Bazar ertəsi günü, 09 noyabr 2026
     

BNA Bakıda ictimai nəqliyyatın xeyrinə olan 12 milyon avroluq layihəni necə pozdu? - Şirkət rəhbərindən ağır ittihamlar...

Image


“Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov son günlər Bakıda taksi və ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Şirkətin təsisçisi və baş direktoru Faiq Seyidov son illərdə ictimai nəqliyyatın işinin daha da çətinləşdiyini və bu səbəbdən əhalinin böyük hissəsinin avtobusla daşınmadan imtina etdiyini deyib:

“Bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev çıxışı zamanı ictimai nəqliyyatın əhali üçün maraqsız olması barədə fikirlər səsləndirdi. Bu fikirlər hazırda yaranmış vəziyyəti tam əks etdirir. Geridə qalan illərdə ictimai nəqliyyat sahəsində lazımi tənzimləyici tədbirlərin icra edilməməsi, infrastrukturun qurulmaması, sektorun inkişafına hər hansı dəstəyin verilməməsi hazırkı durumun yaranmasına səbəb olub”.

Faiq Seyidov şəhər nəqliyyatında həyata keçirilməsi planlaşdırılan bir sıra yeniliklərin ictimai nəqliyyatın fəaliyyəti üçün vacib olduğunu deyib: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mövcud problemlərin tədricən aradan qaldırılması üçün üzərinə həyati əhəmiyyətli vəzifələr götürüb. Hazırda Bakı şəhərinin bir sıra yollarında, xüsusilə şəhərin giriş və çıxış hissələrində avtobus zolaqlarının çəkilməsi müzakirə edilir. Bu məsələ uzun illərdir gündəmdə olsa da, tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, təəssüf ki, bu günədək təsirli mexanizmlər tətbiq edilməyib.

Şəhər nəqliyyatına yeni baxış prinsiplərinin həyata keçirilməsi ilə izolyasiyalı və ya effektiv nəzarət mexanizmlərinin tətbiq edildiyi avtobus zolaqlarının yaradılması paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, avtobusların dövriyyəsinin və daşıma sürətinin artması baxımından çox faydalı olacaq. ABŞ-nin “Cummins Motors” şirkəti ilə birgə apardığımız təhlillərin nəticəsinə görə hazırda Bakıda avtobusların orta hərəkət sürəti saatda 24 kilometrdir, hətta şəhərin mərkəzi hissələrində bu rəqəm daha da aşağı həddə düşür. Əgər zolaqlarn tətbiqi baş tutarsa, orta sürət həddi müəyyən nisbətdə artacaq. Bu da mövcud avtobuslarla daha artıq sərnişini daşımaq imkanımızın yaranması deməkdir və insanların ictimai nəqliyyata inamının bərpasına gətirib çıxaracaq.

Eyni zamanda uzun illərdir sürətin həddindən artıq aşağı olması amortizasiya xərclərimizin iki dəfə artmasına, eyni zamanda paytaxtda səs və hava kirliliyinin daha da çoxalmasına səbəb olur”.

Şirkət rəhbəri Bakı şəhərində mobilliyin təmin edilməsi istiqamətində xeyli görüləcək işlərin olduğunu deyib: “Hazırda taksi xidmətinin mövcud vəziyyəti ilə bağlı geniş müzakirələr aparılır. Son illərdə bu sahədə yol verilmiş ciddi boşluqlarn nəticəsi göz önündədir. Əlbəttə, hər kəsin daha az xərc çəkərək daha komfortlu səfər etmək istəyi var, bu, normal və kifayət qədər məntiqlidir. Lakin taksilərlə, motosikletlərlə, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən digər nəqliyyat vasitələri ilə içərisində 80-90 nəfər olan avtobus niyə eyni vaxtda tıxacda qalmalıdır? Belə olan halda insanlar təbii olaraq ictimai nəqliyyatdan imtina edir, şəxsi minik vasitələrinə yönəlir və şəhərimizdə daha acınacaqlı vəziyyət yaranır.

Təəssüf ki, tıxacların günbəgün artması ekoloji vəziyyətin pisləşməsinə, cəmiyyətdə xroniki stresə gətirib çıxarır. Bütün bunlar bir daha göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də ictimai nəqliyyat prioritet olmalıdır. İnsanlar daha az ödəniş etməklə daha qısa vaxtda və daha komfortlu səfər etmək imkanına sahib olmalıdır”.

Faiq Seyidov əlavə edib ki, son 5 il ərzində tamamilə nəzarətsiz qalmış taksi fəaliyyəti rəhbərlik etdiyi şirkətə böyük ziyan vurub: “Hər kəsin də gördüyü kimi, bir çox taksilər ictimai nəqliyyatın hərəkətinə qəsdən və ya şüursuz şəkildə böyük çətinliklər yaradır. Avtobus dayanacaqlarının zəbt edilməsi, süni tıxacların yaradılması, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsi ilə yanaşı sığortasız fəaliyyət göstərən taksilərin törətdiyi qəzalar da bizə problemlər yaradır. Təkcə 2022-ci il ərzində taksilər tərəfindən avtobuslarımıza qarşı 182 hadisə törədilmişdir ki, bu avtomobillərin də əksəriyyətinin sığortasız olması müəyyən edilmişdir”.

Hesablamalarımıza görə avtobus zolaqlarının istifadəyə verilməsi və digər tənzimləyici tədbirlər itirdiyimiz 40 faizədək sərnişinin geri qayıtmasına, avtobusların səfər dövriyyəsinin artmasına, intervalların təbii olaraq azalmasına gətirib çıxaracaq və vətəndaş məmnuniyyətini xeyli artıracaq. Paralel olaraq operator şirkətlərə dəstək tədbirlərinin həyata keçirilməsi, 2023-cü il 1 fevralından dayandırılan yanacaq subsidiyasının verilməsinin bərpası, uzun illərdir daşıyıcı şirkətlərə verilməyən uzunmüddətli müqavilələrin təqdim edilməsi təmsil etdiyimiz sektorun dirçəlməsinə və şəhərimizin lokomotiv gücünə çevrilməsinə gətirib çıxaracaq.

“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri AYNA-ya üzərinə götürdüyü məsuliyyətlərin icrasında dəstək verəcəklərini vurğulayb: “Biz beynəlxalq və yerli maliyyə qurumları ilə əməkdaşlıq edərək ölkəmizə xarici investisiyaların cəlb edilməsi, avtobus parklarının yenilənməsi məqsədilə layihələr icra edirik. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müasir avtobusların alınması və paytaxt sakinlərinin xidmətinə verilməsi məqsədilə 12 milyon avroluq müqavilə imzalamışdıq. Lakin həmin dövrdə Bakı Nəqliyyat Agentliyinin qanunvericiliyin tələbini pozaraq bizimlə uzunmüddətli müqavilə yox, qısamüddətli müqavilələr təqdim edərək, bağlamalı olduğu müqaviləni məqsədli şəkildə verməyərək süni maneələr yaratması layihənin yarımçıq dayandırılmasına, böyük maliyyə itkimizin formalaşmasına səbəb oldu.

Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyici qurumla daşıyıcı şirkət arasında “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin bağlanması tələbi müəyyən edilib. Lakin BNA tərəfindən bu  müqavilələrə çox qısa müddətlər tətbiq etməsi və sair digər qanunsuz addımları sektorun dayanıqlılığının itirməsinə, maliyyə institutları tərəfindən etimadın azalmasına və sair ciddi risklərlə qarşı-qarşıya qalmasına gətirib çıxarıb.

Bütün bu çətinliklərdən keçmiş bir şirkətin rəhbəri olaraq hazırda AYNA-nın gördüyü işləri, sektorda sağlamlaşmanın həyata keçirilməsi bizdə böyük ümid və stimul yaradır. İnanırıq ki, AYNA-nın başlatdığı bu prosesdə bizim və özəl sektorun böyük dəstəyi olacaq. Hazırda AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçiririk. Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan “OTOKAR” markalı 22 ədəd 21 metrlik elektrikmühərrikli metrobus nəqliyyat vasitəsi) istifadəyə verilməsi ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq”.

Qafqazinfo



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ