Bazar günü günü, 08 noyabr 2026
     

Bala dərdi Vətən «asu­də­li­yi»dir

Image


...Cismani həyat hər kəsin əbədiyyət yolçuluğudur de­yə, bir gün doğulan insanın bir gün öləcəyi fərqindəyik. Amma elə insanlar var ki, məsələn, Musa və Tural kimi, öl­mək üçün yox, yaşamaq və yaşatmaq üçün doğulurlar.

Be­lələri cismən bizdən ayrılır, əbədi olaraq isə ürəklərimizdə məskən salırlar…

Rəssam, bir şəkil çək

Rəssam, bir şəkil çək, orda

Nə ağ, nə də qara olsun. 

Elə çəkmə, şəhid dağı

Ürəklərdə yara olsun. 

 

Toy sədası düşsün dilə,

Xonçalarda noğulu çək.

Musa kimi qəhrəmanı,

Tural kimi oğulu çək. 

 

İki qardaş - iki tale,

Sən də iki şam göstər ha.

Yarımçıqdı bu ömürlər,

Sən bütöv çək, tam göstər ha. 

 

Musa-Tural qardaşları

Zəmanətdi bu Vətənə.

Hər qardaşdan iki uşaq

Əmanətdi bu Vətənə.

 

Rəssam, götür fırçanı, gör,

Necə dözür can bu dərdə.

Şəhid dağı çəkə-çəkə

Sən də alış, yan bu dərdə.

 

Rəng səndədi, fırça səndə,

Bütün eli - əyalı çək.

Şəhid adı uca addı,

Nə çəkirsən, həyalı çək.

 

Musa da gənc, Tural da gənc,

Bulud kimi çaxaq görək.

Üç ildi şəkil çəkirsən, 

Nə çəkmisən, baxaq görək.

 

Rəssam, bir şəkil çək, orda

Nə ağ, nə də qara olsun. 

Elə çəkmə, şəhid dağı

Ürəklərdə yara olsun... 

Bu şeir Musa və Tural qardaşlarının adına verilmiş kü­çə­də ilham mayamdan süzülüb gəldi. Şeiri içimdə pıçıldadım. Deyib qurtarana qədər də gözlərimi şəhid qardaşlardan çəkmədim (daha doğrusu, çəkə bilmədim). Günəşin üfüq xəttinə əyilən ilıq şüaları sanki bunu duydu, havadakı hərarət qismən artdı...  

***

Çox vaxt bizə elə gəlir ki, təsadüf həyatın əsas prinsipidir. Əslində isə həyat təsadüfi sıçrayışın yox, zəruri münasibətin predmetidir. Sadə dildə belə anlayaq ki, həyatda tə­sa­düf deyilən şey yoxdur, yalnız zərurət var. Əgər (bir-bi­ri­ni tanıyan) iki şəxs uzun illərdən sonra haradasa qarşı-qar­şıya gəlir(lər)sə, bu, təsadüf deyil, zərurətdir. 

Zərurət anlayışını "nə vaxtsa olacaq, nə vaxtsa baş ve­rə­cək hadisə" hesab edək. O zaman təsadüfün zəruri ol­ma­dığı ortaya çıxacaq. Qısaca, insanın həyatında (bu gün, ya sabah) baş verəcək heç bir şey təsadüf deyil. Bu mənada, Musa və Tural qardaşlarının (hələ idmançı ikən belə) qur­duqları xəyallar, illər sonra Vətən uğrunda qəhrəmanlıqla həlak olmaları, bu gün də xalqın istəkli övladlarına çevrilmələri zərurətdir. Zərurət budur: onların (hər ikisinin) alnında şəhidlik nişanı var idi və həyat bu pünhan məqamı (vax­tı çatanda) ay­dın tərzdə göstərdi... 

Növbəti görüşümüzdə Nəhayət xanım da hər iki oğlunun bir müharibədə şəhid olmasını təsadüf deyil, zərurət hesab etdi... 

Sonra dedi ki, Musa və Tural idmana (da) məx­­susi ma­raq göstərirdilər... Biz də dərhal onlardakı çe­vik­liyi, fəal münasibəti və s. idmana olan bağlılıqla əlaqələndirdik. 

Arada (qəfildən) bir neçə dəqiqəlik susqunluq hökm sür­­dü, sonra Nəhayət xanım dedi:

- Hər iki qardaş idmanın otüstü xokkey növü üzrə yarışlarda qızıl medallara layiq görülüblər... İdmanın bü növünü çox xoşlayırdılar... Sinələrindən qızıl medallar asılanda xü­­­susi bir çöhrəyə dolurdular. Elə bilirdim, balalarımın üzü­­nə mələk surəti enib...

Yəni hər iki qardaş idmançı kimi də cəmiyyətin sevimli üzvləri olublar... 

Xalqımızın (bu gün) tarixi anlar yaşaması, illərdir şəhid qanı ilə suvarılan torpaqlarımızın (qısa müddətdə) azad edil­məsi, müharibə dəhşətləri, qanlı-qadalı günlər, şəhidlərimiz və s.-də öz-özlüyündə bir zərurətdir. 

Həmçinin, Qarabağda üçrəngli bayrağımızın ucaldılması, bütün ərazilərimizə Müzəffər Azərbaycan Ordusunun nə­zarət etməsi (bir) zərurət haqqıdır. 

Təsadüfə inananlar üçün həyat yanlış bir təəssürat, ya­şa­dıqlarımızı və nə vaxtsa baş verəcəkləri zərurət hesab edənlər üçün isə (həyat) bir gerçəkdir. Torpaqlarımız uğ­runda canlarından keçən bütün şəhidlərimiz, o cümlədən, Musa və Tural qardaşları bu gerçəyin içindədir...

***

Şəhid ömrü tarixin həyat səhifəsidir. Həyat da bütün is­ti­qamətlərini insan amili üzərində qurur. İnsanın işi isə Və­tən uğrunda həlak olanların xatirəsini əbədiləşdirməkdir. Bizim də bu istiqamətdə gördüyümüz ardıcıl işlər təqdirəlayiq hal hesab olunmalıdır. Çünki biz də bütün addımlarımızı Vətən naminə atdıq (bu addımın üzərində araşdırma, axtarış işləri kimi mühüm vəzifələr var). Anladıq ki, nəş­rə hazırladığımız "Gəl, birlikdə köçək dünyadan" adlı ki­tabda iki Azərbaycan övladının taleyi qabarır. Bu kitabın, ya­ralı quş kimi çırpınan səhifələrindən şəkil-şəkil in­san­ların işıqlı baxışları, onlara ağlayan anaların iç deşən hay­qırtıları boylanır. Bu səhifələrdə bir hicran anı, bir həsrət ləngəri püskürür. Bu səhifələrin kədərli qəlbində daşlaşmış tarix, salnaməyə çevrilmiş həyat çalarları var. Bu­ra­da vəhşətlərə məruz qalmış insan əzablarının son çığırtıları əks-səda verir; o əzablara aludə olan cəmiyyətin soy-kö­kün­dən gələn böyük bir ağayanalıq diqqət çəkir. 

Biz bu ki­tabı şəhid qardaşlara ehtiram nümunəsi kimi qə­ləmə aldıq. Missiyamız budur; xalqımızın əzmini, Və­tən məhəbbətini tarixin parlaq səhifələrinə çevirən oğullara sonsuz minnətdarlıq və bu ali hissi yetişən nəsillərə aşılamaq...   

***

Haqq sözdür; Əməli iş gerçək məsuliyyətdir. Ölkə­miz­də aparılan sağlam, uğurlu siyasət də bu prosesi özündə eh­tiva edir. Bunun əməl şəklində təzahürü isə sabahlarımıza inamı möhkəmləndirir. Əlbəttə, insan diqqətində bir­gə­liyin ən ümdə məsələlərdən olması çox yaxşı haldır. Bu, çətin anda da, xoş gündə də bir olmaq zərurətidir...  

İctimai həyatın aparıcı qüvvəsi İNSANdır. O insan ki, bir-birindən müəyyən mənada tale müxtəlifliyi ilə fərqlənir. Zaman həmişə belə insanların ağlı, zəkası, gücü və qüdrəti ilə tərəqqi edib. Heç şübhəsiz, gənc yaşlarından öz­lərini Vətən uğrunda fəda edən, üçrəngli bayrağımızın Qarabağda dalğalanmasında rolu olan Mingəçevir cəngavərləri Musa və Tural qardaşları da həqiqətin bütün təbəqələrdə ali missiya daşıdığını sübut etdilər. Zəhmətkeş ailənin, çöhrələri daim təbəssüm işığında parıldayan iki nur­lu insanın – Tapdıq ata və Nəhayət ananın övladları olan bu qeyrət mücəssəmələri əsl şəxsiyyət olmağı bacardılar. Onlar öz zəkalarını Vətən naminə "xərclədilər", müs­təqil Azərbaycanımızın bütövlüyü uğrunda gərgin əmək sərf etdilər. Sevindirici haldır ki, bu gün də onların həyat kredosu yurda məhəbbət, xalqa və dövlətə sədaqət hissi ilə təzahür edir. 

Biz həmişə doğru qənaətdə olmuşuq: həqiqətən sıravi vətəndaşın böyük şərəf sahibinə çevrilməsi bir insanın bü­töv tale yazısını oxumaq qədər çətindir. Məsələn, alim ol­maq istəyən şəxs həyatı pillə-pillə keçir; oxuyur, araşdırır, elmi sahələrdə təcrübə toplayır, xülasə, ömrünün böyük his­səsini bu işə sərf edir, nəhayət elmi ad alır. Şəhid isə illərin deyil, bir anın içində şəhadətə yüksəlir, şərəf-şan yiyəsi olur. Musa və Tural qardaşlarının da şəhadəti bir an məsələsidir. Bir göz qırpımında onlar qeyrət silahlarına sa­rı­lıb düşmənə sipər oldular. Əlbəttə, bu qəhrəmanlıq Və­tən üçün idi, xalqımız üçün, gələcək nəsillər üçün idi... Hər iki qardaş bu şərəfi hələ dadmamışdan Vətən məhəbbəti ilə süslənmişdilər. Bu istəyi onlara Allah, bir də ki, tər­biyə aldıqları ata və ana vermişdi. Belə olmasaydı, onlar gənclərə örnək ola bilməzdilər. 

Nə xoş ki, bu qəhrəmanlığın bütün istiqamətlərdə aydın və dəqiq sərhədləri var...

*** 

Sağlam düşüncə, pak əməl milli dövlətçilik işi, milli döv­lət quruculuğu üçün xarakterik nüanslardır. Bu prosesi hər kəs öz üzərinə götürdüyü məsuliyyətlə diqtə edir. Ün­van­larına bütün ömrümüz boyu fövqəl sözlər deyəcəyimiz Musa və Tural qardaşları bu şərəfi Vətənə can fəda et­mək­lə təqdir etdilər. Əbəs yerə deyil ki, onlar bu gün çox böyük ad daşıyır - şərəfli insan, ölməz şəhid adı. Elə bir ad ki, nə qədər Azərbaycan var, o ad da olacaq. 

Musa və Tural qardaşları Vətənin etimadını əminliklə doğrultdular, çünki üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirdilər. Necə ki, zəhmət adamı gördüyü işlərdən zövq alır, onlar da eynən bu tərzdə Vətən uğrundakı şərəflərini bir borc hesab etdilər, bayrağımızı bir gül kimi qoxladılar, Zəfər şərbəti içən oğullara dayaq oldular. Buna gö­rə onlar daim dərin hörmətə, xüsusi alqışa layiq olacaq­lar. 

Bu gün Mingəçevirdə balacadan böyüyə hər kəs Musa və Tural qardaşlarına sonsuz etimad göstərir. Bu qeyrət simvollarının həyat və döyüş yolu (əlbəttə) bir kitaba sığmaz. 

Musa və Tural qardaşlarının valideynləri Tapdıq ata və Nəhayət ana həyatlarının ən çətin anlarını səbr və təmkinlə mühafizə edə biliblər. Onların – onlar kimi mayası halal insanların öyüd-nəsihət verdiyi uşaqlar təbii ki, şəhadət şər­bəti içməyi özlərinə şərəf bilirlər.  

Artıq Musa və Tural qardaşlarının da həyatları bir kitabdır. Onlar da (hamı kimi) öz ömürlərini bir kitab kimi oxudular. Bu ömrü səhifə-səhifə yaşadılar və kitab qədər, su qədər möhtəşəm ömür qazandılar. Tam səmimiyyətlə de­yə bilərik ki, onların davranışları, hörmət və nüfuzları se­və-sevə oxuduqları kitab ömürlərinin aydın zərrələridir. Onlar Allahın verdiyi canı özlərindən, ailələrindən, övladlarından da çox Vətən üçün fəda etdilər. Onlar ən qaynar, ən çılğın və ən sürətli çağlarını olduqca mühüm və məsuliyyətli bir işə - torpaqlarımızın azadlığına sərf etdilər, bö­yük və vacib ictimai uğurlara, Qələbə kitabına imza atdılar. 

Azərbaycan xalqı fədakar insanlarını həmişə uca tutur. Uşaq yaşlarından fədakar, əməksevər, gerçək vətənpərvər qardaşlar Musa və Turala göstərilən diqqət və hörmət də elə bu prosesdən qaynaqlanır. Bunu həm də onlara göstərilən insan sevgisinin ovqatı ilə isbat etmək mümkündür. Bu, şəhid qardaşların, onların valideynlərinin və övladlarının Vətən qarşısındakı məsuliyyətini bir qədər də artırır. Musa və Tural daxili əməlləri və zahiri fəaliyyətləri ilə (hər kəs üçün) bu statusa sahib çıxıblar. Onların şəxsiyyət adı da məhz bu ucalığın təntənəsidir. 

Musa və Tural qardaşları haqqında günlərlə danışmaq, yazmaq olar. Cəsarətli, mərd, mübariz insan idilər. Bu, on­ların üzərlərində daşıdıqları ictimai vəzifənin məsuliyyəti idi. Bu, insanların onlara sonsuz ehtiramını büruzə verir. 

(Ardı var)
Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ