Bazar günü günü, 08 noyabr 2026
     

Sən şəhid yox, şahid ol... - Yeddinci yazı

Image


Vətən müharibəsi başlayan gün yeganə oğlunu torpaq­la­rımızın müdafiəsi üçün yola salan bir ana dedi ki, biz çox şə­hid vermişik, bala, sən şəhid yox, şahid ol...

Qəhrəman ana, əslində, bu min əhvallı sözlərlə oğluna demək istədi ki, tək ümidim, son əlacım sənsən. Sənsiz zə­lil olaram. Özünü qoru, Vətən uğrunda ölmək yox, öl­dür­mək lazımdır. Ölmək fikri zahiri zəiflikdir, öldürmək əzmi isə böyük bir inamın gerçək vəsfidir. Sən daim bu düşüncədə ol. O zaman ölüm səndən yan keçəcək...

Bu, hərfi mənada da doğru təlqindir. Biz Vətəni canı­mız­dan artıq sevdiyimiz üçün ölümü gözə alır, bunu özü­mü­zə şərəf sayırıq. Yəni (qismən də olsa) ruhən sarsılır, (şəkilcə) inamsızlıq nümayiş etdirdiyimiz üçün də ölümə tuş gəlirik. Lakin Vətən uğrunda döyüşə atılarkən - Mən sə­nin qürurunu sındırmaq üçün gəlirəm, ölüm, - desək, bəl­li ki, itkimiz az olar...

Hər halda, biz (bu və ya digər şəkildə) Vətəni uğrunda ölmək şərəfindən çox uca tuturuq...

Savaş qorxusu yarananda, torpaq uğrunda mübarizə anı yetişəndə biz hər dəfə bir qeyri-bitkin halla da qarşılaşırıq; anaların, ataların əksəri övladlarının həlak olacağını zənn edir. Məsələn, şəhid valideynlərinin əksəri müsahibə ve­rər­kən (bəlkə də heç fərqinə varmırlar, özləri də bilmədən) bir məqama xüsusilə diqqət çəkirlər: - Həyat yoldaşıma dedim ki, həyəti, evi-eşiyi təmiz saxla, müharibəyə oğul yola salmışıq, Allahın işini bilmək olmaz... və s. Yəni övladımız şəhid olar, həyətə axışan insanlar bizi tör-tö­kün­tü­yə görə qınayar...

Anlaşılandır, müharibə dəhşət və fəlakət ocağıdır; onun hamıya rəhmi gəlmir. Çox az sayda insan bu proses zamanı ölüm­dən yayına bilir. Oğlu olan valideynlər də elə bu zə­ru­rətdən çıxış edir...

Zənnimizcə, böyük vüqar hissi ilə müharibəyə oğul yo­la salan valideynlər - Get, oğul, Allahın nəzəri üstündə ol­sun, düşmən qarşısında aciz qalma, onu öldürmədən rahatlıq tapma. Vətən sənə güvənir... - kimi sözlər deməli, öv­lad­larında güclü inam hissi yaratmalıdır. Bu, şübhəsiz, on­ların sağ-salamat geri qayıtmaları üçün bir vəsilə olar. Çün­­ki müqəddəs kitablarda da inam hissinin hər şeydən üs­tün olması barədə tutarlı ayələr var...

...İki övladı Vətən uğrunda şəhid olmuş Nəhayət xanım – o ali­cənab qadın söhbət əsnasında dedi ki, Musa və Tural dö­yüşə bizdən xəbərsiz getdilər. Daha doğrusu, bizimlə gö­rüşmək imkanları olmadı. Yoxsa mən onlara deyəcəkdim ki, ölüm adi haldır, ondan zərrə qədər qorxmayın, Al­lah sizə lütf verib, ölüm üzərində güc sahibisiniz... Düş­məni məzlum günə qoymadan geri qayıtmayın. - Ah çəkdi, barmaqlarını qara hislər sarmış gözlərinə sürtüb əlavə etdi: - Deyə bilmədim ki… Xəbərsiz getdilər, heç bildim ki, əyinləri-başları necədir?! Uzaqdan-uzağa xeyir-dua verdim. Bəlkə də bu dualar onlara çatmadı deyə balalarım şəhid ol­dular... - Yenə ah çəkdi, başını bir-iki dəfə buladı və dedi: - Musa və Turala deyəcəkdim ki, balalarım, biz çox şəhid ver­mişik, siz şəhid yox, şahid olun. Geriyə qazanacağınız qələbənin bayraqdarları kimi dönün...

Külək bayırda ətrafı bir-birinə qatmışdı. Nəhayət xanımın sanki küləyə acığı tutdu, dedi:

- Bu şəhərdə heç vaxt belə külək olmayıb. Külək deyil sanki, ölüm fırtınasıdır...

Qəfildən hiss etdi ki, evdə yad adam var, dedi:

- Bağışla, ay oğul, bəzən nə dediyimi bilmirəm. 

Mən bu ağır ləngərin qarşısında susdum. Elə Nəhayət xa­nım da susdu. 

Külək isə susmadı...  

"Mənim Ruqəyyəm"

Şəhid Musanın hələ doğulmamışdan qızına həsr etdiyi şeir ruhumda bir təlatüm yaratdı. Nəhayət xanım dəftər və­­rəqində qeyd olunmuş şeiri qarşıma qoyanda duyğumun pəri düşdü, qəlbim köhnə dəyirman kimi uğuldadı. Şeirdə hələ ana bətnində olan bir çağaya illər sonra Vətən uğrunda şəhid olacaq bir insanın ata sevgisi, valideyn vüqarı əsas mə­qam kimi diqqət çəkir. 

Musa qızının adını (İmam Hüseynin qızının şərəfinə) Ruqəyyə qoyub. Bu adın mənası in­cə, zərif, tilsim, rəmmalın (rəml atan, zərlə fala baxanın) oxu­duğu əfsun və s. anlamındadır...  

Musadan yadigar qalan "Mənim Ruqəyyəm" adlı şeir be­­lədir:

Yolunu gözləyirəm, tez gəlsin zaman,

O gözəl günlərin həvəsindəyəm.

Keçməsin üstündən bir sazaq, duman,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Necə böyüdüyünü görmək istərəm,

Əlindən tutub yerimək istərəm,

Səninlə sevinci bölmək istərəm,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Dünya kədərindən uzaqdasan sən,

Arzunun şirini səninlə olsun,

Qəlbin çiçək olsun, həyatın gülşən,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Sənin gəlişini sevinc gətirdi,

Kədəri itirib gülüş bitirdi,

Ömürlük həyatda səni bitirdi,

Səni çox sevirəm mənim Ruqəyyəm.

 

Adını mən qoydum mənim Ruqəyyəm,

Taleyini, bəxtini Allahım yazsın.

Sən mənim ən gözəl hədiyyəm oldun,

Səni çox sevirəm mənim Ruqəyyəm.

Bu şeirdə atanın qızına sevinc hissini necə bildirməsi əsas mövzudur. Musa Dədə Qorqudsayaq "Adını mən qoy­­dum, bəxtini Allah versin" deyir, qızını Tanrıdan ən şi­rin hədiyyə hesab edir. Şeir, bəlkə də, adi vaxtlarda atalıq duy­ğusu içində bişən bir insanın səmimi hissindən ibarət (normal) söz çələngi kimi xarakterizə olunardı. Ancaq indi bu şeir bizə Vətən uğrunda canını fəda edən bir şəhidin, qəhrəman bir oğulun bir neçə il əvvəldən hayqıran po­etik duyğusu kimi təsir verir. İndi bu şeir qızı Ruqəyyənin özünə də həyat bəstəsi kimi gəlir. O, bəlkə də bu şeiri oxu­yanda atasının divarlardan boylanan şəkillərini göz yaş­ları ilə seyr edir, atasızlıq acısında bişir. Sonra da içində bir təpər, bir tab axtarır, şəhid qızı kimi vüqarlanır. 

Bu gün ad günündü, sən özün yoxsan...

24 noyabr 2023-cü il, səhər saat 6:00-dır. Qəfil gələn zəngdən hövlnak ayıldım. Zəng vuran şəxsə cavab verəndən sonra yuxum qanadlarının tozu dağılmış kəpənək kimi uçub getdi. Telefonun vatçap (whatsapp) bölməsini nəzərdən keçirtdim. Nəhayət xanım bir neçə status paylaşmışdı. Elə ilk statusa qulaq asanda dəhşətli bir sualın acı hənirtisi ilə doldum: "Bu gün ad günündü, adına qurban, bəs özün hardasan?..." Şeir o qədər təlatümlü, səs o qədər ya­nıqlı idi ki, hətta ifaçı özü də qəhər içində boğulurdu. Arxa fonda Musa və Tural qardaşlarının nura bükülmüş fotosu əks olunurdu. Bəlli oldu ki, bu gün düşmənə qan udduran tankçı Musanın doğum günüdür. Dərhal içimdə pıçıldadım: "Şəhid adına qurban, qardaş!"... 

İşdə də bu sual məni əməlli-başlı sarsıtdı: "Bu gün ad günündü, özün hardasan?..." Suala cavab vermək qeyri-müm­kündür. Hansı prizmadan söz desən övlad nisgilini da­ğıtmaq çətindir. Təsəvvür edin: stollar naz-nemətlə do­lub-daşır, xatirələr divarlardakı şəkillərlə ünsiyyətdə, ana boy­nubükük, övladlar ah-vayda - hardasan, ata?, - deyib ağ­layır, əslində, şivən qoparırlar. Buna hansı can tə­həm­mül edər? Bu acı mənzərəni gözlər öz ovqatına necə pərçim edə bilər? Çətindir. Çox çətindir. 

Musa və Turalla bağlı digər bir status ümumiyyətlə ada­mı zillətin içində boğur: qəmli musiqi, iç deşən ifa və şə­hid qardaşların məzarları üzərində pərvaz edən şeir canı yüz yerdən nifaqa bükür, parça-parça edir:

Bax şəklimə, atam-anam,

Məzar mənə yaraşırmı?

Ağlar qalıb nazlı sonam,

Məzar mənə yaraşırmı? 

Nəhayət xanımın şeirə, orada səslənən suala verdiyi ca­va­bın özündə də bir yanğı qabarır: "Məzar sizə yaraşmadı...". 

Əslində, şəhid oğullar cismən məzardadırlar, ruhən əbə­­diyyət fövqündə bərq vururlar. Bu səbəbdən, məzar on­lara yaraşmır. Çünki Vətən üçün etdikləri bir elcə, oba­ca deyil, dünyaca yüksək ənginliklərdə görünür. 

Yadımdadır, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında olarkən iki yaşlı qadın yan-yana düzülmüş qəbirlərin üzərinə gül dəstələri qoyurdu. Onlardan nisbətən daha yaş­lı olan dedi: "Şəhid şəkilləri məzarlara yaraşıq verir". Doğrudan da çöhrələri nurla dolu oğullar qəbir daşlarında çox yaraşıqlı, çox məğrur görünürlər. Bu, bəlkə də Allahın öz seçimidir; harada gözəl çöhrəli insanlar var, hamısı (ya da əksəri) şəhid olub... Musa və Turalın (da) yaraşığı göz önün­dədir; məzarlarında əks olunan şəkilləri isə daha ya­ra­şıqlı, daha fövqəldir...

(Ardı var)
Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ