Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov "Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.
Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:
Sıra
№-si
Yarışın növü
Tutduğu yer və mükafatın məbləği
(manatla)
I
II
III
1
2
3
4
5
1.
Dünya Çempionatı
idmançı
15000
10000
6000
məşqçi
7500
5000
3000
2.
Avropa Çempionatı
2000
1000
3.
Dünya Kubokunun final yarışı (ümumi hesabda)
komandanın idmançıları
20000
komandanın məşqçiləri
4.
Avropa Kubokunun final yarışı (ümumi hesabda)
8000
4000
5.
Dünya Kubokunun final yarışı (fərdi)
1500
6.
Avropa Kubokunun final yarışı (fərdi)
7.
Dünya birinciliyi (gənclər)
750
8.
Dünya birinciliyi (yeniyetmələr)
2500
1250
500
9.
Avropa birinciliyi (gənclər)
800
400
10.
Avropa birinciliyi (yeniyetmələr)
600
300