Bazar günü günü, 08 noyabr 2026
     

Torpaq varsa, itki (də) var, Və­tən varsa, göz yaşı, ah-nalə də var… - Doqquzuncu yazı

Image


Hələ ağlımız kəsməyən vaxtlarda böyüklərimiz deyirdi ki, şəhid Cənnət mələyidir. Cənnətin ən gözəl hücrəsində bərq vuran Simurq quşudur şəhid. Analar qəlbdən yanğı çə­kəndə Cənnətin rahatlığı pozulur. Cənnət təlatümə gə­ləndə şəhid oğullar anaları üçün sarsıntı keçirir. Dərd acı, qəlb sızıltı ilə dolu, necə edək ki, nə Cənnət silkələnməyə məruz qalsın, nə anaların sinəsində oğul dağı "bitməsin"?! Ağır, çox ağır situasiyadır – torpaq varsa, itki (də) var, Və­tən varsa, göz yaşı, ah-nalə də var. Bu, həmişə belə olub, indi də belədir, sabah da qaçılmaz zərurətdir...

Mingəçevirin giriş qapısı adlanan Günəşli qəsəbəsində şəhid adı pir qədər, çörək qədər, Quran qədər müqəddəsdir. Burada uşaq da, böyük də Vətən uğrunda həlak olanları Cənnət mələyi hesab edir. Burada şəhid adı çəkiləndə göz­lər baxışını, ürəklər qubarını, sinələr dağını dəyişir. Musa və Tural qardaşlarının xatirə lövhəsi olan yerdən (də) hamı sükutla keçir. Sanki kimsə istəmir onların şəkillərdən boylanan işıqlı çöhrələrinə kölgə düşsün. Bu, şəhidə – Cənnət mələyinə dərin etiqad və isti ehtiramın ən ba­riz ifadəsidir.   

Şəhidi adidən fərqli edən Vətən, din və ya inanc uğrunda mübarizəsidir. Onun şəhadəti torpaq uğrunda cihadı, hə­yatını dəyişdikdən sonra lövbər saldığı ali pillədir. Şə­hid­lik (isə) onun "Vətən" mükafatıdır. 

Musa və Turalın da yaxasında "Vətən" mükafatı var. O mükafatda parıltı verən hədəflər torpaq qoxusu, yurd eşqidir. Orada şəhid qardaşların həyatı, şərəfli döyüş yolu qızıl ilmələrlə əhatələnib.    

Şəhid, dini anlamda "davamlı müşahidə" aparan şəxsdir; istər zahiri, istərsə də bəsirət gözü ilə o, Vətən, inanc uğ­runda müşahidə qurur. Nəticə etibarilə, savaşa hazırlıq görür və qalib gəlir... Bu, şəhidin həm də torpaq uğrunda sa­vaşlara "hazır olmaq" qüdrətini ifadə edir. Elə, "Məqa­yisul-luğət" kitabında da şəhadət kəlməsində üç əsas kom­ponentin əks olunduğu isbatlanır: müşahidə aparmaq, mübarizəyə hazır olmaq və bu ruhi zəmini başqalarına elan etmək. 

Musa və Tural qardaşları (onların timsalında bütün şə­hidlər) bu mənada, "Vətən" anlayışının nə olduğunu dü­rüst qavradılar; dərin müşahidələri ilə hazırlıq proseslərini üzvi şəkildə sintez edərək öz fədakar ölümləri ilə başqalarına bir qorxmazlıq aşıladılar. Əbəs yerə deyil ki, onlar Və­tən uğrunda şəkilcə (görkəmcə) dəyişilərkən cismani yox­luğun fövqünə düşdülər, lakin ruhca yeni aləmə çəkildilər; həmin an rəhmət mələkləri onların yanında zühur etdi, işıqlı səltənətlər əbədiyyətin mükafatını onlara verdi. Bəlli ki, cihad meydanından Cənnətə keçən Musa və Tural indi Allahın onlara hazırladığı nemətləri görür, şəhadət şər­bətini quru torpaqlara faydası toxunan su kimi içirlər. 

İllər əvvəl eşitmişdik ki, şəhid hələ şandan çıxarılmamış baldır. Şəhadətin şərbəti də bal dadır. Yəni o "suyu" içənlər ilıq təbbəsümə qərq olurlar. Bu dadın ehtişamı əy­nindəki paltara qan hopan şəhidə xüsusi bir görkəm, fərqli bir ovqat verir. Musa və Turalın şəhid – şahid (şəhid) ovqatında bal təzəliyi, ruh saflığı var. Onlar quruca "Vətən, səni sevirik" demədilər, Vətən uğrunda can fəda etməklə – doğru əməllə Vətəni sevdiklərini sübut etdilər. Onlar dürüst, pak bir hədəf üçün səfərbər idilər – Vətən üçün. Buna görə haqqa şahidlik edirlər.

Şəhid səmavi kəlam, vəhydir. Şəhid haqq uğrunda mü­barizələrə şəhadət verir. "Qurani-Kərim"də şəhidlə bağlı belə bir fakt diqqət çəkir: "Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?!". Deməli, şəhid cəmiyyətə istisnasız hüzur və dinclik gətirir. Bu, onun pak zatının isbatına sübutdur. 

Musa və Tural qardaşları insan düşüncəsi üçün mümkün olanı müşahidə etdikcə əvvəlcə Vətən, ardınca isə Allah üçün məhrəm olan hislərin zatını görə bildilər. Onların mütləq varlığı bizim təbirimizcə, cismani yoxluq, Allahın nəzərində ölməzlikdir. 

Şəhidlər Allahın simasını görmək şərəfi tapır. Musa və Tural qardaşları şəhid-şahid əməlləri ilə Allahın surətindəki fövqəlliyi görə bildilər və özlərinin möminlik məqamlarında duruş tapdılar. Onlar torpaq uğrundakı qəti təfsirləri olduqları məkanda fəlsəfi deyil, aydın prizmadan sezirlər. 

Hədislər buyurur ki, ümmətin əməllərinə şahidlik edən peyğəmbər, torpağın ehtişamını qoruyan şəhid olur. Musa və Tural qardaşlarının amalı zəruri-fövqəl çırpıntılara aludə olmaq deyildi, Vətən uğrunda əməllərə şahidlik etmək idi. Bu şahidlik onları şəhadətə yüksəltdi, şəhid adı verdi. 

Musa və Tural qardaşları Vətən üçün talib idilər, o ərəfədə şərəfli ölümlə qarşı-qarşıya durdular. Həmin an yetişən əcəl Vətəni onlar, onları da Vətən üçün "sevgili" etdi. 

Mingəçevirin şəhadət qapısında - Musa və Tural qardaşlarının xatirə lövhəsi əks olunan evdə indi bir qürur, bir fəxarət nəğməsi oxunur. O nəğmənin bəstəkarı Vətən, ifaçısı şəhid qardaşların anası Nəhayət xanımdır. O, bu nəğməni özünün eşidə biləcəyi səslə oxuyur. Ancaq Vətən eşidir... 

İndi Allahın itaət çəpərində bərq vurur Musa və Tural qar­daşları. Onların fərqinə vardıqları gerçək bizim hələ düşünə bilmədiyimiz həqiqətdir... 

"Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma..."

Cismən doğmalarından ayrılan, əbədiyyən (isə) diri qa­lan cənnət qoxulu ərlərin - cəsur oğulların, Allah qatında yüksək mərtəbə tutan qeyrətli ərənlərin şəhadəti ölümün şərəfini misilsiz mənada artırır. Çünki onlar "Torpaq dövlətin təməlidir, heç kimə verilmir" (Mete Xan) fikrini "Vətən bizə qılıncımızın çörəyidir" (Namiq Kamal) məqsədi ilə eyni anlamda təqdir etdilər, Jan Leron Dalamber de­miş, ailələrini özlərindən, vətənlərini ailələrindən uca tutdular. Onlar dost üçün göz yaşı, Vətən üçün qan tökdülər; bir daha sübut etdilər ki, vətənpərvərlik qorxmaz in­sanların ömür yolunda bir məşəldir, Vətən darda ikən heç kim başqa bir məqsəd üçün cəhd göstərməməlidir. Bu şə­hid oğullar bir daha isbatladılar ki, yalnız məğrur, yalnız ke­çici olmayan qürura sahib şəxslər Vətən naminə can fə­da edər. Onlar bu ehtişamla "Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma; Ya sahib ol, ya uzaqlaş" fikrini aş­kar ehtiva etdilər. 

Bəlli ki, hər şəfəq bir gün sönməyə, hər insan bir gün ölməyə məhkumdur. Şəhid ola bilmək isə ideallıqdır. Bu ra­kursda şəhid ucalığı, Vətən uğrunda can vermək fəhmi bər­qərardır.

Əlbəttə, mübarizə dünən də vardı, bu gün də var, (heç şüb­həsiz) sabah da olacaq... Çünki torpaq savaş və mühari­bə­lər üçün acı bir girdabdır. Biz bunu istər atəşkəs dövründə, istər Ermənistan tərəfin təxribatlarına cavab olaraq hə­yata keçirilən əməliyyatlarda, həmçinin, Aprel döyüşündə, Tovuz hadisələrində, nəhayət Vətən müharibəsində, hətta lokal xarakterli antiterror əməlyyatları zamanı aydın müşahidə etdik. 

Surəti qorxu hissi ilə sarılan heç bir vücudun təməli ol­maz. Qorxaq ünsürlər təməlsiz iddiadan başqa bir şey de­yillər. Cəmi 44 gün çəkən Vətən müharibəsində xalqımız bu paradoksal vəziyyəti erməni silahlılarında gördü. Bəlli ol­du ki, zor haqqın kandarında əriyən kiçik buz parçasıdır. Erməni silahlı birləşmələri də eynən bu tərzdə Azər­bay­canın cəsur oğullarının qarşısında aciz qaldı; çünki torpaq bizim, güc bizim, haqq bizim və zəfər bizim idi... 

Ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində Vətən üç mindən çox şəhid verdi. Torpaqlarımıza tökülən qanlar hesabına Azərbaycan bütöv oldu. Bu şərəfli iş üç mindən çox qəhrəman oğulun adını qızıl hərflərlə tarixin daş salnamələrinə yazdı. Onların şücaət və mərdliyi əsl dastana çevrildi. Bu cəsur Vətən fədailərinin içində Min­gəçevirin Günəşli qəsəbəsindən müharibəyə qatılmış Musa və Tural da var. Üzərində ciddi-cəhdlə işlədiyimiz "Gəl, birlikdə köçək dünyadan…" adlı kitabda bu qəhrəman, bu tarix yazan oğullar haqda isti-ilıq, soyuq-qaynar fikirlər yü­rüdür, haqlarında deyilən xoş sözləri ehtiyatla ipə-sapa düzürük.

Musa və Tural boş bir məqsəd üçün deyil, doğma Vətən na­minə hər şeylərindən – həyatlarından, gözəl arzularından, yaşamaq istəklərindən, ailələrindən... bir sözlə, şirin can­larından keçdilər... Onlar indi Vətən adlı səmada, torpaq adlı ənginlikdə rahat pərvaz edir, misilsiz sevinc hissi keçirirlər. O mənada ki, həm Vətənimizin bütöv olmasında pay sahibi oldular, həm də Allah onlara şəhid ucalığı nə­­sib etdi. Allahın şəhadət verdiyi insanlar ölməz surətə do­­lurlar. Musa və Turalın çöhrələrindəki ölməzlik də məhz əbədiyyət anlamındadır...

***

Hamımıza bəllidir ki, 44 günlük müharibədə Azər­bay­can öz mübarizə əzmini fədakarcasına nümayiş etdirdi. Çünki 30 illik həsrətdən sonra Vətən sevgimiz daha da artmış, düşmənə olan nifrətimiz daha da dərinləşmişdi. Bu, hər birimizi güclü dalğaya, qaynar ilğıma və çırpınan tə­la­tü­mə çevirdi, əlbəttə, tökülən qanlar hesabına zəfər təbilimizi çala bildik... 

Vətənin keşiyində mərd-mərdanə duran, bədənlərindəki müharibə yaralarını bugünkü və gələcək nəslə miras qo­yan qeyrətli oğullar əlbəttə, heç vaxt unudulmayacaqlar. Bu qeyrət sahibləri el dilində İkinci Qarabağ, rəsmi mənada Vətən müharibəsinin qələbə ilə başa çatdığını öz qanları ilə isbatladılar, hətta Birinci Qarabağ müharibəsində can­larını Vətən yolunda fəda etmiş oğulların intiqamını er­mə­nilərdən (artıqlaması ilə) aldılar. 

Nə xoşbəxtdir o ölkə, o xalq ki, insanlarında Vətən mə­həb­bəti bir an belə səngimir. Üzərinə qoyulmuş tapşırıqları şərəflə yerinə yetirən Azərbaycan əsgərinə əbədi eşq ol­sun!

***

Öz cismani yoxluqları ilə gözləri ağlar qoyan oğulların qanı ilə suvarılmış torpaqlar indi al-qırmızı rəngdə güllər bitirir. Bu güllər bizə bir ölüm anı deyil, bir şərəf duyğusu verir. Hər dəfə qoxladıqca ürəyimizdə Vətən hissi güclənir; buna görə bizə əbədi ucalıq nəsib edən oğullarımıza min­nətdar oluruq. Bu, həyatın qanunudur: insan doğulanda ağlayır, böyüyəndən sonra (bir qismi) əsl qəhrəmana çev­rilir, onların mərdlik çəpərindən başlanan mübarizə yo­lu Vətənin ağuşunda bitir... 

Mingəçevirin dan ulduzları Mu­sa və Turalın da ömür yolu məhz Vətənin qoynunda so­na çatdı...

Vətənin bu gün də, sabah da fəxr edəcəyi qəhrəman oğullardır Musa və Tural qardaşları! Onlar torpaqlarımızın bütövlüyü naminə ölməyi özlərinə şərəf bildilər, hər birimizin qürur və and yerinə çevrildilər. Onlar bizə milli kimliyimizi, qürurumuzu, insan adımızı qaytardılar, biz də on­ları tarixin salnamələrinə sığdırmalı, dastana döndərməliyik.

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ