çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Paşinyan İsrailə sarı anti-İran gedişi etdi...

Image


Ermənistanın regionda yeni geosiyasi kursu yalnız İrana arxalanmaq niyyətində deyil

Ermənistanın Xarici işlər nazirinin müavini Vahan Kostanyanın İsrailə səfəri ilk baxışda sadə diplomatik təmas təsiri bağışlasa da, regionun mövcud siyasi mənzərəsi bu səfəri daha geniş kontekstdə qiymətləndirməyi zəruri edir.

Səfər zamanı Kostanyan İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar-Tal ilə görüşərək iki ölkə arasında münasibətlərin inkişafı və əməkdaşlıq perspektivlərini müzakirə edib. Rəsmi açıqlamalardan görünür ki, söhbət təkcə ikitərəfli rəsmiyyətlərdən yox, siyasət, iqtisadiyyat, texnologiya, tibb, turizm və kənd təsərrüfatı kimi geniş sahələrdə mümkün əməkdaşlıqdan gedib. Lakin bu səfərin əhəmiyyəti sırf iki ölkə arasında əlaqələrin genişlənməsi ilə məhdudlaşmır. Burada həm Ermənistanın yeni xarici siyasət kursu, həm də regiondakı əsas güc mərkəzlərinin maraqları ilə birbaşa bağlılıq mövcuddur.

Ermənistan son illərdə öz xarici siyasət xəttini diqqətəlayiq şəkildə dəyişməyə başlayıb. Paşinyan hakimiyyəti Rusiyanın bölgədəki gücünün zəiflədiyini, İranın isə regional təsirini məhdud şəkildə qorumağa çalışdığını gördükcə, yeni tərəfdaş axtarışına çıxıb. Bu tərəfdaşlar arasında ABŞ, Fransa, Avropa İttifaqı və indi daha qabarıq şəkildə İsrail önə çıxır. Ermənistan üçün bu yeni istiqamət təkcə siyasi deyil, həm də təhlükəsizlik baxımından alternativ tapmaq anlamına gəlir. Çünki rəsmi İrəvan anlayır ki, nə Rusiya əvvəlki kimi təhlükəsizlik təminatçısıdır, nə də İranla yaxınlıq ölkəni geosiyasi dalandan çıxara bilər. Bu şəraitdə İsraillə əlaqələrin genişləndirilməsi Ermənistan üçün həm yeni imkanlar yaradır, həm də mövcud vəziyyətdə Qərb mərkəzlərinə yaxınlaşma mesajı verir.

Kostanyanın İsrailə səfərinin digər mühüm tərəfi regiondakı mövcud gedişatla bağlıdır. Ermənistan-Azərbaycan danışıqlarında müəyyən irəliləyişlərin müşahidə edildiyi bir vaxtda baş verən bu diplomatik addım İrəvanın bölgədə öz mövqeyini möhkəmləndirmək istəyinin göstəricisidir. Ermənistan yaxşı anlayır ki, İsrail Cənubi Qafqazda Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır. Bu reallıq fonunda İsraillə münasibətlərin yaxşılaşdırılması Ermənistan üçün həm gələcək regional layihələrdə yer almaq, həm də Azərbaycanın tərəfdaş dairəsini daha yaxından tanımaq və müəyyən mənada balans yaratmaq cəhdidir. Bu yanaşma Ermənistanın regionda tək qalmaq istəməməsinin, yeni oyunçularla işləməklə öz mövqeyini təhlükəsizlik və diplomatik baxımdan gücləndirmək istəyinin göstəricisidir.

Bu səfərin ən diqqətçəkən aspektlərindən biri isə İran amilidir. Ermənistanın İsraillə yaxınlaşması, şübhəsiz ki, Tehranın xoşuna gəlməyəcək bir addımdır. İran və İsrail arasında açıq düşmənçilik mövcuddur və Tehran bu cür diplomatik təmasları adətən özünə qarşı təhlükə kimi qəbul edir. Buna baxmayaraq, Paşinyan hakimiyyəti bu addımı atmaqdan çəkinmir. Bunun əsas səbəblərindən biri İranın indiyədək Ermənistana sərt təzyiq göstərməməsi ilə bağlıdır. İran bölgədəki balansların pozulmasını istəmədiyi üçün Ermənistanla münasibətləri kəskinləşdirmək niyyətində deyil. Digər tərəfdən, İranın özündə siyasi, iqtisadi və təhlükəsizlik problemlərinin çoxalması ölkənin xarici siyasətdə daha sərt xətt yürütmə imkanlarını məhdudlaşdırır. Ermənistan da bunu yaxşı anlayır və Tehranla münasibətlərin gərginləşməsinin yaxın perspektivdə real təhlükə yaratmayacağını düşünür. Deyəsən yanılmırlar da, çünki bu səfər ərəfəsində İran Tehranda ermənilərin şərəfinə "Müqəddəs Məryəm" metrostansiyası açdı.

Bundan başqa, İranın Ermənistan üçün strateji önəmi olduğu kimi, Ermənistan da İran üçün vacib tərəfdaşdır. İran üçün Ermənistan həm regiona çıxış nöqtəsi, həm də müəyyən iqtisadi kanallar üçün zəruri ölkə rolunu oynayır. Bu qarşılıqlı ehtiyac münasibətlərin kəskin pozulmasını əngəlləyir. Ermənistanın qərar verən dairələri yaxşı bilirlər ki, İran onu itirmək istəmir və bu səbəbdən Ermənistan müəyyən dərəcədə manevr imkanına malikdir. Paşinyan da fərqindədir ki, bu imkan pəncərəsindən istifadə etməsə, ölkə yenidən köhnə geosiyasi asılılıqlar çərçivəsinə düşə bilər.

Bütün bu proseslər fonunda İsraillə yaxınlaşma Ermənistan tərəfindən təkcə İran əleyhinə addım kimi deyil, daha çox çoxşaxəli mesaj kimi dəyərləndirilir. Bu addım bir tərəfdən ABŞ və ümumilikdə Qərbə yaxınlıq göstəricisidir. Digər tərəfdən, Rusiyaya “artıq əvvəlki kimi tam asılı ölkə deyilik” mesajı verilir. Eyni zamanda Azərbaycan tərəfinə də “Ermənistan regional oyunçularla əməkdaşlığa açıqdır” mesajı ötürülür. İran isə bu addımdan dolayı anlayır ki, Ermənistan alternativlər axtarır və geopolitik olaraq artıq əvvəlki yerində dayanmaq fikrində deyil.

Kostanyanın İsrailə səfəri Ermənistanın yeni təhlükəsizlik və xarici siyasət arxitekturasının formalaşdığını göstərən açıq siqnaldır. Ermənistan bu yolla həm özünü Qərbə yaxınlaşdırmağa, həm də regional güc mərkəzləri arasında daha sərbəst hərəkət etməyə çalışır. Paşinyanın bu addımı həm risqlidir, həm də onun üçün yeni imkanlar açır. Risq ondan ibarətdir ki, İran müəyyən mərhələdə narazılığını aça bilər. İmkan isə ondan ibarətdir ki, Ermənistan ilk dəfə olaraq alternativ təhlükəsizlik dəstək nöqtələri yaradır.

Bu mənzərəyə nəzər saldıqda aydın olur ki, Paşinyan İsraillə təmasları genişləndirməklə Ermənistanın xarici siyasətini yenidən formalaşdırmaq və ölkəni daha çox Qərbə inteqrasiya etmək niyyətindədir. O düşünür ki, İran yaxın zamanda buna qarşı ciddi addım atmayacaq və Ermənistan bu geopolitik boşluqdan istifadə edərək mövqelərini gücləndirə bilər. Bu proses təkcə Ermənistanın gələcək kursunun göstəricisi deyil, Cənubi Qafqazda yeni qüvvələr balansının da formalaşmaqda olduğunu göstərir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ