Bazar günü günü, 08 noyabr 2026
     

Keçmiş separatçı bölgədə hüquqi dövlət quruculuğu başladı...

Image


Azərbaycan dövlətinin öz torpaqları üzərində suverenliyinin tam bərpa etməsi prosesini izləyirik. Uzun illər separatçıların yuva qurduğu Xankəndi və ətraf ərazilərdə  dövlətimizin suverenliyinin təmin olunmasında problemlər vardı.

İşğal altında olan ərazimizdə kök salmağa çalışan separatçılar qondarma “dövlət”, qondarma “parlament”, “prezident adminstrasiyası”, “nazirliklər”, müxtəlif “rəsmi qurumlar” yaratmışdılar. Azərbaycanın davamlı çağırışlarına baxmayaraq öz havadarlarına arxalanan separatçılar orada çox qanunsuz əməllərlə məşğul olurdular. Acı da olsa deməliyik ki, torpağımızda onların əski parçası dalğalanırdı.

2020-ci ilin 27-də başlayan Ermənistanın  hərbi əməliyyatlarına qarşı başlayan və  həmin ilin 9-10 noyabr tarixində Azərbaycanın qələbəsi ilə başa çatan Vətən  müharibəsindən sonra da Azərbaycan Qarabağdakı separatçılara mesajlar göndərdi ki, silahı yerə qoyub təslim olsunlar, sadə erməniləri boyunduruq altında saxlamaqdan əl çəksinlər. Amma separatçılar yenə də təxribatlarını davam etdirdi. Nəticədə də lokal antiterror tədbirləri keçirildi və separatçıların yuvası tamamilə dağıdıldı. Hazırda separatçı liderlərin bir neçəsi Bakıya gətirilib və barələrində məhkəmə hökmü çıxarılıb.

  • Xankəndidə hüquqi dövlət quruculuğuna start verildi...

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan öz torpaqları üzərində tam olaraq suverenliyini bərpa etdi, hazırda o torpaqlarda dövlətçiliyinmizin simvolu olan üçrəngli Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Xankəndidə  suverenliyini bərpa etdi, artıq Qarabağda da geniş mənada dövlət quruculuğu prosesi gedir, vətəndaş cəmiyyəti formalaşacaq.

Məlum olduğu kimi, Xankəndidə Azərbaycanın bu dövlət qurumları fəaliyyətə başlayıb. Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində yeniliklər yaşanır. Ekspertlər qeyd edirlər ki, separatçıların təslim olmasından sonra bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər görülüb. Artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edilib. Hazırda mərkəzi hakimiyyətin bərpası prosesi istiqamətində intensiv işlər həyata keçirilir. Azərbaycanın bir sıra qurumları ərazidə öz fəaliyyətlərinə başlayıblar.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,  Azərbaycan Respublikasınn Müdafiə Nazirliyi,  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti,  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərsu,  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xankəndində fəaliyyətə başlayan dövlət qurumlarımızdır. Yeri gəlmişkən, Qarabağda yaşayan ermənilər arasında artıq Azərbaycan vətəndaşlığı almaq üçün  müraciət edənlər var.

  • “...Suverenliyimizi tam təmin etdik”

Mövzu ilə əlaqədar Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində  “Azərbaycan İkinci Qarabağ müharibəsində döyüş meydanında qalib gəldikdən sonra düşmənin və onun havadarlarının siyasi-diplomatik müstəvidə  Azərbaycana qarşı apardığı mübarizədən də qalib çıxdı. Qeyd etdiyiniz kimi, artıq separatçı, qondarma rejimin sonuna çıxmaqla biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etdik.  Bu bizim üçün çox önəmlidir. 30 illik mübarizəmizin məqsədi elə bununla bağlı idi. Biz ərazimizin bir hissəsinin işğaldan azad edilməsi, bir hissəsinin isə nəzarətimizdən kənar qalması ilə barışmamışdıq, heç cürə də barışa bilməzdik. Bununla bağlı Prezident İlham Əliyevin mövqeyi vardı. Təbii ki, orada mina amilini istisna etsək, mina amilini nəzərə almasaq, dövlət Azərbaycanın bütün ərazilərində dövlət qurumlarının səlahiyyəti ilə bağlı nəzarəti tam həyata keçirir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan o ərazilərin tam quruculuq bərpa işlərini həyata keçirəcək. Necə ki, biz qısa bir müddət ərzində, təxminən üç il müddətində yüzlərə kilometr yüksək standartlara cavab verən avtomobil yolları, dəmir yolları, tunellər, körpülər inşa edib, beynəlxalq standartlara cavab verən iki hava limanı artıq istifadəyə vermişik, üçüncüsünü də yaxın günlərdə istifadəyə verəcəyik. Bütün bu gördüyümüz işlərlə, şəhərlərin, kəndlərin bərpası üçün baş planların hazır olması, hündür mərtəbəli binaların tikilməsi, infrastrukturunb tam bərpası üçün  atdığımız addımlarla bağlı deyə bilərik ki, biz bu işləri Qarabağın hər yerində, Xankəndidə, Xocalıda, Xocavənddə həyata keçirəcəyik. Əslində, bu bir daha beynəlxalq ictgimaiyyətin diqqətinə çatdırılan mesaj idi ki, Azərbaycan özünün haqlı mövqeyindən zərrə qədər də olsa geriyə addım atmır” - deyə bildirdi.

X.Bəşirov qeyd etdi ki, orada reinteqrasiya ilə bağlı proseslər də baş verəcək, gerçəkləşəcək. Onun sözlərinə görə, biz lokal xarakterli antiterror tədbirləri  ilə reinteqrasiya prosesinə də müsbət təsir etmiş olduq. “Niyə? Çünki Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmasına ciddi əngəl törədən o cinayətkar, separatçı ünsürlər həm də amil olaraq psixoloji baxımdan gələcəkdə Azərbaycan xalqı ilə erməni əsilli vətəndaşların bir yerdə yaşamasına da ciddi əngəl törədirdilər. Çünki insanların psixoloji durumunda  onlar rol oynayırdı və insanlar birgə yaşayışı qəbul edə bilmirdi”-deyə X.Bəşirov hesab edir ki, Qarabağda hüquqi dövlət quruculuğu prosesinin  başlanması vətəndaş cəmiyyətinin formalaşmasına da ciddi təsir göstərəcək. O, qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qalib gəldik, bu da torpaqlarımızda hüquqi dövlət quruculuğu prosesinin daha sürətlə inkişafına imkan verdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ