çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

Yerüstü nəqliyyatda işçilərə bir neçə dil bilmək tələbi - bəs bilməyənlər?

Image


Bu gün Azərbaycanda gənclərin əsas problemi iş axtararkən qarşılarına qoyulan şərtlərdir. Bunlardan ən önəmlisi isə, heç şübhəsiz ki, dil bilgisi ilə bağlı tələblərdir.

Xarici dil öyrənməyə çalışanların, dil kurslarına müraciət edənlərin sayı artıb desək, yanılmarıq. Bəs bu xarici dil biliyi niyə vacibdir? Mədəniyyətlərarası əlaqələr və fərqli dünyagörüşlərini anlamaq, elm üfüqümüzü genişləndirmək, intellektual səviyyəmizi artırmaq, yaradıcı düşünmə qabiliyyətimizi yüksəltmək, xaricə səyahət və təhsil imkanlarımıza zəmin hazırlamaq, bu günün və gələcəyin qlobal iqtisadiyyatında rəqabət apara bilmək, həmçinin iş tapmaq şansımızı artırmaq üçün xarici dilləri bilmək çox önəmlidir. Sonuncu arqument bəlkə də ən əsasıdır. Belə ki, xarici dil biliyi əmək bazarında ən çox önəm verilən və tələb olunan nüanslardan biridir. Çünki işə qəbul üçün gedəndə, bəzən ali təhsil səviyyəsindən öncə dil biliyini soruşurlar. Əksər iş elanlarında xarici dil biliyi əsas şərt kimi qoyulur. Bu günlərdə iş ilə bağlı elanlara nəzər yetirdik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər qurumların elanlarında xarici dil tələbinin olması maraq doğurdu. 

Qeyd edək ki, Əmək Məcəlləsində işə qəbulla bağlı xarici dil tələbi şərt kimi qoyulmayıb. Əsas tələb işə qəbul olunan şəxsin təcrübəsi və azərbaycan dilini bilməsidir. 

Elçin Bayramlı: "İşəgötürənlərin xarici dil tələbi ilə çıxış etməsi ana dilimizə hörmətsizlikdir" 

Sosioloq Elçin Bayramlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu gün özəl şirkət və dövlət orqanlarında işə qəbul zamanı xarici dil biliyi yüksək səviyyədə tələb olunur: "İşəgötürənlər tərəfindən xarici dil tələbi qanunsuzdur. Istisna o halda  ola bilər ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq, müştərək şirkətlər əməkdaş işə qəbul edən zaman belə bir şərt irəli sürsün. Hansısa dövlət orqanının xarici ölkə ilə əməkdaşlığı varsa, orada da bəzi işçilərdən dil biliyi tələb oluna bilər. İstisna maksimum 20 faiz səviyyəsində ola bilər. Ancaq bütün  sahələrdə, peşələrdə xarici dil tələbinin olması düzgün deyil. Bu səbəbdən də gənclərimiz çalışır ki, azı ingilis və rus dilini bilsin. İşəgötürənlərin xarici dil tələbi ilə çıxış etməsi ana dilimizə hörmətsizlikdir. Doğma dilimizi qorumasaq, hansı ölkəmin vətəndaşı bu dilə hörmət edər?".

Həmsöhbətimiz hesab edir ki, bu problemin həll olunması üçün qanunvericilikdə müəyyən dəyişiklik edilməlidir. Istisnalar aydın şəkildə göstərilməlidir, tələblər əsaslandırılmalıdır: "Xüsusən də dövlət orqanları işçidən dil biliyini nəyə görə tələb etməsini əsaslandırmalıdır. Ancaq ucdantutma bir idərənin bütün işçilərinin xarici dil bilməsi nə dərəcədə düzgündür? O işçilərin iş təcrübəsində dil bilgisindən istifadə olunmayacaqsa bu tələb yersizdir. Işçilərin peşəkarlığına önəm verilməlidir. Qeyd edim ki, qanunda boşluqlar var. Təəssüf ki, dövlət qurumları və özəl şirkətlər bu boşluqdan istifadə edir. Bir növ işəgötürənlər dəbə uymaq üçün işçidən xarici dil bilməsini tələb edir".

E.Bayramlının fikrincə, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. 

Jalə Əhmədova: "Bir çox şirkətlərin işə qəbul zamanı xarici dil tələb etməsi düzgün deyil" 

Millət vəkili Jalə Əhmədova da hesab edir ki, bir çox şirkətlərin işə qəbul zamanı xarici dil tələb etməsi düzgün deyil. Onun sözlərinə görə, Əmək Məcəlləsində işə qəbul zamanı xarici dil tələbi öz əksini tapmayıb: "Əgər vətəndaş Azərbaycan Respublikasında işləyəcəksə, Azərbaycan Respublikasının da öz dili var. Bu, Azərbaycan dilidir. Bütün iş yerlərində, bütün sənədləşmələr və digər işlər Azərbaycan dilində aparılır. Bəzi hallarda yetəri qədər təcrübəsi olan insanlar işsizliklə üzləşirlər. Onlara belə bir tələb qoyulur ki, xarici dil biliyiniz olmalıdır. Bu, sadəcə işə götürməmək üçün bəhanədir".

Fatimə Hacıbəyli: "Bu problemi həll etmək üçün Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir" 

"Vəfa" Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə  şərhində bildirdi ki, bəzi iş yerlərinin işə götürərkən insanlardan dil bilgisi tələb etməsi düzgün deyil: "Bu problemi həll etmək üçün Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir. İşçilərin bilik və bacarıqlarının artırılmasına xərc çəkmək işəgötürənin borcudur. Maraqlıdır ki, ölkəmizdə xarici dil bilikləri tələb olunan iş yerlərinin təsdiq olunmuş siyahısı yoxdur. Bununla belə, biznesin öz maraqları var. Bu gün müasir restoranda, yaxud satış şəbəkəsində heç olmasa ingilis və ya rus dilini elementar səviyyədə bilən satıcılara və ofisiantlara ehtiyac var. İndi taksi sürücülərinə də dil öyrədirlər ki, müştəri ilə danışıq apara bilsin. Amma elə işlər var ki, orada dilə dair tələb qoymaq absurddur. Məhz bu baxımdan Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir. Eyni zamanda işəgötürənlər də işçilərin bilik və bacarıqlarının artmasına xərc çəkməyə borcludular".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

31.08.2026 / 13:44
Ukrayna Yekaterinburqda Wildberries anbarına hücum etdi…

31.08.2026 / 13:19
İrana hücum ABŞ-da parçalanma yaratdı - ordu komandanları Trampa qarşı çıxdı…

31.08.2026 / 13:07
Bişkekdə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

31.08.2026 / 13:04
Hörmüzdən keçməyə cəhd edən tanker minaya düşdü…

31.08.2026 / 12:58
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalandı

31.08.2026 / 12:47
"Heç bir xərcsiz 65 milyard barel neftin ələ keçirilməsi ABŞ üçün nə deməkdir" - Tramp belə dedi...

31.08.2026 / 12:27
Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

31.08.2026 / 12:20
Pensiyaların ARTIRILACAĞI TARİX açıqlandı

31.08.2026 / 12:06
Məhkəmədən Balakənin sabiq icra başçısı İslam Rzayevin həbs ilə bağlı yeni qərar...

31.08.2026 / 11:52
İran Hörmüz boğazında ABŞ-ın MQ-9 PUA-sını vurdu...

31.08.2026 / 11:42
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər edib - FOTO

31.08.2026 / 11:22
Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirir

31.08.2026 / 11:14
"Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur" - Prezident

31.08.2026 / 11:10
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

31.08.2026 / 11:09
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

31.08.2026 / 11:08
Prezident İlham Əliyev Sadır Japarovu təbrik etdi

31.08.2026 / 10:53
Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələydi

31.08.2026 / 10:34
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

31.08.2026 / 10:29
Trampla Kanadanın Baş naziri arasında “Ontario qırğını” - Google Maps Ontarionu “Amerika gölü” kimi təqdim etdi

31.08.2026 / 09:50
İrandan ABŞ-a qisas hücumu - İordaniyadakı iki Amerika bazası vuruldu…

31.08.2026 / 09:23
Nepalda daşqında ölənlərin sayı 900 nəfəri ötdü

31.08.2026 / 07:55
“Bako Saakyanın Bakıda həbsdə olması milli rüsvayçılığın simvoludur”- erməni Arxiyepiskop

31.08.2026 / 07:39
ABŞ İrana qarşı həftəlik sanksiyalar hazırlayır - ilk hədəf banklardır

31.08.2026 / 07:10
Əsədin ordu komandiri məhv edilib

31.08.2026 / 06:46
Hörmüzdə yenə sükut pozuldu - ay ərzində ilk dəfə ABŞ zərbələri…

30.08.2026 / 19:12
Rusiya yeni nəsil kruiz raketləri ilə Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı - limanlara giriş-çıxışlar dayandı…

30.08.2026 / 18:17
Hörmüz boğazı ilə bağlı razılıq əldə edildi, amma bir şərt var - İran ABŞ-dan addım atmasını gözləyir...

30.08.2026 / 16:51
Ukrayna Leninqradda Rusiyanın ikinci ən böyük neft zavodunu vurdu…

30.08.2026 / 15:34
Tramp Rusiyanın NATO-nu təxribata çəkəcəyinə inanmır - onlar hücum etməyəcəklər...

30.08.2026 / 15:09
Şimali Kipr sahillərində 267 sərnişin daşıyan gəmi batdı – ölənlər və itkin düşənlər var…

30.08.2026 / 14:23
Moskvaya gizli səfər edən MKİ rəhbərindən üçtərəfli zirvə təklifi – Tramp, Putin və Zelenski bir arada…

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ