Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağ münaqişəsinin həllində gələn il üçün mühüm dəyişikliklərə hazırlıq gedir

Image


Başa çatmaqda olan ilin yekunları çox aydın şəkildə göstərir ki, Azərbaycan ötən dövr ərzində bütün istiqamətlər üzrə mövqelərini daha güclü hala gətirə bilib. Hərbi, siyasi, iqtisadi, diplomatik və digər sahələr üzrə Azərbaycanın daha güclü dövlətə çevrilməsi beynəlxalq miqyasda da açıq etiraf olunur. Bunu ən müxtəlif sahələr üzrə dərc edilən çoxsaylı beynəlxalq hesabatlarda Azərbaycanın tutduğu yüksək mövqelər fonunda da aydın görmək olar.

İşğalçı Ermənistana gəlincə, bu ölkənin bütün aparıcı sahələrdə  mövqe baxımından daha zəif duruma düşməsi özünü qabarıq formada büruzə verir. Aydındır ki, ölkələr arasında inkişaf, güc fərqinin belə səviyyədə olması Dağlıq Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşmür. Ekspertlər bildirir ki, gələn ilə daha güclənmiş halda daxil olan Azərbaycana zəif Ermənistanın müqavimət imkanları artıq tam tükənmiş vəziyyətə gəlir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistanın indiyə qədər əsas himayədarı sayılan Rusiya da ondan imtina edir. Qərb isə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ehtiva edən çoxsaylı qərar və qətnamələr qəbul edib. Elə bu günlərdə Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə qəbul edilib. Sənəd Avropa İttifaqının öz tərəfdaşlarının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. ABŞ isə prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə son səfəri fonunda kifayət qədər aydın şəkildə bildirdi ki, İrəvan zəbt edilmiş ərazilərin tədricən boşaldılmasına başlamalıdır.

Bütün bu qeyd edilənlər fonunda ekspertlər bildirir ki, əslində, gələn ildən etibarən Qarabağ məsələsinin həlli istiqamətində əməli addımlar atıla bilər. Çünki Ermənistan Azərbaycanın hərbi gücünün qarşısında əzilməkdən qaçmaqdan ötrü buna məcburdur. Yeri gəlmişkən qeyd edək ki, yaranan vəziyyətdə Azərbaycanın Qarabağ məsələsində  gələn il üçün gözləntiləri kifayət qədər yüksəkdir. Məsələn, xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq: “Fəaliyyətimin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına həsr etmişəm. Bu, gələn ilin də əsas vəzifəsi olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır. Bu təkcə mənim yox, hər bir azərbaycanlının arzusudur. Hesab edirəm ki, uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik". E.Məmmədyarov bildirib ki, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə görüşü olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir. İlham Əliyev bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: “Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik”.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdən məhz Rusiya problemin həllində açar fiqurdur. Digər tərəfdən, Rusiya regionda mövqelərini qorumaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllini də Qərb dövlətlərinin ixtifarına buraxmaq istəmir. Çünki Rusiyanın forpostu olan Ermənistanda proseslərin artıq fərqli istiqamətdə getdiyini və İrəvanın daha çox Qərbin diqtəsilə hərəkət etdyini Kreml aydın görür. Bu fonda Moskva onu da gözəl anlayır ki, İrəvan Qərbdən gələn Qarabağ sifarişlərini yerinə yetirəcək. Belə vəziyyətdə Qərbin Qarabağ məsələsində təşəbbüsü ələ alması Rusiyanın regionda mövqe zəifliyinə gətirib çıxaracaq və bu da Kreml üçün arzuedilməz hal sayılır. Belə vəziyyətdə Rusiyanın Qarabağ məsələsində müəyyən gedişlər etməsi tamamilə gözlənilən sayılır. Lavrovun Rusiyanın bu münaqişə ilə bundan sonra da ciddi məşğul olacağı ilə bağlı səsləndirdiyi son fikirlər də bu mənada təsadüfi hesab edilmir. Rusiya aydın görür ki, problemin həlli istiqamətində müsbət addımlar atması indi onun maraqlarına daha çox cavab verir. Həm də bu hal Azərbaycanla münasibətilərin daha möhkəm hala gəlməsinə rəvac verir.

Məhz belə bir vaxtda Ermənistanın yeni hakimiyyətinin gələn il ərzində Qarabağ məsələsində güzəştlər edəcəyinə dair işğalçı ölkənin özündə də maraqlı fiikrlər səslənir.  Ermənistanın “Əriklər ölkəsi” partiyasının sədri Zarui Postancyan keçirdiyi mətbuat konfransında hətta iddialar irəli sürüb ki, Paşinyan hakimiyyəti Qarabağı tədricən Azərbaycana qaytaracaq. O, bu xüsusda sabiq prezident Levon Ter-Petrosyanın istəklərinin reallaşa biləcəyini də vurğulayır: “Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyanın “xaç atasısı”dır”. Onun sözlərinə görə, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan öz “xaç atası”nın yolunu davam etdirir və bu kurs, xüsusən də Dağlıq Qarabağ məsələsində hiss olunur: “Levon Ter-Petrosyanın aktiv oluğu dövrdə Baqramyan 26 ünvanında Raffi Ovannisyan, Haqik Tsarukyan və Petrosyanın özündən ibarət “üçlük” formalaşdırılmışdı. “Məxməri inqilab” adlandırılan hadisələr nəticəsində həmin “üçlüyü” Nikol Paşinyan əvəzlədi. Elə “Çiçəklənən Ermənistan”la “İşıqlı Ermənistan” partiyaları arasındakı bugünkü xəyali mübarizə də həmin layihənin davamıdır və bütün bunlar Ermənistandakı mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün sadəcə bir manevrdir. İnqilabi hərəkat torpaqların qaytarılması yolu ilə Qarabağ probleminin və yeddi milyard xarici borcla çətin iqtisadi vəziyyətin həlli fonunda reallığa çevrildi. Bu, xəyanətkar xəttin davam etdirilməsi məqsədilə hakimiyyətin dəyişməsi zərurətini yaradıb”. Erməni siyasətçi onu da vurğulayıb ki, indiki hakimiyyət, sələflərindən fərqli olaraq, daha da uzağa gedəcək və Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın ziyanına olan qərarlar verəcək. Xatırladaq ki, Postancyan daha əvvəl sensasiyalı bəyanatla çıxış edərək bildirmişdi ki, Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra hansısa maliyyə imtiyazları müqabilində Bakıya ərazi güzəştləri edəcək. 

Hər halda, seçim indi erməni tərəfindədir. Bu ölkə onsuz da Qarabağ iddiası səbəbindən özünü kifayət qədər böyük problemlərlə üz-üzə qoyub. İrəvan Qarabağ münaqişəsi ilə bağlı siyasətində dəyişiklik etməsə, onun tənəzzülü daha dinamik hala gələcək. Üstəgəl, belə vəziyyətdə artan müharibə risqi Ermənistan üçün daha böyük zərbə deməkdir. “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı ekspert Vladislav Şurıqin də vurğulayır ki, Ermənistanın siyasi gələcəyi onun öz qonşuları, o cümlədən də Azərbaycanla münasibətini necə quracağından asılıdır. O, Rusiyanın artıq Ermənistanı müdafiə etmək niyyətində olmadığını da vurğulayır: “Gümrüdəki 102-ci bazanı Ermənistanda saxlamağın mənası yoxdur. Bu, İrəvanla xüsusi əlaqələri olan keçmiş müdafiə naziri Qraçovun ermənilərə etdiyi şəxsi güzəşt idi. O, Ermənistana Rusiya himayəsilə bağlı zəmanət vermək üçün burada hərbi baza yerləşdirdi. Onun burada yerləşməsinin heç vaxt heç bir ciddi əhəmiyyəti olmayıb. İndiki erməni rəhbərliyinin siyasəti və rolunu nəzərə alsaq, biz bu bazanı rahat şəkildə buradan çıxara və qarşılığında heç nə itirməyə bilərik. Rusiyanın Ermənistanda hərbi mövcudluğunun bir sadə səbəbi var, o da Ermənistanın faktiki olaraq təcrid olunmuş vəziyyətdə olması ilə bağlıdır. Bu ölkənin siyasi gələcəyi onun öz qonşuları ilə münasibətini necə quracağından asılıdır. Bizim üçün hər zaman Azərbaycanla daha inkişaf etmiş münasibətlərə sahib olmaq önəmli olub, lakin müəyyən siyasi vəziyyətlərə görə bunu zəif inkişaf etdirmişik”.

Erməni hərbi ekspert Van Ambartsumyan da bildirir ki, Qarabağ məsələsində Azərbaycanla savaş ölkəsi üçün fəlakət deməkdir. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında siyasi və hərbi qüvvələr balansı pozulub. Hərbi balansın olmaması Ermənistanın vəziyyətinə neqativ təsir göstərir. O, Azərbaycana “Polonez” sistemlərinin tədarükü fonunda bildirir: “Bu sistemlərin tədarükü ilə Ermənistanla Azərbaycan arasında qüvvələr balansı pozulub. Dünyada bu silahın analoqu yoxdur. Bu sistemin qarşısında praktik olaraq yeni hava hücumundan müdafiə sistemləri çarəsizdir. Bu sistemlər Ermənistanın silahlanmasında olan Rusiyanın S-300 komplekslərini məhv etmək gücündədir. Hava hücumdan müdafiə sistemləri üçün bizim İsgəndər-E raketlərinə müqavimət göstərmək “Polonez”lərdən daha asandır. Azərbaycanlılar artıq “İsgəndər”lərə cavab olaraq LORA sistemlərini də alıblar”. Hələlik isə İrəvana da yaxşı bəllidir ki, Azərbaycan, istənilən halda, özü də qeyd-şərtsiz öz torpaqlarını geri qaytaracaq. Sülh yolu nəticə verməsə, Azərbaycan, hərb variantından istifadə etmək bahasına da olsa, ərazi bütövlüyünü bərpa edəcək. Bu fonda ermənilərdən məsələnin hələlik dinc istiqamətdə çözümü üçün konstruktiv addım gözlənir. Ermənistan bununla bağlı artıq qısa zaman ərzində dəqiq seçim etməlidir. Məhz bu seçim ya Ermənistanın tam sonunu gətirəcək, ya da onun işğala son qoyub Azərbaycanla əməkdaşlıq şəraitində inkişafına gətirib çıxaracaq. Seçim düşmən tərəfdədir və bunun üçün ona verilən vaxt da artıq tükənir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ