Bazar günü günü, 08 noyabr 2026
     

Şadlıq saraylarının özbaşınalıqları tək bununla bitmir ki... sahə başlı-başına buraxılıb...

Image


Azərbaycan toyları öz dəbdəbəsi, zəngin süfrəsi ilə seçilir. Əfsuslar olsun ki, Azərbaycanda "yaxşı toy" düşüncəsi bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. 

Həmçinin toylarda süfrədə olan israfçılıq insanlara mənfi təsir göstərir, yüksək səs akustikası isə qonaqların el şənliyindən zövq almasına imkan vermir. Lakin problem tək israfçılıq, yüksək səs akustikası ilə bitmir. Məlumdur ki, bu gün toylarda müxtəlif tərtibatda şoular təşkil olunur. Rəqqaslar plovu zala üzəri yanan maddə ilə gətirir. Həmçinin, toylarda alovlu şoular təşkil olunur. Ancaq bu tip şoular təşkil olunan zaman heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Qeyd edək ki, bu günlərdə Bakıda toyda gözlənilməz hadisə baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqaslardan birinin geyimi yanıb. Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. 

Onu da bildirək ki, iaşə obyektlərində alovlu şouların təşkil olunması qadağan olunsa da, buna əməl edən yoxdur. Bu səbəbdən də ekspertlər hesab edir ki, toylara xüsusi nəzarət olunmalıdır. 

Ağa Salamov: "Menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir" 

Qida texnoloqu Ağa Salamov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, restoranlarda cürbəcür salatlar, qril, balıq və müxtəlif ət məhsulları, ardınca çeşid-çeşid kabablar, plov, daha sonra tort, dondurma, çay verilir: "Bir insan nə qədər yemək yeyə bilər? Hesabladıqda adambaşına 2 kiloqramı keçir. Bir insan bu qədər yesə belə, zaldakı səs və spirtli içki nəzərə alınmalıdır. Bütün bunlar ürək-damar sisteminə ciddi təsir göstərir. Toydan sonra infarkt olanların sayı da az deyil.

Həmçinin, menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir. Bu da pul, qida və əmək israfçılığına səbəb olur. Deyə bilərlər ki, aşpaz pul müqabilində işləyir. Lakin onun çəkdiyi zəhmət, istifadə olunan elektrik enerjisi, nəqliyyat xərclərinin hamısı israf olur".

A.Salamov hesab edir ki, şadlıq evləri tərəfindın  düzgün menyu tərtib edilmir: "Bu problemlərin aradan qalxması üçün qida rasionuna görə menyular tərtib olunmalıdır. Zülal və karbohidratlar nəzərə alınmalıdır. Avropada, qardaş Türkiyədə adi içki, şirniyyat, yaxud barbekü, kanepelərlə toyu yola vermək olur. Bu israfçılıq qarşıda dünyanı qıtlığa sürükləyəcək amillərdən biridir, qlobal bir problemdir".

Elmar Nurəliyev: "Bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin yanğın təhlükəsi risqi var" 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev  "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin yanğın təhlükəsi risqi var: "Ümumiyyətlə, bu cür vasitələrdən istifadə edilirsə onun sertifikasiyası olmalıdır. Eyni zamanda, alov şounu təşkil edən şəxsin bu sahəyə dair bilik və bacarığı olmalıdır. Onu da deyim ki, alov şouları yalnız açıq məkanlarda təşkil olunmalıdır. Qapalı məkanda belə bir şou təşkil olunacaqsa mütləq aidiyyəti üzrə qurumların rəyi alınmalıdır". 

Elçin Bayramlı: "Azərbaycan toyları psixotron, fiziki-bioloji terror yuvasıdır" 

Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycan toyları psixotron, fiziki-bioloji terror yuvasıdır: "Dünyada ən biabırçı toy mərasimi hazırda bizdədir, çünki burada nə milli, nə də bəşəri dəyərlər qalıb. Hər cür israfçılıq, görməmişlik, harınlıq burada birləşir. Toy zalındakı dəhşətli hay-həşir, süfrədə ağla gələn-gəlməyən bütün nemətlərin düzülərək israf olunması və s. Üstəlik, bu cür toylar yeni qurulan ailələrə də zərər vurur. Onların bir çoxu borc-xərcə düşür və toya gələn qonaqlar da Azərbaycan üçün böyük bir məbləğ sayılan pulu itirmiş sayılırlar, çünki o pul həmin ailəyə yox, hansısa biznes sahiblərinə çatır. Belə toyun artıq heç bir müsbət tərəfi yoxdur. Bu problemi artıq maarifləndirmə tədbirləri ilə həll etmək mümkün deyil. Biz bunu artıq 20-30 ildir görürük, ancaq inzibati metodlarla mümkündür ki, bu da insan hüquqları pozuntusu adlanır. Ən azından sadə toy mərasimlərinin keçirilməsi üçün müəyyən bir çərçivə qoyulmalıdır və ən əsası, cəmiyyətə nümunə olacaq şəxslər, yəni intellektuallar, ziyalılar, məmurlar, deputatlar, nazirlər nümunə göstərməlidir. İlk növbədə onlar milli adət-ənənələrimizə əsaslanan sadə və normal toy keçirməlidirlər. Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır, parlamentdə müəyyən tövsiyələr verilməlidir, bəzi məsələlərdə inzibati qadağa qoyulmalıdır. Məsələn, səs terroruna qadağa qoymaq olar. Mən şəxsən toylara gedəndə zalda otura bilmirəm, çünki orada dəhşətli dərəcədə yüksək desibeldə olan səsdən beyin hüceyrələri məhv olur. Bu artıq dəhşətli bir işgəncədir. Bundan başqa, içəridə böyük fişənglər yandırılır, zəhərli hava salona dolur, içəridəkilər zəhərlənir. İnsanlara təbliğ olunmalıdır ki, gəlin paltarının qiyməti 5000 olmaya da bilər, bunun ailə xoşbəxtliyinə heç bir dəxli yoxdur. Kütlə özbaşına heç vaxt nəyisə düzəltmir. Bir çox ölkələrdə belə dəbdəbəli, təntənəli, milyonların, qızılların göyə səpildiyi toy mərasimləri qadağandır. Xüsusilə də məmurlara, biznesmenlərə dövlət tərəfindən imkan verilmir. Bu kimi məsələlər kompleks şəkildə yuxarı təbəqələrdən gəlməli və aşağılara da qəbul etdirilməlidir. Əks halda bu artıq toy yox, sadəcə görməmişlik yarışıdır".

Eyyub Hüseynov: "İnsanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək" 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  "Bakı-Xəbər"ə şərhində bildirdi ki, insanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək. İnsanlar şadlıq sarayına növbəyə durduqca onlar öz istədiklərini edəcək: "Ümumiyyətlə, şadlıq saraylarının iş mexanizmi də israfçılığa səbəb olur. Restoranlarda səs tembri, kondisionerin işləməsi, ofisiantların hərəkətləri hamısı ona yönəlib ki, insanlar tez durub getsin. Onlar toy edənin istəklərinin əksinə olaraq, öz hazırladıqları menyu və kalkulyasiya təqdim edirlər. Deyirlər, qəbul edirsən et, etmirsən, etmə. Bunların aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır. İnsanlar açıq hava, palatka toylarına keçməlidir. Belə olduqda biznes üslubu da dəyişəcək".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ