Bazar günü günü, 08 noyabr 2026
     

Albanşünaslığın əsasını ermənilər-gürcülər qoyub(?) - Azərbaycan alimindən şok iddia...

Image


Ramin Əlizadə: "Qədim dillərin öyrənilməsi məsələsi çox vacibdir"

"Sovet dönəmində Azərbaycan albanşünaslarını erməni və gürcü əsilli professorlar "yetişdirib", yetişmiş meyvə isə ya yeyilir, ya da yeyilmirsə xarab olur...

…Hazırda ölkəmizdə albanşünaslıq (tarixi tədqiqatlar) adı altında aparılan elmi araşdırmalar "köhnədən qalıb xarab olanlar" və "yetişməyənlər" adlı iki qrupa bölünür. Nə qədər ki, elmi kadr hazırlığına yetkili qurumlar və büdcə təşkilatları laqeyd münasibət göstərəcək, vəziyyət yazdığım kimi davam edəcək..." 

Bu fikirləri AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə özünün Feysbuk səhifəsində bildirib. 

Uzun illərdir ciddi elmi araşdırmaları, fikirləri ilə maraq doğuran R.Əlizadənin irəli sürdüyü məsələ doğrudan da düşündürücüdür. Bu gün Azərbaycanda milli təməllərə söykənən yeni albanşünaslar nəslinin yetişməsi gerçək bir zərurətdir, o cümlədən də qədim dillər üzrə mütəxəssislərin hazırlanması da bizə hava-su kimi lazımdır. Dünyanın qədim dillərini bilən mütəxəssislərimiz olmadan biz dövlətimizin, xalqımızın tarixi, qədim əraziləri, dövlətçilik tariximiz barədə yenə də gerçək məlumatlardan məhrum olacağıq, yenə də tariximizin yazılışı köhnə, Sovetdənqalma metodologiya ilə davam etdiriləcək. Bu baxımdan, R.Əlizadənin fikirlərinə ciddi əhəmiyyət verilməli və bu problemi həll etmək əlaqədar dövlət qurumların diqqətində olmalıdır. 

Mövzunun aktual olduğu nəzərə alıb onu davam etdirmək istədik. 

"Sizin statusunuzu oxuyanda belə qənaətə gəldik ki, Azərbaycan albanşünaslarını erməni və gürcü mütəxəsisləri yetişdirib. Səbəb nə idi? Bəyəm milli mütəxəssislər yox idi? Erməni və gürcü alimlərinin alban irsinə marağı nə idi?  Bəs bu gün niyə milli kadrlar yetişdirilmir? Niyə ayrıca albanşünaslıq mərkəzi yoxdur" sualları ilə 

"Bu yanaşma ilə albanşünaslığı aparıb bir yerə çıxara bilməyəcəklər" 

Ramin Əlizadəyə müraciət etdik. Tarixçi alim "Bakı-Xəbər"ə açıqlamasında "Sovet dövründə Azərbaycan albanşünaslarının hamısını onlar yetişdirib. Məsələn, Fəridə Məmmədovanın elmi rəhbəri Karen Yuzbaşyandır. Başqasınınkı Şanındzedir. İstər Tarix İnstitutu, istərsə də digər qurumlar olsun, durub bu adamların elmi işlərinin, araşdırmalarının üstündən albanşünaslıqda yeni söz demək istəyirlərsə, bu mənasızdır, cəfəngiyatdır və boş bir şeydir. Bu yanaşma ilə albanşünaslığı aparıb bir yerə çıxara bilməyəcəklər. Bununla niyə özümüzü aldadaq? AMEA-nın Rəyasət Heyətinin iclasında durub dedim ki, qədim dilləri öyrənmək üçün bir mütəxəssis yoxdur, Türkiyəyə gedək, gedib orada qədim dilləri öyrənək, araşdıraq. Hətta gedib orada qədim dilləri öyrənməyim üçün mənə Türkiyədə 24 aylıq bir proqram da hazırlamışdılar. Amma AMEA rəhbərliyi buna laqeyd münasibət göstərdi. Universitetlərdə, elm müəssisələrində vəzifədə olanlardan kimsə nə deyirsə, heç biri həqiqət deyil. Əslində, məsələlərin üstünü malalamaqda hər birinin öz məqsədi var"-deyə alim qeyd etdi. 

R.Əlizadə təəssüflə vurğuladı ki, üzərinə gəlişigözəl sözlər yazıb layihələr hazırlanır, bu da dövləti aldatmaq, büdcəni talan etmək məqsədinə xidmət edir. "Qədim dillərin öyrənilməsi məsələsi çox vacibdir. Amma təəssüf ki, vəziyyət belədir. Bununla elm hara gedə bilər? AMEA-nın üzü, sifəti budur. Bizim institutun direktoru Kərim müəllimin yanında da bu məsələni dəfələrlə qaldırmışam. Deyir ki, sən məndən tələb edirsən, mən də yuxarılara deyirəm. O da yetkisi, səlahiyyəti əlində olan rəhbər deyil ki. Bəziləri deyir ki, Tarix İnstitutu istəsə edər. Xeyr, Tarix İnstitutu istəsə də edə bilmir. Bunu etsə AMEA prezidenti İsa Həbibbəyli, hansısa bir nazirlik edə bilər. Kadr məsələsi maddiyyatla bağlıdır". 

Alimin fikrindən belə qənaətə gəldik ki, bu sahəyə maliyyə ayrılarsa Azərbaycan Türkiyədə və başqa ölkələrdə qədim dillər üzrə mütəxəssis hazırlaya bilər, bu da həm bu sahədə mütəxəssislərin, həm də milli təmayüllü albanşünas kadrların yetişməsinə səbəb olar.  

Alim vurğuladı ki, 2021-ci ildən 2023-cü ilə qədər özü özlüyündə bir layihə həyata keçirib, söhbət qədim dillərin öyrənilməsi ilə bağlı dünyanın hansı universitetləri, müəssisələri ilə əlaqə qura bilərik məsələsindən gedir.  Alim həm prespektivlik, həm də maliyyə xərclərinin çox baha olmaması üçün Türkiyənin Ankara Universitinin qədim dillər şöbəsi ilə əlaqə saxlayıb, yazışmalar aparıb, məktublaşıb, ona Şumer, Babil, Akad və Asur dillərini öyrənmək üçün  24 aylıq proqram da tərtib edilib, amma  maliyyə üzündən gedə bilməyib və  ortada heç bir nəticə yoxdur. Türkiyədə qədim dillər üzrə mütəxəssislərin yetişdirilməsi üçün imkanların geniş olduğunu bilirən müsahibimiz qeyd etdi ki, qədim dillərin öyrənilməsi Türkiyədə geniş inkişaf edib, amma təəssüf ki, bizdə bu dillərin öyrənilməsi həyata keçirilmir". 

Bizdə indiyə qədər qədim dillər üzrə mütəxəssislərin hansı səbəbdən olmamasına gəlincə, R.Əlizadə bildirdi ki, vaxtilə qədim yazılar üzrə mütəxəssislər olub: "Yusif Yusifov, Solmaz Qaşqay, Heydər Mirzəyev, İqrar Əliyev kimi alimlər o vaxt Moskvada, Peterbruqda oxuyublar. Onlara necə tapşırıblarsa gəlib Azərbaycanda məktəb yaratmayıblar. Onlar həyatdan gedərkən də bildiklərini özləri ilə aparıblar. Məqsəd məktəb yararmamaq olub. Onlar ancaq araşdırmalar aparıblar, amma kadr yetişdirməyiblər. O zaman Yüzbaşyan Fəridə Məmmədovaya imkan verərdi ki, alban dilini, qrabarcanı öyrənsin? Fəridə Məmmədova alban dilindən bir mətn, qrabardan bir mənbə  tərcümə etməyib. Bu adam orijinalı tərcümə etməyibsə necə albanşünasdır?"-deyə alim qeyd etdi.

"Belə baş düşmək olar ki, Azərbaycanda albanşünaslığın əsasını elə erməni, gürcü alimləri qoyub. Yoxsa səhv yanaşırıq"-deyə müsabimizdən soruşduqda o bildirdi ki, bu elədir. 

"Azərbaycanın dünya səviyyəsində bir albanşünası olaraq Fəridə Məmmədovanı qəbul edirlərsə, onun albanşünas kimi yetişməsində elmi rəhbəri erməni olub. Yaxud filoloq Voroşil Qukasyan olub. Onun da elmi rəhbəri Şanındzedir. Burada təəccüblü nə var ki? Dövlət səviyyəsində qədim dillərin öyrənilməsinə, bu sahədə kadrların yetişməsinə diqqət ayırmalıdır. Alban dilinin öyrənilməsi bizdə yoxdur. Dünyada ən yaxşı alban dilini bilənlər ermənilər, gürcülər, bir də almanlar və fransızlardır. Onlar da bizə düşməndir.      

Alman dilçisi, albanşünası Jost Gippert erməni şovinistləri ilə əlbir olub albandilli palimpsestləri erməniləşdirməklə məşğuldur. 2023-cü ildə erməni şovinist tədqiqatçıları ilə birlikdə Avropa Şurasının maliyyə vəsaiti ilə "Qafqaz Albaniyası: əl kutabı" çap etdirib, internetdə yayımlayır…

Mənim sahəm qədim dillərdir. Bu sahəyə biganə yanaşmaq olmaz, bu bizim üçün çox vacib bir məsələdir. Müraciət etdiyim bütün dövlət qurumlarından mənə bildirilib ki, bu məsələyə AMEA prezidenti baxır. Rəhbərlik məsələyə baxacağını vəd etsə də, hələ də ortada nəticə yoxdur".

R.Əlizadənin əslində məqsədi qədim dilləri öyrənməkdir, lakin müraciətlərinə baxmayaraq, hələ də ortada bir nəticə yoxdur. Alim yanğı ilə bildirdi ki, bizdə qədim dillər üzrə mütəxəssis yetişdirilmədiyi halda Ermənistanda 20-yə yaxın  mixi yazını bilən mütəxəssis var. 

Ümid etmək olar ki, gənc mütəxəssisin müraciətlərinə müsbət cavab veriləcək və o, dörd qədim dili öyrənmək üçün çalışmağa başlayacaq. Bizim bu gün qədim dilləri öyrənməyə böyük ehtiyacımız var. Çünki tariximizi başlanğıcından araşdırmaq, onu yeni metodologiya ilə yazmaq bizim qarşımızda duran vəzifədir. Bu ən çox da ona görə lazımdır ki, saxtalaşdırılan tariximizi sağlamlaşdıraq, öyrənək, öyrədək. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ