Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Nazirliyin adındakı “Ekologiya” və “Təbii Sərvətlər” əslində bir-birindən tam fərqli sahələrdir

Image


Müstəqilliyimizə qovuşduqdan sonra ölkəmizdə bəzi nazirlik və idarələrin yaradılmasında ciddi yanılışlıqlara yol verildi. Nazirlik və idarələr,çox vaxt bir-birinə əks olan qurumları özündə birləşdirdiyinə görə əhatə etdiyi sahəyə tam adekvat olmur,nəticədə böyük bir uyğunsuzluğa  gətirib çıxarırdı. Belə qurumlardan biri də Ekologiya və Təbii Sərvətlər nazirliyidir.

Ekologiya və təbii sərvətlər,əslində bir-birindən fərqlənən tamamilə ayrı-ayrı sahələrdir. Ekologiya anamız təbiətin keşiyində dayanmalı olduğu halda,təbii sərvətlər isə yeraltı və yerüstü faydalı yataqların öyrənilməsi ilə məşğul olur,onun uçotunu aparır və s.Ölkənin iqtisadi həyatında böyük rolu olan sərvətlərlə yanaşı  təbiətin mühafizəsinə diqqət və qayğı  azalır.Ətraf mühit və onun qorunması  məsələsi ikinci yerə keçir. Əslində isə sağlamlığımız üçün daha çox təbiətin qayğısına qalmalıyıq. Məlumdur ki, ətraf mühitin korlanması daha çox təbii sərvətlərin  əldə edilməsi prosesində baş verir. Onların çıxarılması zamanı ətraf mühit xeyli çirklənir.İstismar vaxtı mədənlər ən böyük çirkab mənbələrinə çevrilir.

Vaxtı ilə  ətraf mühütün qorunması ilə əlaqədar indikilərin tamamilə unutduğu bir çox  vəzifələri  akademik Həsən Əliyevin təşəbbüsü və  yaxından iştirakı ilə yaradılmış Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti  yerinə yetirirdi.Həmin  illərdə  təbiətin mühafizəsi xalqın böyük dəstəyini qazanmışdı. Hardasa bir ağacın yarpağına toxunulduqda,yaxud da hansısa  bir qoruq heyvanının ayağına daş dəyəndə dərhal  xalqın geniş etirazına səbəb olurdu.

Bu Cəmiyyət Akademiyanın Coğrafiya  İnsitutu ilə birlikdə fəaliyyət göstərirdi.Cəmiyyətin köməyi ilə respublikada çox böyük işlər görülürdü.İndiyə kimi qalan bir çox təbiət abidələri,məhz,akademik Həsən Əliyevin xidmətləri sayəsində qorunub,saxlanılıb.Vaxtı ilə Şahbuzdakı Zorbulaqdan Naxçıvana çəkilməsi planlaşdırılan su xəttinin də qarşısı akademik Həsən  Əliyev tərəfindən alınmışdı.Ətrafdakı bitki örtüyü məhv olmasın deyə,o,buna mane olmuşdu.

Təbiətin mühafizəsini daha da gücləndirmək üçün xalq  şairi Məmməd Arazın redaktorluğu ilə "Azərbaycan Təbiəti" adlı bir dərgi də nəşr olunurdu.Ana  təbiətin hər qarışı diqqətlə izlənir,yurdumuzun flora və faunası lazımi səviyyədə  mühafizə olunurdu.İndi keçmişdəki bütün  ənənələr unudulub. "Təkcə yaranmaqla deyil, həm də qorunmaqla kamilləşən dünyamız" get-gedə  soyuqqanlı adamların qurbanına çevrilib dağılır.

Nazirliyin adının əvvəlindəki "ekologiya" sözü,sanki təbii sərvətlərin insafsızcasına istismarının  yaraşığına çevrilib. Büdcədən böyük bir maliyyə dəstəyi alan və böyük bir kollektivə malik olan nazirlik iki vəzifə arasında qalıb. Ətraf mühitin mühafizəsi ilə əlaqədar nazirlik,çox vaxt, əhalinin haray-həşirindən sonra "ayağa qalxır", məhv edilən yaşıllıqlara diqqət ayırır.Nəticədə ölkə ərazisinin əvəzolunmaz sərvəti olan meşələr və parklar məhv olur. Təəssüflər olsun ki,onu məhv edənlərə isə elə bir ciddi cəza da verilmir.

Nə yaxşı ki Mehriban xanım Əliyevanın təşəbbüsü ilə indi böyük yaşıllıqlar salınır. Onun  ,həm də yaxından dəstəyi ilə Ələt-Astara yolunun Ələtdən başlayaraq Salyana kimi uzanan  hissəsi yaşıllıq  zolağına çevrilib. Həmin yaşıllıq oradan keçənlərin ruhuna xoş əhval-ruhiyə bəxş edir, ovqatına rahatlıq gətirir..

Bir dəfə " Atatürk parkı"ndakı "Qızılgül" restoranının yanından keçirdim.Orada  rastlaşdığım mənzərəni isə heç vaxt unuda bilmirəm.Ağacları kəsib-doğramaq üçün   əlində balta və mişar tutan  adamlar restoranın yan-yörəsindəki  yaşıllıqları  doğrayırdılar.Yaxınlaşıb vəziyyətlə maraqlandım. Dəftər-kitablı  birisi dedi ki,biz Bakı Şəhəri Ekologiya idarəsindənik.Hər şeydən xəbərimiz var. Burda səliqə-sahman yaradırıq.

Doğranıb yerə səpələnən yaşıl  budaqlar ətrafdakı insanların da ovqatına duz səpirdi. Hiss olunurdu ki, bu adam müəyyən marağının müqabilində restoran sahibinin arzusuna uyğun olaraq  ağacların kəsilib atılmasına razılıq verib. İradımızı bildirdik. Nəticəsi olmadı. Məlum oldu ki,bu idarə yaşıllığı qorumaqdan daha çox onu məhv edən bir qurum kimi fəaliyyət göstərir..

Bakı şəhərinin ətraf qəsəbələrində və Abşeron rayonunda kərpic istehsalı ilə məşğul olan   zavodlar da təbiətin amansız qəniminə çevriliblər. Bu zavodların əksəriyyəti kərpic istehsalı  üçün xüsusi olaraq dövlət tərəfindən ayrılmış torpaq sahələrinə də malik deyillər. Onlar, ehtiyacları üçün istədikləri  ərazilərdə özlərinə qazıntı yei seçir,onun üstündəki yaşıllıqları məhv edirlər. Ərazilərin təhlilini aparmadan həmin yerdə karxana qurur, kərpic zavodları tikirlər .İsti kürələrdə istehsal olunan kərpiclərin qırıntılarını isə hara gəldi səpirlər. Ətrafdakı yamacların  bitki örtüyünü bu yolla məhv edirlər. Kürəxanada kərpicləri  bişirmək üçün sobalarda istifadə olunan mazutun tüstüsünü zərərsizləşdirmədən havaya buraxırlar.

Həm də sexlərdə çalışan insanların həyatlarına təhlükə yaradan  heç nəyə nəzarət edilmir. Binəqədi rayonu da daxil olmaqla Abşeron ərazisində  özbaşına metal əritməklə məşğul olan  xeyli sex var. Bu sexlər də nəzarətsiz qalır.Həmin sexlərdə əridilən metal qırıntılarından tikinti obyektləri üçün keyfiyyətsiz  armaturlar (metal çubuqlar) hazırlanır.Tikintidə dövlət nəzarətrinin zəif olması nəticəsində istifadə olunan həmin armaturların hesabına binaların istismara yararlıq keyfiyyəti də xeyli azalır.Keyfiyyətsiz armaturların satış qiyməti ucuz olduğuna görə MTK-lar onu alır və  mənzil  tikintisində istifadə edirlər.İstehsal texnologiyası standartlarına uyğun olmayan belə məhsullar binaların zəlzələyə davamlılığını əngəlləyən əsas səbəbələrdən biridir.

Bu yazıda diqqətimizi daha çox Xəzər dənizinin üzləşdiyi problemlərə, balıqçılıqla əlaqədar yaranmış acınacaqlı vəziyyətə ayırmağı lazım bildik.Deyilənə  görə, dənizdə suyun səviyyəsinin 1,5 metrdən artıq enməsi sahillərin geri çəkilməsinə, balıqların getdikcə tükənməsinə gətirib çıxarmışdır,Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru,professor  Mehman  Axundovun  mətbuat işçiləri ilə keçirdiyi konfrans və orada sadalanan problemlər  yazıya marağımızı  daha da  artırdı.

Əlbəttə,Xəzər dənizində  balıq ehtiyatlarının  getdikcə azalmasının səbəbini,ancaq iqlim dəyişkənliyinin və çaylarda suyun azalmasının üzərinə yıxmaq doğru olmaz.Bu problemlərin Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra baş verdiyi hamıya məlumdur.Sovet ittifaqı dağıldıqdan sonra Xəzər dənizinin  sahilləri  boyu sıralanan dövlətlər  arasında  bölünməsi Rusiyanı heç cürə razı sala bilməzdi.Ona görə də nadir balıq ehtiyatlarına görə dünyanın diqqətini cəlb edən Xəzər dənizini  ekoloji cəhətdən məhv etmək,onu ölü gölə çevirmək Rusiyanın əsas planlarından biri oldu.Hələ çar Rusiyası dövründə  Azərbaycan əhalisini ac qoymaq üçün fitnəkar bir siyasət yürüdülürdü.Regiona toplaşan rus hərbiçiləri əhali dolanışıq ehtiyaclarını qarşılaya bilməsin deyə , əkin-biçin yerlərini, meşələri  yandırır, mal-qaranı tələf edirdilər.Rusiyanın əsrlərdən bəri  Azərbaycana qarşı olan  ədavəti bütün sahələrdə hiss olunurdu.Onların törətdiyi  azğınlıqların miqyasını duymaq üçün  Qasım bəy Zakirin "Xəbər alsan bu vilanın əhvalın.." şeiri ilə tanışlıq kifayət edər.Elə ermənilərə olan məhəbbətləri də bizə qarşı onların  genetik nifrətlərindən qaynaqlanır.

Rusiyanın dənizi özünün  hərbi təlimlər poliqonuna çevirmək məqsədi  də  keçmişdəki münasibətlərin,bir növ davamıdır. Dağıstanın Kaspiysk şəhərində yaradılan böyük hərbi dəniz donanması hesabına Xəzər dənizi,artıq Rusiyanın hərbi təlim-məşq poliqonuna çevrilib.Sualtı və suüstü gəmilərdən  buraxılan mərmilər ,hətta uzaq Suriyanın dinc əhalisini məhv etmək üçün dənizdən oraya atılan raketlər burdakı faunanı tamamilə sıradan  çıxarıb.Keçirilən təlimlər zamanı atəş səsindən və gurultulardan diksinən balıqlar  dənizi tərk edib,əsasən Volqa çayına sığınıblar. Aramsız atəş səsləri dənizi özünə vətən seçən quşları da didərgin salıb.Balıqların dəniz sularından yoxa çıxmasının əsas  səbəblərindən biri  də  sahildə yaşayan su quşlarının yoxa  çıxmasıdır. Çünki pullu balıqlar  quşların  suya atılan  ifrazatı ilə  də qidalanırlar.Təəssüf ki  Ekologiya və təbii Sərvətlər nazirliyi bu boyda  böyük bir bəlanın  əsas səbəbinə kölgə tutur,  izah etməkdən çəkinir. Hələ də Rusiyaya  meyilli kadrların  olması  bir-çox dərdlərimizin qapalı qalmasına xidmət edir. Ona görə də dənizdə balıq ehtiyatlarının tükənməsinin əsas səbəblərindən birinin,məhz Rusiya Hərbi Dəniz Donanmasının vaxtaşırı keçirdiyi təlim-məşq atışları ilə əlaqədar olduğu gizlədilir.Xəzərdəki ekoloji böhranın beynəlxalq təşkilatlara çatdırılmaması  da  bəzi  nazirliklərimizin hələ də Rusiyanın cızdığı planla işləməsindən qaynaqlanır.Bunun da sonda Xəzər dənizi və onun faunası  üçün böyük bir faciə ilə sonuclanacağı şəksizdir.

Azərbaycanın Xəzər dənizi kimi nadir bir gölün sahilində   olması həmişə ermənilərin və  sovet rəhbərlərinin yuxusuna haram qatır.Ermənilərin əli ilə Xəzər dənizinə gətirilən kefallar  tökülən kürünü yeməklə balıqların çoxalmasını əngəlləyir.Bir vaxtlar Stalin belə bir plan irəli sürmüşdü ki,bu dənizi qurutmaq üçün Volqanın və Ural çayının sularını Qazaxstanın ucsuz-bucaqsız çöllərinə yönəltsinlər. Ancaq,bu axmaq ideya öz həllini tapmadı.

Balıqların tükənməsinin ikinci səbəbi isə dənizdə neft-qaz çıxarma prosesində yol verilən texnoloji  qüsurlardır. Min təəssüflər olsun ki, SOCAR-ın tərkibində fəaliyyət göstərən ekologiya idarəsi də üzərinə düşən vəzifələrin öhdəsindən lazımınca gələ bilmir. Onun fəaliyyəti,sanki formal xarakter daşıyır. Qum adası ilə Hövsan qəsəbəsini birləşdirən sahil suları başdan-başa mazutla örtülüdür. Həmin sahilə tez-tez yolum düşsə də  indiyə kimi suların təmizlənməsi işlərinin aparılması ilə heç vaxt rastlaşmamışam.Şəhər əhalisinin şəfa tapmaq  arzusu ilə üz tutduğu duzlu gölün ətrafında ağzı açıq qalan  radiasiya və zəhər mənbəyi olan  köhnə neft quyularının qapanmasına da əhəmiyyət verilmir.Heç nədən xəbəri olmayan əhali isə həmin quyulardan fışqıran zəhərli və radiasiyalı rodon sularında şəfalı yod-brom olduğunu zənn edib kiçik gölməçələrdə çimməklə özlərini bəlaya salırlar. Görəsən, belə təhlükələrin qarşısını almağa çalışmayan həmin qurum nə üçün yaradılıb? Yəni,bu qədər də laqeydlik olar?

Başlıca səbəblərdən biri də balıqların üzmə yollarının-oriyentasiyasının dəyişdirilməsi,təbii çoxalmanın min illərin sınağından çıxmış təcrübələrindən imtinadır. Nədir bu təcrübə?Bu təcrübə təbiəti öz axarına buraxmaqdır.

Arazın Qızılağac körfəzinə axınını bərpa etməliyik...

Diqqəti pullu balıqların çoxalmasında əsas rol oynayan Qızılağac Dövlət Təbiət Qoruğuna yönəltmək istəyirəm. Bu qoruğun ərazisi Tanrının yaratdığı nizama əsasən balıqların kürütökmə  yeridir. Əsrlər öncə Araz çayı dənizə bu körfəz vasitəsi ilə qovuşub. Kürün böyük qollarından biri olan Aqquşa çayı da bu körfəzə axır. Digər şirin sulu bir-neçə çay da var ki, bu körfəzə tökülür.

Çayların özü ilə gətirdiyi bol yem və şirin su balıqların kürü tökmək üçün buraya gəlməsinə  səbəb olur. Sonralar bu çayların çoxunun əkin yerlərinin suvarılması məqsədi ilə yataqlarının dəyişdirilməsi nəticəsində balıqların çoxalmasında körfəzin əvvəlki əhəmiyyəti azaldı. Araz çayı, hətta 1896-cı ildə təkrar yolunu dəyişib köhnə yatağı ilə yenidən Qızılağac körfəzinə tökülüb. Ancaq tezliklə qarşısı alınıb. Geniş otlaq sahələri suyun altında qaldığına, həm də bu yerlər çar Rusiyasının Azərbaycanda məskunlaşdırdığı rusların ixtiyarında olduğuna görə çayın axınını yenidən geriyə - Kür çayına yönəldiblər. Köhnə yataq isə bu gün də itməyib, qalır. Balıq artımını yüksəltmək, qoruğun əhəmiyyətini artırmaq üçün Arazı tarixi yatağına qaytara bilməsək də,heç olmasa onun suyunun yarısını körfəzə istiqamətləndirmək haqqında düşünmək lazımdır. Göyçə gölündə suyun azalmasını görən ermənilər, çayları hətta yeraltı tunellərlə oraya yönəltdilər. Biz burdan-bura Arazın köhnə yatağına bir arx belə aça bilmirik.

Sovet təsərrüfat sistemi nəticəsində məcraları dağıdılmış çayları, digər su mənbələrini arayıb -axtarmaq, təbiətimizi bərpa etmək Vətəni qorumaq qədər müqəddəsdir. Çünki itirilmiş bir çay məcrası o axar boyunca özünə yaşam yeri seçmiş xeyli faunanın və bitki örtüyünün itirilməsi deməkdir.

Sovet təsərrüfat sisteminin məhv etdiyi təbii sərvətlərimiz az olmayıb. Sehri, səfası ilə könülləri fəth edən əzəmətli Sultanbud meşələrinin məhv edilməsi də həmin dövrdən qalan bəlalardandır. Qarabağda əraziləri pambıq tarlasına çevirmək üçün hər şeyi dağdırdılar. Çar Rusiyası dövründə də ərazilərimizin düzənini pozur, strateji məqsədləri üçün ərazilərdə müxtəlif arxlar qazırdılar. Vaxtı ilə yerin-yurdun qazılıb xaraba qoyulduğu həmin yerlər indi xalqın yaddaşında "gavur arxları" kimi qalıb..

Körfəzin şirin su ehtiyatını saxlamaq, bu yerlərə köçüb gələn quşların daha da yaxşı qışlaması üçün 1929-cu ildə Qızılağac körfəzində Dövlət Təbiət Qoruğu yaradıldı. Qoruğun ərazisində suyun toplanması üçün körfəzlə dəniz arasında bənd tikildi. Həmin bənd isə balıqların körfəzə daxil olmasına ciddi mane yaratdı.

Balıqların qidalanması və kürü tökməsi üçün bu qoruğun ərazisində hər cür imkan və bitki örtüyü vardır. Qoruğun ərazisi 88,4 min hektardır. Əsas ərazisini Kür-Araz ovalığı və Salyan düzü təşkil edir. Böyük Qızılağac körfəzinin müəyyən hissəsi isə Lənkəran ovalılğına düşür. Qoruğ ərazisinin çox hissəsi Masallı və Neftçala rayonlarının ərazilərində yerləşir. Xəzər dənizi sahilinin cənub-qərbində köçəri, su, bataqlıq və çöl quşlarının qorunması, artırılması məqsədi ilə yaransa da, Qoruq balıqların çoxalmasında da müstəsna rol oynamalı idi. Ancaq, Qoruğu yaradarkən sovet ixtioloqları böyük səhvə yol verdilər. Onlar mart ayından başlayaraq kürü tökmək üçün təbii instinkt yaddaşları ilə buraya-körfəzə üz tutan balıqları zorla öz arzuladıqları formaya salmağa çalışdılar. Min illərlə bu yerlərə üzüb gələn balıqları, bir növ çaşdırır, xüsusi torlarla tutub qoruqdakı gölə buraxırdılar. Bu isə heç də uğurlu olmurdu. Balıqçılar böyük tral torları ilə tutduqları balığın həmişə hamısını gölə tökmürdülər. Onlar brakonyerlik edirdilər. O zamanların partiya və digər sahə rəhbərləri varlanmaq və böyük məbləğdə pul toplamaqdan ötrü gözlərini bu vətəgəyə dikmişdilər. Hər gün tutulan tonlarla balıq gizli yollarla satılır, əldə edilən  pullar onların arasında bölüşdürülürdü. Qoruğun "yegeri" vəzifəsinə rüşvət verib keçənlər, verdikləri rüşvətin yerini doldurmaq üçün, həm balıq alveri edir, həm də quş ovlamaqla məşğul olurdular.

Göldəki suyun səviyyəsini ətrafdakı dövlət təsərrüfatlarında saxlanan mal-qaranın Qoruqdakı otlaqlardan istifadəsinə görə müəyyən vaxtdan sonra dənizə axıdıb aşağı salırdılar.

Bəndlərdə quraşdırılan qapılardan dənizə su yolu açırdılar. Bu su yolu açılan zaman dənizdəki balıqların müəyyən qismi gölə daxil ola bilirdi.

Balıq körpələrinin yetişməsində gölün şirin suyu və landşafı mühüm rol oynayırdı. Bəzən elə olurdu ki, maneəni dəf etmək üçün balıqlar, hətta sudan havaya tullanırdılar. Havaya tullanan balıqlar isə enli bəndi adlayıb gölə çata  bilmir, torpağın üzərinə düşüb çabalayırdılar..

..İndi bu nizamdan heç bir əsər-əlamət qalmayıb. Balıqların çoxalmasının əvəzində, indi icazə sənədi alan və bu sənədlə olan-qalan balıqları da məhv edən ovçuların sayı artıb. Ovçular daha çox Çin istehsalı olan sintetik torlardan istifadə edirlər ki,bu da tora ilişən balıqların parçalanıb dənizə dağılmasına səbəb olur. Balıqçılar onlara nəzarət edən qurum əməkdaşlarının, polis, sərhəd xidməti və ekologiya müfəttişlərinin qazanc yerinə çevriliblər. Ovlanan balıqlar hesabına əldə edilən gəlirlər onların arasında bölünür. Balıqların və quşların çoxalmasında, yaxud da onların qorunmasında hansısa bir real fəaliyyət nəzərə çarpmır.

Qoruğun ərazisi qışda buraya qışlamağa gələn quşların məhv edilməsi üçün ovçuların, yayda da  zəli toplayanların oylağına çevrilib. Bu yerlərə uçub gələn hər bir quşa hardasa on-on beş ovçu düşür..

Ölkə iqtisadiyyatını gücləndirmək üçün balıqçılıq da əhəmiyyət daşıya bilər.Azərbaycan  Demokratik Cümhuriyyəti dövründə də bu sahəyə xüsusi diqqət ayrılıb. Cümhuriyyət dövründən qabaq, 1914-cü ildə bu sahədə 40 mindən çox fəhlə çalışıb. Xəzər dənizi, Kür və Araz çaylarında, Göyçə gölündə qurulan vətəgələrdə böyük miqdarda balıq ovlanaraq xarici ölkələrə də ixrac edilib. (mənbə: Məhəmmədhəsən Vəlili, "Azərbaycan, coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat". Azərnəşr, 1993-cü il.) Balıqçılıq və balıq ovlanması nəticəsdində xeyli gəlirlər əldə edilib. Elə sovet dövründə də Azərbaycan balıq məhsullarının istehsalında fərqlənən respublikalardan biri idi. Bu gün isə bu sahə tamamilə zəifləmişdir. Nərə balıqlarının artırılması üçün vətəgələrin fəallığı azalmışdır. Yetişdirilən nərə körpələrinin dənizə buraxıldıqdan sonra  ovlanmasının qarşısı alınmır. Hazırda Xəzərin Abşeron sahillərində balıqçılar iki kiloqramlıq nərə körpələrini də ovlayırlar. Şadlıq evlərində və restoranlarda qorxusuz-hürküsüz həmin körpə balıqları bişirib süfrəyə qoyurlar. Bu sahədə nəzarət ciddiləşdirilməsə balıqyetişdiməyə qoyulan pullar da havaya sovrulacaq...

Tükənmiş ehtiyatların bərpası təbiətin mühafizəsini ciddi surətdə gücləndirməyi tələb edir. Ən yaxşı mühafizə ictimai nəzarətdir. Yaxşı olar ki,məktəblərdə də təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirici dərs saatları yaradılsın, "Azərbaycan təbiəti" jurnalının nəşri yenidən bərpa  olunsun. Təbii sərvətlər və ekologiyanı bir-birindən ayırmaqla, bəlkə də hər iki sahə üzrə vəzifələrin icrasında uğur əldə etmək olar. Ekologiyaya aid bir idarə yaratmaq, onu ətraf mühitin mühafizəsi üzrə formalaşdırmaq olduqca vacibdir. Ancaq bu yolla təbiətimizə sahib çıxa bilərik. Həm də sahə mütəxəssislərə etibar edilməlidir. Təbiətin mühafizəsi bu gün daha çox aktualdır. Bu sahəyə vətənpərvər bioloqlar, təbiət elmləri üzrə alimlər cəlb edilməlidir.

Ədalət TEYMUROV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ