Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyanın tam Avropa fiaskosu… Ali komissarlar “inqilabçı lideri” açıqca məyus etdilər... Format dəyişməyəcək, status-kvo dəyişəcək, ilkin şərt olmayacaq...

Image


İşğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesini pozmağa çalışması təkcə Azərbaycan yox, artıq beynəlxalq miqyasda da ciddi narazılıq yaradır. Bu hal, xüsusən İrəvanın zəbt edilmiş ərazilərdə yaradılan separatçı rejimi danışıqlara tərəf kimi cəlb etmək niyyəti fonunda özünü qabarıq göstərir.

Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, İrəvanın bu niyyətinin həyata keçməsi mümkün deyil və birbaşa sülh danışıqlarının pozulmasına yönəlib. ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qarabağ  münaqişəsinin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəfdir. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Ermənistanın baş naziri ilə aralarında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlət başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və İrəvanın danışıqlar prosesini pozmağa çalışdığını da bildirib. Aydındır ki, İrəvanın belə cəhdləri Qarabağ məsələsinin hərb müstəvisində çözümünü qaçılmaz edir. İndiki məqamda isə beynəlxalq ictimaiyyət savaşın əleyhinədir. Məhz bu səbəbdən İrəvanın danışıqlar formatı ilə bağlı absurd təklifləri düynada da qəbul edilmir və burada Bakının fəal diplomatiyası öz bəhrəsini verir. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə rəsmi səfəri fonunda üzləşdiyi fiasko da bunu aydın surətdə nümayiş etdirir.

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə Nikol Paşinyanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında tam açıq mətnlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqların formatı dəyişməməlidir. Qeyd edək ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirəcəkləri ilk rəsmi görüşlərində həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını müzakirə edəcəklərini və Qarabağ separatçılarının da tərəf kimi danışıqlar prosesində iştirakının vacibliyini vurğulayıb. Lakin Avropa İttifaqı rəsmisi onun bu bəyanatı ilə razılaşmayıb və hansısa yeni formatın icad edilməsinə ehtiyac olmadığını bildirib: “Düşünürəm ki, yeni format yaratmaq yox, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlərin müzakirə edildiyi mövcud danışıqlar formatının qorunub saxlanması vacibdir. Ermənistanın baş naziri Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan arasında xarici işlər nazirləri və liderlər səviyyəsində danışıqlar baş tutub və bunun özü nizamlanmaya doğru müsbət irəliləyişdir. Münaqişənin həllində Avropa İttifaqının dəstəyinə gəlincə isə, biz etimadın qurulması tədbirlərini və bütövlükdə regionda, xalqlar arasında əməkdaşlığı dəstəkləyə bilərik. Bunun üçün müəyyən imkanlar var. Təbii ki, bu, vaxt aparan prosesdir. Amma mövcud durum regional vəziyyətin yaxşılaşdırılması üçün əlverişli deyil və biz yalnız münaqişə tərəflərinin xahişi əsasında köməyimizi göstərə bilərik. Çünki bu məsələnin necə yoluna qoyula biləcəyini, necə həll olunacağını onlar bilir”. 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinə olduğunu açıqlayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunan xəbərdə deyilir ki, Mogerini və Paşinyan bu yaxınlarda Ermənistan və Azərbaycan arasında təmaslar fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər: "Federika Mogerini Nikol Paşinyanın münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir". Bu da o deməkdir ki, Federika Mogerini də separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı Paşinyanın istəklərini rədd edir.

Ekspertlər bildirir ki, belə vəziyyət, faktiki olaraq, Paşinyanın Brüssel səfərinin Qarabağla bağlı məqamlarının iflasa uğraması deməkdir. Burada onu da xatırladaq ki, ümumiyyətlə, Qarabağ məsələsində Avropa İttifaqının mövqeyi Azərbaycanın maraqlarına tam cavab verir. Avropa İttifaqının Brüsseldə keçirilən sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamədə də qurum bu xüsusda konkret mövqe sərgiləyib. Həmin vaxt Ermənistanın  çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Birgə Bəyannamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Bu səbəbdəndir ki, Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilir. Bunun ardınca Avropa İttifaqının Qarabağ danışıqlarında mövcud formatın saxlanmasının vaciblyini birbaşa Paşinyanın diqqətinə çatdırması isə İrəvan üçün növbəti diplomatik zərbə sayılır.

Aydındır ki, İrəvanın qeyri-konstruktiv mövqedə qalmaq cəhdləri davam edərsə, bu hal Avropa İttifaqı tərəfindən də qəbul edilməyəcək. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, belə hal yeni Qarabağ savaşını da qaçılmaz edir. Məsələnin bu tərəfinə toxunan sabiq dövlət müşaviri Qabil Hüseynli də bildirir ki, erməni tərəfi real sülh danışıqlarına əl yeri qoymur: “Düzdür, bütün hallarda tərəflər arasında danışıqların başlaması müsbət haldır. Çünki bütün müharibələrin sonu danışıqlarla nəticələnir. Düzdür, Bakının yeni görüşə razılıq verməsi danışıqlara ümid etdiyi anlamına gəlmir. Azərbaycan bununla dünya ictimai rəyinə və beynəlxalq aləmə bir daha substantiv və nəticəli danışıqlara, regionda sülhün bərpası üçün əlindən gələni etməyə hazır olduğunu sübut etdi. Bakı haqlı olaraq İrəvandan da birmənalı bunu tələb edir və sonuncu dəfə İrəvanın nəbzini yoxlamağa hazırlaşır. Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran əsas strateji məqsədləri birmənalı surətdə müəyyən edib. Bu, ilk növbədə Qarabağ məsələsinin həlli və Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyətin verilməsidir. Bu fonda Ermənistanın növbəti sərsəmləmələri qəti rədd ediləcək. İrəvan bilməlidir ki, Bakı məsələnin, sülhlə yanaşı, hərbi yolla da həllinə hazırdır. Bunu isə Ermənistanın növbəti görüşdəki davranışı müəyyən edəcək. İrəvan danışıqlarda vaxt udmaq taktikasına davam edərsə, Bakı bu süni oyunlara birdəfəlik son qoyacaq və problemin lazımı şəkildə həllinə start verəcək. Bu mənada, düşünürəm ki, Paşinyan Bakının ona verdiyi sonuncu şansdan istifadə etməyi bacarmalıdır”.

Baş verənləri şərh edən erməni mediası isə hərbi müstəvidə Azərbaycana uduzduqlarını etiraf etməklə yanaşı, diplomatiya sahəsində də alınan zərbələrin artdığını bildirir. Elə Paşinyanın Avropada Qarabağ məsələsində üzləşdiyi fiasko bunun real təsdiqi sayılır. Ermənistanın "168.jam" nəşri bu xüsusda yazır: "Nikol Paşinyanın hökuməti hər fürsətdə cəmiyyəti xarici aləmlə münasibətlərin parlaq olduğuna inandırmağa çalışsa da, heç də hər şey göründüyü kimi deyil. Avropa İttifaqı-Ermənistan münasibətləri, Ermənistan-NATO əməkdaşlığı bunun təsdiqidir. Paşinyanın istəklərinə baxmayaraq, Avropa Qarabağ sülh danışıqlarında indiki formatın dəyişməsinin əleyhinə çıxdı. Bununla Paşinyan daha bir zərbə almış oldu. Ümumiyyətlə, Qərb təsisatları ilə əməkdaşlıq heç də nəzərdə tutluduğu kimi getmir.  Məsələn.  Ermənistan-NATO gələcək əməkdaşlığı təhlükə altındadır. Eləcə də, yeni inqilabçı hakimiyyətin iddia etməsinə baxmayaraq, rus-erməni münasibətləri öz axarına düşmür. Bunun məntiqi nəticəsi olaraq Ermənistan hökuməti Avropa və NATO qurumları ilə əməkdaşlığı lazımi səviyyədə qura bilmir.
Faktiki olaraq, Avropa İttifaqı-Ermənistan müqaviləsinin tətbiqi və təsdiqlənməsinin yerində sayması bunun cəmi bir hissəsidir. Etibarlı mənbələrin verdiyi məlumata görə, NATO ilə münasibətlərdəki problemlər daha ciddidir. Güman ki, prosesə hökumət administrasiyası və ya Xarici İşlər Nazirliyi tərəfindən maneçilik törədilir. Bu qurumlar, xüsusilə KTMT ilə əlaqədar inkişaf proseslərini, Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə rəsmi görüşünün hələ də baş tutmadığını nəzərə alaraq, Rusiya ilə qeyri-müəyyənlik səbəbindən diqqətli davranmağa çalışır. Onlar elə diqqətli davranmağa çalışır ki, hətta Rusiyanın narazılığından yayınmaq üçün NATO ilə əməkdaşlığı genişləndirməkdən də çəkinirlər. Avropa İttifaqı ilə də münasibətlər istənilən həddə deyil. Əksinə, heç Paşinyandan əvvəlki hakimiyyətin qurduğu münasibətlər səviyyəsinə də çatmır. Bu fonda NATO və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın mövqeyini Qarabağ məsələsinəd açıq dəstəkləməsi məntiqi xarakter daşıyır. Ermənistan bu cəbhələrdə Azərbaycandan çox geridə qalır".

“Past” qəzeti də yazır ki, Avropa İttifaqının Azərbaycan və Ermənistana yanaşması fərqlidir. Qəzet yazır ki, məhz bu səbəbdən Nikol Paşinyanın Brüssel səfəri gözləniləndən daha monoton keçdi. Qeyd edilir  ki, Ermənistan tərəfinin təşəbbüsü ilə gerçəkləşən səfərin vaxtı düzgün seçilməyib. Çünki Avropanın siyasi elitası may seçkisinə, yəni Avropa Parlamenti seçkisinə  hazırlaşır. Həmçinin bildirilir ki, Paşinyanın soyuq qarşılanmasına səbəb onun atdığı addımlardır: “Keçən ilin iyunundakı Brüssel səfəri, inqilabın təzə olması da nəzərə alınarsa, kifayət qədər uğurlu sayıla bilərdi. İnqilabdan 9 ay sonra isə Avropa məmurları arasında bir qədər soyuqluq və narahatlıq hökm sürür. Narahatlığa səbəb isə Paşinyanın Avropa İttifaqı və Ermənistan arasındakı razılaşmanı reallaşdırması üçün hansısa vacib addım atmasının müşahidə olunmamasıdır. Digər tərəfdən, Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinin uzanmasından da narazıdır. Halbuki, Paşinyan yeni-yeni hakimiyyətə gələndə gözləntilər başqa idi”. Bütün bunlar bir daha Paşinyanın Avropada ciddi fiasko ilə üzləşdiyini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ