Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan - Ermənistan sülh prosesində təşəbbüs tam şəkildə Rusiyadan Qərbə keçir...

Image


Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşdə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesi müzakirə olunub. Nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi razılaşdırıblar.

Qeyd edək ki, Rusiyada baş tutan görüş ABŞ danışıqlarının ardınca keçirilir. ABŞ-da xarici işlər nazirlərinin son danışıqları günlərlə davam etdiyi halda, Rusiyada cəmi bir neçə saat çəkib. Elə bu fonda hesab edilir ki, Qərb platformalarında aparılan danışıqlar daha effektivdir. Ermənistanın baş naziri Nikol Paşinyan  keçirdiyi son mətbuat konfransında da bunu etiraf edib. Paşinyan danışıqlar prosesində Rusiya və Qərbin rolu barədə danışarkən deyib ki, ABŞ-ın vasitəçiliyi son dərəcə səmərəlidir, amma Ukraynada müharibəyə görə Rusiyanın danışıq imkanları azalıb. Bundan başqa, Azərbaycan və Ermənistan liderlərinin son görüşləri də məhz Qərb platformasında təşkil olunur. Elə iyulun 15-də Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin altıncı üçtərəfəli görüşündən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel danışıqlarda tərəflərin ən əhatəli və gərgin mərhələdən keçdiyini qeyd edib. Üçtərəfli görüş iyunun sonunda ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının ikinci raundundan sonra baş tutub. Blinken Azərbaycan və Ermənistanın sülhə yaxın olduğuna inandığını bildirib. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə keçmiş köməkçisinin müavini vəzifəsində çalışmış səfir Riçard Hoqland Avropa İttifaqı və Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülhə nail olunması istiqamətində səylərinin nəticə verəcəyinə ümidlərin artdığını bildirib: “Düşünürəm ki, həm Avropa İttifaqı, həm də Vaşinqtonun bu məsələ ilə məşğul olması çox, olduqca müsbət haldır, çünki bununla iki ölkə liderlərinə həqiqi və davamlı sülhə nail olunması istiqamətində bir araya gəlmələri üçün beynəlxalq podiumdan istifadə etmək imkanı verilir. Bu, çox mürəkkəb bir prosesdir. Bu, onilliklər deyil, deyə bilərəm, əsrlərdir davam edən münaqişədir, etnik münaqişədir və iki liderin həqiqi və davamlı sülh axtarmağa hazır olması çox müsbət haldır”. Hazırda bir çox müşahidəçilər Birləşmiş Ştatların hər iki tərəfə yekun sülh razılaşmasının əldə edilməsində artan rolunu alqışlayırlar. Dövlət katibi Blinken prosesdə birbaşa iştirak edərək, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirib. ABŞ və Avropa İttifaqı prosesə daha çox cəlb olunduqca, bu əməkdaşlığın Azərbaycan və Ermənistanın həll yolunu tapmasına necə kömək edəcəyi ilə bağlı Riçard Hoqland bildirir: “Düşünürəm ki, hazırda baş verənlərlə bağlı yadda saxlanmalı vacib məsələ ondan ibarətdir ki, nə Brüsselin, nə də Vaşinqtonun bu münaqişədə xüsusi maraqları yoxdur. Onların xüsusi marağı regionda sülhdür. Bizim hərbi bazalarımız yoxdur. Avropanın heç bir hərbi bazası yoxdur və buna görə də bu, illərdir həll olunmayan məsələni həll etmək üçün real bir səydir”.

Xatırladaq ki, Brüsseldə keçirilən danışıqlardan sonra Rusiya bəyanat yayaraq, Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınmasının 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmaların şərtlərini əsaslı şəkildə dəyişdiyini bildirib. Azərbaycan Moskvanın açıqlamaları ilə bağlı narazılığını bildirib və Rusiyanı atəşkəs razılaşmasını yerinə yetirməməkdə ittiham edib. Bəzi ekspertlər Rusiyanın açıqlamasını qeyri-adi hesab edirlər. Rusiyanın bəyanatı və Moskvanın niyyətləri barədə Riçard Hoqland “Amerikanın səsi”nə bildirib: “Mən Rusiyanın bəyanatını oxudum və deyə bilərəm ki, Azərbaycanın beynəlxalq ərazi bütövlüyünün tanımaması istisna olmaqla, ilk baxışda o qədər pis görünmür. Düşünürəm ki, bir anlığa geri çəkilib Qarabağın Sovet İttifaqının süqutundan sonra ən uzun sürən münaqişələrdən biri olduğunu xatırlamağımız çox vacibdir. Moskva bu uzun sürən münaqişələrin həllini istəmirdi, çünki bu, həmin ölkələrə beynəlxalq tərəfdaşlarının kimin olmasının lazım olduğunu yenidən qiymətləndirmək üçün qapı aça bilərdi. Mənim fikrimcə, Rusiya iki ölkənin özünün Brüssel və Vaşinqton kimi bitərəf kənar ekspertlərin köməyi ilə yekun razılığa gəlməsinə kömək etdikdə kənarda qalacağından qorxur. Mən tam əminəm ki, Rusiya bu uzun sürən münaqişə ilə bağlı yekun razılığın əldə olunmasını istəmir. Biz Kremldən, Rusiya Xarici İşlər Nazirliyindən, Sergey Lavrovun dilindən gələn sözlərdən kənara baxmalıyıq. Bəli, onlar ictimaiyyət qarşısında gözəl səslənən şeylər söyləyə bilərlər. Onlar deyə bilərlər ki, biz düzgün istiqamətdə irəliləyirik. Amma həqiqətən də işə çatanda bu sual qalır: Rusiya həqiqətənmi Ermənistan və Azərbaycan arasında yekun sülh nizamlanmasını istəyir? Düşünürəm ki, sualın cavabı aydındır. Mən Rusiyanın bunu həqiqətən istədiyinə əmin deyiləm. Çünki biz bunu dəqiq bilirik. Məsələn, bu yaxınlarda Ermənistanın yüksək səviyyəli rəsmisi Vaşinqtonda idi. Mənim yalnız bir neçə başqa ekspertin iştirak etdiyi qapalı iclasda onunla görüşmək imkanım oldu və o, Ermənistanın Qərbdə yeni tərəfdaşlar tapmasının hazırda nə qədər vacib olduğunu qeyd etdi. Mən ehtiyat edirəm ki, bu, Rusiyanın çox da xoşuna gəlməyən bir şeydir”. Ekspert onu da xatırladır ki, Azərbaycan da Qərb üçün çox mühüm ölkədir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ