Bazar günü günü, 08 noyabr 2026
     

Şəhidlik (böyük bir) həyat romanıdır - Onbirinci yazı

Image


Şəhid Musa Həsənov barədə danışan Söylü Qorçuyeva onunla bağlı ibtidai sinif illərində diqqətində qalan mə­ziy­yət­lərdən bəhs etdi. Dedi ki, şəhid andı içib ölən oğullar, əslində Vətən üçün böyük bir həyat romanı, oxunaqlı bir ömür dastanı yazırlar. Bəlkə də adi əsərlər çox vaxt oxunmur, lakin şəhidlik elə bir həyat əsəridir ki, onu zaman-zaman bütün nəsillər oxuyur və oxuyacaq. Biz də (bizim) uğ­rumuzda ölən oğulların əbədiyyəti üçün yaşamalı və öl­məliyik.  

Ölümün hər insanı aparması adi haldır. Ölümün Vətən uğ­runda döyüşən əsgəri aparması şərəfdir. O ölüm şərəf gətirir, insana ölməzlik qazandırır. 

Çox az adam hünər məktəbinin məzunu olur. Musa və Tu­ral qardaşları bu şərəfə nail oldular. O Musa və Tural qar­daşları ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun cəsur əsgərləri idilər...

Təqaüddə olan müəllim Söylü Qorçuyevanın şəhid Mu­sa ilə bağ­lı dediklərindən:

- Mən Həsənov Musa Tapdıq oğluna ibtidai sinifdə dərs demişəm. O, çox ağıllı, mehriban, səmimi, sakit, bir az da balacaboy uşaq idi. Mən onu həmişə gülərüz gördüm. Elə bil hansısa hiss onun içində məskən salmışdı və o, bu hissi uşaq təfəkküründə gizlətmişdi. Onu məktəbə anası gətirib-aparırdı. Hər dəfə də dərslərindən qiymət aldı-almadı, başını sığallayır, üzündən öpürdü. Musanın idmana böyük həvəsi vardı. İdman dərslərində fərqlənirdi. Hələ ilk gündən mən o uşaqda xüsusi bir vətənpərvərlik hiss etmişdim. Musa böyüdü, ancaq çöhrəsindəki uşaq məsumluğu getmədi. Şəhid olanda da torpaq onu bu məsum ovqatla qarşıladı. 

***

Mingəçevir şəhər Texniki Humanitar Kollecin direktoru Nailə Məmmədova söhbət əsnasında olduqca zəruri fi­kir­lər ifadə etdi. Vurğuladı ki, Vətən uğrunda can fəda edən oğul­ları unutmağa heç kəsin haqqı yoxdur. Bu ba­xımdan, hazırda rəhbəri olduğum kollecdə bütün şagirdlərə sanki əlavə bir "Vətən" fənni tədris edir, onlara güclü Və­­tən sevgisi aşılayırıq. 

Nailə Məmmədovanın dediklərindən:

- Şəhidlər əbədiyyət işıqlarıdır, biz o işıqların həniri ilə bugünkü nəsilləri gələcək üçün ha­zırlayırıq. İnsan, ümumiyyətlə, ona insansevərlik meyli aşılayan hər şeyə minnətdar olmalıdır. Şəhidlərə isə xüsusilə minnətdar olmalıyıq. Çünki onlar insan adımızda, mənlik və qürur hissimizdə fövqəllik kəsb edirlər. 

Diqqətinizə çatdırım ki, kollecimizdə yaratdığımız xü­susi guşədə – əyani tədris "sinfi"ndə şagirdlərimizə Vətən sev­gisi aşılayır, torpaqlarımız uğrunda canlarını fəda edən oğullarla bağlı diskussiyalar aparırıq. Bu zaman yuxarı si­nif­lərin şagirdlərində böyük bir məğrurluq, hünər, cəsarət hiss edirik. Aşağı siniflərin şagirdləri isə anlayırlar ki, şə­hid oğulların uğrunda can fəda etdikləri torpaq Vətən adlanır; biz o Vətənin arxa-dayaqları olmalıyıq. 

Əlbəttə, Vətəndən əsl kişilik irsi keçən oğullar bu cəhd­ləri hələ körpə-çağa ikən hansısa bir hal vasitəsilə göstərirlər. Vətən fədaisi kimi vəsf etdiyimiz Musa və Tural qar­daşları da (heç şübhəsiz) doğuluşları, hətta ölümləri ilə be­lə fərqləndilər. Onların şəhid adlarının fövqündə duran bütün uca­lıqlar ölməzliyə – hər iki qardaşın ölməz olduğuna şəhadət edir. Bu baxımdan, biz Musa və Turalın içindəki kişi qətiyyətini, cəsur ər-oğul qeyrətini Vətənə olan də­rin-sonsuz sev­giləri ilə xarakterizə edirik. 

Şəhid hər kəs üçün bir həyat, bir kişilik məktəbidir. Bu yanaşmanın özü də əsl Vətən oğlu olmaq fəlsəfəsi ilə nisbət tapır. 

Şəhidlik ən ali zirvə olduğu kimi, əbədiyyətin işıqlı yolçuları, gülümsər şəkilləri önündə baş əydiyimiz Musa və Tural da o yüksək məqama çatan qəhrəman oğullardır... 

Artıq 21 ildir ki, məktəbimizdə hər il 10 may - ulu ön­dər Heydər Əliyevin doğum günü ərəfəsində ibtidai sinif şagirdlərinin hərbi paradını keçiririk. Hər dəfə də müşahidə edirik ki, bu parad şagirdlərdə güclü Vətən hissi doğurur. Musa və Tural qardaşları da məhz bu parad vasitəsilə yetişib, vətənpərvər olublar. Onlar şəhid olanda paylaşdığımız ilk şəkil məhz həmin paradda çəkilən şəkil oldu. 

Texniki Humanitar Kollec Azərbaycanın Milli Qəh­rə­ma­nı Musa Muradovun adını daşıyır. Kollecimizdən mə­zun olanların 5 nəfəri şəhid olub. Onlardan 4-ü - Musa və Tural, Əli və İslam qardaşları Vətən müharibəsində, 1-i - Ruslan Abbasov isə Qarabağ uğrunda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Əlbəttə, bizim üçün çox ağırdır. Beş məzunumuzun şəhid olması ürəyimizdə yara kimi qövr edir. Bir tərəfdən də bu, həm də bizə şərəf verir. Düşünürük ki, verdiyimiz öyüd-nəsihət, çəkdiyimiz əziyyət və aşıladığımız hislər hədər get­mə­yib. 

Məzunlarımızdan bir neçəsi müharibədə iştirak etdi, on­lardan bir neçəsi döyüşlər vaxtı qazi oldu. Onların da hü­nər və əzmi qürur hissimizi artırır. 

Biz hazırda da onları şagirdlərimizə örnək göstərir, və­tən­pərvərlik hislərini artırırıq.

Bizim üçün çox xoş haldır ki, Musa və Turalın övladları da hazırda bu məktəbdə – bir vaxtlar atalarının oxuduq­ları bu məktəbdə təhsil alırlar. Onların valideynlərinin məhz bizim məktəbi seçməsi də bizə əlavə bir stimul, əlavə bir qürur hissi verir. Biz bunu təkcə verdiyimiz təhsilin keyfiyyəti ilə izah etmirik, həm də insanların nəyin yaxşı, nəyin pis olduğunu bilməsi kimi də təqdir edirik. 

Nəzərinizə çatdırım ki, Texniki Humanitar Kollec əvvəllər – 1992-ci ildən 15 nömrəli tam orta məktəb kimi fə­aliyyət göstərib. 2008-ci ildə qazandığımız təhsil uğurlarına görə Kollec statusu əldə etmişik. Burada əsas məqsədimiz həm təhsilin keyfiyyətini artırmaq, həm də vətənpərvər şagirdlər yetişdirməkdir. 

Nailə xanımın dediklərinə qulaq asa-asa acı-şirin xatirələrə daldıq, şəhid qardaşların qəhrəmanlıq fəhmindən mi­sil­siz dərəcədə təsirləndik... 

Xatirələr insana ya xoş anlar yaşadır, ya da yanğı verir. Mingəçevir şəhər Texniki Humanitar Kollecin direktoru Nailə Məmmədovanın, Musa və Turala ibtidai sinifdə dərs de­miş Minayə Məmmədovanın və Söylu Qorçuyevanın şəhid qardaşlar haqqında dedikləri ürəyimizə köz basdı.

Biz də elə bu yanğı içində dedik ki, şəhid qardaşlar ba­rə­də kitab yazmaq arzumuz vətəndaşlıq missiyamızdır; hər kitab da mühüm bir işə xidmət etməlidir. Bizim vətənpərvərlik hisləri ilə dolu, Musa və Tural qardaşlarının şə­rəfli döyüş yolundan bəhs edən "Gəl, birlikdə köçək dün­ya­dan" adlı kitabımız könülləri oxşamaq mənası kəsb etmir, içimizdəki ağrı-acını, qəmi-kədəri əridən, torpaqlarımızı düşməndən geri alan, əsl vətəndaş kimi yetişən oğul­lara bir ehtiram nümunəsidir. Çalışırıq ki, Musa və Tural qardaşlarının acı-şirin xatirələri onları sevənlərin yad­daşında əbədi bir salnaməyə, sönməz bir həyat işığına çevirək...

***

Həyat yaranandan ailə üzərində ana haqqı daha çox diqqət çəkir. Bu, valideynlik missiyasının analara aid böyük önəmidir. Bədii ədəbiyyatlarda da ana haqqı yüksək dəyər kimi təqdir edilir. Bəlkə də bu səbəbdən ictimai reallıqların əsas məğzi ana haqqı üzərində bərqərardır...

Həsənovlar ailəsinin də əsas ictimai aspekti ana haqqıdır - gözlərinin ağı-qarası olan iki oğlunu Vətənə qurban ve­rən Nəhayət xanımın ana haqqı. Onun qamətini dik tu­tan, ovqatını dağıtmayan əsas hədəf də elə bu haqqdır. Bu haqq Allahın verdiyi təminatdır; Allah şəhid analarının, Nəhayət xanımın surətindəki qəmi-kədəri elə o haqq ilə qovur, onlara bu haqq ilə dözüm verir (adi halda oğlu öl­müş analar qəm-qüssədən əriyir, acı hislərin qonunda çü­rü­yürlər...)   

Nəhayət xanım üzərinə iki dağın ağırlığı çökmüş qadındır. Sinəsində iki dağ gəzdirir. Ancaq Allahın verdiyi güc onu insanlar qarşısında tox tutur. Yəni o, üzərində bu qə­dər ağırlıq ola-ola bizimlə də söhbət etməyə həm macal, həm də dözüm tapdı. Dedi ki, Musa və Tural hələ uşaq ikən Vətən adı gələndə farağat durar, ciddi görkəm alardılar. Nə xoş ki, bu gün onların Günəş qədər parlaq olan su­rət­lərində Vətən adlı bir ulduz parıldayır. Bu gün onların işıqlı siması bütün ürəkləri, qəlbləri fəth edib. Sinələrinə tax­dıqları medallar onların həqiqi Azərbaycan cəngavəri olmalarını sübut edir. 

İsti duyğuları, ilıq hisləri balalarımı Vətən üçün fədai etmişdi. Onlar kişiliyimizin, qürurumuzun sınmasına heç vəchlə dözmürdülər. Bircə məqsədləri, bircə amalları vardı: müharibə başlasın, ermənilərə 30 illik qəddarlığın əvəzini versinlər. Verdilər də... 

Musa şeirlərinin birini təxminən bu sözlərlə bitirmişdi: "Gedirəm dünyadan, ancaq həmişəlik deyil. Ruhum sizinlədir...". Balam sanki illər sonra şəhid olacağını bilirmiş. Onun adi davranışları, baxışları, hərəkəti, danışığı, hətta qə­ləmə aldığı şeirlər belə nə vaxtsa Vətən uğrunda qurban ge­də­cəyinə bir işarə imiş. Biz sadəcə, o vaxtlar bunun fərqinə varmamışıq. Doğrudan da təmiz qəlbli, həssas insanın ürəyinə damır nə zamansa başına gələcək hadisələr. Bunu tam anlamasa da, ona uyğun fikirlər ifadə edir. Əlbəttə, biz o insanı dərhal aciz, gücsüz, çətinliklərin qarşısında dö­züm­­süz biri kimi qınayırıq... Kaş o məqamda hissiyyatımız imkan verə, nələrsə edə bilək. Ancaq Allahdan gələnə qar­şı heç nə etmək olmur. Mən Musanın, yaxud Turalın bir vaxtlar dediyi eyhamlı sözləri çözə bilsəydim belə, əlimdən nə gələrdi ki... Vətənin dar günündə onları zəncirlə də bağ­lasaydım, qırıb gedəcəkdilər. Çünki mayaları qeyrətlə, Vətən eşqi ilə, yüksək vətəndaşlıq əzmi ilə yoğrulmuşdu.

Mənim balalarımın üzərində bir ana haqqım var. On­la­rın da mənim üzərində bir şəhid haqqı var. Sanıram, o haqq mənim haqqımdan çox üstündür... 

Nəhayət xanımın gözlərində qaynayan dərin kədər biz­də belə bir təəssürat yaratdı; sandıq ki, o, sakit-sakit ağlayır və deyir:

- O gün bütün uşaqlar məktəbə öz ataları ilə gəlmişdilər. ­Təkcə mənim nəvələrim boynubükük qalmışdı Musa, Tu­ral. Mən də fikirləri qarışıq, saçları əzik-üzük, üzü-gözü qı­rışıq, içimdə acı çəkə-çəkə durmuşdum. Çox baxdım, çox gözlədim, duman gəldi, siz gəlmədiniz, yorğun sü­rü­lər naxırdan gəldi, siz gəlmədiniz... Haradasınız, ey mə­nim qəlb yaralarım? O gün hamı dedi-güldü, mən ağladım, kəpənəklər bir-bi­rinin nazını çəkdi, arılar güllərin üstündə avaza qalxdı, siz gəlib çıxmadınız. Bu idimi etibarınız? Bəs deyirdiniz, heç vaxt səni tək qoymarıq? Sizə necə də inanmışdım... Daha başımı sağa-sola yelləyəcək halım yox­dur; eh, mən ki zalım olmadım, siz niyə qürub etdiniz al şə­fəqlər kimi? Haradasınız, ümidimin qırıq şüşələri? Ha­­radasınız, analarını qəm sığalında çarəsiz qoyan istiqanlı soyuqürəklilərim? Mən yaralı anayam, köksümdə neçə-neçə dərdin aşkar hüdudu var. Haradasınız? Artıq çiyinlərimdəki yü­kə, içimdəki qubara təhəmmülüm qurtarıb. Əmin olun, bir daha əmin olun, mən - bu yorğun qadın, göz­ləri nisgilli bu şəhid anası öləndə də soruşacağam: - Ha­­ra­dasınız, qəlb yaralarım?..

(Ardı var)
Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ