Bazar günü günü, 08 noyabr 2026
     

Zəngəzur mahalında Kurud mədrəsəsi

Image


Məlumat üçün qeyd edim ki, hələ XIX əsrin sonlarında Zəngəzur mahalının Kurud kəndində mədrəsə fəaliyyət göstərmişdir.
Mətləbə keçməzdən əvvəl oxucularımızın yaddaşını təzələmək naminə mədrəsə barədə qısaca xatırlatma:
Mədrəsə - ərəb sözü olub "dərs oxumaq, dərs deyilən yer" deməkdir. İslamın yayıldığı ilk dövrlərdə ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcədə böyük məscidlərdə daima məktəb və ya mühazirə kursları mövcud idi ki, burada da dini və dünyəvi elmlər tədris olunurdu. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər tarixinə nəzər saldıqda görərik ki, Zəngəzur mahalının Kurud kəndində 1880-ci ildə Molla Əbdurrəhimin açdığı mədrəsə bu tip tədris mərkəzi idi.
1038-ci ildə Nişapurda öz dövlətlərini qurmuş Səlcuqlar tərəfindən yaradılmış mədrəsə təhsil sistemi daha sonra Nişapurda, Mərvdə, Xorasanda və oradan da dovlətin qərb vilayətlərinə yayılmışdır. Mədrəsələr yalnız inzibati idarəetmə sistemi üçün kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Lakin gələcək inzibatçılar öz fəaliyyətləri üçün vacib olan elmləri də öyrənirdilər. Bəzi tətqiqatçıların fikrincə, mədrəsədə Qazı vəzifəsi hazırlanırdı ki, bu da dini xarakter daşıyırdı və məhkəmələrdə şəriət qanunlarına istinad edərək fətvalar verib hakimlik edirdilər. C.Maqdisi və K.Klauzer kimi alimlər hesab edirdilər ki, mədrəsədə təhsil almış şəxslər fiqhdə yəni qanunvericilik və hüquqşünaslıqda mükəmməl məlumatlı olan şəxs hesab olunurdu. O məhkəmədə Qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi işləyə bilər və tədris hissəsində başçılıq edə bilərdi. Bu baxımdan bütün müsəlman dünyasının tədris mərkəzi sayılan Bağdad Nizamiyə mədrəsəsi dövrün tələbi idi. Səlcuq sultanı Alp Arslanın hakimiyyəti illərində onun vəziri olmuş Nizamülmülkün təşəbbüsü ilə 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrin ilk universiteti sayılır. Mədrəsə elmi inkişaf etdirmək üçün açılmışdır ki, sonralar bütün islam alimlərini özündə birləşdirmiş bu mədrəsədə ildə 6000 tələbə təhsil alırdı.
Bu tələbələrdən biri də 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmış Molla Hacıbaba oğlu Əbdürrəhim olub. Qeyd etmək yerinə düşər ki, Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Molla Əbdürrəhim də 1880-ci ildə Bağdad da Ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq orada mədrəsə açıb. (Mənbə: S.Qarayev " Qazangöl həsrəti səh.201 Bakı-2002-ci il)
Molla Əbdürrəhimin mədrəsəsində təhsil almış tələbələrin bizə məlum olan qisminin siyahısını təqdim edirik: 

1) Molla Əbdülsəlam (qardaşı) – Kurud kəndi;
2) Molla Ziyad – Kurud kəndi;
3) Molla Həsənxan – Kirs kəndi;
4) Molla Dosdu – Çiriş kəndi;
5) Molla Alı Rzaqulu oğlu- Kurud kəndi;
6) Molla Hacı Hacıyev-Kurud kəndi;
7) Ziyəddin Hacıyev-Kurud kəndi;
8) Canıbaba Hacıyev- Kurud kəndi;
9) Əminə Hacıyeva-Kurud kəndi;
10) Maral Hacıyeva-Kurud kəndi;
11) Molla Pəpiş (əsl adı Həsənov İsrafil Hacı Səməd oğlu)-Qubadlı rayonunun Qiyaslı kəndi.
12) İbiş Nəzərəliyev(Sovet dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru olub)-Qubadlı rayonunun Göyyal kəndi.
Atam və əmilərim bizə söyləyirdi ki, babanız Molla Hacıbaba Pirdavdan kəndində bacısı Səlbigildə qonaq olarkən bir gün mal növbəsinə getməli olur və çöldə kənd uşaqları ilə savaşıb döyülür. Bacısı Səlbi nənə qardaşını Qazının yanına aparıb şikayət edir ki, qardaşımı kənd uşaqları döyüblər.
Qazı babamdan soruşur:
-Bala kimin oğlusan?
-Cavab: Molla Allahyarın.
Cavabı eşidən Qazı Hacıbabaya bir şapalaq vurub deyir: Gərək səni elə vurardılar ki, gözün çıxardı. Molla Allahyar ölüb deyə,- çoban olacaqsan? Niyə Dədə-babalarının təhsil yolunu yarımçıq qoymusan?!
Rəhmətlik Səlbi nənə bu sözdən sınaraq pul-para toplayıb qardaşını Təbrizə oxumağa göndərir. Qeyd etmək yerinə düşər ki, Səlbi nənənin övladları 1918-1920-ci illərdə Pirdavdan kəndi ermənilər tərəfindən dağıdılıb əhalisi qırılanda, Mustafa kimi igidin köməkliyi ilə, Ordubada-Qoruqlar, Kələki, Bis, Əbrəqunus kəndlərinə pənah aparıblar.
Mən 1971-ci ildə Culfa rayonunda yaşayan bibimoğlu Məhəmməd İmaməliyev ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunda yüksək vəzifə tutan İbiş Nəzərəliyevin evinə getdik. Cay süfrəsində tanışlıqdan sonra biləndə ki, mən Hacının oğluyam, dedi- sənin atanın adı Hacıbabadır. Əbdürrəhim baba öz atasının adını oğluna qoymuşdu. İbiş müəliim qohumluq və kimliyimiz haqqında xeyli söhbət eləyəndən sonra dedi ki, Molla Əbdürrəhim- sizin babanız bizə həftədə 3 dəfə dərs keçirdi. Hacıbaba, Canıbaba, Ziyəddin, Əminə, Maral, Alı, Əsəd, Davud, Pəpiş, Həsənxan və.s yadımdan çıxan tələbələr də vardı. Hər cümə namazından sonra yarış keçirərdi. Molla Pəpiş ilə Alı hamımızdan əzbərçi və savadlı idilər. Hər ikinci gün bizim dərsimiz hədrə-cavablıq yəni hazır cavablıq dərsi idi. Mərhum Molla Əbdürrəhim mütəmadi olaraq Gığıdan Molla Fərzalını, Molla Gəncalını Kuruda-mədrəsəyə dəvət edib bizi imtahana çəkərdi...
Əslində sizin soyadınız da Hacıyev yox, Əfəndiyev olmalıdır. Çünkü siz Əfəndi uşağı gedirsiniz. Canılı tayfası-Əfəndilər yəni oxumuş, təhsilli adamlar.
Bu məqamda hörmətli oxucuların diqqətini Əfəndi sözünün mahiyyətinə yönəltmək istərdim;
Əfəndi-Sünnü din alimlərinə verilmiş xüsusi tituldur. Əfəndi fiqh elmini mükəmməl bilən, Qazı rütbəsi almış, şəriət məhkəmələrini aparan ilahiyyat alimlərinə deyilir. İslami fətvaların verilməsində səlahiyyəti olan sünnü alimlərinə Əfəndi titulu verilirdi ki, bizim babalarımız bu titula laiq olduğu üçün el-oba arasında bizlərə Əfəndilər, Əfəndi uşağı deyə,- müraciət edirdilər. 

Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Höküməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır.
Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826-1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi. 1830-cu ildən Zəngəzur mahalında komeral təsvir aparılır.
Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin "Zəngəzur mahalının komeral təsviri" 1832-1833 -cü illər kitabında Kurud mədrəsəsinin qurucuları haqqında məlumata rast gəlirik. Belə ki, kitabın 277-ci səhifəsində Gığılı obası haqda yazılır. 3978 nomrəli arxiv işində Abdulla Canı oğlu 35 yaşında, 1797-ci il doğumlu, oğlu Allahverdi 6 yaşında, 3979 nömrəli arxiv vərəqində yazılmışdır-Molla Allahyar Canı oğlu 58 yaşında-1774-cü il doğumlu. Hər ikisi gümüş pulla 2 rubl və məhsulun 1/5 hissəsini mal-cahat olaraq ödəyiblər. Babalarımın demiyyə yararlı torpağı və dəyirmanı var idi. Həmin müəllifin kitabının 403-ü səhifəsində qeyd olunur ki, Kurud kəndi elmin inkişafı və fəaliyyətində dövlətə xidmətində mollaların xüsusi rolu olmuşdur. 54 nömrəli arxiv işində göstərilir ki, Molla Hacıbaba Molla Allahyar oğlu- 1834-cü il təvəllüdlü. Qeyd edək ki, yoxlamanı həyata keçirtdi Zəngəzur qəza rəisi Artunov. (bax N.Əhmədli Zəngəzur mahalının komeral təsviri səhifə 277. Bakı 2021 )
Arxiv materiallarından aydın olur ki, Nəcəf və Bağdad şəhərləində təhsil almaqlarına baxmayaraq babalarımız Zəngəzur mahalı Kurud kəndinin daim yaşayan sakinləri olaraq kənddə hökumətə vergi vermiş, Mədrəsə açmış, ilahiyyatçı alimlər kimi özlərinə sünnü alimlərinə verilən Əfəndilər titulunu qazanmışlar.
Bu faktlar bir daha sübut edir ki, Zəngəzur mahalında XIX əsrin 80-ci illərindən ilk təhsil ocaqlarından biri kimi Kurud mədrəsəsi fəaliyyət göstərmişdir.

Səxavət HACIYEV
Tarixçi  




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ