Bazar günü günü, 08 noyabr 2026
     

İrəvan anklav kəndlərimizi qaytarır, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət dəyişir...

Image


Məlum olduğu kimi, bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Telefon söhbəti zamanı prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Elə bunlar fonunda Ermənistanda anklav kəndlərlə bağlı yenidən gərgin müzakirələr başlayıb. Qeyd edək ki, Ermənistan hələ də Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etməyib. Bunlar fonunda o da bəllidir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının sədri, Almaniya və Fransa liderləri ilə keçirilən görüşdə bəyannamə imzalayıb. Paşinyanın imzaladığı sənəddə, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğu bəyan edilib. Bu da o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olur. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu xüsusda bildirir: “Nikol Paşinyanın səhvləri davam edir, son nümunə onun Qranadada imzaladığı bəyanatdır. Bu bəyanatın mahiyyəti nədir? Qarabağ məsələsi ümumiyyətlə yaranmır. Söhbət Ermənistan Respublikasının ərazi bütövlüyündən gedir. Və görəsən biz doğrudan da Qarabağ məsələsində Ermənistanın ərazi bütövlüyünə nail olmuşuqmu və qəhrəmancasına təsəvvür edirsiniz ki, siz nəsə edibsiniz, uğur qazanmısınız, dünya ərazi bütövlüyümüzü tanıyır? Ciddisinizmi? Ola bilsin ki, Paşinyanın dediyi ərazi bütövlüyü bizim üçün qeyri-müəyyəndir, orada qeyd olunan rəqəmlər bu gün xalqımız üçün heç bir əhəmiyyət kəsb etmir. Ən azından bu vəziyyətdə Paşinyan bu gün xalqın qarşısında dayanmalı, xalqın gözünə baxmalı və həqiqətən deməlidir ki, bu rəqəmlərə nə daxildir. Biz başa düşürük, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu qeyd edirsiniz.  Bura anklavlar daxildirmi?

Ətrafınızdakılar deyir ki, bu yoxdur, amma siz mətbuat konfransınızda dediniz ki, anklavlar bu rəqəmə daxildir, bunu da verirsiniz. Həqiqətən də bunu verirsiz? Siz ərazi bütövlüyünü belə başa düşürsünüz ki, Ermənistan Respublikası vətəndaşı İran və ya Gürcüstana getməzdən əvvəl Azərbaycandan keçməlidir? Paşinyan Qarabağdan sonra anklavları da təslim edirsə, deməli, getməli olacaq”. Lakin Oskanyanın dedikləri, əslində, tamamilə cəfəngiyatdır. Hələ cari ilin iyun ayında Paşinyan özü etiraf etmişdi ki, Azərbaycana aid kəndlərin qaytarılması Ermənistanın İran və Gürcüstana çıxış yollarının məhdudlaşacağı demək deyil: “Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın. İlkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılası ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil”. Paşinyan qeyd edib ki, bu məsələni şişirtmək olmaz, çünki bu, həll edilməsi mümkün olmayan problem yaratmayacaq: “Əgər ordan yol olmasa, başqa yerdən yol olacaq. Heç bir problem yoxdur”. Baş nazirin sözlərinə görə, Ermənistan yol şəbəkəsini elə inkişaf etdirir ki, belə problemlər yaranmasın. Amma Paşinyana müxaliflər iddia edir ki, anklav kəndlər Azərbaycana verilsə, vəziyyət dəyişəcək. İddia olunur ki, bu halda İrəvan-Tiflis avtomobil yolu hər iki tərəfdən bağlanacaq. Sofulu və Barxudarlı kəndləri veriləcəyi halda Azərbaycan İrəvan-Tiflis magistralına və Berdə gedən əsas yola nəzarət edəcək. Kərki qaytarılacağı halda, İrəvan-Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək.

Azərbaycan hesab edir ki, əslində, Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın kommunikasiya sarıdan heç bir problemi olmayacaq. ABŞ-ın Avrasiyada etnik və dini məsələlər üzrə eksperti Pol Qobl qeyd edir ki, Zəngəzur dəhlizi regionda yeni reallıqlar yaratmaq iqtidarındadır: “Bakı tam qələbə qazandığını hiss edir. İran təəssüflənir. Buna görə də Zəngəzur məsələsinin necə nəticələnəcəyini bilmək üçün bir qədər vaxtımız var. Mən son 35 ildir Zəngəzur məsələsini izləyirəm və buna görə də hadisələrin necə inkişaf edəcəyi ilə maraqlanıram, amma tam əmin olduğum odur ki, bu gün hadisələrin necə inkişaf edəcəyini bilmək üçün kifayət qədər məlumatımız yoxdur. Çox sayda oyunçu var və vəziyyət bir müddət mürəkkəb olaraq qalacaq”. Ermənistan parlamentinin keçmiş deputatı Vahe Akopyan isə iddia edir ki, Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi məsələsi həll olunub. Akopyan Nikol Paşinyanın bu və digər məsələlərin həlli ilə bağlı Azərbaycan qarşısında götürdüyü öhdəlikləri və imzalanmış anlaşmaları yerinə yetirəcəyini söyləyib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq. Onun sözlərinə görə, Azərbaycanla Naxçıvanı birləşdirəcək bu dəhliz bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək. Nazir müavini vurğulayıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində mühüm irəliləyişin olduğunu qeyd ediblər: “Amma biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması, daha doğrusu Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Mehri marşrutunun yaradılması ilə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə aktiv kömək edirik. Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən Mehri marşrutu adından istifadə etməyə özümə icazə verirəm... Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Belə deyək ki, bu formula hər kəsi qane edir. Biz inanırıq ki, bu razılaşma Cənubi Qafqazda ümumi sabitlik üçün çox mühüm amil olacaq. Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki hissəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Ona görə də, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”. Qaluzin Ermənistanda Qarabağdan sonra yeni müharibənin Zəngəzur dəhlizinə görə baş verəcəyi qorxusu ilə bağlı və Bakı ilə İrəvan arasındakı ziddiyyətləri necə həll etmək olar suallarını da cavablandırıb. Bildirib ki, bunu yalnız danışıqların davam etdirilməsi və nəzəri baxımdan qarşılıqlı məqbul çözümlərin tapılması ilə həll etmək olar: “Praktiki olaraq biz hesab edirik ki, hər bir tərəfdən hökumət başçılarının müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupun iclası davam etməlidir. Əlbəttə ki, hər şey beynəlxalq hüquq çərçivəsində edilməlidir. Ancaq sizin qeyd etdiyiniz qorxuya, hansısa hərbi əməliyyatın mümkünlüyünə gəlincə, Rusiya bütün problemlərin siyasi və diplomatik yollarla həllini arzuolunan hesab edir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ