Bazar ertəsi günü, 09 noyabr 2026
     

Danışıqlardan yayındıqca İrəvan hökuməti rəsmi Bakıdan yeni-yeni sərt hərbi mesajlar alır…

Image


Azərbaycanın iqtisadi müstəvidə əldə etdiyi nailiyyətlər bu gün digər sahələrlə yanaşı, hərbi müstəvidə də inkişafa təsirsiz ötüşmür. Belə ki, iqtisadiyyatı, maliyyə imkanları davamlı şəkildə yüksələn Azərbaycan bundan istifadə edərək ordusunu ən müasir səviyyədə silahlarla, müxtəlif döyüş texnikaları ilə təchiz edir. Ötən dövr ərzində ordumuzun ixtiyarına verilən və qabaqcıl hərbi sənayeyə malik ölkələrdən alınan, dəyəri milyardlarla dollar olan müasir silahlar qeyd olunanların real təsdiqidir.

Bakının böyük vəsait ayırıb ordusunu belə güclü vəziyyətə gətirməsinin ümdə səbəbləri, heç şübhəsiz, Ermənistan tərəfindən hələ də davam edən işğal faktı ilə bağlıdır. Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, əraziləri dinc yolla azad edilməsə, bunu beynəlxalq hüquq normalarına uyğun olaraq güc vasitəsilə edəcək. Bu vəziyyət həm də o deməkdir ki, güc faktoru da Qarabağ münaqişəsinin həllində mühüm amildir. Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Azərbaycanda ordu quruculuğu prosesinin uğurla, sürətlə getdiyini bildirən dövlət başçısı qeyd edib: “Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir.  Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər”.

Dövlət başçısı burada işğalçıya da kifayət qədər aydın mesajlar ünvanlayaraq, hərbi müstəvidə qarışlarında daha güclü Azərbaycan görəcəklərinə də açıq şəkildə işarə edib. Belə ki, Pprezident bundan sonra da ölkəmizə daha müasir hərbi texnikaların gətriləəcyini bildirib: “Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün, bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.

Mövcud reallıq da göstərir ki, hazırda regionun ən güclü ordusuna malik ölkə kimi də xarakterizə olunan Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Mənəvi-psixoloji hazırlıq cəhətdən də yüksək səviyyədə olan Azərbaycan ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Təsadüfi deyil ki, indi işğalçı dövlətdə Azərbaycan və Ermənistan orduları arasında fərqin böyük sürətlə ölkəmizin lehinə dəyişməsinə dair etiraflar çoxalmaqda və Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçəcəyi təqdirdə, bunun Ermənistan üçün əsl fəlakət olacağını qəbul edənlərin sayı sürətlə artmaqdadır. Lakin Dağlıq Qarabağ münaqişəsinin hələ sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən, Azərbaycan məsələnin hərbi müstəvidə çözümünə hələlik lüzum görmür. Bununla belə, Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən tam təmizləmək iqtidarındadır. Hələlik isə Azərbaycan həm işğala məruz qaldığından, həm də müharibə şəraitində yaşadığından bu gün də ordusunu gücləndirməkdə, onu müasir hərbi texnika ilə təchiz etməkdədir. Eyni zamanda, işğalçı Ermənistandan fərqli olaraq, hərbçilərin sosial problemlərinin həllində də ölkəmiz mühüm addımlar atır. Bu isə hər bir əsgərin, zabitin orduda daha yüksək səviyyədə xidmətinə təkan verən vacib amil sayılır. Ehtiyatda olan polkovnik Şair Ramaldanov bunu təbii proses sayır. Polkovnik bildirib ki, məhz Ali Baş Komandanın qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusundan biridir: “Azərbaycan möhtəşəm paradlar, irimiqyaslı hərbi təlimlər keçirir, eyni zamanda, azərbaycanlı mütəxəssislər beynəlxalq hərbi yarışlarda uğurla iştirak edirlər. Azərbaycan ordusunun, hər zaman olduğu kimi, bu gün də yeni və müasir silahlarla təmin olunması prosesi davam etdirilir. Əlbəttə ki, bu qayğı paralel olaraq orduda xidmət edən şəxsi heyətin sosial və məişət vəziyyətinin yaxşılaşdırılmasında, hərbçilərin evlərlə təmin edilməsində də özünü göstərir. Dekabrın 17-si də həmin sevincə qatılan çoxlu hərbçi ailələrin bayram günü idi. İndiyə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Son illərdə bir çox hərbi şəhərciklərdə əsaslı təmir işlərinin aparılması hərbçi, əsgər və zabitlərin xidmət şəraiti yaxşılaşmasına gətirib çıxarıb. Əsgər arxa cəbhədən nə qədər arxayın olacaqsa, hərbi uğuru da bir o qədər yüksək olacaq”.

Ş.Ramaldanov qeyd edib ki, Ali Baş Komandan təkcə hərbçilərin deyil, ən yüksək zirvələrdə xidmət edən əsgərlərin də şəraitinin yaxşılaşdırmasına, cəbhə bölgəsində müasir avadanlıqla təmin olunmuş hərbi şəhərciklərin qurulmasına xüsusi diqqət göstərir: “Hərbçilərə ayrılan evlər tam təmirlidir və bütün lazımı avadanlıqlarla təmin edilib. Azərbaycan rəhbərinin bu tədbirdə şəxsən iştirak etməsi və mənzillərin açarlarını hərbçilərə birbaşa özünün təqdim etməsi bu bayrama xüsusi rəng qatdı. Ali Baş Komandanın bu xüsusi qayğısında məqsədi gələcəkdə bütün hərbçilərin mənzillərlə təmin olunmasını təşkil etməkdir. Eyni zamanda, artıq xidmət müddəti çatmış, ancaq evlə təmin olunmayan hərbçilər unudulmayıb. Onların adı da siyahıdadır və bu da Azərbaycan Silahlı Qüvvələrində xidmət edən və xidmət edəcək heyətin ruh yüksəkliyinə və daha ürəkli xidmət etməsinə təkan verəcək”. Beləliklə, Azərbaycan ordu üzrə də bütün parametrlər baxımından düşmən ölkə ilə müqayisədə böyük üstünlüyə malikdir. Bu isə Qarabağ münaqişəsinin həllində həlledici faktorlardan biridir. Ölkəmizin iqtisadi qüdrəti və malik olduğu potensial isə ordunun bundan sonra da insan resursundan tutmuş bütün maddi təminatına qədər yüksək olacağını deməyə əsas verir. Ekspertlər qeyd edir ki, ölkəmizdə ordunun maddi-texniki təchizatı Azərbaycanın iqtisadi inkişaf dinamikasına uyğun olaraq daim yüksələn xətt üzrə inkişaf edəcək. O da sevindirici haldır ki, bir çox xarici dövlətlərdən fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin daha da çoxalacağı gözlənir. Ölkəmizdə istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı artıq 1200-ü keçib. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı da həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. Beləliklə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən yaradılan və istehsal onunan hərbi təyinatlı məhsullar, Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bütün bunlar həm də həmin silahların yüksək keyftiyyəndən xəbər verir, eyni zamanda ordumuzun təminatının yüksək səviyyəsinin mühüm göstəricisi kimi çıxış edir. Qeyd olunanlar fonunda artıq ermənilər də yaxşı bilirlər ki, bu gün Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün digər sahələrdə fərq çox böyükdür. Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan edir. Bu səbəbdən də Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyni bəyan edənlərin sayı artmaqdadır. Onlar artıq başa düşüblər ki, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında saxlanan əraziləri Azərbaycan ordusu qısa zaman ərzində azad etmək iqtidarındadır. Azərbaycanın Silahlı Qüvvələrinin müasir təchizat səviyyəsi də qeyd olunanların real təsdiqi qismində çıxış edir. Erməni hərbi ekspert Vaan Ambarsumyan da açıq şəkildə bildirir ki, Azərbaycanla Ermənistan arasında balans həm hərbi, həm siyasi planda əlçatmaz həddə qədər pozulub: “Bu, Ermənistanın Qarabağdakı vəziyyətinə olduqca mənfi təsir edəcək. Erməni tərəfinin Azərbaycan qarşısında hansısa üstünlüyü yoxdur. Bizim texnika dərin modernizasiyaya ehtiyac duyur. Məsələn, tanklarımız gecə vaxtı işə yaramır. Onlar qarşı tərəfin tankları və hətta müasir tank əleyhinə raket kompleksləri üçün asan hədəfə çevrilir”. Bu etiraf bir daha aydın surətdə göstərir ki, düşmən zəbt edilmiş əraziləri qısa müddətdə azad etməsə, Azərbaycan güc vasitəsilə onu çox asanlıqla darmadağın edəcək. 

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ