TƏBİB tərəfindən Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunun təntənəli açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, simpoziumun keçirilməsi tibb sahəsindəki yeniliklərin öyrənilməsi, xaricdə çalışan azərbaycanlı həkimlərin ölkəmizə qayıdaraq tibb müəssisələrində fəaliyyətə təşviqi, onların yerli kadrlarla nəzəri və əyani təcrübə mübadiləsi və kommunikasiyalarının artırılması baxımından səhiyyəmizə mühim töhfələr verəcək.
Qeyd edək ki, tədbirdə tanınmış həkimlər, özəl və dövlət tibb müəssisələrinin direktorları, həmçinin dövlət qurumu rəsmiləri, millət vəkilləri, media nümayəndələri iştirak ediblər.