Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın saxladığı mina xəritələri ilə bağlı yeni vəziyyət yaranıb...

Image


Ermənistanın Azərbaycan ərazilərində “əkdiyi mina tarlası” təmizləməklə bitmək bilmir. Vətən müharibəsindən  keçən üç il ərzində hələ də minalardan xilas ola bilməmişik. İşğaldan azad edilən ərazilərdə ermənilərin döşədiyi minalar mülki vətəndaşlarımızın, hərbi qulluqçularımızın ölümünə və yaralanmasına səbəb olub. Azərbaycanın  çağırışlarına, müraciətlərinə baxmayaraq Ermənistan hələ də mina xəritəsini Azərbaycana verməyib, verdikləri xəritələrin isə saxta olduğu məlumdur. Ermənistan mümkün qədər gerçək mina xəritələrini Azərbaycana verməkdən yayınır. Çox təəssüflər olsun ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət də Ermənistanı mina xəritələrini verməyə məcbur etməyib.

Azərbaycan XİN növbəti dəfə beynəlxalq birliyə müraciət edib ki, Ermənistan mina xəritələrini verməyə məcbur edilməlidir.

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir. Bu barədə Xarici İşlər Nazirliyi "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, 6 oktyabrda Tərtərdə mina partlaması nəticəsində daha bir azərbaycanlı mülki şəxs həlak olub: "44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir".

Bu gün şərait bir az fərqlidir. Ermənilərin çoxu Azərbaycan ərazilərindən çıxıb getdi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Amma hələ sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiyası və delimitasiya olunmayıb. Belə bir şəraitdə mina xəritələrinin verilməsi üçün yeni şərait yaranıb. Ermənilər bundan sonra çalışacaqlar ki, daha ciddi-cəhdlə o mina xəritələrini gizlətsinlər. Belə bir vaxtda beynəxalq birliyin Ermənistana daha güclü təzyiq göstərməsinə çox böyük ehtiyac var.

Bu yeni şəraitdə beynəlxalq birliyin Ermənistana təzyiq göstərməsi üçün nə  etmək lazımdır? 

“Yeni şərait tələb edir ki, bölgədə sülh və əminamanlığa nail olunsun, buna görə də Ermənistan nəhayət ki, mina xəritələrini Azərbaycana verməlidir...”

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud baki-xeber.com-a şərhində bildirdi ki, Ermənistan  və artıq məhv edilmiş separatçı xuntanın “liderləri” mina terrorunu xüsusilə düşünmüşdülər, məqsədləri daha çox insanın həlak olması və geriqayıdışı ləngitmək olub. Azərbaycanın mina terroru ilə mübarizə apardığını deyən Ə.Mahmud hesab edir ki, beynəlxalq birlik ermənipərəstliyi bir qırağa qoyub Azərbaycanın çağırışına cavab verməlidir. “Ermənistan Azərbaycan ərazində misilsiz mina terroru həyata keçirib.  İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu bizi ciddi narahat edir və bu minalar bizim vətəndaşlarımızın ölümünə, həmişəlik şikəst qalmasına səbəb olur.  Amma təəssüflər olsun ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar indiyə qədər bir dəfə də olsun mina xəritələrini vermədiyinə görə Ermənistana təzyiq göstərməyib. Onu qınamayıb, cəzalandırmayıb. Ermənistanın cəzasız qalması Azərbaycanda məsum canların məhv olması ilə nəticələnir. Hesab edirəm ki, Ermənistan gerçək mina xəritələrini Azərbaycan tərəfə təhvil verməyənə qədər onunla yanaşı beynəlxalq birlik də məsuliyyət daşıyır”-deyə Ə.Mahmud qeyd etdi.

Bu gün beynəlxalq təşkilatların Qarabağdan könüllü şəkildə köçüb getmiş ermənilərə görə hay-küy salmasını tənqid edən baş redaktor bildirir ki, onlar süni “qaçqın”, “məcburi köçkün” şousu yaradıb onun ətrafında oyunlarını qurmaqdansa, gözlərini açıb real vəziyyəti görsünlər. “Son proseslərdən sonra bölgədə vəziyyət tamamilə dəyişib, yeni reallıqlar yaranıb. Ermənistanın və beynəlxalq aləmdəki erməni havadarlarının təhriki, təzyiqi ilə erməni əhalinin çoxu Qarabağı könüllü olaraq tərk etdi. Maraqlıdır, onlar getdikdən sonra ərazidə minalar, tələ minalar olduğu məlum oldu. Ermənistan bu gün saxta “qaçqın”, “məcburi köçkün” şousu yaradır. Dünyaya elan edir ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, amma qəsdən sülh müqaviləsinin imzalanması prosesini gecikdirir, sərhədlərin müəyyənləşdirilməsi işi də hələ başa çatmayıb. Bu gün tamamilə yeni şərait formalaşıb və beynəlxalq birlik də bu şəraitə uyğun addım atmalıdır. Yeni şərait tələb edir ki, bölgədə sülh və əminamanlığa nail olunsun, buna görə də Ermənistan nəhayət ki, mina xəritələrini Azərbaycana verməlidir, ərazilərimiz minalardan təmizlənməlidir, insan tələfatına son qoyulmalıdır. Ermənistanın ərazilərimizdə törətdiyi  mina terrorunun kökünün kəsilməsi üçün beynəlxalq qurumlar ermənipərəstliklərini bir yana qoyub Ermənistanı buna məcbur etməlidir”-deyə qeyd edən müsahibimiz xatırlatdı ki, Ermənistan  Azərbaycan ərazilərində 1 milyondan artıq mina basdırmışdı. Ekspert təəssüflə qeyd etdi ki, beynəlxaq birliyin laqeydliyi nəticəsində hələ də Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır. “Ermənistan bu gün mina xəritələrini verməkdən var gücü ilə yayınır, beynəlxalq birlik heç olmasa bir dəfə tərəfsizlik göstərib o xəritələrin Azərbaycana təhvil veriməsinə nail olsun. Bu, beynəlxalq təşkilatların əlində olan məsələdir, sabah Ermənistana göstəriş versələr o dərhal xəritələri verər. Ermənistan müstəqil dövlət deyil ki, özbaşına qərar verə, o qərarı onun yerinə başqaları verir. Amma bütün halIarda beynəlxalq ictimaiyyətdən tələbimiz odur ki, insanlarımızın həyatı üçün təhlükəyə səbəb olan, ətraf mühiti çirkləndirən, bölgə üçün təhdid yaradan minaların təmizlənməsindən ötrü mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərsin”.

Ə.Mahmud qeyd etdi ki, bu gün dünya tərəfli olmağı yox, obyektiv olmağı seçməlidir.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ