Bazar günü günü, 08 noyabr 2026
     

İnandıqları Güc onlara yüksək məqam bəxş etdi - Onuncu yazı

Image


Musa və Tural qardaşları hələ yeniyetmə yaşlarında san­ki günəşdən hərarət, aydan işıq umurdular. Nə zaman ev­də, cəmiyyətdə "Vətən" adı çəkilərdi, çöhrələri qaynar kü­rə kimi qızarardı. O an sanki Zöhrə ulduzu olardılar, an­caq qaranlıqla işıq arasında qalmağı xoşlamazdılar. Hər iki qardaş tam əmin idi ki, insanı idarə edən mütləq bir qüvvə var - Allah. Bir gün inandıqları Güc onlara yüksək məqam bəxş edəcək.

Musanın da, Turalın da uşaq, yeniyetmə və gənclik çağları möhkəm, mənəvi təməl üzərində qurulmuşdu. Mə­dəni davranışları, vətənpərvər olmaları ilə seçilirdilər...

Haqlarında deyilənlərdən belə anlaşılır ki, Musa və Tu­ral sakit gecələrdə yaxası ilğımlarla dolu səmaya baxar, oradan özlərinə ulduz seçərdilər. Yetişəcəkləri məqamın qı­zıl qapılarının açıldığı gün diqqətlərində saxladıqları ul­duz­lar qəfildən yoxa çıxdı. Növbəti gecə də o ulduzları sə­ma­da görmədilər. Üç gün sonra Vətən müharibəsinə get­di­lər. Hər iki qardaş özlərinə "könül emblemi" seçdikləri ul­duzlar kimi axdı, torpaqlarımız uğrunda şəhid oldu. 

Nəhayət xanım tez-tez Mingəçevir Şəhidlər xiyabanına gedir, Musa və Turalın havadakı təlatümlərdən çırpınan mə­zarlarını göz yaşları ilə isladır, sonra da dəsmalı ilə öv­lad­larının başdaşından boylanan şəkillərini silir, titrəyən bar­maqlarını onların yanaqlarında gəzdirir, "ölür", güclə də olsa, "dirilir", elə onların yanında qalmaq istəyir. An­caq buna ehtiyac yox ki... Musanın da, Turalın da daimi "qo­naqları" var - səssiz iniltilər, arada tüğyan edən sakit-də­li küləklər, yağış, qar, bir də təbiət. Və ziyarətə gələn in­sanlar... Onların özlərinə qurduqları əbədiyyət evinin qa­pısını döyənlər çoxdur. Hər iki qardaşdakı Vətən amalı, güclü vətəndaşlıq hissi uyuduqları torpağa isti-ilıq rəng qa­tır. 

Vətən baharını Musa və Tural qardaşları kimi cəsur oğullar gətirdi. O bahar indi hamının ürəyindən keçir. 

Nəhayət xanım dedi ki, əzab-əziyyətlə qurduğum evin Musa və Tural adlı işıqları söndü. O "işıqlar" çox gur ya­nır­dı; inanırdım ki, nə vaxtsa böyük əhatələri də aydınladacaqlar... Övladlarım Vətənə bağlı idilər. Vətəni öz canlarından, ata-analarından, uşaqlarından əziz tutdular. Şə­rəfli ölümləri ilə Vətəni, Vətən torpaqlarını sevindirdilər, bizi isə gözüyaşlı qoydular... Nə Musa, nə də Tural telefon da­nışığında bir dəfə də olsun atalarına və mənə cəhbə hə­yat­larının ağrıları barədə bir söz demədilər. Elə dedilər ki, hər şey əladır, düşməni sürətlə qovuruq... Eh, ölümün üzü qa­ra olsun... Balalarıma ikinci dəfə layla çaldım - ölüm lay­­lası. Bu, sadəcə, müsibətdi, fəlakətdi, faciədi, dözülməz dərddi... 

İndi nəvələrim hamıdan küsür, qəmgin gəzirlər. Ar­zu­ları, istəkləri çox tez soldu. Amansız həyat onların körpə ikən qanadlarını qırdı. 

Mən övlad böyütdüm, barını dərim. Vətən məndən qa­ba­ğa düşdü. Demək ki, qismətimdə iki şəhid oğulun anası olmaq da var imiş...

İndi Musa və Tural üçün gün nə çıxır, nə də batır. Daha on­ların yazı gəlmir, bənövşələri açmır... İndi balalarımın sə­mada axtardığı ulduzlar yerinə qayıdıb, lakin Musa və Tu­­ralın geri qayıtması çox mümkünsüzdür... 

İndi mən özüm də (onlarsız) bir ölü kimiyəm...

***

(Bəlli ki,) Tanrı, istedadı da, insanlığı da şəxsi mükaliməsi əsasında ərməğan verir; insan Onun fəhmi ilə (hətta) peyğəmbərlik məqamına (qədər) ucalır. Şübhəsiz, taleyi də elə bu şərtlər diqtə edir... Bu proses əbədiyyət işıqları Musa və Turalın (da) insan dərkində səthi deyildi, çoxqatlı məna kəsb edirdi. Biz onların ictimai düşüncələri ilə Vətən baxışları arasındakı həyati aspektləri məhz bu konsepsiya ilə əlaqələndiririk. Belə deyək, bu torpaqsevər oğul­ların qəhrəmanlıqları bizi bu paradoksa inanmağa mə­ruz qoyur.   

Musa və Tural Vətən yolunda can fəda etməklə bizi məm­nun etdilər. Qısa həyatları bahasına əbədiyyət yolçularına çevrildilər. Bu fəhmdə geniş məzmun tapa bilmək (əslində) hər kəsə xas deyil. Şəhid qardaşlar həyatın bütün səmtlərini gördülər, insanları bu qapalı atmosferdən çıxarmağı bacardılar. Bununla da həyatı doğru kəsb edən bütün hislərə ilıq-isti təlatümlə təsir etdilər. 

Onlar öz şərəfli ölümləri ilə daha çox Vətən səltənəti qurdular, yetişən nəsillərə həyatı anlamaq cəsarəti verdilər. Şəhid olmaq şərəfi müəyyən qədər bu tip duyğulardan ibarətdir, hər duyğu içində bir dərin söz çələngi gizlənir. Bu mənada, şəhid eşqi təhlilə (də) ehtiyac duymur: çünki Vətən sevdalıları əvvəlcədən bunun fərqinə varır, torpaq hissi ilə öz hissi arasında qısa zəmin qurur, sonra da ürəklərinin qənaətini ortaya qoymağı bacarırlar. Ona görə də şəhadətdəki hissi zəmin ədəbi qənaət(lər)dən daha fövqəldir. 

Əlbəttə, ürəyi Vətən naminə döyünən oğullar üçün qəh­rəmanlıq hissinin gəlməsi bir an məsələsidir, onlar bu duyğuları əyani göstərə bilmək üçün dəridən-qabıqdan da çıxmırlar. Bu, o deməkdir ki, Allahın verdiyi fəhm onları yüksək məqama məhz bu hiss vasitəsilə qaldırır. 

Dünya insana gərək olmayan vadidir. Kim ona könül ve­rir, asılısı olur. Ağıllı başlar onun bütün tilsimlərindən qaçmağı bacarır... 

Musa və Tural qardaşları da dünya ilə təmasa deyil, şə­ha­dətlə ünsiyyətə önəm verdilər və artıq ən ali hislərin föv­qündə bərqərardırlar... 

***

Musa və Tural qardaşlarına (bir vaxtlar) dərs demiş mü­əl­limlərlə görüşmək üçün yoldan ötən yaşlı bir qadından Mingəçevir şəhər 15 nömrəli tam orta məktəbin harada ol­du­ğunu soruşduq. Qadın yeriyə-yeriyə dedi ki, irəli gedin, gö­rəcəksiniz. Getdik, sağ səmtdə şagirdlərin çoxluğundan buranın məktəb olduğunu zənn etdik. Binanın giriş hissəsinə iri hərflərlə "Texniki Humanitar Kollec" yazılmışdı. Qa­pıçıdan buranın 15 nömrəli tam orta məktəb olduğunu soruşanda, dedi ki, ünvanı düz gəlmisiniz. Bələdçi bizi şə­hid qardaşların müəllimlərinin olduğu otağa apardı. Qapı açı­lar-açılmaz, direktorun çöhrəsindəki xoş təbəssüm hə­yə­canımızı dağıtdı...   

Beləcə, növbəti görüşümüz əbədiyyət işıqları Musa və Turalın ibtidai sinif müəllimləri ilə oldu. Çöhrələrində yüz illərin tədris yorğunluğu, məktəb əzmi, müəllim-valideyn fədakarlığı əks olunan Minayə Məmmədova və Söylü Qor­­çu­ye­va bir vaxtlar 15 nömrəli tam orta məktəbdə Musa və Tural qardaşlarına dərs deyiblər. Hazırda Texniki Hu­ma­ni­tar Kollec adı ilə fəaliyyətini davam etdirən bu möhtəşəm təhsil ocağında istedadlı, həm də vətənpərvər nəsil yetişir. Söhbətinə elə bu rakursdan yanaşan, hazırda təqaüddə olan Minayə Məmmədova Vətən uğrunda canını fəda edən Tural Həsənovla bağlı xatirələrini bizimlə bölüşdü, son­ra bir anlıq susdu, kövrəldi, ağayana baxışla şəhidlərə ithaf edilmiş kiçik lövhəyə baxdı, sonra ah çəkdi - dedi:  

- Belə bir həqiqət var ki, torpaq uğrunda şəhid olan oğullar düşmən gülləsinə tuş gəldikləri an yox, unudul­duq­­­ları an ölürlər. Bu nöqteyi-nəzərdən, biz də qəhrəman oğulları unutmur, hər an yad edir, evlərimizdə böyüyən uşaqlara onların qəhrəmanlıqları barədə danışırıq. Bir söz­lə, bununla həm də o uşaqlara bir vətənpərvərlik hissi aşılayır, Vətəni necə sevməyin yollarını göstəririk. 

Musa və Tural qardaşları nizam-intizamlı, səliqə-səhmanlı idilər. Vətən uğrunda döyüşərkən də bu nizamı qo­ru­yub saxladılar. 

Şəhid qardaşlar digər qəhrəman oğullarımız kimi tor­paq­­larımızın illərlə erməni tapdağında qalmasına dözə bilmirdilər. Gözlərinə doldurduqları kini-küdurəti özləri ilə birlikdə müharibəyə apardılar və düşməndən öc aldılar. Və­tən boyda ürəyi olan bu qeyrətli oğullar Azərbaycan na­mi­nə irəli atılmaqla işğal altındakı yurdlarımıza rahatlıq nə­sib etdilər. Onlar bununla içlərindəki torpaq yanğısını, göz­lərindəki kini söndürdülər. Bu əminlik onlara Azər­bay­­can adlı məmləkətin parlaq səmalarında bərq vurmaq şansı verdi. Bəzən bizə elə gəlir ki, şəhid oğullar, onların tim­salında Musa və Tural qardaşları əbədiyyət səfərinə çı­xıblar...

Mən şəhid Tural Həsənovun ibtidai sinif müəllimi ol­mu­­şam. Ağıllı, sakit, mehriban, qayğıkeş uşaq idi. Heç vaxt dalaşmazdı, Əksinə, iki uşaq bir-biri ilə savaşanda ça­lı­şırdı onları ayırsın. Dərslərinə xüsusi diqqət ayırırdı, hər də­fə də çalışardı ki, ondan dərsi soruşum. Demirəm, əlaçı idi, ancaq oxumağa böyük marağı var idi. Boyu balaca ol­du­ğundan, biz onu ön sıralarda oturdurduq. 

Tural istiqanlı uşaq idi. Ailədə aldığı tərbiyə onu bizə sevdirdi.

Uşaq vaxtlarında Turala ayrı bir diqqətim və məhəbbətim var idi. O, şəhid olanda günlərlə özümə gələ bilmədim. Heç cür inana bilmirdim ki, Tural artıq dünyada yoxdur. Tez-tez məzarının üstünə gedir, onunla söhbətləşir, ağ­rı-acı içində geri qayıdıram. 

Bir tərəfdən də qürur duyuram ki, Tural kimi qəhrəman bir oğula dərs demişəm. Onun Vətən hissinin güclənməsində az da olsa, payım varsa, özümü bəxtəvər sanıram.

(Ardı var)
Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ