Bazar günü günü, 08 noyabr 2026
     

AMEA institutlarının adları dəyişdi - işləri də dəyişəcəkmi...

Image


Fərhad Quliyev: "Yeni dövrdə bizim institutun istiqamətlərində ciddi dəyişikliklər gözlənilir" 

AMEA-nın iki institutunun adı dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılıb.

Bu ad dəyişikliyi institutlarda hansı məzmun dəyişikliyinə yol açacaq? Etnoqrafiya bölməsi Arxeologiya İnstitutundan ayrılıb Tarix İnstitutunamı verilib? Hər iki institutun həyatında nə kimi yeniliklər olacaq? Nələr dəyişəcək?

Sualımızı hər iki instituta ünvanladıq. 

"...Konkret nəzərdə tutduğumuz bir proqram-layihəmiz mövcuddur ki..." 

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev institutun yeni adı ilə bağlı "Bakı-Xəbər"ə bildirdi ki, ayrı-ayrı ölkələrdə məsələyə  müxtəlif yanaşmalar var. "Bizim də ölkəmizdə hazırda mövcud şəraitə uyğun cəmiyyətin yeni tələbləri var ki, Azərbaycanda həm arxeologiya, həm də antropologiya elmi vəhdət şəklində birgə elmi-tədqiqata  cəlb edilməlidir. Nəzərdə tutmuşuq ki, Nazirlər Kabinetinin yeni qərarına uyğun olaraq gələcəkdə institutda tədqiqatların vəhdət formada təşkili üçün yeni mövzular gündəmə gətirilsin. Əvvəla onu deyim ki, bu gün fiziki antropologiya elm sahəsi bizim əsas hədəflərimizdən biridir. Çünki Azərbaycanda məhz bu sahə, demək olar ki, zəif inkişaf edib, bu sahə üzrə mütəxəssislər çox azdır. Biz məhz fiziki antropologiya elm sahəsinin ölkəmizdə vacibliyini nəzərə alaraq bütün arxeoloji tədqiqatlarda bu sahənin tədqiqatçılarının iştirak etməsini nəzərdə tuturuq. Məqədimiz odur ki, bu sahənin mövzusu ilə bağlı bütün tədqiqatlar eyni formatda təşkil olunsun"-deyə F.Quliyev qeyd etdi.  F.Quliyevin sözlərinə görə, əsas məqsəd gələcək tədqiqatlarda həm fiziki antropoloji, həm də sosial antropoloji tədqiqatları vəhdət şəkilində ümumən arxeoloji tədqiqatların tərkib hissəsinə çevirmək və tədqiqatda bunların kompleks formatını təşkil etməkdir.   

O bildirdi ki, bu gün cəmiyyətimizi, xalqımızı, dövlətimizi düşündürən yeni aktual mövzular var ki, onlar bizim tariximizin ən qədim dövrlərinə, orta əsrlər çağlarına, günümüzə aiddir. İnstitut direktoru qeyd etdi ki, postkonflikt dövründən sonra arxeoloqların, antropoloqların qarşısında yeni hədəflər var.     "İşğaldan azad olunan ərazilərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasın  fəaliyyətində məhz bizim arxeolqların və antropoloqların iştirakı və digər məsələlər bizim institutun qarşısında yeni mövzular və yeni vəzifələr, hədəflər müəyyən edir.

Artıq demək olar ki, yeni dövrdə bizim institutun istiqamətlərində ciddi dəyişikliklər gözlənilir. Bu gün də qəbul olunmuş qərar əsasında institutun adının dəyişdirilməsi də bizim gələcək gözləntilərin nəticələrinə hesablanıb. Biz artıq Azərbaycanda vəhdət təşkil edən, kompleks tədqiqatları özündə cəmləşdirən bir neçə problemin bir neçə aspektdə öyrənilməsini təmin edə biləcək fəaliyyətin təşkilinə qədəm qoyuruq. Bu baxımdan, az da olsa, bu sahədə mütəxəssislərimiz var. Əsas o mütəxəsisləri ön plana çıxarmaq, onların öz potensiallarını üzə çıxarmaları, fəaliyyətləri  üçün işin düzgün təşkil edilməsinə,  gələcəkdə yeni kadrların hazırlanmasına və onların məhz yeni istiqamət üzrə çalışmalarına nail olmaqdır. Bu istiqamətdə konkret nəzərdə tutduğumuz bir proqram-layihəmiz mövcuddur ki, Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlarda müəyyən fərqli yenilikləri yaxın gələcəkdə elmi ictimaiyyət özü görəcəkdir". 

F.Quliyev qeyd etdi ki, bu konkret olaraq özünü tarixi, arxeoloji abidələrin tədqiqində, həmin o abidələrin tədqiqi zamanı yeni yanaşmalarda, yeni fərqli mövzuların  təyin olunmasında göstərəcək və bunu da elmi  ictimaiyyət yaxından müşahidə edəcək. F.Quliyev qeyd etdi ki, dünya elmi ictimaiyyətində baş verən proseslər, Azərbaycan cəmiyyəti qarışısında duran əsas vəzifələr, əsas məsələlər, yeni arxeoloji və antropoloji tədqiqatların gündəmə gətirilməsi, fiziki antropologiya elm sahəsinin arxeoloji tədqiqatlarda artıq əsas hərəkətverici qüvvə kimi ön planda olmasını təmin edilməsi  mühüm vəzifələrdəndir. "Bu günə qədər bu məsələ axsayırdı. Demək olar ki, bizim bu sahədə heç bir tədqiqatımız yox idi. Sosial antropologiyanın da məhz fiziki antropologiyanın bir növ tərkib hissəsi olaraq konplesk məsələlərə yanaşmada institutun gələcək fəaliyyətində, onun problem istiqamətlərində öz əksini tapacaqdır".

F.Quliyev qeyd etdi ki, etnoqrafiya elm sahəsi artıq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəaliyyətində öz əksini tapacaq. İnstitut direktoru bildirdi ki, Azərbaycan etnoqtafiyasının, xalqımızın etno mədəniyyətinin öyrənilməsi məhz o institutda nəzərdə tutulub. 

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin yeni hədəfləri, məqsədləri, gələcəkdə görəcəyi işlər barədə danışdı.  

Fərhad müəllimin qeyd etdiyi məqamlar bizə hava-su kimi lazımdır və ümid edirik ki, tez bir zamanda biz bunları əyani şəkildə izləyə biləcəyik. 

Yazı çapa hazırlanan müddətdə Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan isə sorğumuza cavab gəlmədi. Bütün hallarda, çalışacağıq ki, bu elmi-tədqiqat müəssisəsinin də ad və struktur dəyişikliyindən   sonra qarşına qoyduduğu hədəflərlə sizi də tanış edək. Azərbaycan tarixinin yeni metodologiya ilə öyrənilməsi, habelə qədim dillər üzrə mütəxəssislərin yetişdirilməsi və sair bu institutun da çiyin verməli olduğu məsələdir. 

Qeyd edək ki, bəzi məlumatlara görə, vaxtilə arxeologiya kimi, etnoqrafiya da Tarix İnstitutunda ayrıca bölmələr kimi fəaliyyət göstərib. Müstəqil Arxeologiya İnstitutu barədə qərar veriləndə etnoqrafiya bölməsi də bu instututa verilib.  Qeyd edilənə görə, indi isə etnoqrafiya yenidən Tarix İnstitutunun balasına verilir və bu səbəbdən də institutun adı dəyişib. Bəzi eskpertlər hesab edirlər ki, əslində etnoqrafiya sahəsi Folklor İnstituna birləşdirilməlidir, çünki folklor və etnoqrafiya mənşəcə, eləcə də tarixilik baxımından bir-biri ilə paralel olub. Məsələn, bir xalqın folkloru öyrənilirsə, paralel olaraq onun etnoqrafiyası da öyrənilir. Folklor və etnoqrafiya qədər bir-birini tamamlayan sahələrin az olduğu da deyilir.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ