Bazar günü günü, 08 noyabr 2026
     

Şəhidlər Xiyabınının yerini təklif edən professor Nəriman Əliyev - FOTO

Image


"Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli keyfiyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

Ümummilli Lider Heydər Əliyev  

34 il bundan əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, o dəhşətli faciə törədilən şənbə gecəsi, 26 minlik sovet ordusunun Bakıya gözlənilmədən hücum etməsindən, sakit şəraitdə nümayiş keçirən mülki şəxslərə görünməmiş divan tutulmasından, sovet ittifaqının rəhbəri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə fərmanına əsasən Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan yüzlərlə insanın şəhid olmasından, yaralanmasından danışan tarixi gecə. Unudulmayan tariximizin qanla yazılan səhifəsi. 170 şəhidimizin öz qanlarıyla yazdığı tarix. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq, şərəf səhifəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı uzun tarixi bir yol keçmiş, müəyyən dövrlərdə zülmə, haqsızlıqla üzləşmiş, düşmənin həmlələrini dəf etmiş, çətinliklərə sinə gərmişdir. Əzab-əziyyətlər, məşəqqətlər xalqımızı soy-kökündən, adət-ənənəsindən uzaqlaşdırmamış, əksinə daha birləşdirmiş, mübariz etmişdir. 

1990-cı ilin 19-dan 20-nə keçən yanvar gecəsini belə xatırlayırıq. Sovet hərbi birləşmələrinin tankları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib keçir, gözünü qan tutmuş əsgərlər hər tərəfi aramsız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta öz mənzillərində də güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulurdu. Hər yer od-alov içində idi. Qan su yerinə axırdı. Atəş səsləri hər yeri bürümüşdü. Sovet hərbçiləri qarşılarına çıxan hər kəsi gülləliyirdilər. Silahsız, günahsız, dinc əhaliyə əl qaldırmaq onlar üçün çox xoş və ürəkaçan idi. Yaralıları aparmağa gələn təcili tibbi yardım maşınlarına və tibb işçilərinə də aman vermir, qoca, uşaq demədən atəş açırdılar. Öldürülənlərdən ən kiçikləri 13 yaşlı məktəbli İlqar İbrahimov, Larisə Məmmədova, ən yaşlısı isə 75 yaşlı Sürəyya Babayeva idi. Faciə zamanı xeyli sayda insan itkin düşdü, əlil oldu, övladlarını, valideynlərini itirənlər - yetim qalanlar da az olmadı. Keçmiş sovet ordusunun əsgərləri əsl vəhşi, amansız qatil idilər. Saysız-hesabsız insanlar rus ordu cəlladlarının qurbanı oldu, onların bir məqsədi var idi - Azərbaycan xalqının inamını qıraraq azadlıq ideyalarını məhv etmək, şəhəri də yandırıb külə döndərmək. 

Azərbaycan Respublikasının əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, "Qızıl Qələm" mükafatçısı, mərhum Nəriman Əşrəf oğlu Əliyev o gecənin vəhşətindən qurtulub, qəhrəmana çevrilən əvəzsiz insanlardan biridir. 20 Yanvar şəhidlərinin Dağüstü parkda dəfn olunmasını təklif edən şəxs olaraq Nəriman müəllimə çox şey borcluyuq…

Nəriman Əliyev o dəhşətli günü belə xatırlayır: 

O gecə atam Əşrəf müəllimin "əlinin yox, ağlının gücünə inan" tövsiyəsi məni soyuqqanlı olmağa, ətraflı düşünüb, təmkinlə hərəkət etməyə vadar etdi. Əlbəttə, elimin birliyinə də inanırdım. El bir olmasaydı, heç nə etmək olmazdı. Bir anlıq ürəyimdən bir fəryad qopmaq istəyirdi. 

İnsanların üzündəki məsumluğu gördüm. Onlar "kömək" deyə fəryad etməyə belə qorxurdular. Onları qınamaq da olmazdı, haqlı idilər. Bəli, dəhşətli bir ordunun törətdikləri göz qabağına idi. Daha nə etmək olardı? Kiçik bir səhv, yeni bir faciə olardı, bizi də qırardılar. 

Hamı dərd içində idi. Bilmirdilər kimə qulaq assınlar. Hərə bir göstəriş verirdi. Şəhidləri dəfn etmək yaddan çıxmışdı. Elələri var idi ki, xəstəxanaların meyitxanasından şəhid olan öz yaxınlarını, doğmalarını gizli yolla öz məzarlıqlarında torpağa tapşırmaq istəyirdi. Sual olunurdu: "Bu qədər şəhidi bəs harada dəfn edək?". "Hərə öz məzarlığında dəfn etsin" deyənlər, belə düşünənlər də vardı. Bəziləri "İliç", bəziləri "Səməd Vurğun" bağında dəfn etmək istəyirdilər. Onu qeyd etmək istəyirəm ki, şəhidlərin dəfn olunmasını mən təklif etmişəm. İndi hamımız, hətta xarici qonaqların da böyük izdihamla və ehtiramla yad edib andığımız indiki Şəhidlər Xiyabanının Dağüstü parkda salınması üçün çox əziyyətlərdən keçmişik. 

Dəfn komissiyasının şəhidlərin hansı məkanda dəfn olunması ilə bağlı fikirlərinə mən öz təkliflərimi bildirdim ki, Dağüstü parkı məsləhət bilirəm. Ona görə ki, onlar - bu şəhid olanlar ölkənin, vətənin ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. 

"Mən bu gün təşəkkür edirəm o Azərbaycan vətəndaşlarına, o şəxslərə ki, o şəhidlərin qəbirlərinin yerini çox düzgün seçiblər və onları Dağüstü parkda basdırıblar. Çünki burada da müəyyən qədər keçmiş xəyanətə qarşı öz münasibətlərini bildiriblər". Ulu Öndər Heydər Əliyevin bu kəlamları 20 Yanvar şəhidlərinə xalq tərəfindən verilən hörmət və ehtiramın göstəricisidir. 

Həmin anlarda isə mənim təklifimi bəyəndilər. Amma orada S.M.Kirovun heykəli olduğunu vurğuladılar. Mən isə "Bu qədər şəhidimiz var, bir qəsbkarın heykəlin uçurtmaq nədir ki?!". Bilirsinizmi, 1918-ci ilin şəhidləri də vaxtiykən orada dəfn olunub. Onların da ruhunu birgə yad edib, dualar edərik. Mənimlə razılaşdılar. 

Ora memarlıq baxımından yararlıdır, yəni şəhərin ən yüksək yerində yerləşir. Orada lay suları yoxdur, dəfn üçün əlverişli məkandır. Həm də mən bununla öz vətəndaşlıq borcumu yerinə yetirmək istəyirəm.

1918-ci ildə erməni-bolşevik birləşmələrinin vəhşilik törətməsi zamanı həyatlarını itirən günahsız adamlar burada basdırılıblar. Sonra ağır texnikalarla bu şəhid məzarlığını yerlə-yeksan edərək üstündə park salıblar. Çəmbərəkənd ərazisindəki məzarları Yasamala köçürüblər ki, xalq bu qanlı tarixi unutsun. İndi bu tarix təkrarlanır, çünki düşmən çox güclüdür. Biz bu faciələri, vəhşəti heç vaxt unutmamalı, olanlardan, başımıza gələn faciələrdən nəticə çıxarmalıyıq. 

Şəhidləri dəfn üçün ilkin qazılan məzarları azyaşlı Bakı kəndlərinin uşaqları, Nəriman müəllimin təklifini eşidən hər kəs yekdilliklə Dağüstü parka yollandılar. Yavaş-yavaş orada məzarlar qazmağa başladıq. Hər an qorxulu idi. Bir gündə 22 qəbir qazmışdıq. Gözümə sataşan savadlı uşaqlardan dəvət etdim ki, qanuniləşdirmək lazımdır, çünki torpaq üzərində iş görərkən mütləq icazə vərəqəsi olmalıdır. Mütləq "Dəfn Komissiyası" yaradılmalıdır. Sonralar öyrəndim ki, institutda fizika müəllimi işləyən Azər Nəbiyev dedi ki, mən torpaq işi bacarmıram. "Dəfn Komissiyası"nın siyahısını tutum, sonra bərpaçı baş idarəsinin elçisi Göyüşov qəbir qazmaq üçün bəzi alətlər gətirdi, onu da Azər müəllim siyahıya saldı. Qəbirlər qazıldıqca kömək edənlər də çoxalırdı. 5 (beş) nəfərlik siyahı tutduq, sonra Qüdrət.Ə. gəlib siyahıya daxil oldu. İlkin siyahını A.Nəbiyev hazırlamasına baxmayaraq, sonra Qüdrət müəllim "Dəfn Komissiyası"nın siyahısını tutdu və özünü sədr, Azəri, məni, Göyüşovu komissiya üzvləri elan etdilər. Ali sovetdən icazə vərəqəsi almaq üçün komissiyanın üzvləri A.Nəbiyev və Qüdrət müəllim əliboş qayıdıb gəldilər ki, bu məsələyə baxılmadı. 

Bir çox çətinliklə də olsa "icazə vərəqi" ala bilmədik. Lakin bizim təşəbbüs qrupunu bəyənənlər də oldu. Ali soveti tənqid edənlər də oldu. Xalq şairi Bəxtiyar Vahabzadə, yazıçı İsmayıl Şıxlı, Nəcəf Nəcəfov etiraz etdilər ki, bu məsələyə bir də baxılsın. Ali sovet bu məsələyə baxılması təklifini rədd etdi. İclası yekunlaşdırdıqdan sonra bayıra çıxmaq istədikdə N.Nəcəfov yalvardı ki, bu məsələyə baxın, yoxsa mənim meyitimin üstündə addayıb keçərsiz. Onsuz da biz qəbirlərin qazılmasını davam etdirdik. Nəhayət məzarlığın salınmasına nail olduq. O gün bütün şəhər şəhidləri məscidlərdən, xəstəxanalardan gətirib xalqın birliyi ilə dəfn etdik, bütün xalq ağlayırdı… Bakı kəndlərindən şəhidlərə ehsan olaraq qərənfillər gətirirdilər. Bütün şəhər şəhidləri yola salırdı, evlərin balkonlarından qərənfillər atırdılar, sonra dəfnin 2-3-cü günləri göydən vertolyotlarla qərənfil səpirdilər. İlk dəfə "Şəhidlər Xiyabanı" sözünü qərənfillərlə yazdılar cavan uşaqlar. O uşaqlar, cavanlar ki, onlar 1-ci gün məzarları qazdılar və qəbirlərdə gizlənmişdilər. Mən onları aparıb oteldə yerləşdirdim, bəzilərini məcburi evlərinə yola saldım ki, valideynləri narahat qalmasın. Beləliklə, biz hər kəsin fəxrlə ziyarət etdiyi bugünkü Şəhidlər Xiyabanının bünövrəsini qoyduq. Məkanları behişt olsun. Sonda "hər Şəhidlər Xiyabanına getdiyimiz zaman məni də xatırlayarsınız", - dedi Nəriman müəllim. 

O müdhiş gecədən bizi 34 illik bir zaman məsafəsi ayırır. 20 Yanvar faciəsi xalqımızın unudulmaz tarixinə çevrilib. İndi dünyanın bir çox ölkəsindən gələn əcnəbi qonaqlar Şəhidlər Xiyabanını fəxrlə ziyarət edirlər. Milli qürur və qəhrəmanlıq tariximizi neçə illər keçsə belə unutmamalıyıq və unutmayacağıq da!

Nəriman müəllimin əvəzsiz xidmətinə görə 20 Yanvar şəhidlərini heç şübhəsiz hər bir azərbaycanlı daim anacaq və xatırlayacaqdır. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.

Mehriban ƏMRULLAYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ