təkcə dövrümüzün yox, həm də gələcəyin oxucusunda dolğun təsəvvür yaradır. 

Əsəri oxuduqca əmin olursan ki, bu sadəcə qəhrəmanlıq romanı deyil. Bu həm də, Azərbaycan insanının əzablarından, iztirablarından, məhrumiyyətlərindən, yurd yerinin və doğmalarının itkisindən yoğrulub ərsəyə gətirilən etiraz, üsyan, barışmazlıq, qisas, fədakarlıq romanıdır. Ancaq bu qisasda şərəfsizliyə, namussuzluğa yol verilmir. 

Roman əsgər şərəfi ilə yanaşı, həm də insan ləyaqətini özündə əks etdirən, bir millətin əsgərinin ən şərəfsiz, ləyaqətsiz düşməndən qisas alarkən belə öz fərdi və milli şərəfini-ləyaqətini unutmamaq kimi öhdəliyinə sadiq qalmasını, erməni ilə müqayisədə belə bir üstünlüyə malik olduğunu da diqqətə çatdırır. "Sonuncu əmr" romanında qisas amili qirmızı xətlə keçsə də, bu qisas qeyri-insani, zabit şərəfinə zidd olan hərəkətlərə qapalıdır: Ermənilərin girovuna çevrilmiş bütöv bir ailə və o ailənin qohumları – ata, ana, əmi və bibi güllələnib yandırılır. Bir oğul işgəncəyə, aclığa və soyuğa dözməyib ölür. Balaca Rəşad – ailənin sağ qalan yeganə üzvü təsadüfən Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin diqqətini cəlb edərək xilas olur, Azərbaycan tərəfə verilir. Sonradan Sankt-Peterburqda həm fiziki, həm zehni, həm də dil bilgiləri səviyyəsində peşəkar kəşviyyatçı kimi yetişdirilən Rəşad qisas niyyəti ilə düşmənin içinə sızıb, anasının yandırılarkən dediyi "Sağ qalsan qisasımızı al" vəsiyyətini yerinə yetirərkən belə, şərəfini, ləyaqətini hisslərinə qurban vermir, əlini qocaların, qadınların və uşaqların qanına bulamır.      

Romandakı bu kimi məqamları azərbaycanlının ermənidən nə dərəcədə üstün, hansı keyfiyyətlərlə fərqli olduğunu dünyaya nümayiş etdirəcək epizodlar da saymaq olar. 

Əsərin məzmununu uzun-uzadı danışmaq fikrim yoxdur. Detallara varıb oxucuların mütaliə zamanı yaşayacağı həyəcanı azaltmaq, büdrətmək fikrindən uzağam. Amma deyim ki, romanda həyəcan yaşadan, oxucunu gərginlikdə saxlayan epizodlar, keçidlər, dönüşlər yetərincədir. Hətta o qədər ki, romanın özünü də büttövlükdə həyəcanla, gərginliklə dolu, emosional bir epizod adlandırmaq olar. Ümumilkdə isə, əlbəttə ki, bu əsər Qarabağ müharibəsinin unudulmaz və çox dolğun, əhatəli epizodlarından biridir. 

Detal olaraq isə onu deyim ki (hörmətli oxucuya artıq yazımın əvvəlindəki təqdimatdan məlumdur, qəhrəmanın şəhid olması), belə kəşviyyatçıların, ümumən döyüşçülərin şəhidliyi də özündə müəyyən informasiya daşıyır, ayrıca roman yarada biləcək ipucları saxlayır. Əsərin qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı başladığı Vətən Müharibəsi zamanı şəhid olur. Və bu şəhidlik təkcə düşmənə açılan savaşın nəticəsi deyil, həm də Orxan Əkbərovun öz əsgərləri ilə düşmən arasına çəkdiyi sipərin təntənəsidir. Üstəlik, bu hadisə məhz sonuncu əmrdən sonra baş verir. 

Onu da deyim ki, "Sonuncu əmr" romanında ikiqat son əmr müşahidə edirik: korpus komandiri, general-leytenant Mais Bərxudarovun polkovnik-leytenant Orxan Əkbərova verdiyi son əmr və komandir Orxan Əkbərovun mühasirədə olduqları zaman öz döyüşçülərinə verdiyi son əmr! Özü də bu epizodlar müəllifin təxəyyülünün məhsulu deyil, rəsmi dövlət arxivlərində qeydiyyata alınmış faktlardır. Ancaq müəllif bu əsəri yazarkən, igid oğullarımızın qəhrəmanlıqlarını, erməni vəhşiliklərini qələmə alarkən təkcə Azərbaycan arxivlərindən, hərbçilərdən, şahidlərdən əldə etdiyi məlumatlarla kifayətlənməyib, kənar mənbələrdən, dünya mətbuatından da bəhrələnib ki, bu da romanın daha dolğun və sanballı yaradıcılıq nümunəsi, bədii və sənədli ədəbiyyat hadisəsi kimi ortaya çıxmasında xüsusi rol oynayıb.         

Son olaraq deyim ki, dünya tarixində bizim Vətən Müharibəsindən əvvəl də yetərincə irili-xırdalı müharibələr olub, görünən odur ki, bu gedişlə, dünyanın "başbilənlərinin" məlum davranışı, riyakarlığı sayəsində sonralar da az olmayacaq. Sadəcə, Azərbaycanın az qala bütün dünyaya qarşı gedib, sarsıdıcı zərbə və möhtəşəm qələbə ilə işğalçı Ermənistanı diz çökdürməsi, kapitulyasiyaya məcbur etməsi prosesi – Vətən Müharibəsi cəmi 44 gün davam edib. Və bu müharibənin qəhrəmanlıqları həmin o 44 günün içində, dar çərçivədə, məhdud zaman kəsiyində baş verdiyi üçün də fərqlənir. Asif Mərzilinin "Sonuncu əmr" romanı "Qartal" və Rəşadın nümunəsində məhz belə qəhrəmanlıqlardan birinin üstünə işıq salır. Həm də kifayət qədər aydın işıq.       

Romanı mütaliə etdikcə bir daha düşünürsən ki, bir qazi, şəhid haqqında yazan müəllif əlindəki faktlarla yanaşı, əsərə həm də özündən, təxəyyülündən, istedadından, yazmaq manerasından da çox şey qoymalıdır. Məhz bu halda ərsəyə gələcək iş qəhrəmana, onu yetişdirən ailəyə, cəmiyyətə və bütövlükdə dövrə, zamana, ən başlıcası isə gələcək nəsillərin diqqətinə, ehtiramına layiq olur. Bu baxımdan da inamla demək olur ki, Asif Mərzilinin "Sonuncu əmr" romanı sadaladığım bütün parametrlər üzrə öz missiyasını yerinə yetirməyə layiq və qadir romandır. 

Çox istərdim ki, "Sonuncu əmr" sonuncu roman olmasın, Asif Mərzilinin yeni-yeni belə dolğun, əhatəli və maraqlı əsərlərinin işıq üzü görməsinin də şahidi olaq.

İlqar Rəsul
Yazıçı-publisist, tədqiqatçı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ