Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan Qarabağın alban abidələrindən gözünü hələ çəkməyib - indi də Ağdərə...

Image


Faiq İsmayılov: "Yampolski abidəni alban məbədi adlandırıb"

Alban mədəniyyətinin izlərini özündə yaşadan qədim kilsə və monastırlar, məbədlər xalqımızın tarixi irsinin bir parçası olsa da, təəssüflər olsun ki, ermənilər o abidələrə iddia etməkdən əl çəkmək istəmirlər. 

Uzun illərdir ki, Qarabağda erməni izi axtaran, lakin tapa bilməyən ermənilər sonradan bu "izləri" özləri quraşdırıblar. Vaxtilə işğalda olan Azərbaycan ərazilərində mövcud olan məbədləri, vəngləri, kilsələri "erməni abidəsi" kimi qələmə verən ermənilər bu gün də öz saxtakar və uydurma iddialarını irəli sürürlər. Məsələn, Ağdərədə (son dövrə qədər Ağdam ərazisi sayılırdı-İ.S), Xaçın çayının sol sahilində yerləşən Vəngəsər alban monastırına da iddia edirlər. 

Erməni "mədəniyyət ombudsmanı" Hayk Ovik Avenesov yazır ki, Azərbaycanın Ağdərə bölgəsində yerləşən Vəngəsər monastırının üzərindən azərbaycanlılar xaçı götürüblər. Deyir ki, bu, sosial şəbəkələrin Azərbaycan seqmentində dərc olunan fotoşəkillərdən görsənir. Azərbaycan, guya "erməni kilsəsi"ni alban (ağvan) kilsəsi kimi təqdim edir. Əslində, bu kilsə elə alban kilsəsidir və bunun ermənilərlə heç bir əlaqəsi yoxdur.

"Ermənilər işğal dövründə bu abidəni "erməniləşdirməyə" cəhd ediblər" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə bildirdi ki, bu növbəti erməni uydurmasıdır.  "Ermənilərin işğal dövrü "Vankasara kilsəsi" adlandırdıqları Alban dövrünə aid bazilika, Ağdam rayonunun, Xankəndi-Ağdərə yolunun sol tərəfindəki dağının ən yüksək zirvəsində, dəniz səviyyəsindən 290 metr yüksəklikdə yerləşir. Bazilika dağ zirvələrində yerləşən unikal Alban dövrü abidələrindən biridir. Abidə haqqında elmi məlumat yoxdur. Erməni mənbələrində özləri tərəfindən uydurulmuş əfsanələrə istinad edilir (Djalalənü, Makar Barxudaryants, Mkrtçyan 1988, 63, 64, Karapetyan 2000, 218-220və s.). 

Bina əhəng məhlulu ilə ağ rəngli yerli əhəngdaşı ilə yonulmuş iri bloklarla xaç formasında tikilmişdir. Planına görə  bina düzbucaqlı formada, erkən xristianlıq dövrünün  alban memarlığı üslubunda günbəzli bazilikadır. Abidənin VII əsrdə tikildiyi güman edilir. 

Kompozisiyanın əsasını təşkil edən sərdabəsi kvadrat xaç şəklində tikilib. Binanın qərb istiqaməti düzbucaqlı, qalan hissəsi yarımdairəvi formadadır. Şərq-qərb istiqamətində binanın uzunluğu 10,5 metr, şimal-cənub istiqamətində isə uzunluğu 9,15 metrdir. Beləliklə, tərəflərdən birinin uzunluğu digərindən 1,0 metr uzundur (9,7 x 8,7 m). Binanın üç tərəfindən binanın içərisinə giriş var. Binanın içərisinə yalnız şərq tərəgdən giriş yoxdur. Bütün girişlərin yanında pəncərə var. Binanın içərisinə açılan qapıların eni eynidir (1 metr). Dağ zirvələrində tikilən məbədlərin girişlərinin çox olması  alban memarlığının xarakterik xüsusiyyətidir.

Sovet dövründə ermənilərin "Vankasara kilsəsi" adlandırdığı bu abidə elmi dairələrə məlum deyildi. Abidəni tədqiqat obyektinə çevirən və elmi ictimaiyyətə təqdim edən rus tədqiqatçısı Yampolski olub. Abidə haqqında məlumat və fotoşəkillər onun tərəfindən dərc edilərkən Yampolski abidəni alban məbədi adlandırıb (Əmpolskiy 1960, 249). 

1992-ci il Ermənistan Silahlı Qüvvələrinin işğalından sonra abidənin divarlarına erməni dilində yazılar yazılır, xaç nişanları yerləşdirilir və ətraf ərazilərinə bir neçə xaç daşı basdırılır. Yəni ermənilər işğal dövründə bu abidəni "erməniləşdirməyə" cəhd ediblər. Əslində isə onların bu abidə ilə heç bir əlaqəsi yoxdur" - deyə F.İsmayılov bildirdi.

F.İsmayılov əlavə etdi ki, beynəlxalq hüququ ayaqları altına alan Ermənistan uzun illər işğal altında saxladığı ərazilərimizdə toponimləri, yer-yurd adlarını dəyişib, ərazimizi Qriqoryan dini simvolları ilə bəzəyib, bu əraziləri "tarixi erməni torpaqları" adı altında təbliğ etməklə özlərinin işğalçılıq əməllərinə haqq qazandırmaq istəyiblər. "Ermənilər bu iyrənc fəaliyyətləri üçün ilk növbədə Azərbaycanın xüsusi tarixi əhəmiyyəti olan ərazilərini seçirlər. Bu baxımdan onların ilk qurbanlığı Ağdam əraziləri oldu.

Ağdam rayonunda çoxlu sayda memarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ilə aid edilən Qutlu Musa oğlu türbəsi,  XIV əsrə aid Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, XVII əsrəaid edilən Papravənd kəndindəki Xanoğlu türbəsi,  XVIII əsrə aid məscid, Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti, XVIII əsr və Şahbulaq qalası və s. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirib və yüksək əkinçilik mədəniyyətinə malik olub.

Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. Keçən əsrin 80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.  Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Qədim mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri - yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Bu tarixi zənginlik erməniləri bu əraziləri mənimsəməyə tamahlandırmışdır. Beləki onlar Ağdamı xəritədən silmək üçün 1993 – 1996-cı illərdə şəhəri sökməyə başladılar. Şəhərin söküntüsünə o vaxtkı Qarabağ erməni icmasının rəhbəri A.Qukasyan rəhbərlik edirdi. Sökülmüş inşaat məhsullarını çeşidləyib İran və Ermənistan əhalisinə ucuz qiymətə satırdılar. Bununla ermənilər həm gəlir əldə edir və həm də Ağdamı dünyanın coğrafi xəritəsindən silməyə çalışırdılar" - deyə o qeyd etdi.

F.İsmayılov bildirdi ki, Vəngəsər məbədinə münasibət də bu qəbildən olub, abidəni erməniləşdirmək, saxtalaşdırmaq niyyəti güdülüb. O hesab edir ki, ermənilərin tarixi saxtalaşdırma cəhdləri baş tutmayacaq, onlar nə qədər çox saxtalaşdırırlarsa bir o qədər də çox ifşa olunurlar. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ