Bazar günü günü, 08 noyabr 2026
     

Avroittifaq komissarının Brüsseldə Paşinyana verdiyi iki “Qarabağ məsləhəti” indi açılır - Ermənistan növbəti diplomatik zərbəni ABŞ-da almaqdan çəkinir...

Image


Məlum olduğu kimi, bu günlərdə ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib. Azərbaycan tərəfinin açıqlamalarından belə bəlli olur ki, rəsmi Bakı növbəti Qarabağ danışıqlarının ABŞ-da keçrilməsində hansısa problem görmür və buna hazırdır. Ermənistana gəlincə, burada verilən açıqlamalar prosesdən İrəvanın narahatlıq keçirdiyini deməyə əsas verir.  

Bununla bağlı “Lragir” qəzeti yazır ki, əslində, İrəvan indi təkcə Rusiya yox, Qərb cəbhəsində də Qarabağ məsələsində Azərbaycana uduzduğu üçün  belə narahat mövqe nümayiş etdirir.  Qəzet xatırladır ki, Qafqaza marağı getdikcə artan Avropa İttifaqı da Ermənistanın mövqeyini qəbul etmir. Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakını rədd edib.
Danışıqlara yaxın mənbə qəzetə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan mart ayının əvvəlində Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini ilə görüşüb. Görüş zamanı Moqerini Paşinyanın separatçıların danışıqlarda tərəf olması təklifinə qəti etiraz edib. Qəzet yazır ki, ali komissar Ermənistanın baş nazirinə Azərbaycan Prezidenti ilə danışıqları nəticələrini açıqlamamağı və separatçıların danışıqlar prosesinə qoşulması çağırışları etməməyi tövsiyə edib. Nikol Paşinyan da bu tələblərlə razılaşıb. Qeyd olunur ki, ABŞ da eyni mövqedən çıxış edir və bu da beynəlxalq arenada Azərbaycanın maraqlarının daha yaxşı təmin edilməsinin nəticəsidir. Məhz bu səbəbdən İrəvanın ABŞ danışıqlarına elə də isti yanaşmadığı vurğulanır.  Elə rusiyalı ekspert Qriqori Trofimçuk da məsələyə eyni prizmadan yanaşır. Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda təklifini şərh edərkən ekspert vurğulayıb ki, Qarabağ problemi Ağ Evdə heç vaxt unudulmayıb.

Ekspertin sözlərinə görə, ABŞ-da bu münaqişəyə yalnız ATƏT-in Minsk Qrupunun həmsədri Endryu Şeferin formal işi çərçivəsində baxılmır: “Mən uzun müddətdir deyirəm ki, ABŞ Qarabağın statusu ilə birbaşa məşğul olmaq istəyir. Hələ İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən öncə ABŞ ərazisində Qarabağ görüşünün keçirilməsi planlaşdırılırdı. Ancaq Avstriya, məncə, Moskvanı boşuna əsəbiləşdirməmək üçün seçildi. Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşünün ABŞ ərazisində keçirilməsi çox böyük siqnal olardı. Bundan sonra Moskva tərəflərə münaqişənin həllində rolunu xatırlatmaq üçün Rusiya, Azərbaycan və Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri səviyyəsində dərhal görüş keçirdi. İndi də ABŞ nazirlər səviyyəsində görüş təklif edərək, öz varlığını vurğulayır”. Politoloqun fikrincə, bununla da ABŞ Rusiyaya Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu göstərir: “Xüsusilə də erməni tərəfini təmsil edən kəsin Sarkisyan deyil, ilk gündən Qarabağ məsələsinə diqqət ayıran Paşinyan olduğu bir zamanda... Həm də Paşinyanın danışıqlar başladıqdan sonra dəyişən bəyanatlarına nə Şefer, nə də Vaşinqton diqqət yetirir. Beləliklə, bu məsələ ilə bağlı İrəvan və Vaşinqton arasında bəzi razılaşmaların mövcud olduğunu düşünürəm”.

Maraqlıdır ki, elə Ermənistanda da hesab edirlər ki, məhz Paşinyanın gəlişindən sonra İrəvan Qarabağ məsələsində beynəlxalq arenada daha zəif mövqe nümayiş etdirir. Məsələn, Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirir ki, Nikol Paşinyan siyasi və dövlət xadimi kimi Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyandan geridə qalır. Şarmazanov Paşinyanın öz ideologiyası olmadığı halda ölkənin lideri ola bilməyəcəyinə inandığını deyib: “Məsələn, mən daim erməni parlamentinin sədr müavini olmuş Vahan Ovhanisyandan, Artaşes Tumanyandan, Yuri Baxşyandan, Albert Bazeyandan və Tiqran Torosyandan öyrənməyə çalışmışam. Mən onların səviyyəsinə çatmağa cəhd etmişəm. Qarabağ hərəkatı ilə əlaqəsi olmayan Nikol Paşinyan isə, əvvəlkilərdən fərqli olaraq, həyatı boyunca hər hansı ümummilli, ümumi dövlət işi görməyib. Ona görə də gəlib öz “dump-dump” inqilabını Sərdarabad və Qarabağ döyüşlərinə bərabər tutmaq istəyir”.
Şarmazanov həmçinin qeyd edib ki, Nikol Paşinyan tərəfindən Vazgen Sarkisyanın 60 illiyinin təbrik edilməməsi anlaşılmazdır: “Təbrik məktubu olmayıb, siz eşitmisiz? Elə təəssürat yaranır ki, Baş nazir Nikol Paşinyan, Levon Ter-Petrosyan, Köçəryan, Serj Sarkisyan, Baqratyan, Edvard Nalbandyan, Vazgen Sarkisyan səviyyəsinə çatmağa cəhd etmək əvəzinə Qarabağ hərəkatını zəiflətməyə çalışır. Bu gün Qarabağ döyüşçüləri həbs edilib, bu biabırçılıqdır. Köçəryanın həbs edilməsi, Sarkisyanın istefa verməsi Azərbaycanda belə şok yaradıb. Belə vəziyyətdə Qarabağ məsələsində bizim daha zəif mövqedə olmamız bəlkə də təbii xarakter daşıyır”. Onun sözlərinə görə, yaranmış durumda Azərbaycan beynəlxalq miqyasda mövqelərini durmadan gücləndirir və bu da Qarabağ münaqişəsinin gedişinə mütləq mənada öz təsirini göstərəcək.

Ümumiyyətlə, Bakı tərəfindən həyata keçirilən uğurlu xarici siyasət dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarının Qarabağ məsələsində ölkəmizə daha çox dəstək verməsi ilə müşayiət olunur. Məhz yürüdülən düşünülmüş siyasətin nəticəsidir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin maraqlarına cavab verən çoxsaylı sənədlər qəbul edilib. Bütün bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli əsas yer tutur. İndinin özündə də Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini uğurla davam etdirir. Bu fonda ölkəmizin birmənalı mövqeyi ondan ibarətdir ki, Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Burada ona da xüsusi diqqət yetrilir ki,  Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu durumda işğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti dərinləşir.  Azərbaycan Ermənistanı təcrid vəziyyətində saxlayır, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələri bu ölkədən yan keçir. Belə vəziyyətdə iqtisadi durumu daha da pisləşən təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə də uduzmaqda davam edir.

Ümumiyyətlə, işğlaçı ölkə yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Məhz bu durumda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşünün Vaşinqtonda keçirilməsi məsələsi İrəvanda böyük təlaş yaradır. Burada hesab edirlər ki, Azərbaycan Ermənistana növbəti diplomatik zərbəni bu dəfə Vaşinqtonda endirəcək. Avropa İttifaqından sonda İrəvanın Vaşinqtonda daha bir zərbə alması Ermənistanın Qərbdə mövqelərinin əhəmiyyətli dərəcədə sarsılması deməkdir.  Bu həm də Dağlıq Qarabağ məsələsində Azərbaycanın qətiyyətli mövqeyinin növbəti nümayişi sayılır. Belə vəziyyət həm də onun göstəricisi sayılır ki, Ermənistanın və erməni lobbisinin Qarabağ məsələsində beynəlxalq miqyasda baş verən hadisələrə təsiri getdikcə azalır. Əvəzində düşmən ölkədə belə çoxları yazşı başa düşür ki, Ermənistan Azərbaycan, eləcə də Türkiyə ilə problemlərini həll etməyənədək ölkənin beynəlxalq münasibətlərdə ciddi və konstruktiv irəliləyişini gözləməyə dəyməz. İndiki durum isə İrəvanın xarici siyasətini tam iflic vəziyyətinə gətirərək ölkəni seçim imkanlarından məhrum edir. Burada diqqət həm də ona yönəlir ki, yaranmış vəziyyətdə Ermənistanın Qarabağ məsələsində status-kvonu saxlamaq cəhdləri yeni savaşı alovlandıra və beləliklə, Ermənistanı daha böyük problemlər məngənəsinə sala bilər. Bunu Qarabağ münaqişəsinin nizamlanması üzrə indiki danışıqlar prosesinin perespektivlərini qiymətləndirərkən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Aleksandr Skakov da istisna etmir. O, Ermənistanın “168.am” saytına müsahibəsində bu xüsusda bildirib: “Tərəflər ilk təmaslardan etibarən münaqişənin nizamlanması məqəsdilə dialoqa başlanmasına hazırlıq nümayiş etdirdiklərinə görə itələmə prosesi gedir. Bu dialoq başlayıb və davam edir. Lakin fikrimcə, münaqişənin nizamlanması ilə bütün bunların hər hansı bir əlaqəsi yoxdur. Hazırda baş verənlər, heç olmasa, təmas xəttində sakitliyin qorunmasına, Dağlıq Qarabağ münaqişə zonasında müharibənin başlanması ehtimalının daha az olmasına yönəlib”. Onun sözlərinə görə, humanitar layihələr davam etməkdə olduğu müddətdə tərəflərin indiki mövqeyi halında təmas xəttində vəziyyət sakit olacaq. Lakin bu, müvəqqəti xarakter daşıyır və istənilən məqamda dayanaraq, toqquşmaların digər dalğası baş verə bilər. “Bu mövqelər mövcud olduğu halda nizamlama prosesini nə gözləyir”, deyə səsləndirilən suala Skakov belə cavab verib: “Gələcəkdə müharibənin yenidən başlaması perspektivi var. Hazırda, dediyim kimi, təmas xəttini sakit saxlayan, davam edən başqa proses olduğuna görə bu baş vermir. Lakin bu proses dayana bilər. Belə olan halda qarşılıqlı güzəşt istəyi mühiti olmadığına görə müharibənin başlama ehtimalı artacaq. Ancaq aydındır ki, bu müharibədə üstünlük də Azərbaycan tərəfdə olacaq. Çünki Azərbaycan iqtisadi, hərbi, diplomatik sahədə mövqelərini ötən illər ərzində xeyli gücləndirib. Ermənistan bunu nəzərə alıb, məsələni danışıqlar yolu ilə həll etməyə çalışmalıdır”. Məsələnin sülh müstəvisində həlli üçün isə Azərbaycan Ermənistana, hələ ki, şans verib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ