Sabah Piterdə açılışı planlaşdırılmış Rusiya - Afrika sammitinin daha zəif olacağı gözlənilir. Səbəb sammitdə iştirak edəcəyini öncədən bəyan etmiş bəzi ölkələrin fikirlərini dəyişmələridir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Politoloq yazır ki, bir neçə həftə əvvəl 50-yə yaxın Afrika ölkəsi sammitdə iştirakını təsdiqləsə də, sammitə bir gün qalmış iştirakçı ölkələrin sayının azaldığı bəlli olub: "Rusiya prezidentinin mətbuat katibi Peskov bunu dövlətlərin iş qrafiki və ABŞ və Avropa Birliyinin Afrika ölkələrinə təzyiqi ilə izah edib..
İkinci səbəb daha tutarlı görünür. Rusiya dünyada mövqelərini uduzaraq gedir..."
Tahir TAĞIYEV