Bazar günü günü, 08 noyabr 2026
     

Fikir, düşüncə, söz azadlığı Azərbaycanın demokratik tərəqqisinin əsasıdır...

Image


Fikir və söz azadlığı öz mahiyyətinə görə əsas insan hüquqlarından biridir. Onun vasitəsilə insanın təbiətcə ayrılmaz hissəsi olan ümumi azadlıq hüququ həyata keçirilir. Konstitusiyada və digər qanunlarda təsbit edilməsindən asılı olmayaraq, fikir, söz və məlumat azadlığı hər bir şəxsə məxsusdur.

Bu azadlığın Konstitusiya səviyyəsində möhkəmləndirilməsi onun təminat və müdafiə öhdəliyinin dövlət tərəfindən tanınmasının göstəricisidir.

  • Jurnalistlərin çiyninə düşən böyük məsuliyyət...

Beləliklə, bir çox cəhətdən müxtəlif fikirlərin azad ifadə edilməsinin və ictimai müzakirənin məhsulu olan müasir təmsilçi demokratiyanın mövcudluğu birbaşa bu azadlığın təmin edilməsindən və qorunmasından asılıdır. Müasir demokratik dövlətlər fikir və söz azadlığının ən yüksək əhəmiyyətini dərk edir, onu Konstitusiya səviyyəsində təsbit edir. Azərbaycan bunun ən yaxşı nümunələrindən biridir.

Fikir və söz azadlığının yuxarıda qeyd olunan müsbət fövqəladə xarakteri onun həyata keçirilməsi sferasının dövlət tənzimlənməsi vektorunu müəyyən edir. Dövlətin siyasətinin istiqaməti onun hüquq və azadlıqların müdafiəsi və həyata keçirilməsini təmin etmək məsuliyyəti ilə müəyyən edilir. Belə bir vəzifə həm də vətəndaşların fikir və söz azadlığının həyata keçirilməsinə məhdudiyyətlərin qoyulması üçün əsasdır. Bu azadlıq çərçivəsində verilən, lakin Konstitusiya və hüquqi müdafiə ilə əhatə olunmayan müəyyən səlahiyyətlər, obyektlər, subyektlər var. Bütün bunlar informasiya əlçatanlığı və yayılması səviyyəsinin artması fonunda xüsusilə böyük önəm kəsb edir. İnformasiya sferasının insan həyatına, dövlətin və cəmiyyətin fəaliyyətinə maddi təsirinin gücləndirilməsi 20-ci əsrin ikinci yarısı və indiki əsrin əvvəllərində ictimai inkişafın xüsusiyyətlərindən birinə çevrilib. Bu, birincisi, kompüter texnologiyası və telekommunikasiya sahəsində elmi-texniki inqilab, informasiya ilə bağlı fəaliyyətin səmərəliliyini əhəmiyyətli dərəcədə artıran yeni nailiyyətlər, ikincisi, müasir sivilizasiyanın əsas dəyərləri kimi insan fəaliyyətinin informasiya sahəsində hüquq və azadlıqları ilə müəyyən edilir. İnsanın informasiya fəaliyyəti sahəsində hüquq və azadlıqlarının müdafiəsi, milli informasiya infrastrukturunun təkmilləşdirilməsi və onun dayanıqlı fəaliyyətinin təmin edilməsi cəmiyyətin maraqları sistemində mühüm yer tutur. Həqiqətin və ədalətin tanınması, söz və məlumat azadlığının aydınlığı, açıqlığı, ilk növbədə, cəmiyyətdə gedən bütün islahatlar və proseslərdə fikir və söz azadlığının nə dərəcədə təmin olunmasından asılıdır. Qeyd edildiyi kimi söz və fikir azadlığı bütün vətəndaşların hüququdur. Bu halda media azadlığı siyasi senzura, hədə-qorxu və ya hər hansı siyasi təzyiq olmadan azad tənqid etmək hüququnun həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə azadlığın keyfiyyətcə nəticəsi olan jurnalist sözü əksər hallarda ictimai fikri kökündən dəyişməyə qadirdir. Jurnalistlərin çiyninə düşən məsuliyyət cəmiyyətdə aparılan bütün islahatların mövcud qanunvericiliyə, ictimai-siyasi və hüquqi savadlılığın tələblərinə uyğun olaraq mediada obyektiv işıqlandırılmasının zəruriliyini müəyyən edir.

  • Medianın “dördüncü hakimiyyət”ə çevrilməsi söz və məlumat azadlığının təmin edilməsində müstəsna rol oynayır

Söz və məlumat azadlığının təmin edilməsi, aparılan bütün islahatların və proseslərin aşkarlığı, aydınlığı əksər hallarda proseslərin media tərəfindən nə dərəcədə azad və demokratik işıqlandırılmasından asılıdır. Bu, bir daha təsdiq edir ki, medianın fəaliyyət azadlığı xüsusi əhəmiyyət kəsb edir.

Demokratiya idarəetmənin bütün mərhələlərində azadlıqdır. Söz və mətbuat azadlığı, cəmiyyətdə aparılan islahatların açıqlığını və aydınlığını təmin edən demokratik prinsiplər sözdə və kağız üzərində yox, praktik həyata daxil olmalı, cəmiyyətin keyfiyyətcə yenilənməsi və inkişafı üçün prioritet olmalıdır. Azərbaycanda məhz bu istiqamətdə mühüm addımlar atılır.

Ölkəmizdə söz, mətbuat, fikir azadlığı mahiyyətcə açıqlıq, aydınlıq, ədalət və demokratiya anlayışları ilə uzlaşır ki, bu da cəmiyyətdə aparılan bütün islahatların mahiyyətini dolğun şəkildə ortaya qoyur. Ölkə Konstitusiyası söz, mətbuat və fikir azadlığının təmin edilməsinə yönəlmiş əsas prinsipləri təsbit edir. Konstitusiyanın bütün maddələrində söz və məlumat, mətbuat, fikir, vicdan azadlığı kimi anlayışlardan istifadə olunmasa da, bu hüquqların təmin edilməsinə və qorunmasına xidmət edir. Kütləvi informasiya vasitələrinin cəmiyyətdə hüquqi statusunu təsbit edən Konstitusiya normaları söz və mətbuat, insan düşüncəsinin azadlığının bilavasitə təmin edilməsinə yönəlib. Azərbaycanda səmərəli söz və mətbuat azadlığının təmin edilməsi, medianın “dördüncü hakimiyyət”ə çevrilməsi ilə bağlı bütün islahatlar və proseslər sözün tam mənasında demokratik prinsipə əsaslanır. İnsan və vətəndaşların informasiya, şəxsi azadlıq, şərəf və ləyaqətinin, şəxsiyyətin və cəmiyyətin mənəviyyatının qorunması sahəsində həyata keçirilən Konstitusiya hüquq və azadlıqları bu sahədə hüquqazidd hərəkətlərə qarşı mübarizədə qanunun tətbiqi təcrübəsi ilə dəstəklənir. Aydındır ki, demokratik proseslərin dərinləşməsi, media azadlığının təmin edilməsi insanların öz fikir və mülahizələrinin, onların ətrafda baş verən hadisələrə münasibətinin, baxışlarının azad ifadəsi platformasına çevrilməlidir. Bu mənada ötən illər ərzində söz azadlığının təmin edilməsinə yönəlmiş geniş spektrli təşkilati-hüquqi tədbirlər Azərbaycanda daha geniş vüsət qlıb. Ölkədə informasiya sahəsində baş vermiş dəyişikliklər real həyat nümunələri əsasında müəyyən edilib. Söz və məlumat azadlığının hüquqi tənzimlənməsi sisteminin yaradılması təcrübəsinin ümumiləşdirilməsi və bu sahədə yaranan problemlərin elmi-praktik tədqiqi Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, söz və məlumat azadlığının hüquqi təminatında böyük rol oynayır. Bunlar fonunda o da mühüm məqamdır  ki, Azərbaycanın müasir inkişafı vektoru onun sənaye cəmiyyətindən elmi bilik və  məlumatların ictimai həyatın müəyyənedici amilinə çevrildiyi informasiya cəmiyyətinə tədricən keçidini nəzərdə tutur. İnkişafı informasiyaya əsaslanan innovativ cəmiyyətin yaradılması ölkənin inkişafı üçün strateji istiqamətdir. Cəmiyyət həyatının genişmiqyaslı modernləşdirilməsi, onun internet kimi informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə innovativ inkişaf yoluna keçirilməsi dövlətdən baş verən dəyişikliklərə hüquqi dəstək göstərməyi, o cümlədən lazımi müdafiəni tələb edir. Azərbaycan bu istiqamətdə müvafiq addımlar atmaqla, demokratik tərəqqisini daha dinamik hala gətirir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ