Azərbaycanın nəzarətinə keçən ərazilər narkotik tranziti üçün istifadə olunurdu.
Trend-in Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox məqamlara aydınlıq gətiriləcək", - deyə o, vurğulayıb