çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan ABŞ-ın Yaxın Şərq strategiyasında mühüm rol oynamağa başlayır...

Image


Məlum həqiqətdir ki, Azərbaycan-ABŞ münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir və bu prosesin arxasında yeni geosiyasi reallıqlara uyğun praqmatik yanaşma dayanır. Xüsusilə Donald Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-Azərbaycan əlaqələrində yüksəliş müşahidə olunur.

Xüsusən də prezident İlham Əliyevin ABŞ-a son səfəri yalnız Bakı-Vaşinqton münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir. Vaşinqtonda aparılan müzakirələrin nəticələri, imzalanan sənədlər yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə yeni işıq saldı.

Hazırda Azərbaycanla ABŞ arasında münasibətlər uğurlu dinamika ilə inkişaf edir. Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumu da bu mənada xüsusi diqqət cəlb edir. Sözügedən tədbirdə çıxışında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov qeyd edib ki, rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib və bunun əsas səbəbi regionda formalaşan yeni reallıqlardır. İkitərəfli münasibətlər bir neçə sahəni əhatə edir və coğrafi kontekst də bu prosesdə mühüm rol oynayır. O, ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyasının fəaliyyətini xatırladaraq bildirib: “Baydenin regionla bağlı apardığı siyasət gözlənilən nəticələri vermədi. Müharibədən sonra Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, Bayden administrasiyası həmin dövrdə birtərəfli və qərəzli yanaşma nümayiş etdirdi. Bu yanaşma Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələrin gərginləşməsinə səbəb oldu və erməni lobbisinin təsiri ABŞ-ın mövqeyini xeyli uğursuzlaşdırdı”. Ekspert Donald Trampın ABŞ-da prezident seçilməsinin Ermənistan hakimiyyətinə ciddi təsir göstərdiyini vurğulayıb. O, Tramp administrasiyasının məsələyə daha hüquqi balansla yanaşdığını deyib: “Üçtərəfli Bəyannamə imzalandıqdan sonra Ermənistan və Azərbaycan bu formatı yeganə müzakirə platforması kimi qəbul edir. Həmin görüşdən sonra sülh müqaviləsinin hazırlanması istiqamətində konkret addımlar atılıb. ABŞ TRİPP layihəsi ilə Cənubi Qafqaz regionunda öz yerini tutacaq”. Onun sözlərinə görə, Azərbaycanın Yaxın Şərqdə oynayacağı yeni rol ABŞ-nin maraqları ilə üst-üstə düşür. Bu arada qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları Donald Trampın bu regionda sülh planına əsaslanır. Qətnamə layihəsini ABŞ təqdim etmişdi. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması, ərazini müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulmasını nəzərdə tutur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.

Qətnaməni Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib, Rusiya və Çin bitərəf qalıb. Müşahidəçilər bunu Tramp administrasiyasının ciddi diplomatik qələbəsi kimi qiymətləndirirlər. ABŞ prezidenti özünün sosial şəbəkə səhifəsində yazıb: “Bu, tarixi əhəmiyyətə malik bir andır”. Qətnamənin qəbulu Rusiyanın mövqeyinə görə sual altında idi, çünki Rusiya bir müddət öncə öz qətnamə layihəsini təklif edib, daha çox Fələstin dövlətinin yaradılmasına diqqət ayrılıb. Ərəb və müsəlman ölkələri isə ABŞ-nin təqdim etdiyi layihəni dəstəkləyirdi. Sənəddə deyilir ki, beynəlxalq kontingent Qəzza zolağının silahsızlaşdırılmasına, silahlı qruplardan silahların yığılması, Qəzzada təhlükəsizliyin təmin edilməsinə, sərhədlərin qorunmasına cavabdeh olacaq. Qətnamə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə öz missiyasını yerinə yetirmək üçün lazım olan bütün tədbirləri görmək səlahiyyəti verir. Bu isə silah tətbiqinə icazə anlamına gəlir. Qəzza beynəlxalq kontingentin nəzarətinə keçdikdən sonra İsrail ordusu ərazidən çıxacaq. Gözlənilir ki, Azərbaycan hərbçiləri də sülhməqarmlı qismində Qəzzaya daxil olsunlar. Bunlar həm də onun təsdiqidir ki, Azərbaycanın ABŞ-ın Yaxın Şərq siyasətində rolu son illərdə təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional təhlükəsizlik, enerji təhlükəsizliyi və geosiyasi sabitlik baxımından strateji əhəmiyyət daşıyan bir istiqamətə çevrilib. ABŞ üçün Yaxın Şərq siyasəti yalnız ərəb dövlətləri ilə münasibətlərdən ibarət deyil — bu siyasət enerji marşrutları, İran faktoru, İsrail–Ərəb münasibətləri, terrorçuluğa qarşı mübarizə və qlobal güc balansı kimi geniş bir sistemin tərkib hissəsidir. Azərbaycan isə həm coğrafi mövqeyi, həm də siyasi kursu ilə bu sistemdə mühüm rol oynayır. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, onun coğrafiyası Yaxın Şərqlə Qara dəniz–Mərkəzi Asiya xəttini birləşdirən körpü rolunu oynayır. ABŞ-ın İranın regional təsirini məhdudlaşdırmaq siyasəti çərçivəsində Azərbaycan strateji əhəmiyyət kəsb edir. Bakı ilə münasibətlər Vaşinqtona İranın Qafqaz və Xəzər hövzəsində genişlənməsinə qarşı balans yaratmaq imkanı verir. Azərbaycan enerji ehtiyatları və tranzit imkanları vasitəsilə ABŞ-ın Yaxın Şərqdə enerji tədarükünün şaxələndirilməsi siyasətini dəstəkləyir. ABŞ üçün Azərbaycan həm Yaxın Şərqdəki enerji asılılığını azaltmaq, həm də Rusiyanın təsirini məhdudlaşdırmaq baxımından vacibdir. Azərbaycanın ABŞ-ın Yaxın Şərq siyasətində rolu həm də iki əsas tərəfdaşla, yəni Türkiyə və İsraillə münasibətləri vasitəsilə güclənir. Türkiyə–Azərbaycan “bir millət, iki dövlət” modeli Vaşinqon üçün NATO daxilində yeni siyasi koordinasiya imkanları yaradır. İsrail–Azərbaycan münasibətləri ABŞ-ın ənənəvi müttəfiqi olan İsrailin təhlükəsizliyinə dolayı dəstək sayılır. Beləliklə, Azərbaycan Vaşinqonun regional şəbəkəsində “körpü ölkə” funksiyasını yerinə yetirir. Bu səbəbdən Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ABŞ-ın Yaxın Şərq strategiyasında da mühüm element kimi formalaşıb və yaxın illərdə bu rol daha da güclənəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ