Bu gün Şəhid Bayramov Cavid Azər oğlunun doğum günüdür. Cavid Bayramov 1997-ci il 29 iyunda Bakı şəhərində anadan olub. 2003-cü ildə N.Nərimanov rayonu 93 saylı tam orta məktəbdə ilk təhsilinə başlayıb, 2014-cü ildə məktəbi bitirib.
2014-cü ildə AZTU-nun nəqliyyat və loqistika fakültəsinə daxil olmuş, 2018 ci ildə oradan məzun olmuşdur. 2018-ci ilin iyun ayında həqiqi hərbi xidmətə gedib. 1 il boyunca Hərbi Hava Qüvvələrində xidmət edib. Sentyabrın 21-də könüllü olaraq Vətən müharibəsinə gedib. Fizuli-Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə iştirak etdi. Oktyabrın 7-də ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Şəhadətindən sonra Vətən uğrunda, Fizuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub...
Allah rəhmət eləsin..