2022-ci ildə Sankt-Peterburqda MDB ölkələrinin kinematoqraflarının beynəlxalq pitçinqi keçirilmişdi. Postsovet dövlətlərinin kinematoqrafları bu pitçinqdə öz layihələri ilə çıxış etmişdilər. Tanınmış kinorejissor Ali Xamrayevin “Sonuncu şahid” film layihəsi pitçinqin qaliblərindən biri olub.
“Sonuncu şahid” II Dünya müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edir. Azərbaycan kinematoqrafçıları da layihəyə qoşulub və layihə çərçivəsində Astaranın Pensər kəndində yaşayan 97 yaşlı müharibə veteran İzzət Nemətov haqqında film çəkilib.
Filmin prodüseri Nazim Hüseynov, ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyevdir. Filmin montaj prosesi Sankt-Peterburqda baş tutub.
Ümumilikdə 10-a yaxın qəhrəmanın həyatından bəhs edən film-ballada 22 iyun saat 21:00-da və 23 iyun saat 13:25-də Rusiyanın tanınmış “Kultura TV” televiziya kanalında yayımlanacaq.
Ülviyyə GÜLBABAQIZI