Bazar günü günü, 08 noyabr 2026
     

Minsk Qrupu həmsədrlərinin işində tarixi kulminasiya - Əliyev diplomatiyası Paşinyanın Qarabağ siyasətini məhv etdi

Image


ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatla çıxış ediblər.

ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanat Ermənistanın indiki hakimiyyətinin bir ilə yaxındır danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Belə ki, həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən, o cümlədən aktiv hərbi əməliyyatları bərpa etmək çağırışlarından çəkinməyə çağırır. Məlumdur ki, həmsədrlərin bəyanatındakı bu hissə məhz Nikol Paşinyanın populist çıxışlarına cavab xarakteri daşıyır. Ermənistana açıq şəkildə bildirilir ki, erməni baş nazirin tez-tez gündəmə gətirdiyi format dəyişikliyi məsələsi heç müzakirə mövzusu belə ola bilməz. Bəyanatda aydın şəkildə vurğulanır ki, digər tərəfin razılığı olmadan format məsələsi müzakirə belə edilə bilməz. Digər tərəf kimi, təbiidir ki, Azərbaycan nəzərdə tutulur və ölkəmiz hər zaman bu tələbin mümkünsüzlüyünü vurğulayıb. Danışıqlar prosesində ilkin şərtlərin də məhz Ermənistan tərəfindən irəli sürüldüyünü nəzərə alsaq, həmsədrlərin son bəyanatını həm də Paşinyana yönəlmiş bir ciddi xəbərdarlıq olaraq da qəbul edə bilərik. Cünki hakimiyyətə gələn gündən məhz Nikol Paşinyan ilkin şərtlər irəli sürüb və daha çox da danışıqlar formatının dəyişilməsinin zəruriliyini vurğulayırdı. Bu, Nikol Paşinyanın hakimiyyətə gələndən bəri Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinin əsas müddəası idi. İndi isə həmsədrlər onun nəzərinə çatdırır ki, danışıqlar ancaq indiki format çərçivəsində aparılmalıdır və danışıqların aparılması üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir. Bəyanatda həmçinin bildirilir ki, Minsk Qrupu formatında nizamlama prosesinin mahiyyətinə dair bu yaxınlarda səslənən bəzi ziddiyətli publik bəyanatlara istinad edərək həmsədrlər təsdiq edir ki, ədalətli və qəti nizamlama Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiq etməməyə və ya güc tətbiqi ilə hədələməməyə, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməsinə əsaslanmalıdır: «Bura həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər də daxildir, o cümlədən: Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyinə və özünü idarə etməsinə təminat verən araqlıq statusu, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz, Dağlıq Qarabağın gələcək hüquqi statusunun iradənin hüquqi mütləq ifadə edilməsi (referendum) yolu ilə müəyyən olunması, bütün qaçqın və məcburi köçkün şəxslərin öz yaşayış yerlərinə geri qayıtması, sülhməramlı əməliyyatları da özündə birləşdirən beynəlxalq təhlükəsizlik təminatı”. Göründüyü kimi, bəyanatda konkret olaraq vurğulanır ki, gələcək danışıqların əsas mövzularından birini də işğal altındakı torpaqların azad edilməsi təşkil edəcək. Bu tələbi haqlı olaraq daima Azərbaycan irəli sürüb. Ancaq son zamanlar Ermənistan rəsmiləri hər hansı ərazilərin qaytarılmasının söhbət mövzusu belə ola bilməyəcəyinə dair bəyanatlar verirdilər. Bu da onu deməyə əsas verir ki, növbəti rəsmi danışıqlarda masanın üzərində konkret yol xəritəsi olacaq və Ermənistan müxtəlif bəhanələrlə prosesdən yayına bilməyəcək. Başqa sözlə ifadə etsək, gündəmsiz danışıqlar olmayacaq. Paşinyan indiyə qədər baş tutan danışıqları gündəmsiz adlandırırdığı üçün həmin termin məhz ona məxsusdur. Həmsədrlərin bəyanatına hələlik Ermənistanın münasibəti məlum deyil. Ancaq Paşinyan Strasburqa səfəri öncəsi və orda səfərdə olarkən bildirmişdi ki, Azərbaycan prezidenti ilə qarşıdakı görüşündə danışıqlar formatının dəyişdirilməsini müzakirə edəcək. Onun bu mövqeyinə isə elə Strasburqun özündən sərt təpki gəlmişdi. AB-nin bir neçə komissarı danışıqlar formatının dəyişməsinin mümkünsüzlüyünü xüsusi olaraq Paşinyanın nəzərinə çatdırmışdılar. Bununla da məlum olur ki, Avropa İttifaqının yüksək rəsmilərinin ardınca həmsədrlər də Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilə bilinməyəcəyini vurğulayır. Bəyanat Ermənistanın populist siyasətinin uğursuzluğunun növbəti nümunəsi, Azərbaycan diplomatiysaının isə parlaq qələbəsi sayıla bilər. Həmsədrlər həm də danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad edirlər. Helsinki Yekun Aktına görə, xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünə zidd ola bilməz. Bu müddəa da Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşünə dair bəyanatını şərh edib. XİN-in mətbuat xidmətinin məlumatına əsasən, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüşünə dair təklifləri olub: “Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub”. Məlumatda qeyd olunur ki, Minsk Qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır: “Biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”. Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur: “Dağlıq Qarabağın statusuna gəldikdə isə, bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Məhz bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir”. Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə, bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludur”. Nikol Paşinyanla İlham Əliyevin razılaşdırılmış ilk rəsmi danışıqlarının yeri və vaxtı hələlik açıqlanmayıb. Hələ ki, Ermənistanın həmsədrlərin son bəyanatına rəsmi mövqeyi də açıqlanmayıb. Hazırkı situasiyada Ermənistan iki yoldan birini seçməlidir. Ya həmsədrlərin təklif etdiyi cədvəl üzrə danışıqlara qatılmalı, ya da ondan imtina etməlidir. Ermənistanın hansı qərarı verəcəyindən asılı olmayaraq, yaranmış real vəziyyəti Azərbaycan diplomatiyasının parlaq qələbəsi saymaq olar.

Məhəmmədəli QƏRİBLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ